ƏHLİ SÜNNƏ VƏl cəmaatin



Yüklə 423,9 Kb.
Pdf görüntüsü
səhifə8/16
tarix16.11.2017
ölçüsü423,9 Kb.
#10520
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

 

20 


İKİNCİ HİSSƏ 

 

MƏLƏKLƏRƏ İMAN 

 

       Biz, 



       Allahın  mələklərinə,  onların  möhtərəm  qullar  olduğuna,  itaətlərinə 

görə  Rəbləri  onlara  əmr  etmədikcə  danışmadıqlarına  və  onlara  izn 

vermədikcə  bir  iş  görmədiklərinə  iman  edirik.  Allah 

subhənəhu  və  təalə

  bu 


haqda  belə  buyurur:  «(Mələklər)  möhtərəm  qullardır.  Ondan  qabaq  söz 

danışmaz, yalnız Onun əmri ilə iş görərlər». (Ənbiya 26-27).  

 

       Allah 



subhənəhu və təalə

 mələklərini yalnız Ona ibadət etmələri və əmrinə 

təslim  olmaları  üçün  yaratmışdır.  Allah 

subhənəhu  və  təalə

  bu  haqda  belə 

buyurur: «Onun  dərgahında  olanlar  (Allaha yaxın mələklər)  Ona  ibadət 

etməyə  təkəbbür  göstərməz  və  yorulmaq  bilməzlər.  Onlar  gecə-gündüz, 

yorulub-usanmadan  (Rəbbini)  təqdis  edib  şəninə  təriflər  deyərlər». 

(Ənbiya 19 - 20).  

 

       Allah 



subhənəhu və təalə

 mələkləri görməyimizin qarşısını almaqdan ötəri 

onları  bizim  gözümüz  üçün  görünməz  etmişdir.  Allah  onları  yalnız  bəzi 

bəndələrinə göstərmişdir. 

       Belə  ki,  Peyğəmbər 

salləllahu  aleyhi  və  alihi  və  səlləm

  Cəbraili 



əleyhissəlam

  öz 


qiyafəsində,  altı  yüz  qanadı  ilə  üfüqün  qarşısını  tutduğu  şəkildə 

görmüşdür.

37

 

       Cəbrail 



əleyhissəlam

  Məryəmə 



əleyhissəlam

  kamil  bir  insan  şəklində 

görsənmiş  və  Məryəm 

əleyhissəlam

  onunla,  o  da  Məryəmlə 



əleyhissəlam

 

qarşılıqlı danışmışlar.



38

 

       Bir  dəfə  də  Cəbrail 



əleyhissəlam

  səhabələrin  yanında  heç  kəsin 

tanımadığı,  üzərində  səfər  əlaməti  olmayan,  ağ  paltarlı,  qara  saçlı  bir 

adam  surətində  gələrək  Peyğəmbərin 



salləllahu  aleyhi  və  alihi  və  səlləm

  yanında 

oturmuş, dizlərini onun dizlərinə dayamış, əllərini onun budlarının üzərinə 

qoymuşdur.  Bir  qədər  söhbət  etdikdən  sonra  çıxıb  getmiş,  Peyğəmbər 



salləllahu  aleyhi  və  alihi  və  səlləm

  də  səhabələrinə  onun  Cəbrail 



əleyhissəlam

 

olduğunu xəbər vermişdir.



39

 

       Biz, 



                                                

37

 Sünnədə olan dəlillər üçün baxın: Əhməd 6/50, 236, 241; Buxari 3234; Muslim 177. 



38

 Qurani Kərimdə olan dəlil üçün baxın: Məryəm 17-21. 

39

 Sünnədə olan dəlillər üçün baxın: Əhməd 1/28, 51, 52; Muslim 8; Əbu Davud 4695; Tirmizi 2610; 



Nəsai 8/97-101, İbn Macə 63. 


 

21 


       Mələklərin - Allahın əmrini yerinə yetirməklə məsul olduqları bir sıra 

vəzifələrinin olduqlarına iman edirik. 



BU MƏLƏKLƏRİN BƏZİLƏRİ BUNLARDIR: 

       CƏBRAİL:  Vəhylə  məsul  olunmuş  mələkdir.  Allah  təaladan  qəbul 

etdiyi vəhyi Allahın istədiyi peyğəmbərinə və ya rəsuluna endirir.

40

 

       MİKAİL: Yağışı yağdırmaq və bitkiləri yetişdirməklə məsul olunmuş 



mələkdir.

41

 



       İSRAFİL:  Qiyamət  gününün  vaxtı  gəlib  çatdıqda  Sura  üfürməklə 

məsul olan mələkdir.

42

  

       ÖLÜM  MƏLƏYİ/MƏLƏKUL-MƏUT:



43

 Ölüm  anında  ruhları 

çıxarmaqla məsul olan mələkdir.

44

 

       DAĞ  MƏLƏKLƏRİ  MƏLƏKUL-CİBƏL:  Dağlarla  məsul  olan 



mələkdir.

45

 



       MALİK: Cəhənnəmin keşikçisidir.

46

 



       RAHİM  MƏLƏKLƏRİ:  Ana  bətnindəki  körpələrin  əcəllərini, 

ruzilərini,  cənnətlik  yoxsa  cəhənnəmlik  olacaqlarını  yazmaqla  mükəlləf 

olan mələklərdir.

47

 



       MÜHAFİZƏ EDƏN MƏLƏKLƏR: Hər cür təhlükəyə qarşı insanları 

qorumaqla, mühafizə etməklə məsul olan mələklərdir.

48

 

       ƏMƏLLƏRİ  QEYD  EDƏN  MƏLƏKLƏR:  Hər  bir  şəxs  üçün 



əməlləri  qeydə  alaraq  yazan  iki  mələkdir  (Kiramən  Kətibin).

49

 Allah 


subhənəhu  və  təalə

  insanların  əməllərini  yazmaqla  məsul  olan  bu  mələklər 

barəsində  belə  buyurur:  «Sağında  və  solunda  iki  (mələk)  oturub  (onun 

                                                

40

 Qurani Kərimdəki dəlillər üçün bax: Bəqərə 97; Nəhl 102; Şuəra 193-195; Nəcm 4-5.  



41

 Sünnədə olan dəlillər üçün baxın: Əhməd1/274; Təbərani «əl-Kəbir» 11/379, 12061. 

42

 Sura birinci dəfə üfürüldükdə (Sa’ak) hər bir canlı öləcəkdir. İkinci dəfə üfürüldükdə (Ba’s) isə hər 



kəs  təkrar  diriləcək,  qəbirlərindən  qaldırılaraq  hesab  vermək  üçün  Allah  təalanın  hüzurunda 

duracaqdır.  Haqq  hesab  vermək  üçün  ayağa  qalxıldığına  görə  Qiyamət  («Qiyam»  ayaq  üstə  durmaq 

sözündən) deyilmişdir. Bəzi alimlər ayə və hədislərə görə belə qənaətə gəliblər ki, üç üfürmə olacaq: 

Fəza’/qorxu  və  dəhşət,  Sa’ak/canlıların  ölümü  və  Ba’s/hesab  vermək  üçün  yenidən  diriliş.  Əlavə 

məlumat üçün Qurani-Kərimdən olan dəlilə baxın: Nəml 87. Sünnədə olan dəlillər üçün baxın: Əhməd 

1/326, 2/166; Muslim 2940; Tirmizi 3243.  

43

 Məşhur  hədis  alimi  Şeyx  Albanii  -  Allah  ona  rəhmət  eləsin  -  Ölüm  mələyinin  Əzrail  kimi 



adlandırılması  haqqında  belə  buyurur:  «Mən  deyirəm  ki:  Bu  mələyin  Quran  və  Sünnədə  olan  adı 

Ölüm  mələyidir.  İnsanlar  arasında  Ölüm  mələyinin  Əzrail  kimi  adlandırılmasının  heç  bir  elmi  əsası 

yoxdur.  Ehtimallara  görə  İsrail  övladlarından  qalma  məlumatdır».  «Əhkəmul-Cənaiz  və  Bidəuhə» 

səh.199.  

44

 Qurani Kərimdə olan dəlil üçün baxın: Səcdə 11. 



45

 Sünnədə olan dəlillər üçün baxın: Buxari 3231; Muslim 1795. 

46

 Qurani Kərimdə olan dəlil üçün baxın: Zuxruf 77. 



47

 Sünnədə olan dəlillər üçün baxın: Buxari 3208, 3332, 6594, 7454; Muslim 2643. 

48

 Qurani Kərimdə olan dəlil üçün baxın: Rad 11. 



49

 Qurani Kərimdə olan dəlil üçün baxın: İnfitar 10-12. 




Yüklə 423,9 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə