Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə17/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

 
Bəzən mənə elə gələrdi ki, onun üzündəki bulud keçirdiyi ağır günlərin qubarıdır. Axı o,
dünyaya gəldiyi gündən xoş bir gün görməmişdi... Aclıq,ehtiyac, soyuq otaq, torpaq
döşəməyə salınmış yırtıq həsir – gözünü açdığı gündən gördüyü bu idi.
“Sükuti” sözünün mənasını
necə başa düşdünüz?
Yoldaşlar arasında çox vaxt onu adı ilə
çağırmazdılar. “Sükuti”, – deyib durardılar...
Hətta sonradan tanış olanlar adının Azad
olduğunu da bilməzdilər. Sükuti gəldi, Sükuti
getdi, deyərdilər.


Azad doğulmamışdan iki ay əvvəl atası ölmüşdü... Anası Səlimə xanım evdə tək
qalmışdı... Kişinin ölümündən sonra arvad qapılara düşüb iş axtarmağa məcbur
olmuşdu. Birinin eveşiyini təmizlər, birinin paltarını yuyar, birinə yun çırpardı... Bu
qayda ilə bir qarnı ac, bir qarnı tox o, Azadı böyütmüşdü...
 
Yaxşıca yadımdadır... Bizim beş-altı yaşımız olanda hər axşam Səlimə xanım
yatmamışdan qabaq bizə nağıl danışardı... Onun nağıllarına qulaq asa-asa bizi yuxu
aparardı...
İki il o mənimlə bir məktəbə getdi... Orada da o, heç kəsə qoşulmaz, tənəffüslərdə
bütün uşaqlar bir-biri ilə oynaşdığı halda, o, bir küncdə durub baxardı. Müəllim ona bir
sual verərsə, qıpqırmızı olardı. Lap yaxşı bildiyi bir şeyi belə söyləyə bilməzdi.
 
İllər gəlib keçdi, mən orta məktəbi qurtardım, o, dərzi dükanında qaldı. Onun dərzi
şagirdi olması, təbiidir ki, bizim əlaqəmizi kəsmədi. Əksinə, böyüdükcə bizim
ünsiyyətimiz daha da artdı. Həyat bizi daha da yaxınlaşdırdı. Həyatın hadisələri məni
haldan çıxardığı bir zamanda o, bu hadisələrə qarşı sakit, laqeyd görünərdi. Heç bir
ehtiyac, heç bir dərd onun adi halını pozmazdı.
2
Acıqlı olduğum günlərdən birisi yadıma düşür. Kirayə pulunu gecikdirdiyimiz üçün
ərbab bizi evdən qovmaqla təhdid etmişdi. Pul yox idi. Qazanmağa da iş tapılmırdı.
Küçələri boş-boş gəzib yorulduqdan sonra Azadın yanına getdim.
– Azad, − dedim, – dərd ürəyimi dağıdır. Ağlamaq istəyirəm. Gözlərimdən yaş gəlmir.
Bu nə güzəran, bu nə dirilikdir? Azad! İşləməyə yer yox, danişgahda oxumağa imkan
yox, oğurluqmu edim, qardaş?
 
Bəs indi də işləməyəndə mən nə zaman işləyəcəyəm?
O nə isə tikirdi. Mən sözə başlayarkən əl saxlayıb ani olaraq üzümə baxdı, yenə
iynəsini götürərək öz işi ilə məşğul oldu. Söz buna çatan kimi o, iynəsini yerə qoyub
sakit nəzərlərini mənə çevirdi...
Ananın övladına
münasibətində sizin üçün
yeni, fərqli olan nədir?
Dünyada yeganə ümidi və həyatının məqsədi o
idi... Ondan əziz, ondan mehriban bir şeyi yox
idi. Səlimə xanım Azadı yalnız bir oğul kimi
yox, həm də dünyada bir pənah, bir qohum, bir
ata, bir qardaş kimi istəyirdi.
Təbriz şəhəri haqqında nə
bilirsiniz?
Doqquz yaşı olanda anası onu oxuda bilməyib
məktəbdən aldı. Qonşuların köməyi və yalvar-
yaxarla Təbrizin Liləvan məhəlləsindəki kiçik
bir dükanda dərzi şagirdliyinə düzəltdi.
Azadın dostunun
şikayətlənməsinə səbəb nə
idi?
Əlim sağ, qolum sağ, özümdə dağ gücü hiss
edirəm, mən nələr edə bilmərəm? Əlimdən nə
gəlməz? Nəyə gücüm çatmaz? Vallah, od
dəryasını yar keç desələr, keçərəm.


Mən xeyli danışdım, Azad heç dodaqlarını da tərpətmədi... Gözlərini bir nöqtəyə dikib
durdu... Mən onun heç bir zaman, heç bir şey başa düşməyəcəyi bir aləmdən
danışdığımı güman etdim.


Mənə elə gəldi ki, o, ömründə bir dəfə də belə məsələlər haqqında düşünməmişdir.
Hətta bu fikirlər ona təəccüblü görünür. Bəlkə, məndən acığı da gəlir. Məni naxoş və
ya xudbin hesab edir. Papağımı götürüb dükandan çıxmaq istədim. O, yerindən
tərpənmədi. Mən onun üzünə baxıb acıqlı-acıqlı dedim:
– Yazıq, min yazıq bizə baxıb övladlarım var deyən vətənə! Yazıq bu gül kimi
Azərbaycan torpağına ki, üstündə biz gəzirik. Bizim həyatımız bir qara quruşa
dəyməz!.. Çünki, bizcə, həyat yeməkdən, yatmaqdan, yenə yeməkdən və yatmaqdan
ibarətdir... Biz ölüm qapımızı döyənə kimi belə yaşayacağıq...
Biz ölmək üçün yaşayırıq... Yaşamaq üçün ölən insanlardan xəbərsizik!.. Buna görə də
cənazəmiz qəbrə çatmamış bizi unudacaqlar... Səni də, məni də, bizim tanış və
dostlarımızı da. Yox, bəlkə, səni bir az yad edən tapıldı... Deyəcəklər ki, dərzi Azad
yaxşı yamaq salardı... Allah rəhmət eləsin!
 
− Nə var, hələ ərbabın adamı gəlməyib ki?.. 
− Gəlmişdi, oğul. 
− Nə dedi? 
− Nə deyəcək, pulunu alıb getdi. 
− Pulu hardan tapdın, ana? 
− Necə hardan tapdım, oğul! Azad gətirdi, dedi ki, sən vermisən. 
Anamın qolundan tutub içəri apardım. Sonra Azadla görüşdükdə təşəkkür etdim. Keçən
görüşdəki kobud rəftarım üçün üzr istədim. O, heç bir söz demədi, gözlərini bir
nöqtəyə dikib durdu.
Bir ay sonra mən anamı da kəndə getməyə razı saldım. Səlimə xanım və Azadla
halallaşıb Təbrizdən ayrıldıq.
3
Tam beş il mən Azadı görmədim. Nə o, kəndə gəldi, nə də mən Təbrizə getdim. Buna
baxmayaraq, Təbrizə səfər edənlər vasitəsilə ondan xəbər tuturdum, özümdən də ona
xəbər çatdırırdım. Bu beş ildə çox sular axmış, çox əhvalatlar baş vermişdi.
İkinci Dünya müharibəsi başlamış, Azərbaycanın istər şəhər, istərsə kəndlərində
camaat hərəkətə gəlmişdi. İclaslardan, mitinqlərdən başqa, evlərdə də azadlıqdan,
yaxşı yaşayışdan, elmdən, ana dilindən danışırdılar. Hadisələr çox şiddətlə inkişaf
“Yaşamaq üçün ölən
insanlardan xəbərsizik” –
Azadın dostu bu sözlərlə nə
demək istəyir?
“Bir könlü ki, tikə
bilməyəcəksən, niyə
yıxırsan?” – cümləsindəki
fikri necə başa düşdünüz?
Özümü dükandan küçəyə atarkən onun səsini
eşitdim:
− Fərda, Fərda!
Cavab verməyib çıxıb getdim. Bir müddət
sonra bu hərəkətimin peşmançılığını çəkməyə
başladım. Mən bu yazığı niyə incitdim?.. Onun
taqsırı nədir? Bir könlü ki tikə bilməyəcəksən,
niyə yıxırsan? – deyə düşündüm. Gün batıb qaş
qaralana qədər küçələri dolandım. Şeylərimizi
həyətə atılmış görəcəyim fikri ilə evə
qayıtdım... Anam astanada oturub məni
gözləyirdi.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə