Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə15/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

Cavahir xatun da yanında idi.
İnsan dənizi sükut içində gözləyirdi. Varaz sözə başladı. Onun səsində qəribə bir
titrəyiş vardı. Hamı cəbhələr yarmış bu qocaman sərkərdənin səsini eşidəndə fəlakətin
böyük olduğunu anladı.


Varaz dedi:
– Əziz övladlarım! Bu qocanın sözlərinə diqqətlə qulaq asın! Müqəddəs Girdman ölkəsi
bizdən kömək istəyir. Odur, yenə üstümüzə düşmən gəlir. O, çox insafsız düşməndir,
çapıb-talayır, vurub-yıxır, insaf deyəndə – qılınc çəkir, namus deyəndə – od yağdırır.
Bilin ki, üstümüzə ölüm gəlir.
Mən də sizə son borcumu verməyə gəldim. Otuz ildə həmişə ölüm bizdən uzaq
olubdur. Girdman adı gələndə hamı hörmətlə baş əyibdir. Amma indi mən qocalmışam.
Bu gün səhər ox süzdürüb qılınc çalmaq istədim, əllərim titrədi. Sərkərdəniz kim
olacaq? Göstərin.
– Böyük hökmdarımız! Mən artıq yetkin bir cəngavərəm. Sərkərdəlik qılıncını mənə
verin!
Varaz onun cəsarətindən razı qaldısa da, fikrinə şərik olmayıb dedi:
– İgid oğlum, sən hələ cavansan. Sərkərdəlik qılıncını adama hökmdar yox, döyüş
meydanı verər!
Urmuz daha dinmədi, hökmdarın sözləri onu inandırdı. Sonra Cavanşir meydana çıxdı.
– Mənim də sözüm var, ata, – dedi, – döyüş meydanında düşmən sərkərdəsinin
qılıncını əlindən alacağıma söz verirəm!
Varaz oğlunun da cəsarətini bəyəndi, amma daha bir çətin sınaqdan keçirmək istədi: –
Bəlkə, birdən o, səni məğlub etdi?
Cavanşir səsini ucaltdı, böyük bir qürurla cavab verdi:
– Kür çayı dayanar, Varaz oğlu Cavanşir basılmaz!
O, Cavanşirə diqqətlə baxdı, sonra dönüb Cavahir xatunun fikrini bilmək istədi:
– Oğlun sərkərdə olmaq istəyir, sən nə fikirdəsən?
Cavanşirin anası dinmədi. Varaz yenə oğluna baxdı. Urmuza dediyini təkrar etdi:
– On dörd yaşlı bir hökmdar tanıyıram ki, qanlı vuruşma meydanında düşmən
sərkərdəsinin başını bədənindən ayırdı.
Varaz onun sözünü kəsmək üçün dedi:
– Qoşun başçısı ölsə də, möhkəm qoşun dağılmaz.
Cavanşir bir qədər susdu, lakin atasının bu fikrini də cavabsız qoymayıb dedi:
İnsanlar “fəlakətin böyüklüyünü”
nədən anladılar?
Bu anda Urmuzun qılıncı parladı. O,
Varazın qarşısında əyildi, qılıncını
oynatdı və dedi:
“Onun bir sözü ilə insan dənizi bir
səmtə doğru axırdı” cümləsindəki
fikri necə başa düşürsünüz?
– Hələ cavansan, oğlum!
Cavanşir, hamı eşitsin deyə səsini daha
da ucaltdı:


– Mən düşmən qoşununu dağıtdıqdan sonra onun sərkərdəsi ilə qabaqlaşacağam.
Varaz istəkli oğlunun çox ağıllı bir gənc olduğunu yaxşı bilirdi. Lakin onun bu
cavablarını eşitdikdən sonra Cavanşirə məhəbbəti daha da artdı.
– Elə isə tədbirini söylə, oğlum, – dedi.
– Vuruşmanın sonuna gözlərsən, ata ,– deyə Cavanşir cavab verdi. Sonra Varaz üzünü
xalqa tutdu, insanların rəyini bilmək istədi.


– Razıyıq, razıyıq! – dedilər.
– Elə isə uğurlar olsun, bala!.. Unutma ki, Girdman torpağının sərhədi Kür çayının o
tayından başlanır.
– Bunu bilirəm, ata... Qoy mehriban anam mənə xeyir-dua versin!
Bütün xalqın gözü Cavahir xatuna zilləndi. Onun hər bir kəlməsini yaxşı eşitmək üçün
hamı diqqətlə qulaq asırdı.
Cavahir xatun dedi:
– İndi də mənim sözlərimi dinlə, oğlum. Bir zaman, sən hələ uşaq ikən, davada
düşmənin polad qılıncı məni sinəmdən yaraladı. Mən ağlamadım, oğlum! "Cavanşirim
sağ olsun!”, – dedim. Evə qayıtdım. Sənin sinəni al qanıma boyadım. Mən davasız-
dərmansız sağaldım. Sən də böyüyüb igid oldun. İndi vuruş meydanına gedirsən. Atanı
da, məni də sən əvəz edirsən. Çalış ki, düşmən səni arxadan vurmasın. Sinədən aldığın
yaradan sənə ölüm yoxdur. Ananın qızıl qanına xəncər batmaz.
Ananın sözlərini eşidən Girdman cəngavərləri qılıncları havada oynadıb, ucadan
çığırdılar:
– Var olsun anamız!
Sonra Cavanşirin səsi eşidildi:
düzülsün. Bu cərgənin birində yeddi oğlan – əllərində qılınc-xəncər, o birisində isə
yeddi qız – əllərində gül-çiçək dayansın. Məğlub olub qayıtsam, qoy o yeddi cəngavərin
hərəsi mənə sağalmaz bir yara vursun. Əgər qalibiyyətlə geri dönsəm, yeddi qız
üstümə gül-çiçək səpsin.
Varaz bu şərtə razı oldu:
– Oğlum, – dedi, – düşmən atları Kürün müqəddəs sularından bir damla da içərsə,
unutma ki, o qılınc yaralarını sənə yeddi igid yox, bütün Girdman ölkəsi vuracaq, qalib
gəlsən, üstünə o gülləri, çiçəkləri bütün Girdman səpəcək!
Cavanşir qoca atasının bu sözlərindən daha da ruhlandı:
– Uğurumuz xoş olarsa, yenə burada görüşərik, ata, – dedi.
Onun köhlən atını gətirdilər. Cavanşir ata-anasının əlindən öpüb, cəld ata sıçradı.
Köhlən at şahə qalxdı.
Hərəkət şeypurları gurladı. Dağlar, dərələr titrədi. Cavan sərkərdənin qoşunu hərəkətə
gələndə ata gözlərindən sevinc yaşlarını silərək dedi:
– Göylər sənə yar olsun, oğlum!
3
... Günlər keçdi. Cavanşirdən xəbər gəlmədi. Qoca Varazın səbri tükəndi.
Cavanşirin bu sözləri sizdə
hansı hiss və düşüncə
yaratdı?
– İgid dostlar! Anamın sözləri qollarıma
qüvvət, gözlərimə işıq verdi. Atam bizi
imtahana çəkir. Mənim də şərtim var. Hər
saatda yeddi çapar müharibə meydanından
atama xəbər gətirsin. Bax, bu meydanda iki
cərgə cavan


– Kim bilir, bəlkə də, bütün qoşun əsir düşmüşdür?
Ana ürəyi buna dözmədi. Cavahir xatun dedi:
– Səbr et, Varaz! Qocaldıqca, deyəsən, hökmdar olduğunu unudursan!..
Bu anda sarayın yaxınlığında yel qanadlı bir atlı göründü. Cavahir xatun onu hamıdan
əvvəl gördü və dedi:


– Cavanşirin elçisidir!
Hamı dərin bir həyəcan və intizarla atlı gələn tərəfə baxdı. Elçi gəlib atdan düşdü,
hökmdarla Cavahir xatunun qarşısında baş əyib dedi:
– Mərd sərkərdəmizin ilk elçisiyəm. Düşmən Kür çayının bəri tayında idi. İlk həmlədə
düşməndən iki yüz, bizdən isə üç yüzə qədər igidin qanı Kür çayının sularını qırmızı
rəngə boyadı. Vuruş get-gedə qızışır. Düşmən bizdən on qat çoxdur.
Varazın qaşları çatıldı. Dodaqlarında incə bir titrəyiş göründü.
– Get, oğlum, – dedi, – bu acı xəbəri eşidən anaların ürəyi qana dönməsin.
Bu xəbərdən kədərlənmiş Cavahir xatun hökmdarın ətrafına toplanmış oğlanlara,
qızlara üzünü tutub dedi:
– Cavanşir birinci şərtə əməl edib elçi göndərdi. Girdman igidləri, siz də onun ikinci
şərtinə əməl edin!
Böyük ananın hökmünə əməl olundu: gənclər iki cərgə düzüldülər. Bir yanda qılınclar
parıldadı, bir yanda isə güllər, çiçəklər ətir saçdı.
Çox keçməmiş Cavanşirin ikinci elçisi özünü yetirdi:
– Böyük hökmdar! – dedi. – Bir Girdman cəngavəri düşmən sərkərdəsinin qarşısına
çıxdı, atının qantarğasından tutub saxlamaq istədi. Quduz düşmənin qılıncı cəngavərin
qolunu kəsib atdı. Cavanşir nərə çəkdi: “Eyy, qorx ki, sən başını itirməyəsən!” Qanlı
vuruşma getdikcə şiddətlənir. Düşmən bizdən on dəfə çoxdur.
Qan Varazın başına vurdu, gözləri qaraldı, titrəyən əlini qılınca atdı və dedi:
– Of, Cavanşir, Cavanşir!.. Mən otuz ildə belə acı xəbər eşitməmişdim.
Qoca Varazın qəlbində oğul məhəbbəti coşdu və səbirsizliklə xəbər aldı:
– Kimin başı idi?
Elçi nəfəsini dərdi və gülümsünərək dedi:
Təcrübəli Varazın narahat olmasına
səbəb nə idi?
Cavahir xatunun bu göstərişi nədən
xəbər verir?
Cavanşirin dediklərini hansı söz və
ya ifadə ilə əvəz etmək olar?
Bu anda üçüncü elçi atdan düşüb
səndələyə- səndələyə gəldi. Özünü
güclə dikəldib, qılıncına söykəndi və
dedi:
– Böyük hökmdar! Cavanşir düşmən
sərkərdəsi ilə qabaqlaşdı. Düşmən qara
dırnaqlı atını Cavanşirin üstünə səyirtdi,
əyri qılıncını düz onun başına endirdi.
Cavanşirin atı kənara sıçradı və birdən
hərlənib, özünü düşmən sərkərdəsinin
üstünə atdı. Bir də nə görsək yaxşıdır?
Bədəndən ayrılmış bir baş havada
fırlanır...


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə