Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 3(6), 2011



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə29/32
tarix21.03.2018
ölçüsü5,1 Kb.
#32692
1   ...   24   25   26   27   28   29   30   31   32

 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
97 
olduqca onun yanına gedir, ürəyimdən keçənləri deməyə cəsarət etməsəm 
də, əlinin işinə baxıb, nəsə götürməyə çalışırdım. Sağ olsun, usta Murad 
da fikrimi razılıqla qarşıladı və beləcə bizim ustad-şəyird münasibətimiz 
başladı”.  
1979-cu  ildə  ilk  dəfə  bağladığı  cürə  sazı  qohumlarından  birinin 
uşağına bağışlayan, bu gün isə sazbənd kimi 20 illik təcrübəsi olan Bəfalı  
Adıgözəlov  saz  düzəltməyin  vacib  şərtlərindən  danışarkən  belə  deyir: 
“Saz  düzəltmək  üçün  istifadə  olunan  tut  və  qoz  ağacları  nə  qədər  yaşlı 
olsa, bir o qədər yaxşıdır. Tut ağacından 50 sm-lik kötük kəsdikdən sonra 
onu 4 hissəyə bölmək lazımdır ki,  tərsini, avandını  biləsən. Ağacın  gün 
döyən  tərəfindən  sazın  sinəsi  üçün  istifadə  etmək  lazımdır.  Geridə 
qalanlardan isə qabırğa üçn istifadə etmək olar. Yeri gəlmişkən deyim ki, 
qabırğa  düzəltmək  üçün  mən  qaraağac,  çinar  və  gilasdan  da  istifadə 
etmişəm.  Amma  onların  heç  birində  əyilmə  effekti  tut  ağacındakı  kimi 
olmur. Qoz ağacını isə 1 m. uzunluqda kəsmək lazımdır ki, qurudarkən 
uclarda əmələ gələn çatları kəsib götürdükdən sonra qol düzəltmək üçün 
normal  uzunluq  qalsın.  Sazı  düzəldərkən  hər  bir  hissənin  ölçülərinə 
diqqət etmək də vacib şərtdir, yəni bunların da öz standartları var. 
Beçə,  qol,  aşıqlar  və  sazı  beçəyə  (beçə  qolu  çanağa  birləşdirən 
hissəyə  deyilir)  və  içəri  yamşağa  birləşdirən  ağac  çüylər  (mismar  əvəzi 
ağacdan düzəldilən hissələr) qoz ağacından olur. Tut ağacından  isə sazın 
çanağı  –  qabırğalar  və  sinə  düzəldilir.  Ana  qabırğanın  qalınlığı  5  mm. 
olmalıdır,  hündürlüyü  isə  sazın  çanağının  böyük  və  ya  kiçikliyindən 
asılıdır. Ana sazın ana qabırğasının bir ucda eni 12-14 sm., o biri ucda isə 
4-5 sm. olmalıdır. Bala qabırğalar isə 5-6 sm. enində olsa kifayətdir ”.  
Sazın  hissələrini  isə  usta  Bəfalı  belə  sıralayır:  1.  Qabırğa;  2.  Beçə 
içəri yamşaq; 3. Ağac çüylər; 4. Çöl yamşaq; 5. Xatabənd qoliçi oyma; 6. 
Sinə  (döş);  7.  Daraq;  8.  Sinə  xərək;  9.  Baş  xərək;  10.  Aşıqlar  (burma 
qulaqlar); 11. Pərdə; 12. Sim bağı; 13. Sim; 14. Təzənə; 15. Qayış (çiyinə 
keçirmək üçün) bəndləri; 16. Köynək.   
Usta  Bəfalı  deyir  ki,  sazın  ana,  orta  və  yaxud  cürə  saz  olmasından 
asılı olmayaraq hamısında 9-10 qabırğa olmalıdır. 5 mm-lik taxtalar 4-5 
saat suda qaynadılır ki, onu əymək asan olsun.  Eləcə də çanağın böyük 
və  ya  kiçikliyindən  asılı  olaraq  beçənin  uzunluğu  8  sm.  olmalıdır. 
Daraqdan xərəyə və baş xərəkdən aşağı birinci baş pərdəyədək məsafə də 
8  sm.  olmalıdır.  Şah  pərdə  isə  qolun  tən  ortasında  olur.  İstər  xatabənd, 
istərsə də adi  qolun  uzunluğu çanağın  ölçüsünə  uyğun olmalıdır. Qolun 
baş  tərfində  aşıqlar  (simin  bir  ucu  aşıqlara,  digər  ucu  isə  çanağa 
bərkidilmiş  darağa  bərkidilir)  üçün  5;  7;  9  və  yaxud  11  deşik  açılır. 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
98 
Deşiklərin  arası  4  sm.  olmalıdır  ki,  sazı  kökləyərkən  onları  rahat 
fırlatmaq mümkün olsun.  
Xərəklərə  gəldikdə  isə,  onlar  sümükdən,  buynuzdan,  kiçik  taxta 
parçasından ya da plastik materialdan hazırlanır.  
Sazın  düzəldilməsi  texnologiyasından  böyük  həvəs  və  peşəkarlıqla 
danışan  usta  Bəfalı  indiyədək  200-dən  çox  saz  bağlayıb.  Sifarişlə 
düzəltdiklərindən  başqa  onlarla  sazı  da  dostlarına,  yaxınlarına  hədiyyə 
edib.  Yeri  gəlmişkən,  Gürcüstan  prezidenti  M.Saakaşvili  Novruz 
bayramında  Marneuliyə  gələrək  soydaşlarımızla  görüşəndə  ona  hədiyyə 
olunan sazı da Bəfalı düzəldib.  
Bu  gün  Borçalıda  onu  tanımayan  yoxdur.  Kimdən  sorusşan  əlinin 
işini  tərifləyib,  yerini  nişan  verəcək.  Hazırda  Marneuli  şəhərində 
fəaliyyət göstərir. Ustadı Muraddan öyrəndiklərini böyük minnətdarlıq və 
qədirbilənlik hissi ilə qardaşları Pənah və Qəribə, oğlu Elxana öyrədib.  
Bəfalı  Adıgözəlov  təbi  gələndə  şeir  də  yazır.  Onun  iki  şeirini 
oxucularımıza təqdim edirik. 
 
 
 
 
Bəfalı ADIGÖZƏLOV 
 
 
OĞLUMA NƏSĠHƏT 
 
Əzəl Bismillah de, bir “Divani” çal, 
Öyrən oğul, mənnən gora getməsin. 
Hər ustad bildiyin etməz xiridar, 
Öyrən oğul, mənnən gora getməsin. 
 
Keçəndə “Təcnis”ə ana laylası, 
Bütün dərdlilərə vardı çarası. 
Sazın şah köküdü onun binası, 
Öyrən oğul, mənnən gora getməsin. 
 
Götür, el havası - bir “Qaraçı” çal, 
“Kərəmi”, “Dilqəmi”, bir “Turacı” çal, 
Sazı susdurma, çal, bir “Zarıncı” çal, 
Öyrən oğul, mənnən gora getməsin. 
 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
99 
Yeddi kök öyrədim hələlik sənə
Bir gün olar, rəhmət deyərsən mənə. 
Sənətdə düşməynən heç vaxt çətinə, 
Öyrən oğul, mənnən gora getməsin. 
 
Girəndə məclisə, sazı qoşa çal
Aciz insanları, oğul, başa sal. 
Şəyirdlər öyrədib bərkə-boşa sal, 
Öyrən oğul, mənnən gora getməsin. 
 
Atalar sözünün olmaz davası, 
Yetmişdən artıqdır sazın havası. 
Xəstəyə dərmandı şirin avazı, 
Öyrən oğul, mənnən gora getməsin. 
 
“Ustad oğlu şəyird olmaz”, bilirsən, 
“Cəngi” üstə düşmən bağrı dəlirsən. 
“Ruhani”də qəm-qüssəni silirsən, 
Öyrən oğul, mənnən gora getməsin. 
 
Eşit Bəfalını, aləmə səs sal
Özün şöhrət qazan, ellərdə ucal. 
Nəsihət bəsindir, bir “Müxəmməs” çal, 
Öyrən oğul, mənnən gora getməsin. 
  
 
BĠR BAHARSAN 
 
Ürəyində qəm olsa da
Sən könlümdə bir baharsan. 
Qəm könlümü çulğasa da, 
Sən könlümdə bir baharsan. 
 
Ömür sənsiz puç olsa da, 
Pünhan sevdaya dalsa da, 
Saçlarıma qar yağsa da, 
Sən könlümdə bir baharsan. 
 
Hicran yeli olur zalım, 
Dindirmə, çaşır xəyalım. 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə