Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 3(6), 2011



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə25/32
tarix21.03.2018
ölçüsü5,1 Kb.
#32692
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
83 
 
Böyük bəstəkar Üzeyir Hacıbəyov vaxtilə demişdir: “Aşıq, ifaçılıq 
məharətini sxolastik mühitdə öyrənmir: ona təmiz hava, yaşıl çəmən, çöl 
çiçəklərinin  ətri,  uca  dağın  geniş  yamacları,  quşların  cəh-cəhi,  çayların 
şırıltısı ilham gətirir”. Ustad Şərbətin təbini coşduran, sazını dilləndirən, 
sazanə ovxara salan da elə Şirvan torpağının yaratdığı möcüzələrdir. Aşıq 
Şərbətin  poeziyasında  aparıcı  mövzulardan  biri  də  təbiət  möcüzələrinin 
tərənnümüdür.  Aşığı  bu  mövzuya  müraciət  etməyə  vadar  edən  onun 
böyüyüb  boya-başa  çatdığı  Talışnuru  kəndinin  füsunkar  təbiətinin  onun 
uşaq  qəlbinə  vurduğu  naxışlardır.  Aşığa  görə  bütün  sağalmaz  dərdlərin 
dərmanı ancaq təbiət, onun gülü-çiçəyidir: 
 
Cənnətə çevrilib doğma diyarım,  
Təbiət olubdur loğmanın mənim.  
 
- deyən aşıq ömrü boyu loğman misallı təbiəti hər fəsildə  gəzməyi, seyr 
etməyi özünə artıq adət etmişdir: 
 
Bahar fəsli, bülbül dəmi, gül dəmi,  
Cığırların özündə gör Şərbəti.  
Güllü yaylaq el-obanın məskəni, 
“Qızmeydan”ın düzündə gör Şərbəti.  
 
Aşığın yaradıcılığında bu diyarın istedadlı, elin-obanın adı ilə fərəh 
duyduğu övladları xüsusi istək və məhəbbətlə anılır, yad edilir:    
 
Aşıq Məmmədağa çaldı öz sazın, 
El-oba dinlədi şirin avazın.  
Aşıq İbrahimin, Aşıq Abbasın 
Hər sözü-söhbəti Şamaxıdadır.       
 
Aşıq Şərbətin  yaradıcılığında onun ustadnamələri xüsusi yer tutur. 
Aşığın  klassik  ənənəyə  söykənən  belə  şeirləri  ulularımızın  min  illik 
təcrübələri,  keçdiyi  real  həyat  həqiqətləri,  ümidləri,  nəsihətləri  üzərində 
olmuşdur.  Dədə  Qorquddan  başlayaraq  üzü  bəri  dədə  ozanlar,  aşıqlar 
hamısı  öz  tövsiyələrini  bu  şeir  forması  ilə  bəyan  etmişlər.  Şirvan  aşıq 
mühitinin klassik ənənələrinə həmişə sadiq olan Aşıq Şərbət də eləcə:  
 
Lazım olmaz qürbət heç bir insana,  
Vətən düşər yada, bir də ki, ana.  


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
84 
Aşıq Şərbət dözməyəndə hicrana,  
“Yanıq Kərəmi”ni çalsa yaxşıdır.  
 
Aşıq  Şərbətin  yaradıcılığında  gözəl-göyçək,  tər  buxaqlı,  qönçə 
yanaqlı,  onu  yüz  naz-qəmzə  ilə  bihuş  edən,  bəzən  də  “boş  bəhanə  ilə 
ondan küsən gözəllərin mədhi” də xüsusi yer tutur. O, belə səpkili şeir-
lərində  özünün  səmimiyyəti,  hisslərinin  coşqunluğunu,  həqiqiliyini  po-
etik boyalarla verə bilmişdir: 
 
Başına döndüyüm gülərüzlü pəri,  
Söylə, mehribanım, nədən küsmüsən?  
Razısanmı gözüm tökə qanlı yaş?  
Üzüldü bu canım, nədən küsmüsən?  
 
Aşıq  Şərbət  öz  torpağına,  elinə  bağlı  bir  sənətkardır.  Onun  şeirlə-
rinin bir çoxunda ana torpaq, yurd yeri, təbiət mənzərələrinin təsviri mü-
hüm  yer  tutur.  Aşığın  bir  çox  şeirlərində  Babadağ,  Zəngəzur  dağı,  Yə-
hərcə,  Şahdağ  yaylağı,  Pirqulu,  Cəngi  meşələri,  Küdri  düzü,  Qobustan 
ərazisinin  ətri-rayihəsi  duyulur,  bu  cənnət  misallı  yerlər  xüsusi  zövqlə 
nəğmə kökündə ifadə olunur: 
 
Pirqulu, Cəngiyə düşərsə yolun,  
Dağlar, təpələrdir həm sağım, solum.  
Yol qırağı bitən ağacın, kolun 
Yarpağından soruş, gülündən soruş.  
 
Bu  poeziyada  onun  gənclik  dövründən  gəzib  dolaşdığı  dağların, 
gəzdiyi  meşələrin,  yaylaqların,  ünsiyyətdə  olduğu  insanların,  dərs  aldığı 
ustadların  vəsiyyətləri,  onun  ağlını  başdan  alan  gözəllərin  tərifi 
verilmişdir.  Bu  poeziya  da  Şirvan  aşıq  mühitində  özünəməxsus  iz 
qoymuşdur.   
 Aşıq  Şərbət  altmış  ilə  yaxındır  ki,  sinəsində  telli  saz,  dilində 
ustadların  sözü,  qəlbində  sənətə  olan  böyük  istəklə  Şirvan  elini  dolaşır, 
məclislərdə klassik dastanları özünəməxsus tərzdə, ustalıqla ifa edir.  


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
85 
Müsahibə 
 
  
 
 “
AġIĞIN USTADA  
QULLUQ ETMƏSĠ 
 VACĠB ġƏRTDĠR
” 
 
 
Müsahibimiz  Azərbaycanın  Əməkdar 
mədəniyyət  iĢçisi,  Prezident  təqaüdçüsü, 
AAB Ġdarə heyətinin üzvü, aĢıq Ġsfəndiyar 
Rüstəmovdur. 
 
 
- Ustad, gəlin söhbətimizə ənənəvi 
bir  sualla  baĢlayaq.  Necə  oldu  ki,  bu 
sənətə gəldiniz? 
-  Mənim  atam  aşıq  idi,  onun  ustadı  Dərələyəz  mahalından  olan  aşıq 
Məhəmməd  olub.  Evimizdən  həmişə  saz  səsi  gəlib.  Beş  il  atamdan  bu 
sənətin sirlərini öyrənmişəm.  
-    Sizin  kamil  sənətkar  kimi  yetiĢməyinizdə  atanızdan  baĢqa  da 
kimlərinsə rolu, təsiri olubmu?  
- Bayaq da qeyd etdiyim kimi, bu sənətin sirlərini beş il atam Ədildən öyrən-
mişəm.  Sonradan mənim də  aşıq Məhəmməddən də öyrəndiklərim az olmayıb.  
Mən toylara getməyə o qədər də meylli olmamışam, sənətin incəliklə-
rini  öyrənmiş,  rayon  və  respublika  səviyyəli  müxtəlif  tədbirlərdə,  mü-
sabiqə və festivallarda iştirak etmişəm. Bu gün 40-a yaxın dastan bilirəm.  
1958-ci ildə iştirak etdiyim festivalda diplom və döş nişanı ilə təltif olun-
dum. Bundan sonra aşıqlarla birgə fəaliyyətə başladım,  cavan aşıqları öz 
ətrafıma topladım. Fikirləşdim ki, tək əldən səs çıxmaz və 1964-cü ildə  
Gədəbəy  Mədəniyyət  evinin  nəzdində  9  nəfərdən  ibarət  ansambl  yarat-
dım.  1975-1977-ci  illərdə  3  turdan  ibarət  ümumittifaq  festivalı  keçirildi 
və  biz  –  həmin  o  9  nəfər  hər  3  turda  uğurla  iştirak  edərək  qızıl  medala 
layiq  görüldük.  O  illərdə  ansambla  rəhbərliyimə,  yaxşı  təşkilatçılığıma 
görə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına layiq görüldüm. 
-
 
Müasir  dövrümüzdə  ustad  aĢıqlarımız  barmaqla  sayılacaq 
qədər  azdır  və  onlardan  biri  də  sizsiniz.  Heç  Ģübhəsiz,  özünüz  də 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə