Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə24/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   57


III dərs
Təhlil üzrə iş
Əsərlə bağlı açıqlamalar
1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.
Bilirsiniz ki, hekayə kiçik həcmli nəsr əsəridir. Hekayə həm nəsr, həm də nəzm
formasında olur. Nəsrlə yazılan hekayəyə mənsur hekayə də deyilir. Mənzum
hekayə isə nəzmlə yazılır, şeir şəklində olur. Mənzum hekayələr müxtəlif
mövzularda olsa da, onların mərkəzində baş qəhrəmanın həyatının bir səhnəsi,
başına gələn bir hadisə yığcam şəkildə təsvir olunur. Belə əsərlərdə də yazıçı bir və
ya bir neçə adamla bağlı əhvalatı, onların qarşılıqlı əlaqəsini əks etdirir.
Mənzum hekayənin digər nəzm əsərləri, eləcə də şeirlərlə oxşar və fərqli cəhətləri
var. Həm mənzum hekayə, həm də şeir nəzm əsərləri olduğu üçün onlarda qafiyə
və ahəngin olması vacibdir. Lakin şeirdə sənətkarın hiss və duyğularına geniş yer
verilirsə, mənzum hekayədə müəyyən hadisənin təsviri önəmli sayılır.
Nizami Gəncəvi, Qasım bəy Zakir, Seyid Əzim Şirvani və başqa sənətkarlar maraqlı
mənzum hekayələr yazmışlar. Abbasqulu ağa Bakıxanovun “Hikmətin fəziləti” əsəri
mənzum hekayə olub müdrik bir qoca ilə bağlı ibrətamiz hadisəni əks etdirir.
Araşdırın. Fikirləşin. Cavab verin 
2. Qoca obrazına münasibəti aydınlaşdırmaqla onu səciyyələndirin. Cədvəldən
istifadə edin.
Qoca obrazı
Şahın ona münasibəti
Yazıçının ona münasibəti
Sizin ona münasibətiniz
 
 
 
3. Əsərdə müəllifin diqqətə çatdırmaq istədiyi əsas problem, sizcə, nədir? Yazıçı
həmin problemin həllini nədə görür? Cədvəldən istifadə edə bilərsiniz.
Əsərdə mühüm olan problem
hansıdır?
Yazıçı bu problemin həllini
nədə görür?
Siz necə
düşünürsünüz?
 
 
 



4. Mənzum hekayənin nağıl janrı ilə oxşar və fərqli cəhətlərini müəyyənləşdirin.
Venn diaqramından, yaxud müqayisə cədvəlindən istifadə edin. 
5. Əsərdəki başlıca fikri – ideyanı aydınlaşdırın. Yazıçının mövqeyini ifadə edən
sözləri nümunə göstərin.
Tətbiq. Müzakirə. Yaradıcı iş
6. Mənzum hekayəyə aid olan fikri müəyyənləşdirin.
– Qəhrəmanların sayı çox olur.
– Müxtəlif hadisələr təsvir olunur.
– Həcmcə böyük olur.
– Nəzm şəklində yazılır.
– Müəllifi məlum olmur.
7. Aşağıdakıları da nəzərə almaqla əsərin bədii xüsusiyyətlərini aydınlaşdırmağa
çalışın.
– Şairin hislərini, hadisələrə münasibətini ifadə edən sözlər uğurla seçilibmi?
– Sizə məlum olan sözlərin fərqli mənada işləndiyi hallar varmı?
– Həmqafiyə sözləri uğurlu saymaq olarmı?
– Səslərin, sözlərin təkrarının hekayədə ahəngin yaranmasında rolu varmı?
Evdə iş
Mənzum hekayə ilə nəsrlə yazılmış hekayənin oxşar və fərqli xüsusiyyətlərini
müəyyənləşdirin. Çıxardığınız nəticəni Venn diaqramında qeyd edin.


Çingiz Aytmatov 
(1928-2008)
“Yaddaşdan məhrum edilmiş, öz xalqının tarixi təcrübəsini yadırğamış insan tarixi
inkişafdan kənarda qalar, yalnız bu günlə yaşaya bilər”.
 
MANQURT
(“Gün var əsrə bərabər” əsərindən) 
(ixtisarla)
1
Ana-Beyit qəbiristanlığının öz tarixi vardı. İlk olaraq rəvayət belə başlanırdı ki, bu
yerləri zəbt eləyən juanjuanlar əsir tutduqları düşmən əsgərləri ilə çox amansız rəftar
eləyirmişlər. İmkanları olanda əsiri qonşu ölkələrə qul kimi satarmışlar, bu da əsir üçün
xoşbəxtlik hesab olunurmuş. Çünki ümid yeri qalırdı, kim bilir, bəlkə, elə bir imkanı
oldu ki, qaçıb vətənə qayıtdı...
Juanjuanların özləri üçün qul kimi saxladıqları əsirləri isə dəhşətli tale gözləyirdi. Onlar
öz qurbanlarının başına zif keçirib dözülməz işgəncə verərək onun yaddaşını tamam
yox eləyirmişlər. Bu işi, adətən, davada əsir alınmış cavan döyüşçülərin başına
Yada salın
Vətənimizin, xalqımızın tarixi
keçmişini əks etdirən hansı
əsərləri xatırlayırsınız?
Bu əsərlərdə diqqətinizi ən çox
çəkən nə olub?
Düşünün
Soykökünə bağlı olmayan, ana
dilində danışmaq istəməyən
insanlar haqqında nə bilirsiniz?
Onlara digər insanlar necə
münasibət bəsləyir?
Oxuda aydınlaşdırın
Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının köməyi
ilə aydınlaşdırın.
Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.


gətirirmişlər. Əvvəlcə, onların başını qırxırmışlar, tükləri bir-bir dibinəcən
təmizləyirmişlər. Başı qırxıb qurtaranacan juanjuanların təcrübəli qəssabları lap
yaxında qart bir dəvə kəsərmiş. Dəvənin dərisini soyanda, əvvəlcə onun ən ağır və
möhkəm olan boyun dərisindən başlayarmışlar. O dəqiqə də hissələrə bölüb, buğlana-
buğlana başı qırxılmış əsirlərin başına keçirərmişlər, dərinin çəkilməyi ilə saqqız zifi
kimi yapışmağı bir olurmuş – bir növ indiki üzgüçülük papaqları kimi.


Başına belə iş gətirilən adam ya ağır işgəncələrə dözməyib ölür, ya da ömür-billah
yaddaşını itirib manqurt olurmuş – yəni keçmişini xatırlaya bilməyən qula çevrilirmiş.
Bir dəvənin boyun dərisi beş-altı zifə bəs eləyirmiş. Zif salınandan sonra məhkumun
boynuna taxta kündə keçirirmişlər ki, başını yerə çatdıra bilməsin.
Onların tükürpədici nalələri boş yerə narahatçılıq verməsin, – deyə yazıqları bu
vəziyyətdə uzaq yerə aparıb, əl-ayaqları bağlı, ac-susuz atarmışlar qızmar günün
altına. İşgəncə bir neçə gün sürürmüş. Müəyyən yerlərdə də güclü gözətçi dəstələri
qoyarmışlar ki, hələ sağkən qohumlarından, əqrəbalarından gəlib onları xilas etmək
fikrinə düşsələr, qoymasınlar. Ancaq belə hallar çox nadir olurmuş, çünki açıq
düzənlikdə hər cür hərəkət uzaqdan görünür. Sonralar bir nəfərin manqurt olunmağı
xəbəri gəlib qəbiləyə çatanda, onun ən yaxın qohumları belə onu xilas eləmək, ya
satın alıb qurtarmaq istəmirmişlər, çünki bu, adamın özünü yox, müqəvvasını
qaytarmaq demək idi.
Sarı-Özəyin qızmar günəşinin döydüyü çöldə ağır işgəncə çəkənlərin çoxu dözməyib
ölürmüş. Beş-altı manqurtdan biri, ya ikisi sağ qalırmış. Onların ölümünə bais aclıq, ya
susuzluq olmurmuş, onların axırına çıxan gün altında quruyub manqurtun başında get-
gedə amansızcasına sıxılan xam dəvə dərisinin verdiyi dözülməz əzablardı. Qızmar
günəşin şüaları altında durmadan sıxılan zif qulun qırxıq başını dəmir məngənə kimi
sıxırdı.
Juanjuanlar yalnız beşinci gün gəlib onları yoxlayırmışlar ki, görsünlər kim ölüb, kim
qalıb. Əsirlərdən birini diri tapanda belə hesab eləyirmişlər ki, məqsədlərinə çatıblar.
Ona su verir, qandal-kündəsini açır, bir az sonra da qulluq eləyib gücə gətirir, ayağa
qaldırırdılar. O, yaddaşını itirib dönüb olurdu qul manqurt, buna görə də adi sağlam
qullara nisbətən birə-on artıq qiymətləndirilirdi.
Bircə fikri-qayğısı vardısa, o da qarnını doydurmaqdı.
Başqa dərdi-səri yox idi. Əvəzində tapşırılan işi kor-koranə, can-dildən, inadla yerinə
yetirərdi. Manqurtlara, adətən, ən çirkin və ağır işləri gördürərdilər, ya da ki, küt
dözüm tələb eləyən cansıxıcı işlər buyurardılar.
Uzaqlarda otlayan dəvələrə pasibanlıq eləyən manqurtdan başqa heç kəs Sarı-Özək
Juanjuanlar haqqında sizdə
hansı təsəvvür yarandı?
Juanjuanların əsirlərə
münasibəti sizdə hansı
hislər, düşüncələr yaratdı?
Manqurtun adi qullardan
üstün olmasına səbəb nə
idi?
Manqurt kim olduğunu, hansı
nəsildənqəbilədən olduğunu, adını, uşaqlığını,
atasını, anasını xatırlayıb yadına sala
bilmirmiş. O, dilsiz-ağızsız heyvan kimi bir şey
olduğu üçün tamamilə müti və təhlükəsiz idi.
Manqurt heç vaxt qaçmaq fikrinə düşməzmiş.
Buna görə də onu güdmək, keşikçi saxlamaq,
gizli niyyətlərindən şübhələnmək lazım
gəlmirdi. Manqurt sadiq it kimi bircə öz sahibini
xatırlayırdı, başqa adamlara baş qatıb
qarışmazdı.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə