Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə26/32
tarix21.03.2018
ölçüsü5,1 Kb.
#32692
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
86 
böyük ustadlar görmüĢ, onlarla birgə el Ģənliklərində çıxıĢ etmisiniz. 
Kimləri xatırlayırsınız o aĢıqlardan?  
-
 
Biz  daha  çox  Göyçə  aşıqlarından  bəhrələnmişik.  Mən  özüm  çox 
böyük  aşıqları  –  Aşıq  Yunusu,  Oruc  Əhmədovu,  Cilli  Müseyibi,  Aşıq 
Ağayarı  tanıyırdım,  Balamərzəli  Aşıq  Hüseyn  atamla  dost  idi,  tez-tez 
bizə gəlib-gedərdi. 
-
 
Bu aĢıqların da sizin yetiĢməyinizdə bir təsiri olubmu?  
-
 
Bilirsən, məndə hələ cavanlıqdan bir xasiyyət var: Əgər bir hava-
nı, bir şeiri, onun oxunuş qaydasını yaxşı bilmirdimsə, onlardan öyrənir-
dim. Mənim atam da çox güclü aşıq olub və  evimizdə də bir çox aşıqlar  
qonağımız  olublar.    Cilli  aşıq  Müseyib  çox  havacatlı  aşıq  idi.  Mən  aşıq 
Müseyibin  oxuduğu  “Qaragöz”ü  çox  gözəl  oxuyurdum.  Bir  dəfə  aşıq 
Müseyib mənim bu ifamı eşidəndə ağladı. Soruşdum ki, ay Müseyib da-
yı, niyə ağlayırsan? Cavab verdi ki, ay bala, mən şəyird yetirməmişdim, 
ancaq indi sənin bu ifanı eşidəndən sonra hesab edirəm ki, mən yaşayacam.  
-
 
Bəs ustad-Ģəyird ənənəsi bu gün  nə yerdədi?     
-
 
Yaxşı vəziyyətdə deyil. Bu gün beş-üç hava və elə bir o qədər də 
şeir bilən  əlinə bir saz və mikrofon da götürüb meydana atılır ki, mən də 
aşığam. Mən həmişə demişəm ki, ustad görməyən aşıq  ola bilməz. 
Aşıq  sənətinin  gücü  çoxdur,  gərək  onun  bütün  imkanlarından  istifadə 
etməyə çalışasan. Məsələn, atam mənə Qurbaninin, Aşıq Ələsgərin, yaxud di-
gər bir klassik aşığın şeirini öyrədəndə onu təhlil edir, hər misrada nə dediyini 
bütün  incəliklərinə  qədər  başa  salırdı.  Bu  gün  ustad-şəyird  münasibətləri 
demək  olar  ki,  yox  dərəcəsindədir,  ustaddan  dərs  almağa  meyl    göstərilmir. 
Doğrudur,  burada  zəmanənin  yaratdığı    problemlər  də  az  deyil.  Amma  bu 
sənətə gələnlər çalışmalıdır ki, ustadların sinəsində olanları öyrənsinlər.  
 Düzdür, bu gün çoxlu sayda saz dərnəkləri və musiqi məktəblərində 
saz sinifləri fəaliyyət göstərir. Amma burada daha çox saz çalmağı öyrə-
dirlər. Bir anlığa diqqət  yetirək, tar çalan xanəndə  deyil ki? Bu da onun 
kimi  bir  şeydir.  Aşıq  olmaq  üçün  də  təkcə  saz  çalmaq  kifayət  deyildır. 
Aşıq  klassik  aşıqların  sözlərini  öyrənib  oxumalı,  qıfılbənd,  təcnis,  mü-
xəmməs, ayaqlı təcnisi, qaravəlli və s. bilməlidir. Eyni zamanda aşığın səhnə 
və geyim mədəniyyəti də yerində olmalıdır. Aşıq daim öyrənməlidir.   
-
 
Bəs əsl aĢıq yetiĢdirməyin yolu nədir?  
-  Bayaq  da  qeyd  etdiyim  kimi,  sazda  çalmağı  bacarmaq  hələ  aşıq 
olmaq demək deyildir. Bu sənətə meyli olanlara sazda çalmağı öyrətmək-
lə  yanaşı,  səsi  olanlara  oxumağı,  aşıqlığın  bütün  incəliklərini  öyrətmək 
lazımdır.  Musiqi  məktəbində  təhsil  almaqla  yanaşı  mütləq  kamil  ustad-
dan da dərs almaq lazımdır. 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
87 
 
ġəkildə: AĢıq Ġsfəndiyar və  Gədəbəy aĢıqlarndan bir qrup
 
- Son illərdə aĢıq sənətinə göstərilən qayğı barədə nə deyərdiniz? 
- Hələ 1969-cu ildə ulu öndər Heydər Əliyev respublika rəhbərliyinə 
gələndən  sonra  mədəniyyətə,  ədəbiyyata,  incəsənətə,  xüsusilə  də  aşıq 
sənətinə  qayğı  artdı.  Yaxşı  yadımdadır,  respublika  səviyyəli  möhtəşəm 
tədbirlərdə digər incəsənət ustaları ilə yanaşı biz aşıqlar da çıxış edərdik 
və  tədbirdən  somra  Heydər  Əliyev  səhnə  arxasında  sənət  adamları  ilə 
görüşüb səmimi söhbət edər, dəyərli tövsiyələrini verərdi. Belə görüşlərin 
birindən sonra məhz onun göstərişi ilə ansamblımıza “Xalq aşıqları” sta-
tusu  verildi,  bununla  da  dövlət  tərəfindən  maliyyə  təminatımız  oldu. 
Rəhbərlik etdiyim ansamblla bir çox tədbirlərdə iştirak edir, xarici ölkə-
lərə - Türkiyəyə, Qazaxıstana, Özbəkistana, İrana və s. qastrol səfərlərinə 
gedir  və  hər  yerdən  də  qələbə  ilə  qayıdırdıq.  Sonralar  ansamblın 
üzvlərindən  rəhmətə  gedənlər  oldu  və  mən  ansamblı  cavanlaşdırdım. 
Hal-hazırda ansamblın 17 nəfər üzvü var və çox yaxşı fəaliyyət göstərir. 
-  Ulu  öndərimizin  aĢıq  sənətinə,  Gədəbəy  aĢıqlarına  qayğı  və  diq-
qətindən  danıĢdınız.  Hal-hazırda  da  xalqımızın  bu  ölməz  sənətinə  dövlət 
səviyyəsində  böyük  qayğı  göstərilir.  Elə  Gədəbəy  rayonunda  tikilməkdə 
olan “AĢıq Musiqi məktəbi” də dediklərimizin bariz nümunəsidir. 
-
 
Doğru  buyurursunuz,  ulu  öndər  Heydər  Əliyevin  davamçısı  hör-
mətli prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyeva Gədəbəyə 
səfərində biz aşıqlarla da görüşdü. Elə bu görüş zamanı da göstəriş verdi 
ki,  Gədəbəydə  ayrıca  Aşıq  musiqi  məktəbi  tikilsin.  İndi  artıq  bu  iş  başa 
çatmaq  üzrədir,  son tamamlama  işləri  gedir.  Yaxın  zamanlarda  sənətse-
vərlərin ixtiyarına veriləcək.  
 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
88 
 
 
 
 
 
 
 
 
 
 
ġəkildə: Gədəbəydə tikintisi tamamlanmaq üzrə olan AĢıq musiqi məktəbi 
 
Gədəbəydə aşıq sənətinə həmişə olduğu kimi, bu gün də böyük maraq 
var. Ümidvaram ki, bu məktəb istifadəyə veriləndən sonra bu sənəti yeni-
yetmə və gənclərə daha yaxşı, böyük həvəslə öyrətmək üçün qarşımızda 
geniş imkanlar açılacaq. Burada sözün əsl mənasında bir aşıq məktəbi ya-
radacağıq. Bu məktəb aşıq sənətinin bütün ənənələrini davam etdirəcək.   
Allah  dövlətimizin  bayrağını  hər  zaman  uca  eləsin.  Son  illərdə  aşıq 
sənətinə, aşıqlara dövlətin qayğısı göz önündədir. Elə Aşıqların V Qurul-
tayında Xalq şairi Zəlimxan Yaqubun AAB-yə sədr seçilməsi və bundan 
sonra  bu  qurumun  fəaliyyətinin  yenidən  bərpa  olunaraq  geniş  vüsət  al-
ması da bu qayğının təzahürüdür. İnşallah, inanıram ki, bu sənət daha da 
inkişaf edəcəkdir. 
-
 
Bu  gün  televiziya  kanallarında  aĢıq  sənəti  ilə  bağlı  yayım-
lanan veriliĢlərin səviyyəsi sizi qane edirmi?  
-  Yox, çox zaman qane eləmir. Verilişləri bu sahədə daha çox təcrü-
bəsi  olanlar  aparmalıdır.  Belə  verilişlərə  başdansovdu  yanaşmaq  olmaz. 
Havaların  düzgün  çalınması,  dastanların  öyrənilməsi  məsələlərinə  geniş 
yer verilməlidir. Belə verilişlərdə kamil ustad olmalıdır. 
-
 
AĢıq  olmaq  istəyənlər  üçün  hansı  üç  vacib  Ģərti  qeyd  edər-
diniz ki, bu sənətə gələnlər mütləq onlara mütləq əməl etməlidir?  
Ən birincisi ustad-şəyird münasibətindən yaranan, qidalanan tərbiyəsi 
olmalı,  özündən  böyüyün  yolunu  gözləməlidi.  İkincisi,  daim  öz  biliyini 
artırmalı,  məclisə  çıxanda  hazır    olmalıdır.  Üçüncüsü,  aşıq  yekəxana, 
ədəbaz olmamalı, xalq arasında ədəb-ərkanı, ağır təbiəti ilə fərqlənməli, 
böyüklərə  qarşı  hörmət  göstərməli,  özündən  yaşlı  aşıqlara  hər  zaman 
sayğılı  olmalıdır.Yəni,  birinci,  aşığın  tərbiyəsi,  ikinci,  biliyi  və  üçüncü, 
ustada qulluq etməsi vacib şərtdir. Mən belə düşünürəm.  
-
 
Maraqlı müsahibəyə görə təĢəkkür edirik
 
Müsahibəni apardı: M.Nəbioğlu 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə