Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə20/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   57

Bəxtiyar Vahabzadə 
(1925-2009)
“Təyyarənin uçması üçün ona enerji lazım olduğu kimi, insanın da yaşaması üçün ona
od lazımdır, ürək odu! Bu od isə yalnız sevgidir, Vətən sevgisi!”
 
VƏTƏNDAŞ
Vətəndaş! Nə gözəl səslənir bu söz, 
Yəni – bir Vətənin övladıyıq biz. 
Anamız eynidir, qardaşıq demək, 
Mən sənə arxayam, sən mənə kömək. 
Vətəndaş! Nə gözəl səslənir bu söz, 
Yəni – iki canda bir ürəyik biz. 
Gücsüzük, bir heçik sən də, mən də tək, 
Vətənə güvənib olduq Vətəndaş. 
Mənim ürəyimi qanatsın gərək, 
Sənin dırnağına dəyən çırtma daş. 
Vətəndaş! Nə gözəl səslənir bu söz, 
Yəni – bir iqlimdə böyümüşük biz. 
Səni də, məni də böyüdən Vətən, 
Yada salın
Vətənpərvər insanlara həsr
olunmuş hansı əsərləri
xatırlayırsınız?
Həyatda kimi əsl vətəndaş
hesab edirsiniz?
Düşünün
“Vətəndaşlıq borcu” ifadəsinin
doğru izahı necə ola bilər?
Oxuda aydınlaşdırın
Əsərdə tanış olmayan sözlərin mənasını
lüğətlərin, sorğu kitablarının köməyi ilə
aydınlaşdırın.
Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.


Sənə də anadır, mənə də ana. 
Sən də cavabdehsən, mən də hər zaman 
Vahid anamızın xoşbaxtlığına. 


Vətəndaş! Nə gözəl səslənir bu söz, 
Yəni – bir qaynaqdan su içmişik biz. 
O su qəlbimizdə coşdu, qaynadı, 
Eyni bir ad ilə tanıtdı bizi. 
Vətənin ünvanı, Vətənin adı 
Bizə xatırlatdı vəzifəmizi! 
Vətəndaş! Nə gözəl səslənir bu söz, 
Vətən əbədidir, gedəriyik biz. 
İnsan qüvvətlidir öz vətənində. 
Bilirik, dünyaya biz niyə gəldik. 
O, bizi yaradan, biz ona bəndə, 
Yaradan uğrunda ölməyə gəldik. 
I dərs
Məzmun üzrə iş
1. Əsərin oxusundan (bunu fərdi səssiz oxu, səsli oxunun dinlənilməsi və s. şəkildə
yerinə yetirə bilərsiniz) sonra aşağıdakı suallara cavab hazırlayın.
– Şeir kimə müraciətlə yazılıb? 
– Şair kimi vətəndaş adlandırır?
2. Parta yoldaşınızla birlikdə şeirin məzmununa aid iki sual tərtib edin və onlara
cavab hazırlayın. 
3. Kiçik qruplarda birləşib aşağıdakı ifadələrin mənasını aydınlaşdırın.
 
4. Şeir haqqında hansı fikir səhvdir?
1.  “Vahid ana” deyəndə şair hər insanın öz anası olduğunu nəzərdə tutur.
2.  Şair ölkəmizin bütün vətəndaşlarını birliyə çağırır.
3.  Şeirdə vətənin əbədi olması fikri xatırladılır.
4.  Şair insanın öz vətənində qüvvətli olduğunu söyləyir.
5.  Vətənin xoşbəxtliyi naminə çalışmaq hamının borcudur.
5. Mövzulardan birini seçib şifahi təqdimat hazırlayın.
1.  Şeirin iki bəndini nəsrə çevirin. Həmin bəndlərdəki sözlərin əksəriyyətindən
istifadə etməyə çalışın.
2.  “Vətənə məhəbbət hissini daha qabarıq ifadə edən sözlər, misralar və bənd”.
Evdə iş
Dünya azərbaycanlıları haqqında müxtəlif mənbələrdən topladığınız məlumat
əsasında şifahi təqdimat hazırlayın.
– Gücsüzük, bir heçik sən də, mən də tək,
Vətənə güvənib olduq Vətəndaş.
__________________________________
__________________________________
Vətənin ünvanı, Vətənin adı, 
Bizə xatırlatdı vəzifəmizi!
__________________________________
__________________________________
Mənim ürəyimi qanatsın gərək 
Sənin dırnağına dəyən çırtma daş.
__________________________________
__________________________________
O, bizi yaradan, biz ona bəndə, 
Yaradan uğrunda ölməyə gəldik.
__________________________________
__________________________________



II dərs
Təhlil üzrə iş
Əsərlə bağlı açıqlamalar 
1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.
B.Vahabzadənin yaradıcılığında Vətənə, insanın vətəndaşlıq borcuna həsr olunmuş
əsərlər mühüm yer tutur. Onlardan biri olan “Vətəndaş” şeiri maraqlı məzmunu,
yüksək bədiiliyi ilə diqqəti dərhal cəlb edir.
Bədii ifadə vasitəsi olan təkrirdən istifadə olunması şeirin təsir gücünü qat-qat
artırmışdır. Təkrir eyni sözün, ifadənin təkrar olunmasına deyilir:
Könlümün sevgili məhbubu mənim 
Vətənimdir, Vətənimdir, Vətənim. (A.Səhhət)
İkinci misradakı VətənimdirVətənimdirVətənim sözləri fikri qüvvətləndirmək
məqsədilə işlədilmiş təkrirdir. Təkririn iki növü var: Anafora, epifora. Anafora
cümlənin, misranın başlanğıcında gələn təkrirdir. Epifora isə cümlənin, misranın
sonunda təkrar olunan söz və ifadələrdir.
“Vətəndaş” şeirində hər bəndin əvvəlində təkrar olunan vətəndaş sözləri qüvvətli
anaforadır. Sonuncu bənddə təkrar olunan “gəldik” sözü isə epiforadır: Bilirik,
dünyaya biz niyə gəldik... Yaradan uğrunda ölməyə gəldik.
Araşdırın. Fikirləşin. Cavab verin
2. Şeir eyni mövzuda olan digər əsərlərdən hansı cəhətlərinə görə fərqlənir?
Cədvəldə müvafiq qeydlər aparmaqla onu tanış olduğunuz digər əsərlə müqayisə
edin.
Hansı cəhətlərinə görə müqayisə olunurlar?
Əsərlərin adı
“Vətəndaş”
 
 
 
 
3. Əsər vətəndaşlıq borcu haqqında təsəvvürünüzə yeni nələr əlavə etdi?
Şeirin öyrənilməsindən əvvəl təsəvvürüm:
_________________________________________________
Şeirin öyrənilməsindən sonra təsəvvürüm:
_________________________________________________
4. Təkrirlərin şeirdəki fikirlərin təsir gücünün artırılmasındakı rolunu aydınlaşdırın.
Cədvəli dəftərinizə çəkin və tamamlayın.
Əsərdə işlədilmiş təkrirlər
Fikrin təsir gücünün artmasında onların rolu


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə