ƏHLİ SÜNNƏ VƏl cəmaatin


BİSMİLLƏHİR RAHMƏNİR RAHİM



Yüklə 423,9 Kb.
Pdf görüntüsü
səhifə2/16
tarix16.11.2017
ölçüsü423,9 Kb.
#10520
1   2   3   4   5   6   7   8   9   ...   16

 



BİSMİLLƏHİR RAHMƏNİR RAHİM 

 

MÜQƏDDİMƏ 

       


       Həmd  Allaha  məxsusdur.  Ondan  sonra  peyğəmbər  gəlməyəcək 

Muhəmmədə, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun! 

       Fəzilətli  qardaşımız  Muhəmməd  b.  Saleh  əl-Useyminin  topladığı, 

Əhli Sünnə

5

 vəl Cəməanın əqidəsini əhatə edən -  Allahın təkliyinə, ad və 



sifətlərinə,  mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, qəza 

və  qədərin  xeyir  və  şərinə  iman  şərtlərini  özündə  birləşdirən  qiymətli 

əsərini nəzərdən keçirdim. 

       Müəllif  bu  əsərində  Əhli  Sünnə  vəl  Cəməanın  əqidəsini  topladıqda 

çox  gözəl  üslubdan  istifadə  edərək  Allaha,  mələklərinə,  kitablarına, 

peyğəmbərlərinə,  axirət  gününə,  qəza  və  qədərin  xeyir  və  şərinə  iman 

mövzusunda  elm  tələbəsinin  və  kişili-qadınlı  hər  bir müsəlmanın  ehtiyac 

duyduğu  şeyləri  qeyd  etmişdir.  Həmçinin  buraya  əqidə  mövzusunda 

yazılmış bir çox kitablarda tapılmayan bəzi faydaları da əlavə etmişdir. 

       Allah onu mükafatlandırsın, elmini və hidayətini artırsın! Bu və başqa 

mövzularda yazdığı kitablarını müsəlmanlar üçün faydalı etsin! Bizi, onu 

və  digər  müsəlmanları  doğru  yola  yönəldən  və  faydalı  elmə  sahib  olub 

Allahın dininə dəvət edənlərdən etsin! 

       Şübhəsiz  ki,  O  layiqincə  eşidən  (qullarının  duasına  cavab  vermək 

üçün onlara) yaxın olandır. 

       Peyğəmbərimiz  Muhəmmədə,  ailəsinə  və  səhabələrinə  Allahın 

salavatı və salamı olsun! 

Allahın əffinə möhtac: 

AbdulƏziz b. Abdullah b. Baz 

- Allah onu bağışlasın - 

                                                

5

 SÜNNƏ - Peyğəmbərin səllallahu aleyhi və alihi və səlləm  getdiyi yol. 




 



ÖN SÖZ 

        

       Həmd,  aləmlərin  Rəbbi  olan  Allaha  məxsusdur.  Gözəl,  xeyirli  aqibət 

(Cənnət)  Allahdan  layiqincə  qorxan  müttəqilərindir.  Zalımlara  isə 

düşmənçilik  və  ədavətdən  başqa  heç  nə  qalan  deyil.  Şəhadət  edirəm  ki, 

Allahdan  başqa  ibadətə  layiq  haqq  məbud

6

 yoxdur.  O,  təkdir  və 



şəriksizdir,  və  şəhadət  edirəm  ki,  Muhəmməd 

salləllahu aleyhi və alihi və səlləm 

7

 



Allahın  qulu  və  elçisi,  peyğəmbərlərin  sonuncusu  və  müttəqilərin 

imamıdır. Ona, ailəsinə, səhabələrinə  və Qiyamətə  qədər onlara ən gözəl 

şəkildə tabe olanlara Allahın salavatı və salamı olsun! 

       Şübhəsiz  ki,  Allah 



subhənəhu  və  təalə

  Elçisi  Muhəmmədi 



salləllahu  aleyhi  və 

alihi  və  səlləm

  aləmlərə  rəhmət,  möminlərə  gözəl  bir  nümunə  və  bütün 

bəndələrinə hüccət/dəlil olması üçün hidayət və haqq din ilə göndərmişdir. 

       Bəndələrinin xeyrinə olan hər bir şeyi, onların dini və dünyəvi işlərini 

nizamlamaq,  səhih  əqidəyə,  sağlam  əməllərə,  gözəl  əxlaqa  və  yüksək 

ədəb-ərkana  sahib  olmalarını  təmin  etmək  üçün  Allah 



subhənəhu  və  təalə

 

Muhəmmədə 



salləllahu aleyhi və alihi və səlləm

 endirdiyi Qurani Kərim və hikməti 

vasitəsilə bütün bunları aydınlaşdırmışdır. 

       Muhəmməd 

salləllahu aleyhi və alihi və səlləm

 ümmətinə gecəsi gündüzü kimi 

aydın bir yol  olan İslam dinini qoyub  getmişdir. Bu yoldan ancaq özünü 

həlak edən uzaqlaşar.



8

 

       Allah  və  Rəsulunun 



salləllahu  aleyhi  və  alihi  və  səlləm

  çağırışını  qəbul  edən 

səhabə

9

, tabiin



10

 və  onlara  ən  gözəl  şəkildə  tabe  olan  ümməti  də  bu  haqq 

yolda  getmişlər;  əqidə,  ibadət,  əxlaq  və  tərbiyə  cəhətindən  şəriəti  tətbiq 

edərək  onun  sünnəsinə  sıx  şəkildə  bağlanmışlar.  Beləliklə  də  onlara 

düşmənçilik  edən  və  müxalif  olanların  onlara  heç  bir  zərər  verə 

bilməyəcək, Allahın əmri gəlib qiyamət qopana qədər bu haqq yolda olan 

tayfa sadəcə onlar olacaqlar.

11

 

       Biz, Allaha şükürlər olsun ki, onların yolunda olan, onlar kimi Quran 



və  Sünnə  ilə  hidayətə/doğru  yola  gələn,  bunu  Allahın  üzərimizdəki  bir 

                                                

6

 MƏBUD - ibadətə layiq, ibadət olunan.  



7

 Ona və ailəsinə Allahın salavatı və salamı olsun.  

8

 Sünnədə (hədis kitablarında) olan dəlillər üçün baxın: Əhməd 4/126; İbn Macə 43; Hakim 331; İbn 



Əbi Asim «əs-Sünnə» 48, 49.  

9

 SƏHABƏ  –  Peyğəmbər  salləllahu  aleyhi  və  alihi  və  səlləm  sağ  ikən  onunla  görüşüb,  dediklərinə 



iman gətirmiş və müsəlman olaraq vəfat etmiş şəxsə deyilir.  

10

 TABİİN - Səhabələrin ardıcılları.  



11

 Sünnədə  olan  dəlillər  üçün  baxın:  Əhməd  4/101,  244,  248,  252;  Buxari  3640,  3641,  7311,  7312, 

7459, 7460; Muslim 1920, 1921; Tirmizi 2230; İbn Macə 10.  



 

neməti  olaraq  bilən  və  hər  möminin  belə  olmasının  vacibliyinə 



inananlarıq. 

       Allaha bizi, müsəlman qardaş və bacılarımızı  dünya və axirətdə  «LƏ 



İLƏHƏ  İLLƏLLAH»  kəliməsi  ilə  sabit  etməsini  və  (Onun)  bizə 

mərhəmət ehsan etməsini diləyirik! 

       Bu  mövzunun  vacibliyi,  insanların  bu  mövzuda  bir  çox  fikir 

ayrılıqlarına  düşmələri  səbəbi  ilə  Allaha,  mələklərinə,  kitablarına, 

peyğəmbərlərinə,  axirət  gününə,  qədərin  xeyir  və  şərinə  iman  olan  Əhli 

Sünnə  vəl-Cəməa  əqidəmizi  xüsusi  olaraq  qələmə  almağı  münasib 

gördüm. 

       Allaha, bu əməyimi Kərim olan üzünə və rizasına uyğun, qullarına da 

faydalı etməsini diləyirəm. 

Muhəmməd bin Saleh əl-Useymin 



Yüklə 423,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə