Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 3(6), 2011



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə31/32
tarix21.03.2018
ölçüsü5,1 Kb.
#32692
1   ...   24   25   26   27   28   29   30   31   32

 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
104 
Qəflətdən ayıldım, açdım gözümü,  
Xaki-övliyaya sürtdüm üzümü.  
Dindirdilər, haqq danışdım sözümü,  
Al, iç abi-kövsərdən, qan, dedilər.  
 
Qurbani der: çıxdım dağ səhrasına,  
Könlüm qalxdı, düşdü eşq sevdasına.  
Bir siqnal verdim könlüm pasına,  
Məğribdən məşriqə bəyan dedilər.  
 
Qurbani  bu  sözləri  dedikdən  sonra  yenə  huşdan  getdi.  Üzünə  su 
səpdilər, yenə də ayıldı. Atası dedi:  
- Oğul, sən yuxuda kimi görmüsən?  
Qurbani dedi:  
Bu gün bir nurani kimsənə gördüm, 
Görcəyim çağırdı: ya Murtuza Əli!  
Sitqinən çağırsan tez yetir dada, 
Dillərdə söylənir, ya Murtuza Əli!  
 
Fərəməz bəy dedi:  
- Ay bala, o hansı Əlidi?  
Qurbani dedi:  
On bir oğul var idi, bir anası, 
Nurula doludu onun əzası.  
Məğribdən məşriqə gəlir sədası, 
Dillərdə söylənir: ya Murtuza Əli!  
 
Nurani dediyin nuri-mərfətdi, 
Mədinə dediyin bizim tərəfdi.  
Qurbani der: ağam əsli ərəbdi,  
Ağalar ağası ya Murtuza Əli! 
 
Fərəməz bəy soruşdu:  
- Bala, sənə kimi buta veriblər?  
Aldı Qurbani:  
 
Könlüm qalxdı, Bərdə sarı yeridi, 
Orda bir şəhər var, adı Gəncə hey...  
Gözəlləri, məhbublar, xubları, 
Xub batıbdı mala, mülkə, gəncə hey...  


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
105 
 
Tülək tərlan balaların ayırdı, 
Ayırıban həm çöllərdə doyurdu.  
Fələk vurdu bizi eldən ayırdı,  
Biz də düşdük bir digarə, küncə hey...  
 
Fərəməz bəy dedi:  
- Ay oğul, bizim bu yerlərdə hansı bəyin, xanın qızın deyirsən sənə 
alım, təki sən uzağa getmə.  
Aldı Qurbani:  
 
Qurbani der: vüsalıma varmadım,  
Əl uzadıb qönçə gülün dərmədim.  
İran gəzdi, Turan gəzdim, görmədim,  
Gözəllikdə Pərim təki qönçə hey...  
 
Qurbani  saz  ilə  dediyi  kimi,  söz  ilə  də  deyib  atasını  başa  saldı, 
onunla halallaşıb, öz sevgilisindən ötəri yola düşdü. Az getdi, çox getdi, 
Daşkəsən  kəndinin  yaxınlığında  yolun  kənarında  bir  ağacın  dibində 
oturdu. Qurbanini ağacın dibində yuxu tutdu.  
Qurbani yatdığı zaman bir aşıq gəlib bura çıxdı. Aşıq gördü ki, bir 
gözəl oğlan burada yatıbdır. Sazı isə əlindən sürüşüb düşüb yerə. Həmin 
aşıq aldı, görək nə dedi:  
 
Xab içində yatan, ey cavan oğlan!  
Söylə görüm, nə məkandan gəlirsən?  
Ya hürüsən, ya pərisən, ya qılman, 
Ya İsasan, həft asmandan gəlirsən?  
 
Nə olubdu eşq başından aşıbdı?  
Nə sevdadı eşq oduna düşübsən.  
Yoxsa sən də Qasım kimi yanıbsan?  
İndi keçib başü candan, gəlirsən?  
 
Qurbani yuxudan ayılıb aşığa cavab verdi:  
 
Aşıq, sorma mənim eşqi-halımı, 
Baş götürüb, Gəncə deyin gedirəm.  
Zülmü qurtarmasın görüm zalımın, 
Baş götürüb onca deyin görürəm.  


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
106 
 
Aşıq Qasım dedi:  
- Oğlan, bilirəm, sən mən dərdlisən. Söylə görüm haralısan?  
Aldı Qurbani:  
 
Ülkardan da göydə o Mars qəlbidi
İki dünya padişahı bir Əlidi.  
İsmim Qurbanidi, kəndim Diridi, 
Qaradağdan Qarabağa gedirəm.  
 
Qurbani  Qasımla  əl  tutuşub ayrıldı. Az getdi, çox getdi, Daşkəsən 
kəndindən  keçəndən  sonra  yolun  qırağında  bir  bostançıya  rast  gəldi. 
Qurbani bostançıdan çörək istədi, bostançı dedi:  
- Otur, bostanı gözlə, gedim evdən sənə çörək gətirim.  
Qurbani  bostanda  qalmaqda  olsun,  bostançı  Mahmud  qızı  Pəri  ilə 
bostana gəldilər. Bu qızın adı Pəri olduğundan Qurbani bunun adına bənd 
oldu.  Pəri  Qurbanini  nə  cürə  dilə  çəkdisə,  az  qaldı  ki,  öz  sevgisini 
yadından  çıxartsın.  Bir  neçə  gündən  sonra  Qurbani  yola  düşmək 
istədikdə qız atasına dedi:  
-  Ata,  oğlana  deynən  getməsin,  qalsın,  məni  alsın  və  sənin  mal-
dövlətinə sahib olsun.  
Mahmudun oğlu yoxmuş. Mahmud dedi:  
- Qurbani, gəl sən getmə. Mənim qızım Pərini al və mal-dövlətimə 
sahib ol.  
Aldı Qurbani:  
 
Başına döndüyüm, ay Pərizadə!  
Can içində cana vermərəm səni.  
Neynirəm bostanı, neynirəm bağı, 
Yüz bağa, bostana vermərəm səni.  
 
Dağlarda maralsan, düzlərdə ceyran,  
Ala gözlərinə mən özüm heyran.  
Ordubad, Naxçıvan, Şamaxı, Şirvan, 
Güllü Gürcüstana vermərəm səni.  
 
Qurbani der: can içindən can gəlir,  
Gözlərimdən yaş yerinə qan gəlir.  
Üzünü görməyə Süleyman gəlir,  
Külli Süleymana vermərəm səni.     


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
107 
 
Qurbani getmək istəyəndə qızı atasına dedi:  
-  Ata,  oğlan  deyəsən  qalmayacaq,  o  yediyi  yemiş-qarpızın  haqqını 
bundan al.  
Qurbani bunlarla razılaşıb yola düşdü, bir neçə gündən sonra Gəncə 
şəhərinin  yaxınlığına  çatdı.  Altı  nəfər  gürcü  qızına  rast  gəldi.  Buraların 
ab-havasını öyrənmək üçün qızlara belə dedi:  
 
Sallana-sallana üstümə vardı, 
Sataşdı gözümə xalı gürcünün.  
Apardı halımı, çəkdi huşumu,  
Sataşdı gözümə xalı gürcünün.  
 
Örtüb ağ yanağa qırmızı lalə,  
Boy sünbülə bənzər, qaməti lalə.  
Bu biçarə aşıq qurbanız ola, 
Üzükdən keçərdi beli gürcünün.  
 
Qızlar  Qurbanini  çalıb  oxuyan  görüb,  bir  nəfər  qarıya  qonaq 
verdilər.  Qurbani  qarının  evində  yeyib-içəndən  sonra  qarının  öz  sarı 
sifətli qızı ilə davası düşdü. Qız dedi:  
- Oğlan gərək mənimlə yata.  
Qarı dedi:  
- Yox, oğlan gərək mənimlə yatsın. 
Aldı qarı öz qızını nə cürə pislədi:  
 
Başına döndüyüm, ey cavan oğlan
Gəl alma qızımı, sarıdır, sarı.  
Səndən ötrü bəsləmişəm şirin can, 
Gəl alma qızımı, sarıdır, sarı.  
 
Aldı qız:  
Başına döndüyüm, gülüzlü oğlan
Gəl alma anamı, qarıdır, qarı.  
Səndən ötrü bəsləmişəm şirin can, 
Gəl alma anamı, qarıdır, qarı.  
 
Aldı qarı:  
İşvə məndə, qəmzə məndə, naz məndə,  
Aşıq öldürməyə gözəl söz məndə.  


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə