Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə10/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   57

uzaqdan bir at kişnəməyi eşidildi. Koroğlu dönüb gördü Giziroğlu Mustafa bəy öz
Alapaça atının üstündə budu, elə gəlir, elə gəlir ki, tozu dumana qatıb, dumanı toza.
Qırat Alapaçanın səsini eşitcək dayandı. Koroğlu nə qədər elədisə, at yerindən
tərpənmədi. Koroğlu qanrılıb geriyə baxdı ki, görsün, Giziroğlu uzaqdadı, yaxında, bir
də onu gördü ki, təpəsinə bir əmud dəydi.


Koroğlu özünü atın üstündə saxlaya bilməyib təpəsi üstə yerə gəldi, yumbalanıb çaya
düşdü. Giziroğlu tez əlindəki əmudu yerə atıb qılıncını çəkdi ki, düşüb onun başını
kəssin, Koroğlu cəld sudan çıxıb onun öz əmudunu götürdü, Giziroğlunun təpəsinə elə
bir əmud vurdu ki, bu dəfə də Giziroğlu dığırlanıb çaya düşdü. Cəld qalxıb sudan
çıxmaq istəyəndə Koroğlu əlini uzadıb yapışdı onun əlindən, çəkib çıxartdı bayıra.
Ondan əl elədi misri qılınca ki, dava başlasın, Giziroğlu dedi:
– Koroğlu, əl saxla! Sənin mənimlə bir ədavətin-zadın yoxdu ki?
Koroğlu dedi:
– Mənim xeyr. Sənin mənimlə ədavətin var.
Giziroğlu dedi:
– Yox, mənim də yoxdu. Mən istəyirdim biləm, görəm, sən güclü olarsan, ya mən? Onu
da ki, gördüm. Day bundan sonra bizim vuruşmağımız axmaqlıqdı. Əl ver, dost olaq!
Koroğlu ilə Giziroğlu əl verdilər, görüşdülər, öpüşdülər, bir-biri ilə dost olub ayrıldılar.
Giziroğlu oradan birbaş gəlib çatdı öz adamlarına. Soruşdular ki: “Nə oldu? Hanı
Koroğlunun başı?”, Giziroğlu əhvalatı necə olmuşdusa, onlara danışdı. Adamların
arasında pıçapıç başlandı ki, bəs yalan deyir. Giziroğlu nə qədər dedisə, inanmadılar.
Axırda qəzəblənib dedi:
– İndi ki belə oldu, gəlin gedək lap Çənlibelə, soruşun onun özündən. Əgər o, mərd
adamdırsa, düzünü deyər. Yox, əgər namərdlik eləsə, yalan danışsa, mən lap sizin
gözünüzün qabağında onunla vuruşum, siz də tamaşa eləyin.
7
Hamı bu sözə razı oldu. Atlanıb Çənlibelə tərəf yol başladılar. İndi eşidin dəlilərdən.
Dəlilər at sürdülər, yol yordular, səhər dan yeri təzəcə söküləndə gəlib Çənlibelə
çatdılar. Xanımlar qabağa çıxdılar. Kosa Səfər uzaqdan Nigar xanımı görcək qışqırdı ki:
– Nigar xanım, bircə de görüm, Koroğlu gəlib, ya yox?
Nigar xanım dedi:
– Yox. Gəlməyib.
Kosa Səfər dedi:
– Çox yaxşı. Axırı ki, heç olmasa, bircə dəfə mərci biz apardıq. Mənzil başına ondan tez
gəldik.
Elə bu dəmdə Qırat bərk kişnədi. Dönüb gördülər Qırat yağı qoruğunda otlayır. Koroğlu
da böyrü üstə göy otun üstündə uzanıb gülə-gülə deyir:
– Haradasınız? Sizi gözləməkdən gözümün kökü saraldı ki...
Kosa Səfər dedi:
– Genə mərci sən uddun!


Koroğlu dedi:
– Mərci mən uddum. Ancaq bizim bir adətimiz də var axı. Həmişə mənzilbaşında kim
mənə hamıdan qabaq salam versə, mən ona yüz qızıl verərəm. O başdan hərənizə yüz
qızıl borcluyam. İndi də ki səhər tezdən genə də yeddi min yeddi yüz yetmiş yeddi dəli
hamınız birdən gəlibsiniz.


Aslan paşanın xəzinəsində də bu qədər qızıl elə ancaq olar. Odu ki, xəzinə sizə çatır.
Necə istəyirsiniz, eləcə də öz aranızda bölüşdürün.
Dəlilər hamısı atlardan töküldülər. Süfrə açıldı. Dəlilər yeyibiçməkdə, çalıb-oynamaqda
olsunlar, eşit Giziroğlunun dəstəsindən. Dəstə gəlib o zaman çatdı ki, dəlilər şirin kefdə
idilər. Mustafa bəy dedi:
– Bu saat bunların keflərini pozmaq heç insafdan deyil. Gözləyək, qurtarsınlar, sonra.
Bir tərəfdə dayanıb gözləməyə başladılar.
Nigar xanım dedi:
– Koroğlu, indi danış görək necə getdiz? Uşaqları necə qurtardız?
Koroğlu başdan başlayıb əhvalatı axıracan danışdı. Amma Giziroğlunun adını çəkmədi.
O barədə bir kəlmə də kəsmədi. Nigar xanım dedi:
– Ay Koroğlu, sən ki belə igidsən, görəsən, bu dünyada sənin kimi ikinci bir adam da
var, ya elə anan səni tək doğub?
Koroğlu bir söz demədi. Yavaşca qalxıb Aşıq Cünunun sazını aldı, basdı bağrına.
Dedi:
Anadan oğul doğlubdu, 
Giziroğlu Mustafa bəy. 
Bu dünyaya tək gəlibdi, 
Giziroğlu Mustafa bəy.
Bir atı var, Alapaça, 
Aman vermir Qırat qaça. 
Şeşpərinin ucu haça, 
Giziroğlu Mustafa bəy.
Hay deyəndə haya basar, 
Huy deyəndə huya basar, 
Koroğlunu çaya basar, 
Giziroğlu Mustafa bəy.
Koroğlu sözünü qurtaran kimi Giziroğlu Mustafa bəy gizləndiyi yerdən çıxıb məclisə
gəldi. Dedi:
Koroğlu, sən, doğrudan da, mərd adamsan. Ancaq özgəsini çox şişirdib özünü çox
kiçildirsən. Dayan, indi mən düzünü danışacağam.
Ondan Giziroğlu başlayıb əhvalatı necə olmuşdusa, əvvəldən axıra kimi danışdı. Nə bir
kəlmə o yana elədi, nə bir kəlmə bu yana.
Koroğlu ilə Giziroğlu təzədən qucaqlaşdılar, öpüşdülər, görüşdülər, qardaş oldular.
Giziroğlunun adamları da gəlib məclisə girdilər. Məclis təzədən başlandı.


I dərs
Məzmun üzrə iş
1.  Əsərin ilk dörd parçasını sinifdə oxuyun.
2.  Hər parçanın oxusundan sonra onunla bağlı suallara cavab verin.
3.  Sualların üzərində düşünərkən parta yoldaşınızla fikir mübadiləsi
aparın.
4.  Mövzulardan birini seçib şifahi təqdimat hazırlayın.
1.  Dastanda məni ən çox həyəcanlandıran epizod hansı oldu?
2.  Çənlibeli necə təsəvvür edirəm?
Evdə iş
1.  Dastanın ardını evdə oxuyun.
2.  Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.
II dərs
Məzmun üzrə iş
1.  Evdə oxuduğunuz parçaları bir daha nəzərdən keçirin. Sizi
düşündürən sualları parta yoldaşınızla, ya da kiçik qruplarda müzakirə
edin.
2.  Əsərdən seçdiyiniz hissəyə ad verib məzmununu hazırladığınız plan
əsasında yaradıcı nağıl edin.
Bilik və bacarıqlarınızı tətbiq edin
3.  Sxemi dəftərinizə köçürün və əsərdəki hadisələrin ardıcıllığını əks
etdirin.
Koroğlu aşıq paltarı geyinib Aslan paşanın məclisinə yollanır.
4.  Əsərin dastan janrında olduğunu təsdiq edən iki cəhət yazın.
5.  Əsərdən seçdiyiniz iki cümləyə epitet və bənzətmə artırın:
Əsərdən seçilmiş cümlələr
Epitet və bənzətmə artırıldıqdan sonra
1.
 
2.
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə