Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə32/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   57

Gülpəri bu səsi eşitcək sevinib qışqırdı:
– Əmiraslan, əmioğlu, sənsən?! Nə yaxşı gəldin, bəs atam hanı? Gərək fayton tutub
qabağımıza gələ idi. Bilmirəm kağızım gəlib çatmayıb, ya başına bir iş gəlib?
Əmiraslan dedi:
– Mənim sizin gəlməyinizdən xəbərim olmamışdır. Özüm də evdən səhər çıxmışam,
yəqin, əmimin indiyə kimi gəlib çıxmamağına səbəb körpünü sel aparması olmuşdur.
Sonra faytona minib Gülpərilə gizlin söhbətə başladı...
Əmiraslan İmamverdinin kiçik qardaşı Tanrıqulunun oğlu idi. Bundan başqa
Tanrıqulunun övladı olmamışdı. Ona görə valideyni Əmiraslanı əzizləyib, ərköyün
böyütmüşdü. Belə tərbiyənin nəticəsi tezliklə ortaya çıxdı. Əmiraslan doqquz yaşına
çatdıqda atası onu mollanın yanına oxumağa apardı. Üç gündən sonra Əmiraslan
məktəbdən qaçdı.
Tanrıqulu bir-iki adamın məsləhətinə görə oğlunu şkolaya qoydu. Əmiraslan şkolada
çox davam etmədi. Nadinc uşaq müəllimləri təngə gətirmişdi. Axırda yoldaşlarının
birini yaralamağının üstündə Əmiraslanı məktəbdən xaric etdilər.
İmamverdi Əmiraslanın oxumayıb belə bitərbiyə qalmasından çox narazı idi və bu
barədə qardaşını müqəssir bilirdi.
Əmiraslan on altı yaşına çatanda ata-anası dalbadal vəfat etdi. Bir-iki ilin ərzində
yaramaz oğul atasından qalanların hamısını kefə, qumara qoyub tələf etdi. İmamverdi
nə qədər çalışdısa da, qardaşı oğlunu pis yoldan qaytara bilmədi və axırda onunla
bilmərrə əlaqəsini kəsib evinə qoymadı. Nə qədər əlində dövlət var idi, Əmiraslan
Gülpəriyə yaxın düşmürdü. Elə ki, yoxsullaşdı, Gülpərini almaq fikrinə düşdü. Lakin
İmamverdi:
– Nə qədər mən sağam, bu iş baş tutmaz, – deyə onun təklifini rədd etdi. Gülpərinin
könlü əmisi oğlunda idi. Ona görə də qoşulub qaçmaq istəyirdi. Lakin Əmiraslan bu
əmrə razı deyildi, çünki onun fikri Gülpərini almaq deyil, əmisinin dövlətini ələ almaq
idi.
5
Kənddə bir neçə gün qalmışdılar ki, bir gün Əmiraslan onlara gəldi. İmamverdi baba o
biri otağa keçdi, orada nə baş verdiyini Nurəddin bilmədi. Ancaq oradan İmamverdi
babanın qışqırığı gəlirdi.
Bu ittifaqdan üç gün keçmiş, Gülpəri atasından izinsiz kəbinini kəsdirib Əmiraslana ərə
getdi. Gülpəri gətirdiyi şeylərin hamısını özü ilə bərabər apardı.
Nurəddin İmamverdi babanın yanında çox gözəl vaxt keçirirdi və şükür edirdi ki,
Gülpəri onu özü ilə aparmadı. Əfsus ki, zavallı Nurəddin üçün bu xoşbəxtlik çox
çəkmədi. Gülpəri nədənsə fikrini dəyişdirib Nurəddini öz yanına aparmaq istəyirdi.
İmamverdini haqlı saymaq
olarmı?
Əmiraslan sizdə hası hiss və
düşüncə yaratdı?
Pis yola öyrənmiş Əmiraslan yavaş-yavaş
oğurluğa və yol kəsməyə qurşandı. İndi
faytonda əyləşib Gülpəriylə söhbət edən
Əmiraslan belə hərifdi...


Lakin İmamverdi baba əsla razı olmurdu.


Nəhayət, İmamverdi baba istər-istəməz razı oldu. Nurəddin də Əmiraslanın evinə
köçdü. Az bir müddətdə Əmiraslan Gülpərinin əlindəki nəqd pulunu alıb qumara, kefə
tələf etdi.
6
Bir gün İmamverdi babanın iflic azarından dili tutulmaq xəbəri gəldi. Gülpəri və
Əmiraslan cəld geyinib getdilər, amma Nurəddini aparmadılar. Gecə Əmiraslan ilə
Gülpərinin söhbətindən Nurəddin anladı ki, İmamverdi babanın dili tutulubsa da, hələ
ölüm haləti yoxdur. Bu xəbərdən Nurəddin şad olub öz-özünə dedi:
–Yox, Əmiraslan məni öldürsə də, səhər sübhdən qaçıb babamı yoxlamağa
gedəcəyəm.
Bu fikir ilə Nurəddin yatdı. Səhər tezdən geyinib bağçaya girdi ki, gizlincə İmamverdi
babagilə getsin. Nurəddin qəflətən Əmiraslan ilə Gülpərinin səsini eşitdi. Cəld kolun
içinə girib gizləndi. Əmiraslan Gülpəriyə deyirdi:
– Sənə yenə deyirəm ki, zəhər verməkdən başqa çarə yoxdur.
“Yazıq baba, bu zalımlar sənə zəhər vermək istəyirlər. Yox, qoymaram, nə yaxşı oldu
ki, bunların fikrini bildim”.
Nurəddin bu fikirdə ikən Əmiraslan başladı:
– İndi yaxşı fürsətdir. Əmimin dili tutulub, xəstəlikdə yatır, Bahar da ki, uzaqdadır.
Kimə nə gərəkdir ki, Nurəddin nə azardan öldü.
Bu sözləri eşidəndə Nurəddinin rəngi qaçıb tükləri biz-biz durdu. Yazıq uşaq
qorxusundan nəfəsini içinə elə çəkmişdi ki, deyəsən, biruh idi.
– Razıyam, – deyə Gülpəri cavab verdi.
Əmiraslan və Gülpəri getdilər. Bir azdan sonra Nurəddin kolluqdan çıxdı. O yan-bu
yana baxıb qorxa-qorxa yola düşdü.
– İndi daha mən İmamverdi babanın yanına niyə gedim? O özü ölüm halında ikən
məni bu zalımların əlindən necə xilas edə bilər? Yox, yox, qaçıb özümü Bahara
çatdırmaqdan başqa bir çarə yoxdur.
Bunu deyib Nurəddin sürətlə meşəyə tərəf üz qoydu...
Ancaq yolu azıb meşədən çıxa bilmədi. Gün batan zaman bir şaxlıbudaqlı ağac tapıb
üstünə çıxdı ki, gecə orada yatsın.
7
Nurəddin əvvəl gözlərini açanda harada olduğunu bilmədi. Sonra huşu özünə gəlib
ağacda yatdığı yadına düşdü. Qarğaların səsinə yol ilə gedən bir qoca dilənçi oraya
Günahsız Nurəddini
öldürmək istəyən
Əmiraslanın məqsədi nə
ola bilərdi?
– Nurəddini göndərəcəyəm ki, həyətdə
quyudan su çəksin. O, su çəkdiyi halda daldan
itələyib quyuya salacağam. Hamıya deyərik ki,
quyudan su çəkdiyi yerdə özü düşüb
boğulmuşdur. Hərgah razısansa, de, bu axşam
əmələ gətirim.


gəldi. Nurəddin bunu görüb, ağacdan düşmək istəmədi. Yolçu dedi:
– Ağacdan düş, oğlum, mən səni evinizə apararam.
Nurəddin bu təklifdən qorxub titrəyə-titrəyə belə cavab verdi:
– Mənim evim yoxdur, əmi. Mən atasız-anasız bir yetiməm.



Dilənçi dağarcığından bir qədər quru çörək və soğan çıxarıb Nurəddinə verdi. Nurəddin
alıb şirin-şirin yeməyə başladı. Aclığını bir qədər dəf edəndən sonra Nurəddin bəlalı
başına gələn hadisələri dilənçiyə nağıl etdi.
– Əmi, məni evimizə çatdırsan, Bahar sənə hər nə istəsən verər, – deyə Nurəddin
dilənçiyə yalvardı.
– Qorxma, oğlum, səni aparıb evinizə verərəm. Sizin şəhər buradan xeyli uzaqdır.
On iki gündən sonra yolçular gəlib böyük bir şəhərə çatdılar.
Küçələrdən birini keçərkən, ayağı büdrəyib yıxıldı. Bu halda bir fayton iti gəlirdi.
Faytonçu atları saxlaya bilməyib Nurəddini vurdu. Bunu görcək adamlar qışqırışıb
yüyürüşdülər. Nurəddini götürdülər və Rəhimin faytonuna qoydular. O da minib dedi:
– Tez sür evə!
Rəhim şəhərin məşhur cərrahını çağırtdı. Həkim Nurəddinin yaralarının yerlərini yuyub
sarıdı və dedi:
– Qorxulu yarası yoxdur. Beş-on günə sağalıb durar.
Uşağı soyundurub yumağa məşğul oldular. Rəhimə Nurəddinin boynundan parçaya
tikilmiş bir dua çıxartdı. Bu duanın parçası həm çirkli və həm də köhnə olduğundan
bunu təzə parçaya tikmək məqsədilə cırdı. İçindən bir balaca kitab çıxdı.
– Kişi, gör bu nədir, – deyə Rəhimə kitabı Rəhimə uzatdı. Rəhim ona baxıb dedi:
– Şükür olsun, axırda tapdım. – Sonra üzünü uşağa tutub dedi:
– Sənin adın Nurəddindirmi, oğlum?
– Bəli, – deyə Nurəddin zəif səslə cavab verdi.
Bunu eşidən Rəhimə soruşdu:
– Kişi, sən bunun adını haradan bildin?
– Rəhimə, bu uşaq axtardığımız, Hacı Nəsirin oğlu Nurəddindir. Bu əlimdəki də sənə
nağıl etdiyim “Gülüstan”dır.
8
Nurəddin sağalıb ayağa durmuşdu. Rəhim və Rəhimə Nurəddindən bu dilənçilik halına
düşməyinin səbəbini ancaq indi soruşdular. Nurəddin başına gələni nağıl etməyə
başladı. O nağıl etdikcə rəhmdil qocalar ah çəkirdilər.
Nurəddin nağılı tamam edib Rəhimdən təvəqqe elədi ki, onu evlərinə, Baharın yanına
göndərsin.
Rəhim Nurəddinin kitabını əlinə götürüb dedi:
Nurəddini dilənməyə
göndərən Cənnətəlini
günahlandırmaq olarmı?
Cənnətəli xəstə olduğuna görə Nurəddini
dilənməyə göndərdi. Nurəddin indiyə kimi heç
vaxt əl açıb dilənməmişdi. Bir-iki küçə
dolandısa da, həya edib bir kəsə əl uzada
bilmədi.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə