Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə29/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   57

TƏTBİQ VƏ ÜMUMİLƏŞDİRMƏ
FİKRƏT QOCA 
(1935)
“Bədii əsər oxucuda gözəl hislər yaradır, həyatı, insanları başa düşməkdə ona kömək
edir. Amma bu, həm yazıçıdan, həm də oxucudan böyük zəhmət, diqqət və həssaslıq
tələb edir”.
Dərsin maraqlı və səmərəli olması üçün bir neçə gün əvvəl şeirin məzmununu
ətraflı öyrənin və qruplara ayrılıb aşağıdakı işləri yerinə yetirin.
– ana mövzusunda əsərlərin sinifdə sərgisini təşkil edin 
– anaya həsr olunmuş divar qəzeti tərtib edin; 
– dərsdə səsləndirmək üçün ana haqqında mahnı seçin; 
– bədii oxu ustasının səs yazısını seçin; 
– mövzu ilə bağlı şəkillər çəkin, onlara sərgi guşəsində yer ayırın.
ANAMIN SÖZLƏRİ
Anamın gözləri şəfadı, nurdu, 
Qəlbimdə, yolumda işıq yandırır. 
Anamın sözləri vüqar, qürurdur, 
Zehnimi, ruhumu işıqlandırır. 
Bəzən hirslənəndə, çətin anımda 
Əzizləyib məni köksünə sıxır. 
Anam saçlarımı tumarlayanda 
Bütün ağrılarım yadımdan çıxır. 


Sözləri, sığalı şəfalı anam 
Əzizdir hamıdan, dünyada təkdir. 
Ana Vətən kimi vəfalı anam 
Mənə həyat verən canlı mələkdir. 
Anam qurban deyib vətənə məni, 
Deyib ki, “ən əziz balamsan mənim. 
Oğullar qoruyar ana vətəni, 
Vətəni qoruyan qalamsan mənim”. 
Oxuyub mühəndis, həkim olsam da, 
Mənə igid oğlum deyəcək anam. 
Oxuyub müəllim, hər kim olsam da, 
Ay ana, mən sənin əsgər oğlunam.


1. Kiçik qruplarda müstəqil işləyin.
I qrup
Aşağıdakı bəndi yenidən diqqətlə oxuyun və tapşırıqları yerinə yetirin.
Anamın gözləri şəfadı, nurdu, 
Qəlbimdə, yolumda işıq yandırır. 
Anamın sözləri vüqar, qürurdur, 
Zehnimi, ruhumu işıqlandırır. 
1. Oxuduğunuz parçada ananın gözləri necə mənalandırılır? 
2. Son iki misrada ifadə olunmuş fikri aydınlaşdırın. 
3. Bənddəki hansı sözlər, ifadələr sizin üçün yeni və maraqlı oldu, onlardan
hansılarını nitqinizdə işlətməyə çalışacaqsınız?
II qrup
Aşağıdakı bəndi diqqətlə oxuyun və tapşırıqları yerinə yetirin.
Bəzən hirslənəndə, çətin anımda, 
Əzizləyib məni köksünə sıxır. 
Anam saçlarımı tumarlayanda 
Bütün ağrılarım yadımdan çıxır. 
1. Bənddə diqqətinizi daha çox çəkən nə oldu? Səbəbini izah edin. 
2. Bənddə sizə tanış olan fikir, hiss varmı? Varsa, izah edin 
3. Bu misralar şeirdə tanış olduğunuz uşaq barədə təsəvvürünüzə yeni nə əlavə
etdi?
III qrup
Aşağıdakı bəndi yenidən diqqətlə oxuyun və tapşırıqları yerinə yetirin.
Sözləri, sığalı şəfalı anam 
Əzizdir hamıdan, dünyada təkdir. 
Ana Vətən kimi vəfalı anam 
Mənə həyat verən canlı mələkdir.


1. Bənddə diqqətinizi daha çox cəlb edən nə oldu? 
2. Bənddəki fikirlərdən hansı, sizcə, daha təsirlidir? Səbəbini izah edin. 
3. Bənddəki hansı fikir sizin üçün yeni və daha maraqlı oldu? 
Fikrinizi əsaslandırın.


IV qrup
Aşağıdakı bəndi yenidən diqqətlə oxuyun və tapşırıqları yerinə yetirin.
Anam qurban deyib vətənə məni, 
Deyib ki, “ən əziz balamsan mənim. 
Oğullar qoruyur ana vətəni, 
Vətəni qoruyan qalamsan mənim”.
1. Bənddə diqqətinizi daha çox cəlb edən nə oldu? 
2. Bənddəki hansı fikri daha parlaq sayırsınız? Səbəbini izah edin. 
3. Bu bənd şeirin ən uğurlu parçası hesab edilə bilərmi?
V qrup
Aşağıdakı bəndi diqqətlə oxuyun və tapşırıqları yerinə yetirin.
Oxuyub mühəndis, həkim olsam da, 
Mənə igid oğlum deyəcək anam. 
Oxuyub müəllim, hər kim olsam da, 
Ay ana, mən sənin əsgər oğlunam.
1. Bənddə diqqətinizi daha çox cəlb edən nə oldu? 
2. Bu parçada övladın hansı arzuları ifadə edilib? 
3. Misralardakı hansı fikir sizin üçün yeni və maraqlı oldu?
2. Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın. 
3. Suallara cavab hazırlamaqla təqdimatlara hazırlaşın.
I qrup
1. Şeir xoşunuza gəldimi? Səbəbini izah edin. 
2. Əsər sizdə hansı hiss və düşüncə yaratdı? 
3. Mövzuya aid şəkillər uğurludurmu? Nə üçün?
II qrup
1. “Şeirdə övladın anasına sonsuz məhəbbəti ifadə olunmuşdur” fikrini necə


əsaslandırarsınız? 
2. Övladı haqqındakı arzuları ana barədə sizdə hansı düşüncələr yaratdı? 
3. Bədii oxu ustasının ifasını uğurlu saymaq olarmı?


III qrup
1. “Oxuyub müəllim, hər kim olsam da, Ay ana, mən sənin əsgər oğlunam” sözləri
övladın xarakterindəki hansı cəhətləri üzə çıxarır? 
2. Şeirdə işlənmiş məcaz hansı fikri qüvvətləndirmişdir? 
3. Sərginin təşkilini uğurlu saymaq olarmı? Nə üçün?
IV qrup
1. Şeirdəki başlıca fikir – ideya, sizcə, nədir? 
2. Bu mövzunun şairin diqqətini cəlb etməsinin səbəbini necə izah edərsiniz? 
3. Divar qəzetinin məzmunu və forması sizi qane edirmi? Səbəbini izah edin.
V qrup
1. Ana-övlad münasibətlərindəki səmimiyyət şeirdə necə ifadə olunub? 
2. “Şeirdə işlənmiş sözlər, ifadələr uğurla seçilmişdir” fikrini necə
əsaslandırarsınız? 
3. Seçilmiş mahnını uğurlu saymaq olarmı? Nə üçün?
4. Çıxarılmış nəticələr barədə təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə
aparın. 
5. Asudə vaxtınızda aşağıdakı sualların üzərində düşünün, sinif yoldaşlarınızla
müzakirə edin:
– Ana haqqında oxuduğunuz əsərlərdə ən çox nədən danışılır? – Anaya həsr olunmuş
əsərlərdə daha nələri oxumaq istərdiniz? – İncəsənətin digər növlərində (rəssamlıq,
kino və s.) yaradılmış hansı ana obrazını daha uğurlu hesab edirsiniz?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə