ƏHLİ SÜNNƏ VƏl cəmaatin



Yüklə 423,9 Kb.
Pdf görüntüsü
səhifə12/16
tarix16.11.2017
ölçüsü423,9 Kb.
#10520
1   ...   8   9   10   11   12   13   14   15   16

 

28 


etmiş olduğuna iman edirik. Allah 

subhənəhu və təalə

  bu haqda belə buyurur: 



«Nuh tayfası da elçiləri yalançı saydı». (Şuəra 105).  

       Allah 

subhənəhu 

və 

təalə

,  Nuhdan 



əleyhissəlam

  qabaq  peyğəmbər 

gəlməməsinə 

baxmayaraq, 

Nuhun 

əleyhissəlam

 

qövmünün  bütün 



peyğəmbərləri  yalançı  saydığını  bildirmişdir.  Başqa  bir  ayədə  belə 

buyurulur:  «Allahı  və  Onun  elçilərini  inkar  edənlər,  Allahı  Onun 



elçilərindən ayırmaq istəyib: «Biz (o elçilərin) bəzisinə inanır, bəzilərinə 

isə inanmırıq!» - deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər – 

məhz  onlar  əsl  kafirlərdir.  Biz  kafirlər  üçün  alçaldıcı  bir  əzab 

hazırlamışıq!». (Nisa 150 - 151).  

 

       Biz, 

       Allahın  elçisi  Muhəmməddən 



salləllahu  aleyhi  və  alihi  və  səlləm

  sonra 


peyğəmbər gəlməyəcəyinə  iman  edirik. Hər kim, Muhəmməddən 

salləllahu 

aleyhi və alihi və səlləm

 sonra peyğəmbərlik iddiasında olar və ya peyğəmbərlik 

iddiasında  olan  bir  kimsəni  təsdiq  edərsə,  kafir  olur.  Çünki  bu  şəxs, 

Allahı,  Rəsulunu 



salləllahu  aleyhi  və  alihi  və  səlləm

  və  müsəlmanların  ittifaqla 

qəbul etdikləri şeyi yalan saymış hesab olunur. 

 

       Biz, 



       Peyğəmbərdən 

salləllahu  aleyhi  və  alihi  və  səlləm

  sonra  elm,  dəvət  və  idarə 

etmədə  möminlərə  xəlifəlik  etmiş  Raşidi

64

 xəlifələrinə,  onların  ən 



fəzilətlisi və xəlifəliyə ən layiq olanının ardıcıl olaraq əvvəl Əbu Bəkr əs-

Siddiq,  sonra  Ömər  bin  əl-Xəttab,  sonra  Osman  bin  Əffan,  sonra  da  Əli 

bin  Əbu  Talib

65

 -  Allah  onların  hamısından  razı  olsun  -  olduğuna  iman 



edirik. 

       Onlar  fəzilət  və  üstünlük  baxımına  görə  bir-birindən  fərqli  olduqları 

kimi,  xəlifəliyə  də  ən  layiq  olanlardır.  Allahın  hikmətindən,  dövrlərin  ən 

xeyirlisi  olan  səhabə  dövründə  xəlifəliyə  ən  layiqli  olanını  xəlifə 

seçmişdir. 

 

       Biz, 



       Bir  səhabənin  fəzilət  baxımından  özündən  daha  üstün  olan  başqa  bir 

səhabədən  mütləq  şəkildə  üstün  olmasa  da,  bəzi  xüsusiyyətlərinə  görə 

üstün olduğuna iman edirik. Çünki fəziləti vacib edən şeylər bir deyil, bir 

çoxdur və dəyişkəndir. 

                                                

64

 RAŞİDİ - Ədalətli, düz yolda olan şəxslər. 



65

 Sünnədə  olan  dəlillər  üçün  baxın:    Əhməd  2/14,  5/382,  385,  399,  402;  Buxari  3697;  Əbu  Davud 

4627; Tirmizi 3662, 3663, 3707; İbn Macə 97.  



 

29 


 

       Biz, 

       Bu ümmətin, ummətlər arasında ən xeyirli  və Allah qatında ən üstün 

ümmət olduğuna iman edirik. Allah 



subhənəhu və təalə

 bu haqda belə buyurur: 



«Siz  insanlar  arasında  üzə  çıxarılmış  ən  xeyirli  ümmətsiniz.  Siz  yaxşı 

işlər  görməyi  əmr  edir,  pis  əməlləri  qadağan  edir  və  Allaha  da  iman 

gətirirsiniz». (Ali İmran 110).  

 

       Biz. 

       Bu  ümmətin  ən  xeyirlisinin  sıra  ilə  səhabə,  tabiin,  sonra  da  onlara 

tabe  olanlar  olduğuna  iman  edirik.  Peyğəmbər 

salləllahu  aleyhi  və  alihi  və  səlləm

 

bir hədisdə belə buyurur: «Ümmətimdən bir camaat Allahın əmri gələnə 



qədər  haqq  üzrə  olacaqlar.  Onlara  qarşı  düşmən  olanlar  onlara  zərər 

vura bilməyəcəklər»

66

.  

        


       Biz, 

       Səhabələr  arasında  baş  vermiş  anlaşılmazlıqların  ictihaddan

67

 irəli 


gəldiyinə,  ictihadında  düz  olanın  iki  əcr,  xəta  edənin  isə  bir  əcr 

qazandığına və Allahın da səhv ictihad edənin xətasını bağışladığına iman 

edirik.

68

 



 

       Biz, 

       Səhabələrin  qüsurlarını  xatırlamaqdan  uzaq  dururuq.  Onları  layiq 

olduqları  tərif  və  gözəl  sözlərlə  yada  salır  və  Allahın  bu  əmrinə  görə 

qəlblərimizi  onlara  qarşı  kin  və  həsəddən  təmizləməyi  özümüzə  borc 

bilirik.  «Sizlərdən  (Məkkənin)  fəthindən  əvvəl  xərcləyib  döyüşənlər 



(başqaları  ilə)  eyni  deyillər.  Onların  dərəcəsi  (mallarını  fəthdən)  sonra 

xərcləyib döyüşənlərdən daha üstündür. Amma Allah onların hamısına 

ən gözəl olanı vəd etmişdir». (Hədid 10).  

       Allah 

subhənəhu 

və 

təalə

  bizim  haqqımızda  isə  belə  buyurur: 



«(Səhabələrdən)  sonra  gələnlər  deyirlər:  «Ey  Rəbbimiz!  Bizi  və  bizdən 

əvvəlki  iman  gətirmiş  qardaşlarımızı  bağışla.  Bizim  qəlbimizdə  iman 

gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, 

Sən Şəfqətlisən, Rəhmlisən!». (Həşr 10).  

                                                

66

 Sünnədə  olan  dəlillər  üçün  baxın:  Əhməd  4/101,  244,  248,  252;  Buxari  3640,  3641,  7311,  7312, 



7459, 7460; Muslim 1920, 1921; Tirmizi 2230; İbn Macə 10.  

67

 İCTİHAD - Şəri bir hökmü başa düşmək üçün yetərincə səy  göstərməkdir.  



68

 Sünnədə olan dəlillər üçün baxın: Buxari 7352; Muslim 1716. 




Yüklə 423,9 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə