OZAN DÜNYASI № 3(6), 2011
80
Узун илляр щясрятини чякдийим
Кямаляддин маралыннан эялибди.
Ханымы да йанында отурмушду, галхды, гуъаглашдыг, юпцшдцк. Деди,
устад, 15 илдир мян Алмаnийада ишляйирям, журналистям. 20 гатар шерими
апарды ки, Алманийада чап етдиряъям. Оннан бяри тяяссцфляр олсун ки,
эюрцшмядик, даща билмирям ня тящяр олду онун иши. Аллащ онун ишини
авандына салсын. Яэяр саьдырса, Aллащ ъаныны саь ейлясин, узун юмцр
версин она.
- Саь олун, устад, тцрк дцнйасында устад Камандар бюйцк бир си-
мадыр, Борчалыда йанан бир чырагдыр. Сюз чыраьы, сянят чыраьы. Вя бурда
йанан чыраг бцтцн тцркцн саз-сюз дцнйасына ишıг салыр.
- Мяним арзум одур ки, сюзцнцз мийани-кялам, mяним арзум одур
ки, Aллащ гойса, Aллащ гисмят елясин, тцрк дцнйасына гядям басым. Онун
телевизийа каналларында чыхышлар едим. Орда мяшщур ашыгларла эюрцшцм,
онларла бирэя консертляр верим. Ашыглыг сяняти белядир. Мцштяряк
эедясян, эялясяn, щяйат белядир. Пейьямбяр ялейсяламın бир сюзц вар ки,
щяр алим, щяр сяняткар бешикдян гября кими юйрянмялидир. Гой
юйрянсинляр сяняткарлар. Мяндян чохлу-чохлу саламларымы, хейир-дуала-
рымы апарыб тцрк халгына чатдырасан, ашыгларына, сяняткарларына чатдырасан.
Онлары юпцрям, баьрыма басырам. Ъансаьлыьы, узун юмцр арзулайырам
онлара. Бир дя Aллащ онлара нейлим-неълим дедиртмясин. О бяланы бир
даща эюстярмясин. Ахырынъы бяла олсун. ( 1999-cu ildə Türkiyədə baş
vermiş zəlzələni nəzərdə tutur – red.)
- Саь олун, устад, чох саь олун. Мцсащибя цчцн дярин
миннятдарлыьымы билдирирям. Бир даща эюряшянядяк.
Мцсащибяни апарды:
Мирзя МЯММЯДОЬЛУ
9 sentyabr 1999-cu il.
OZAN DÜNYASI № 3(6), 2011
81
Seyfəddin QƏNĠYEV
professor
SAZIN-SÖZÜN ġƏRBƏTĠ
Aşıq Şərbət Fətiyev 1935-ci ildə Şamaxının cənnətmisallı bir
diyarında – Talışnuruda, özü də sazın-sözün müqəddəs tutulduğu Aşıq
Cənnətalı ocağında dünyaya göz açmışdır. Ustadın dediyi kimi, “ağlı söz
kəsəndən evlərində saz səsi eşidilmiş, dastan-nağıl dinlənilmişdir”. Elə
ilk ustadı da atası Aşıq Cənnətalı olmuşdur. Bir müddət atasının yanında
xanəndəlik etmişdir. Nəhayət, 1954-cü ildə atasının xeyir-duası və
məsləhəti ilə məclislərə ayaq açmışdır. Aşıq Şərbət atasından iyirmidən
artıq dastan öyrənmiş, dədə aşıqların 100-dən artıq ustadnamələrini
əzbərləmişdir. O, Şirvanın dədə sənətkarı Aşıq Abbasdan da sənətin
incəliklərinə aid bir çox mətləbləri mənimsəmiş və ondan da ustad şilləsi
almışdır.
Ötən əsrin 50-ci illərində Şirvan aşıq sənətinin zirvələr fəth etmə-
sində Aşıq Şakir, Aşıq Əhməd, Aşıq Barat, Aşıq Məmmədağa, Aşıq
Xanmusa, Aşıq Xanış, Aşıq Hacalı ilə yanaşı Aşıq Şərbətin də xüsusi
rolu olmuşdur. Belə ki, cavan aşıq münsiflər tərəfindən mükafata –
birinci dərəcəli diploma layiq görülüb. Aşıq Şərbətin sonrakı uğuru isə
Moskvada keçirilən Azərbaycan ongünlüyündə qazandığı “Fəxri Fər-
man” olub. Üç dəfə Azərbaycan aşıqları qurultayının nümayəndəsi olan
Aşıq Şərbət üç dəfə də festival laureatı adına layiq görülüb.
Ustad aşıq Şirvanda Aşıq Xanış, Aşıq Əvəz, Aşıq Mahmud kimi
istedadlı şagirdlər yetirmişdir. Aşıq Şərbət hazırda Şirvan aşıq mühitinin
canlı salnaməsidir.
Aşığın yaradıcılığı barədə folklorşünas alimlər və ziyalılar –
Ə.Cəfərzadə, M.Həkimov, Q.Namazov, E.Məmmədli, V.Yusifli, İ.Etibar
və başqaları bir çox dəyərli fikirlər söyləmişdir.
Şirvan aşıq mühiti müxtəlif illərdə müxtəlif ustadlarla təmsil
olunmuşdur. XVI əsrdə Boyat Abbas, XVII əsrdə Dostu Şirvani, Saleh
OZAN DÜNYASI № 3(6), 2011
82
Şirazi, XVIII əsrdə Aşıq Rüstəm, Aşıq Sadıq, XIX əsrdə Aşıq İslam,
Aşıq İbrahim, XX əsrin birinci rübündə Aşıq Bilal, Aşıq Mürsəl, XX
əsrin ortalarında Aşıq Abbas, Aşıq Qurbanxan, Aşıq Əhməd, Aşıq Pənah.
Bu gün isə Şirvan aşıq mühiti ustad kimi Aşıq Şərbətlə təmsil olunur.
Şirvan aşıq mühitinin klassik dastan və saz havalarına dərindən
bələd olan Aşıq Şərbət həm də yaradıcı aşıqdır. Onun şeirlərinin az bir
qismi ötən əsrin 60-cı illərindən başlayaraq rayon qəzetində, eləcə də
Respublika mətbuatında işıq üzü görmüşdür. Onun şeirlərinin başqa bir
qismi ilk dəfə 1999-cu ildə “Şərbətin sazı, Şamaxının yazı” adlı kitabında
çap olunmuşdur. Aşığın şeirlərinin böyük bir hissəsi hələ onun şəxsi
arxivindədir.
Ustad aşıq xalq şeirinin demək olar ki, bütün növlərində - qoşma,
gəraylı, təcnis, müxəmməs, qıfılbənd və s. qələmini sınamış və maraqlı
əsərlər yaratmışdır. Söz və poeziya ənənələri ilə zəngin olan Şirvan aşıq
mühiti Şərbəti uşaqlıqdan ağuşuna almışdır. Şirvanın füsunkar, allı-güllü
təbiəti, başı qarlı uca dağları, quşqonmaz qayaları, laləli-nərgizli
ormanları, saf təbiəti, buz bulaqları aşığın təbini coşdurur. Həmin
coşqudan Şirvanda olan istəklər, sevgilər misralaşır:
“Pirqulu” meşəsin seyrə dalıram,
Avaxıl üstünü duman alanda.
“Cəngi” meşəsində qonaq qalanda,
Təbiətin dəyər min cana, Şirvan.
Dostları ilə paylaş: |