Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə30/32
tarix21.03.2018
ölçüsü5,1 Kb.
#32692
1   ...   24   25   26   27   28   29   30   31   32

 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
100 
Sızıldama, dərdin alım, 
Sən könlümdə bir baharsan. 
 
Axıtma gözün yaşını, 
Sürmələ kirpik-qaşını. 
Kəsdim hər bələn başını, 
Sən könlümdə bir baharsan. 
 
Nələr düşür gör yadıma, 
Yetən yoxdur imdadıma. 
Qoysan çatam muradıma, 
Sən könlümdə bir baharsan. 
 
A dağlarda gəzən Pəri
Bafəlinin dil əzbəri, 
Kim dərər qönçə gülləri
Sən könlümdə bir baharsan. 
 
 
 
 
 
 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
101 
 
OZAN DÜNYASINDAN SORAQLAR 
  
Gədəbəydə AĢıq Ələsgər yad olunub 
 
Gədəbəydə  Aşıq  Ələsgərin  190  illik  yubileyi  qeyd  olunub.  Rayon  Mə-
dəniyyət Evində keçirilən tədbirdə çıxış edən “Xalq aşığı” ansamblının rəhbəri, 
Əməkdar  mədəniyyət  işçisi,  Prezident  təqaüdçüsü  İsfəndiyar  Rüstəmov  Aşıq 
Ələsgərin  190  illik  yubileyinin  respublikamızın  rayonları  arasında  ilk  dəfə 
Gədəbəydə qeyd edildiyini diqqətə çatdırıb. 
 Azərbaycan  Aşıqlar  Birliyinin  birinci  katibi,  filologiya  elmləri  doktoru, 
professor Məhərrəm Qasımlı aşığın həyat yolu barədə ətraflı söz açıb. Gədəbəy 
Rayon  İcra  Hakimiyyətinin  başçısı  Kamran  Rzazadə  belə  bir  tədbirin 
Gədəbəydə  keçirilməsini  bu  bölgənin  insanlarının  aşıq  sənətinə  diqqət  və 
qayğısı kimi dəyərləndirib. 
Qeyd  edək  ki,  tədbirdə  Ağstafa,  Qazax,  Tovuz,  Şəmkir,  Gəncə,  Kəlbəcər, 
Bərdə,  hətta  Təbriz  aşıqları  da  iştirak  ediblər.  Mərasimin  sonunda  Aşıq 
Ələsgərin  nəvəsi  İslam  Ələsgər  aşıq  sənətinə  göstərilən  bu  diqqət  və  qayğıya 
görə ölkə rəhbərliyinə, eləcə də YUNESKO və ISESKO-nun xoşməramlı səfiri, 
millət vəkili Mehriban Əliyevaya minnətdarlığını bildirib.  
 
Hüseyn Arifin “SeçilmiĢ əsərlər”i Xalq 
əmanəti kimi təqdim olunub 
 
     Sentyabrın  2-də  Xalq  Bankın  mərkəzi  ofi-
sində  “Xalq  Əmanəti”  layihəsi  çərçivəsində  növbəti 
nəşrin  –  Xalq  şairi  Hüseyn  Arifin  “Seçilmiş 
əsərləri”nin təqdimat mərasimi keçirilib. Ziyalıların, 
ictimaiyyət nümayəndələrinin və KİV təmsilçilərinin 
iştirak  etdikləri  tədbiri  Azərbaycan  Milli  Elmlər 
Akademiyasının müxbir üzvü, Milli Məclisin mədə-
niyyət  komitəsinin  sədri,  professor  Nizami  Cəfərov 
açaraq Hüseyn Arifin yaradıcılığı haqqında məlumat 
verib.  Professor  bildirib  ki,  “Xalq  Bank”ın  maliyyə 
dəstəyi ilə nəşr olunmuş bu kitab Azərbaycan mədə-
niyyətinə bir töhfədir. Tədbirdə Tələbə  Qəbulu  üzrə 
Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Hüseyn Arif ailəsinin yaxını 
kimi  “Seçilmiş  əsərləri”n  yenidən  nəşrinə  görə  “Xalq  Bank”a  təşəkkürünü 
bildirib, şairin ölməz əsərlərinin xalqın qəlbində həmişə yaşayacağını söyləyib. 
Xalq  şairi  Nəriman  Həsənzadə,  şair  İlyas  Tapdıq  və  başqaları  Hüseyn  Ariflə 
bağlı xatirələrini bölüşüblər. Tədbirdə şairin şeirlərindən nümunələr söylənilib.   


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
102 
 
  
 
  
DASTANLARIMIZ 
 
 
 
QURBANĠ  
(Dastanın Diri versiyası)  
 
Keçmişdə Araz çayı sahilində Diri dağı deyilən yerdə Fərəməz bəy 
adlı  bir  bəy  olmuş.  Bu  bəyin  çoxlu  mal-dövləti  olmuş,  ancaq  züryəti 
yoxmuş. Fərəməz bəy mal-dövlətinin əksəriyyət hissəsini paylayır yetim-
yesirə  ki,  Allah  ona  bir  oğul  versin.  Bu  işdən  sonra  Allahın  ona  rəhmi 
gəlib qurban günündə ona bir oğul verdi. Uşaq qurban günü olduğu üçün 
adını qoydular Qurbani.  
Qurbani  yeddi  yaşından  on  dörd  yaşına  kimi  molla  məktəbində 
oxuyub.  On  dörd  yaşından  sonra  isə  Fərəməz  bəy  Qurbanini  yanına 
çağırıb dedi:  
- Oğul, sən anadan olmamışdan qabaq əhd etmişdim ki, kaş mənim 
bir  oğlum  olaydı,  onunla  birlikdə  Diri  dağına  çıxaydım.  Həmin  əndim 
yerinə yetib. Gəl bir Diri dağına ova gedək.  
Oğul atasının sözünü sındırmayıb, ox, yay götürüb Diri dağına ova 
getmək istəyəndə onların yanına bir keçəl gəldi, dedi:   
- Fərəməz bəy, məni də özünüzlə aparın, nə vursanız mən götürüm.  
Fərəməz  bəy  və  Qurbani  keçəlin  sözünə  baxıb  onu  özləri  ilə 
apardılar.  Onlar  ovda  bir  dağ  keçisi  vurdular  və  onu  keçəlin  kürəyinə 
şəlləyib yendirdilər Mazannənə deyilən pirə. Axşam düşmüşdü, qaranlıq 
olduğundan Fərəməz bəy dedi:  
- Ay uşaqlar, gətirin bu dağ keçisini bu pirdə kabab edək, yeyək və 
bu pirdə adama bir niyyət tutaq, görək yuxuda kim nə görür.  
Belə də etdilər.   
Fərəməz  bəy  fikrində  tutdu  ki,  “Ey  İlahi,  yuxudan  durandan  sonra 
ciblərimin  hamısı  pul  ilə  dolsun!”  Qurbani  fikrində  tutdu  ki,  “Ey  İlahi, 
yatım və yuxuda mənə bir buta ver! Uzaq yerdə olsun, çox zəhmətlərdən 
sonra  mən  mətli  muradıma  çatım”.  Keçəl  fikrində  tutdu  ki,  “Ey  İlahi, 
yatım, tezdən durub görüm ki, başım tüklənib, bələ qonşumuzdakı Pərvaz 
qızı mənə verələr”.  
Qurbaninin  öz  arzusuna  görə  yuxuda  Həzrət  Əli  ona  badə  verib 
dedi:  
- Qurbani, al bu badəni, gör haranı görürsən?  


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
103 
Qurbani badəni əlinə aldı, baxdı və dedi:  
-  Gəncə  şəhərini  görürəm.  orada  bir  güllü  bağça  var  və  güllü 
bağçanın  içində  qırx  nəfər  qız  görürəm.  O  qızların  içində  bir  nəfər  qız 
var, o qədər gözəldir ki, on beş gecəlik ay kimi hər yerə işıq salır.  
-  Ay  oğul,  o  qız  Gəncəli  Abdulla  xanın  bacısı  qızı  Pəri  xanımdır. 
Onu  sənə,  səni  də  ona  buta  verdim.  Çox  çəkməz  ki,  sən  öz  istəyinə 
çatarsan. Amma çox çətinliklərə düşəcəksən.  
Qurbani  badəni  nuş  etdi.  Badənin  zərbindən  onun  ağlı  başından 
çıxdı.  
Sabah tezdən Fərəməz bəy  yerdən duran kimi əl atdı cibinə, gördü 
ki, bir şahı pul var idi, o da düşüb itib. Keçəl isə baxdı gördü ki, başında 
üç tük var o da əlində gəlib. Fərəməz bəy dedi:  
- Ay keçəl, görək Qurbani nə haldadır.  
Bunlar  Qurbaniyə  yaxınlaşanda  baxdılar  gördülər  ki,  Qurbaninin 
huşu özündə deyil. Fərəməz bəy qışqırdı.  
- Vay, bir oğlum var idi, o da dəli olub.  
Fərəməz  bəy  səs-küy  salıb  bütün  ətraf  camaatı  ora  tökdü.  Gələn 
adamların  içində  iki  qarı  vardı.  Keçmişdə  həkim  olmadığından  xəstə 
adamların dərdini dünyagörmüş qoca adamlardan soruşurdular. Ona görə 
də Fərməz bəy üzünü qarılara tutub dedi:  
- Ay qoca nənələr, deyin görüm, mənim oğlumun dərdi nədir?  
Qarının biri dedi:  
-  Bu  oğlan  qudurub.  Bu  saat  durub  məni  dalayacaq,  mən  də 
qudurub sizi dalayacağam. Balta gətirin bunun başını əzək.  
Bu qarının məsləhətinə heç kim razı olmadı. İkinci qarı isə dedi:  
-  Oğlanın  dərdi  eşq  dərdidi.  Onun  üzünə  su  səpin,  qoyun  ayılsın, 
özü dərdini desin.  
Bu  zaman  Qurbaninin  məktəb  yoldaşları  Diri  dağının  sərin 
sularından gətirib onun üzünə səpdilər. Bir azdan sonra Qurbani ayıldı və 
atasının üzünə baxdı. Atası ondan soruşdu:  
- Bala, sənə nə olub ki, belə edirsən?  
Qurbani dedi:  
- Ata, dilimlə  desəm,  dilim kabab olar, saz  gətirin, dərdimi saz ilə 
deyim. Ona tez saz gətirib verdilər. Qurbani sazı alıb, belə başladı:       
 
Yatmış idim xabi-qəflət içində
Onda gördüm: oyan, oyan dedilər.  
Oyandım qəflətdən açdım gözümü, 
Min bir kəlmə mənə bəyan dedilər.  
 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə