Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə30/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   57

QİYMƏTLƏNDİRMƏ MATERİALI
Abdulla Şaiq
USTA BƏXTİYAR
Bir gün zalım bir padşah əyanları arasında oturub onun haqqında deyilən təriflərə
fərəhlə qulaq asırdı. O, vəzirindən soruşdu:
– Vəzir, dünyada məndən daha bəxtiyar adam varmı?.. Saray adamları vəzirin
susduğunu görüb, yer-yerdən dedilər:
– Padşahım, yer üzündə sizdən xoşbəxt kim ola bilər? Sizdə olan bu calal, bu dəbdəbə
kimdə var?
Vəzirin susmağından şah qəzəbləndi. Qaşlarını çataraq, acıqlı səslə:
– Vəzir, mənim sualıma niyə cavab vermirsən? – deyə soruşdu. Vəzir baş əyib cavab
verdi:
– Padşahım, həqiqəti söyləməkdən qorxuram. Bəxtiyarlıq haqqında mənim fikrim
başqadır. Onu calal və dəbdəbə ilə ölçmək olmaz!
Bu sözlər padşahı daha da qəzəbləndirdi:
– Qoca, yoxsa məndən daha bəxtiyar adam tanıyırsan?
Qoca vəzir baş əyib cavab verdi:
– Bizim bu şəhərdə bir dəmirçi var, adı Əhməddir. Bu adam dünyada dərd nədir, qəm
nədir bilməz. O qədər gözəl və xoşbəxt həyat sürür ki, hamı onun adını “Bəxtiyar”
çağırır.
Padşah istehza ilə gülərək soruşdu:
– Onun bəxtiyarlığı nədən ibarətdir? Dəmirçilik hara, bəxtiyarlıq hara?
– Yox, padşahım, mən də birinci dəfə eşitdiyim zaman inanmadım. Dükanına getdim,
evinə getdim, axırda onun çox bəxtiyar bir adam olduğuna inandım.
Padşah hövsələdən çıxdı, elə o saatca taxtdan enərək:
– Yaxşı, qalx gedək, onu mənə göstər, görüm səhərdən axşamacan çəkic vuran bu
kasıb dəmirçinin məndən nəyi artıqdır, – dedi.
Vəzir qalxdı, hər ikisi dərviş paltarı geyib yola düşdü. Bazara çatdıqda, vəzir dəmirçi
Əhmədin dükanını göstərib, özü qayıtdı. Padşah dərviş paltarında gedib Usta Əhmədin
dükanı ağzında dayandı. Usta Bəxtiyarın gözü qapıda dayanmış dərvişə sataşdı, çəkici
əlindən yerə qoyub:
– Ağa dərviş, günortanız xeyir olsun, mənə görə qulluq?
Dərviş gözlərini Usta Bəxtiyarın üzünə dikərək:


– Mənim səninlə işim yoxdur, – deyə geri çəkildi.
Usta Bəxtiyarın bütün ailə üzvləri süfrə başına oturub, deyir-gülür, danışırdılar. Bu
zaman qapı döyüldü. Qapını açan usta Bəxtiyar bazarda gördüyü dərvişi dərhal tanıdı.
Usta Bəxtiyar qonağı məşğul etmək üçün şirin-şirin danışırdı.


Süfrəyə çay gəldi. Usta Bəxtiyar stəkanı qaldırıb baxdıqdan sonra:
– Pəh, pəh, nə gözəl dəm çəkib, padşah da ömründə belə çay içməyib, – dedi. Bir az
sonra süfrəyə piti gəldi. O, böyük bir iştaha ilə yeməyə başladı. Xörək ona o qədər xoş
gəldi ki, özünü saxlaya bilməyib:
– Ağa dərviş, həvəslə ye, belə pitini padşah da ömründə heç yeməyib, – dedi.
Səhər oldu. Dəmirçi bazara gəldi, dükanı açdı. Bu zaman şahın carçısı bazar başında
uca səslə bağırdı:
– Şahın əmri ilə bütün dəmirçi dükanları bağlanmalıdır. Dəmirçilik qadağandır!
Bu səs Usta Bəxtiyarın qolunu taqətsiz buraxdı. Əlindəki dəmir parçasını dükanın bir
tərəfinə atdı, ocağı söndürdü, dükanı bağlayıb getdi.
İki gün sonra padşah Usta Bəxtiyarın halını soruşmaq üçün dərviş paltarında saraydan
çıxdı. Şəhərin küçələrini gəzə-gəzə yeni tikilməkdə olan bir bina qarşısına yetişdi.
Gördü ki, bir bənna çox həvəslə işləyir.
Dərviş ürəyində gülərək:
– Hərif dəmirçilikdən bənnalığa keçibdir, – dedi.
Ertəsi gün Usta Bəxtiyarı padşahın hüzuruna gətirdilər. Padşah dedi:
– Usta Bəxtiyar, eşitmişəm ki, sən çox qoçaq adamsan, ona görə də səni sarayda
fərraş təyin edirəm.
Bu sözləri eşidincə Usta Bəxtiyar padşahın təklifini rədd etmək istədi. Ancaq padşah:
“Sözüm sözdür”, – deyə inadından dönmədi, onu tövləyə saldırdı, ac-susuz saxladı. Üç
gün sonra yenə onu hüzuruna çağırıb soruşdu:
– Hə, necəsən? Fərraşlığı qəbul edirsən, ya yox?
Usta Bəxtiyar:
– Yox, mən öz sənətimi istəyirəm, – dedi.
Padşah hirsini boğaraq soruşdu:
– Sən bu dəmirçilikdən niyə əl çəkmək istəmirsən? Burada, yəqin, bir sirr var. O sirri
gərək mənə açasan.
– Məni azad edib öz sənətimi işlətməyə razı olsanız, deyərəm.
Padşah söz verdi. Usta Bəxtiyar belə başladı:
– Atam kasıb bir kişi idi. Mən uşaqlıqdan işləməyi sevmirdim. Düz iki il yazıq atam
məni hansı sənətə qoydu, hər birinə bir bəhanə gətirib qaçdım. Bizimlə qapı-qapıya bir
dəmirçi olurdu. Onun bir qızı vardı, adı Ceyran idi. Hər gün həyətdə bir yerdə
oynayırdıq. Tənbəlliyimi görüb o, məni hər gün danlayırdı: “Sən yaxşı oğlansan, hayıf
ki, tənbəlsən. Tənbəl adam xoşbəxt olmaz, mənim sənə yazığım gəlir”.
Elə bil, başıma bir qazan qaynar su tökdülər. Bu söz məni çox bərk götürdü. Atam
məni qonşumuz Həsən dayının dükanında şagird qoydu. O gündən usta Həsən nə əmr
elədi, o saat yerinə yetirdim. Beş-altı ayda dəmirçiliyi öyrəndim. Bunun sayəsində


dəmirçilikdə şöhrət qazandım. Məni xoşbəxt yaşadan bu iki şeydir: biri sənətim, biri də
məhəbbətim.



Süleyman Sani Axundov 
(1875 – 1939)
Onun uşaqlar üçün yazdığı hekayələr maraqla oxunur. Bu əsərlərdə bizə göstərmək
istədiyi uşaqların yaxşı sifətləri onların düşdükləri çətin şəraitdə daha tez nəzərə
çarpır. Onlar bir çətinlikdən qurtarıb o birinə düşürlər, öz ağıl və fərasətləri ilə nicat
yolu tapır, ölümlə pəncə- pəncəyə gəlir, ruhdan düşmür, yenə qalib gəlirlər.
Məmməd Arif Dadaşzadə
 
NURƏDDİN
(ixtisarla)
1
Qafqazda Hacı Nəsir adlı bir tacir sakin idi. Bu tacirin Həlimə adlı arvadı camalda gözəl
olduğu kimi, xasiyyətdə də gözəldi. Bu arvadın dünyada övladsızlıqdan başqa bir qəm,
qüssəsi yox idi. Axırda bunların bir oğlu oldu. Hacı Nəsir o gün oğlunun təvəllüdünü
şadlıq edib, şəhərin fəqir-füqərasına pul və xörək payladı. Oğlunun adını Nurəddin
qoydular.
Bir dəfə Hacı Nəsir oğlu üçün kibrit qutusu irilikdə bir “Gülüstan” kitabı gətirmişdi.
Yada salın
Uşaqların taleyindən danışılan
hansı əsərlərlə tanışsınız?
Bu əsərlərdə diqqətinizi ən çox
çəkən hansı cəhətlər olub?
Belə əsərlərdə daha nələri
oxumaq istərdiniz?
Düşünün
Pisliyin qarşılığında yaxşılıq
edən insanlar haqqında
eşitmişsinizmi, onlara haqq
qazandırırsınızmı?
Oxuda aydınlaşdırın
Əsərdə tanış olmayan sözlərin mənasını
lüğətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.
Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə