ƏHLİ SÜNNƏ VƏl cəmaatin



Yüklə 423,9 Kb.
Pdf görüntüsü
səhifə9/16
tarix16.11.2017
ölçüsü423,9 Kb.
#10520
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

 

22 


əməllərini qeydə alır)!

50

 Dediyi elə bir söz yoxdur ki, (onu yazmaq üçün) 

yanında hazır durmuş gözətçi olmasın». (Qaf 17 - 18).  

       QƏBİR  MƏLƏKLƏRİ:  Ölü  qəbrə  qoyulduqdan  sonra  ona  üç  şey 

haqqında sual verən iki mələkdir (Nəkir və Munkir). Bu iki mələk qəbrdə 

ölünün yanına gəlir və ona; Rəbbi, Dini və Peyğəmbəri 

salləllahu aleyhi və alihi 

və səlləm

 haqqında sual verir.

51

 Allah 


subhənəhu və təalə

  bu haqda belə buyurur: 



«Allah  iman  gətirənləri  dünyada  da,  axirətdə  də  möhkəm  bir  sözlə

52

 

sabit saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər». (İbrahim 

27).  

       CƏNNƏT  ƏHLİNİN  MƏLƏKLƏRİ:  Cənnətin  hər  qapısından 

cənnət  əhlinin  yanına  gələrək  onları  cənnət  nemətləri  ilə  müjdələməklə 

mükəlləf olan mələklərdir. Allah 

subhənəhu və təalə

 bu mələklər haqqında belə 

buyur  «Mələklər  bütün  qapılardan  onların  yanına  daxil  olub 

(deyəcəklər):  «Səbir  etdiyinizə  görə  sizə  salam  olsun!  Axirət  yurdunuz 

necə də gözəldir!». (Rad 23 - 24)

53

 

       Peyğəmbər 

salləllahu  aleyhi  və  alihi  və  səlləm

  də  səmada  «Beytul  -  Məmur» 

deyilən  yerə  hər  gün  yetmiş  min  mələyin  girdiyini;  başqa  bir  rəvayətdə 

orada  namaz  qılmalarını  Qiyamət  gününə  qədər  də  onlara  növbə 

çatmadığı  üçün  bir  daha  oraya  qayıtmayacaqlarını

54

 xəbər  verdiyi 



mələklər də vardır. 

                                                

50

 Sağındakı mələk insanın savablarını, solundakı mələk isə günahlarını yazmaqla mükəlləf edilmişdir.  



51

 Sünnədə olan dəlillər üçün baxın: Buxari 1338, 1374; Muslim 2870. 

52

 Bu  söz  Kəlimeyi-Şəhadət  olan  «Ləiləhəilləllah,  Muhəmmədən  Rasulullah»  sözüdür.  Allah  iman 



edənləri  dünya  həyatında  haqq  din  üzrə  yaşadıb,  ölmədən  öncə  gözəl  bir  sonluqla  dünyadan 

köçmələrini  təmin  edər.  Qəbirdə  isə  Münkər  və  Nəkir  adlı  iki  mələyin  suallarına  düz  cavab 

vermələrini nəsib edər. 

53

 Qurani Kərimdə olan dəlil üçün baxın: Zumər 73. 



54

 Sünnədə olan dəlillər üçün baxın: Əhməd 4/208, 210; Buxari 3207; Muslim 164; Nəsai 1/217-221, 

449; Təbərani «əl -Kəbir»19/599; İbn Hibban «əl-İhsən» 48. 



 

23 


ÜÇÜNCÜ HİSSƏ 

 

KİTABLARA İMAN 

 

       Biz, 

       Allahın  insanlara  doğru  yolu  göstərmək,  Qiyamət  günü  Allaha  qarşı 

üzür  gətirməmələri,  aləmlərə  hüccət/dəlil  olması  üçün  onlara  hikməti 

öyrədib,  nəfslərini  təmizləmələri  üçün  peyğəmbərlərinə  kitablar 

endirdiyinə iman edirik.

 

 

 



       Biz, 

       Allahın  hər  rəsul  ilə  birlikdə  kitab  endirdiyinə  iman  edirik.  Allah 



subhənəhu  və  təalə

  bu  haqda  belə  buyurur:  «Biz  elçilərimizi  aydın  dəlillərlə 



göndərdik  və  onlarla  birlikdə  Kitab  və  tərəzi  nazil  etdik  ki,  insanlar 

ədalətli olsunlar». (Hədid 25).  

ADLARINI BİLDİYİMİZ KİTABLAR BUNLARDIR: 

       1.  TÖVRAT:  Allah 

subhənəhu  və  təalə

  tərəfindən  Musaya 



əleyhissəlam

 

endirilən,  İsrail  övladlarına  verilmiş  kitabların  ən  böyüyüdür.  Allah 



subhənəhu və təalə

  bu  kitab  haqqında  belə  buyurur:  «Şübhəsiz  ki,  Tövratı  Biz 



nazil  etdik.  Onda  hidayət  və  nur  vardır.  (Allaha)  təslim  olan 

peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə 

Allahın  Kitabından  qorunub  saxlanılanlarla  hökm  verirdilər.  Onlar 

(hamısı) buna şahid oldular». (Maidə 44).  

       2.  İNCİL:  Allahın  İsaya 

əleyhissəlam

  endirdiyi,  Tövratı  təsdiq  edən  və 

tamamlayan kitabdır. Allah 

subhənəhu və təalə

 bu kitab haqqında belə buyurur: 



«Ona  içərisində  hidayət  və  nur  olan,  özündən  əvvəlki  Tövratı 

təsdiqləyən,  müttəqilər  üçün  doğru  yol  göstəricisi  və  öyüd-nəsihət  olan 

İncili  verdik».  (Maidə  46).  «Məndən  əvvəl  (nazil  olmuş)  Tövratı 

təsdiqləyici  kimi  və  sizə  haram  edilmiş  bəzi  şeyləri  halal  etmək  üçün 

(göndərildim)». (Ali İmran 50).  

       3. ZƏBUR: Allahın Davuda 

əleyhissəlam

 göndərdiyi kitabdır.

55

 

       4. SUHUF: İbrahim



56

 ilə Musaya

57

 

əleyhimussəlam



 endirilən səhifələrdir. 

       5.  QURANİ  KƏRİM:  Allahın  peyğəmbərlərinin  sonuncusu  olan 

Muhəmmədə 

salləllahu aleyhi və alihi və səlləm

 nazil etdiyi kitabdır. Allah 



subhənəhu 

və  təalə

  Qurani  Kərim  haqqında  belə  buyurur:  «İnsanlara  doğru  yolu 

                                                

55

 Qurani Kərimdə olan dəlillər üçün baxın: Nisa 163; İsra 55. 



56

 Qurani Kərimdə olan dəlil üçün baxın: Alə 19. 

57

 Qurani Kərimdə olan dəlillər üçün baxın: Nəcm 36; Alə 19. 




Yüklə 423,9 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə