ƏHLİ SÜNNƏ VƏl cəmaatin



Yüklə 423,9 Kb.
Pdf görüntüsü
səhifə3/16
tarix16.11.2017
ölçüsü423,9 Kb.
#10520
1   2   3   4   5   6   7   8   9   ...   16

 



ƏQİDƏMİZ 

 

       Əqidəmiz, 



       Allaha,  mələklərinə,  kitablarına,  peyğəmbərlərinə,  axirət  gününə, 

qədərin xeyirinə və şərinə iman etməkdir. 

 

       Biz, 



       Allahın  Rübubiyyətinə  -  yəni  Onun  yeganə  Rəbb  və  Yaradan, 

kainatdakı hər şeyin sahibi, hər şeyi nizama salan və idarə edən olduğuna 

iman edirik. 

 

       Biz, 



       Allahın Uluhiyyətinə - yəni Onun haqq ilah olduğuna və Ondan başqa 

ibadət edilən bütün ilahların batil olduğuna iman edirik. 

 

       Biz, 



       Allahın  ad  və  sifətlərinə  -  yəni  Onun  gözəl  adlara,  uca  və  kamil 

sifətlərə sahib olduğuna iman edirik. 

 

       Biz, 



       Allahın  bütün  bu  məsələlərdə,  yəni  vahidliyində,  Rəbb  olmasında, 

yeganə  ilah  olmasında,  ad  və  sifətlərində  heç  bir  şərikinin  olmadığına 

iman  edirik.  Allah 

subhənəhu  və  təalə

  belə  buyurur:  «O,  göylərin,  yerin  və 



onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona 

ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?» (Məryəm 65) 

 

       Biz, 



       Allahın,  Özünü  bu  ayələrdə  vəsf  etdiyi  kimi  olduğuna  iman  edirik: 

«Allah,  Ondan  başqa  (ibadətə  layiq  olan  haqq)  məbud  yoxdur,  (əbədi) 

Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də 

yuxu  tutar.  Göylərdə  və  yerdə  nə  varsa,  Ona  məxsusdur.  Onun  izni 

olmadan  Onun  yanında  kim  havadarlıq  (şəfaət)  edə  bilər?  O, 

(məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun 

istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri 

və  yeri  əhatə  edir.  Bunları  qoruyub  saxlamaq  Ona  ağır  gəlmir.  O, 

Ucadır, Uludur». (Bəqərə 255).  

 

Biz, 



 

Allahın,  Özünü  bu  ayələrdə  vəsf  etdiyi  kimi  olduğuna  iman  edirik. 



«O,  Özündən  başqa  heç  bir  məbud  olmayan,  qeybi  və  aşkarı  Bilən 

Allahdır.  O,  Mərhəmətlidir,  Rəhmlidir.  O,  Özündən  başqa  heç  bir 

məbud olmayan, Hökmran, Müqəddəs, Pak, (haqqı) təsdiq edən, hər şeyi 

müşahidə  edən,  Qüdrətli,  Qadir,  Məğrur  Allahdır.  Allah  onların  Ona 

şərik  qoşduqlarından  ucadır.  O,  Xaliq,  yoxdan  Yaradan,  Surət  verən 

Allahdır.  Ən  gözəl  adlar  yalnız  Ona  məxsusdur.  Göylərdə  və  olanların 

hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir». (Həşr 22 

- 24) 

 

       Biz, 



       Göylərdə və yerdə nə varsa, hamısının Allahın mülkü olduğuna iman 

edirik.  Allah 



subhənəhu  və  təalə

  bu  haqda  belə  buyurur:  «Göylərdə  və  yerdə 



səltənət  Allahındır.  O,  istədiyini  yaradır;  kimə  qız  uşaqları,  kimə  də 

oğlan  uşaqları  bəxş  edir.  Yaxud  hər  ikisindən  –  oğlan  və  qız  uşaqları 

verir, istədiyini də sonsuz edir. Həqiqətən, O, biləndir, Qadirdir!» (Şura 

49-50) 

 

       Biz, 



       Allahın,  Özünü  bu  ayələrdə  vəsf  etdiyi  kimi  olduğuna  iman  edirik: 

«Onun  heç  bir  bənzəri  yoxdur.  O,  Eşidəndər,  Görəndir.  Göylərin  və 

yerin  açarları  Ona  məxsusdur.  O,  istədiyinin  ruzisini  bol  edər, 

(istədiyinkini də) azaldar. O, hər şeyi Biləndir!». (Şura 11-12).  

 

Biz, 



       Allahın,  Özünü  bu  ayələrdə  vəsf  etdiyi  kimi  olduğuna  iman  edirik: 

«Yer  üzündə  elə  bir  canlı  yoxdur  ki,  onun  ruzisini  Allah  verməsin. 

(Allah)  onların  qərar  tutduqları  yeri  də,  qorunub  saxlandıqları  yeri  də 

bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-Məhfuzdadır)». (Hud 

6).  

 

Biz, 


       Allahın,  Özünü  bu  ayələrdə  vəsf  etdiyi  kimi  olduğuna  iman  edirik: 

«Qeybin açarları Onun yanındadır. Onları yalnız O bilir. O, quruda və 

dənizdə  nələr  olduğunu  bilir.  Onun  xəbəri  olmadan  yerə  düşən  bir 

yarpaq  belə  yoxdur.  Yerin  qaranlıqlarında  elə  bir  toxum,  elə  bir  yaş  və 

elə  bir  quru  (şey)  yoxdur  ki,  açıq–aydın  Yazıda  (Lövhi-Məhfuzda) 

olmasın!». (Ənam 59).  

 


 

10 


Biz, 

       Allahın,  Özünü  bu  ayələrdə  vəsf  etdiyi  kimi  olduğuna  iman  edirik: 



«Həqiqətən, o Saat haqqında elm yalnız Allahdadır. Yağışı o yağdırır və 

bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç 

kəs  harada  öləcəyini  də  bilməz.  Allah  isə,  şübhəsiz  ki,  Biləndir, 

Xəbərdardır!». (Loğman 34).  

 

       Biz, 

       Allahın  istədiyi  şeylə,  istədiyi  zaman  və  istədiyi  şəkildə  danışdığına 

iman edirik. Allah 



subhənəhu və təalə

 bu haqda belə buyurur: «Və Allah Musa 



ilə  sözlə  (vasitəsiz)  danışdı».  (Nisa  164)  «Musa  təyin  etdiyimiz  vaxtda 

gəldikdə  Rəbbi  onunla  danışdı».  (Əraf  143).  «Biz  (Musanı)  sağ 

tərəfindəki  dağın  yaxınlığından  çağırdıq  və  (onunla)  danışıb  onu 

(özümüzə) yaxın etdik». (Məryəm 52).  

 

       Biz, 



       Allahın,  Özünü  bu  ayələrdə  vəsf  etdiyi  kimi  olduğuna  iman  edirik: 

«De: «Əgər Rəbbimin Sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və 

bir  o  qədər  də  ona  əlavə  etsəydik  belə,  Rəbbimin  Sözləri  qurtarmadan 

öncə dənizin (suyu) qurtarardı». (Kəhf 109). «Əgər yer üzündəki bütün 

ağaclar  qələm  olsaydı,  dəniz  də  (mürəkkəb  olub)  ardından  ona  yeddi 

dəniz  də  qatılsaydı,  yenə  də  Allahın  Sözləri  qurtarmazdı.  Həqiqətən, 

Allah Qüdrətlidir, Müdrikdir». (Loğman 27) 

 

       Biz, 



       Allahın  kəlamlarının,  xəbər  verdiyi  məlumatlar  baxımından  ən 

düzgün, hökmlər baxımından ən ədalətli və gözəllik baxımından ən kamil 

olduğuna  iman  edirik.  Allah 

subhənəhu  və  təalə

  bu  haqda  belə  buyurur: 



«Rəbbinin  kəlamı  həm  doğruluq,  həm  də  ədalət  baxımından 

tamamlanmışdır».  (Ənam  115).  «(Verdiyi)  xəbərdə  Allahdan  daha 

doğru (söyləyən) kim ola bilər?». (Nisa 87).  

 

       Biz, 



       Qurani  Kərimin  Allahın  kəlamı  olub,  onu  həqiqi  olaraq  danışdığına, 

Cəbrailə 



əleyhissəlam

12

 öyrətdiyinə, Cəbrailin 



əleyhissəlam

 də onu Muhəmmədin 



salləllahu  aleyhi  və  alihi  və  səlləm

  qəlbinə  endirdiyinə/vəhy  etdiyinə  iman  edirik. 

Allah 

subhənəhu  və  təalə

  bu  haqda  belə  buyurur:  «De:  «Müqəddəs  Ruh 



(Cəbrail) onu sənin Rəbbindən iman gətirənləri sabitqədəm etmək üçün, 

                                                

12

 Ona salam olsun  




Yüklə 423,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə