Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə16/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   57

– Böyük sərkərdəmiz Cavanşirin odlu qılıncı vəhşi düşmənin başını qara dırnaqlı atının
ayaqları altına atdı. İndi bizimkilər düşmən əsgərlərini qırıb tökürlər.
Cavahir xatun böyük imtahandan çıxmış oğlunun yaralı elçisinə baxaraq əmr etdi:
– Qızlar, bu şadxəbər elçinin yaralarını bağlayın!


4
Yenə şeypur səsləri guruldadı. İndi Cavanşir özü Girdman igidləri ilə bərabər qayıdırdı.
Varazın alov kimi yanan gözlərində oğlunun qələbəsindən doğan bir parıltı vardı.
Cavanşir hələ at belində ikən qoca hökmdar soruşdu:
– Söylə, oğlum, söylə, mənim körpə aslanım, düşmən atları Kür çayının suyundan içə
bildimi?
Hamı od kimi parıldayan qılıncla hökmdarı salamladı. Cavanşir dedi:
– Ata, qara dırnaqlı düşmən atları ana vətənin müqəddəs Kür sularından bir damcı da
içə bilmədi. Lakin düşmənlər özləri bu sudan doyunca içdilər.
Sonra Varazın səsi ucaldı:
– Bu ölkə heç vaxt məğlub olmayacaq, övladlarım!
 
I dərs
Məzmun üzrə iş
1. Əsərin birinci və ikinci parçasını oxuyun (bunu fərdi səssiz oxu, səsli oxunun
dinlənilməsi və s. şəkildə yerinə yetirə bilərsiniz). 
2. Oxuduğunuz parçalarla bağlı suallara parta yoldaşınızla birlikdə cavab hazırlayın.
Cavablarınızda öyrəndiyiniz yeni sözlərdən istifadə edin. 
3. Kiçik qruplarda birləşib aşağıdakı tapşırığı yerinə yetirin.
Əsərdə işlənmiş bədii təsvir vasitələri
Epitetin işləndiyi cümlələr
Təşbehin işləndiyi cümlələr
 
 
4. Oxuduğunuz mətni hissələrə ayırıb, birinə ad verin. Məzmununu hazırladığınız
plan əsasında yığcam nağıl edin. 
Evdə iş
1. Hekayənin ardını oxuyun. 
2. Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.
“Amma yenə də onun odlu
qılıncı parıldayırdı” sözləri
ilə yazıçı nəyə işarə edir?
Qızlar Cavanşiri çiçək dənizində üzdürdülər.
Amma yenə də onun odlu qılıncı parıldayırdı.
Yeddinci əsrdə parlamış bu qılınc Odlar
yurdunun şöhrətini bütün dünyaya yaydı.


II dərs
Məzmun üzrə iş
1. Müstəqil oxuduğunuz parçaları (3, 4) bir daha nəzərdən keçirin.
2. Kiçik qruplarda birləşib mətnin kənarındakı suallara cavab hazırlayın.
Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.
Bilik və bacarıqlarınızı tətbiq edin 
3. Hekayənin 3-cü və 4-cü parçalarında müəyyənləşdirdiyiniz bədii təsvir
vasitələrini cədvəldə qeyd edin.
Əsərdə işlənmiş bədii təsvir vasitələri
Epitetin işləndiyi cümlələr
Təşbehin işləndiyi cümlələr
 
 
4. Əsərdə hekayə janrına aid hansı xüsusiyyətləri göstərə bilərsiniz?
5. Səhv fikri müəyyənləşdirin:
– Cavanşirin qələbə çalacağına Varaz şübhə ilə yanaşır. 
– Cavahir xatunun xeyir-duası Girdman igidlərini qələbəyə ruhlandırır. 
– Döyüşdə Cavanşirin qoşunu da xeyli qurban verir. 
– Bu əsər hekayə janrında yazılıb. 
– Vətəni xilas etmiş igidləri xalq gül-çiçəklə qarşılayır.
6. Kiçik qruplara ayrılın, aşağıdakı tapşırığı yerinə yetirin:
– Dairələri (onların sayı çox da ola bilər) dəftərinizə çəkin. 
– Hadisələrin başlanğıcını, münaqişənin (ziddiyyətin) yaranmasını, inkişafını, ən
gərgin, yüksək mərhələyə çatmasını və həll olunmasını (açılmasını) dairələrdə
ardıcıl (bir-iki cümlə ilə) yazın.
Evdə iş 
7. Mövzulardan birini seçib işləyin. Tövsiyələrdən (səh.163-165) faydalanın.
1.  “Hekayə Cavanşir haqqında bildiklərimə nə əlavə etdi?” mövzusunda inşa
yazın.
2.  “Hekayə məndə hansı düşüncə və ovqat yaratdı?” mövzusunda esse yazın.


III dərs
Təhlil üzrə iş
Əsərlə bağlı açıqlamalar 
1. Mətni oxuyun və növbəti tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən
faydalanın.
Hekayədə xalqımızın qəhrəmanlıqla dolu keçmişindən danışılır. Alban hökmdarı
olan Cavanşir düşmənə qarşı döyüşlərdə dəfələrlə igidlik göstərmiş və
məşhurlaşmışdır. Sayca çox olan düşmənlə qeyri-bərabər döyüşdə onun göstərdiyi
şücaət hekayədə böyük sənətkarlıqla təsvir edilmişdir. Əsər qəhrəmanlarının
sayının çox olmaması, hadisələrin sürətlə inkişafı, yaddaqalan obrazları ilə diqqəti
cəlb edir.
Araşdırın. Fikirləşin. Cavab verin 
2. Girdman cəngavərlərinə xas olan hansı xüsusiyyətlər güclü düşmən üzərində
qələbə çalmağa imkan verdi? 
3. Cavanşir obrazını necə səciyyələndirərsiniz? Fikrinizi əsaslandırarkən Cavanşirin
davranış və əməllərinə, yazıçının ona münasibətinə diqqət edin. Sizə tanış olan
müvafiq cədvəllərdən istifadə edin. 
4. Əsərdəki təsvir vasitələrinin əsərin bədii təsir gücünün artırılmasındakı rolunu
aydınlaşdırın. Sizə tanış olan müvafiq cədvəllərdən istifadə edin. 
5. Hekayədə diqqəti cəlb edən mühüm problem nədir? Müəllif həmin problemin
həllində nəyə üstünlük verir? Aşağıdakı cədvəldən istifadə edin.
Əsərdə mühüm olan problem
hansıdır?
Yazıçı bu problemin həllini
nədə görür?
Siz necə
düşünürsünüz?
 
 
 
6. Əsərdəki başlıca fikir – ideya nədir? Bu ideya əsərdəki hansı cümlələrdə daha
qabarıq əks olunub? Sizə tanış olan müvafiq cədvəldən istifadə edin.
Tətbiq. Müzakirə. Yaradıcı iş
7. “Hekayə hansı xüsusiyyətlərinə görə bu gün əhəmiyyətli sayıla bilər?”
mövzusunu müzakirə edin.
Evdə iş
Kitabxanadan və ya internetdəki mənbələrdən M.Hüseynin hekayələri haqqında
məlumat toplayın.



Mirzə İbrahimov 
(1911–1993)
Onun qələmi həmişə cilalı və parlaqdır. Həyatımızın elə sahəsi yoxdur ki, qələmi ora
nüfuz etməsin. Kənd, şəhər, müharibə, sülh və s. mövzularda yazdığı əsərlərlə
oxucuların rəğbətini qazanmışdır.
Mir Cəlal
 
AZAD
(ixtisarla)
1
Azad mənim uşaqlıq və gənclik yoldaşım idi... Bir həyətdə doğulmuş, bir həyətdə
böyüyüb məktəbə getmişdik... Gəncliyimizin də böyük bir qismini bir yerdə keçirmişdik.
Biz bir evin uşağı kimi tərbiyə almış və bir-birimizə doğma qardaşdan artıq ünsiyyət
bağlamışdıq...
İkimiz də bir-birimizin xasiyyətini çox gözəl bilirdik. Onun sakit və lal-dinməzliyi mənim
nəzərimdə təbii bir şeydi...
Yada salın
Cənubi Azərbaycan, orada baş
vermiş milli-azadlıq hərəkatı
barədə nə bilirsiniz?
Cənub mövzusunda hansı
əsərlərlə tanışsınız? Bu
əsərlərdə diqqətinizi daha çox
çəkən nə olub?
Düşünün
Bu əsəri “Azad” adlandırmaqda
yazıçının niyyəti, sizcə, nə
olmuşdur?
Oxuda aydınlaşdırın
Əsərdə tanış olmayan sözlərin mənasını
lüğətlərin, sorğu kitablarının köməyi ilə
aydınlaşdırın.
Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə