ƏHLİ SÜNNƏ VƏl cəmaatin



Yüklə 423,9 Kb.
Pdf görüntüsü
səhifə5/16
tarix16.11.2017
ölçüsü423,9 Kb.
#10520
1   2   3   4   5   6   7   8   9   ...   16

 

13 


Ona  xoş  gələn  və  Onun  razı  olduğu  şeydir.  Allah 

subhənəhu  və  təalə

  belə 


buyurur: «Allah sizin tövbələrinizi qəbul etmək istəyir». (Nisa 27).  

 

       Biz, 

       Allahın,  ümumi  və  şəri  iradəsinin  Onun  hikmətinə  tabe  olduğuna 

iman  edirik.  Allahın  istəyib  yaratdığı  hər  şey  -  istər  ümumi  iradəsi  ilə 

olsun,  istərsə  də  şəri  irədəsi  ilə  qullarına  əmr  etdiyi  ibadəti  olsun,  Onun 

hikmətinə  bağlıdır.  Hökmünün  hikmətini  bilsək  də,  bilməsək  də  və  ya 

ağlımızla  onu  dərk  etməsək  də  bunun  belə  olduğuna  iman  edirik.  Allah 

subhənəhu  və  təalə

  bu  haqda  belə  buyurur:  «Məgər  Allah  hakimlərin  ən 



üstünü  deyilmi?!».  (Tin  8).  «Qəti  inanan  bir  camaat  üçün  Allahdan 

daha yaxşı hökm verə bilən kim ola bilər?». (Maidə 50).  

 

       Biz, 



       Allahın  dostlarını  sevdiyinə,  dostlarının  da  Allahı  sevdiyinə

16

 iman 



edirik. Allah 

subhənəhu və təalə

 bu haqda belə buyurur: «De: «Əgər siz Allahı 



sevirsinizsə,  mənim  ardımca  gəlin  ki,  Allah  da  sizi  sevsin  və 

günahlarınızı  bağışlasın».  (Ali  İmran  31).  «Allah  elə  tayfa  gətirər  ki, 

Özü onları, onlar da Allahı sevərlər». (Maidə 54). «Allah səbir edənləri 

sevir». (Ali İmran 146). «(Hər işdə) ədalətli davranın. Şübhəsiz ki, Allah 

ədalətlə  davrananları  sevər!».  (Hucurat  9).  «Yaxşılıq  edin!  Həqiqətən, 

Allah yaxşılıq edənləri sevir». (Bəqərə 195).  

 

       Biz, 

       Allahın  əmr  etdiyi  söz  və  əməllərdən  razı  olub

17

,  qadağan  etdiyi  söz 



və  əməllərdən  xoşlanmadığına

18

 iman  edirik.  Allah 



subhənəhu  və  təalə

  bu 


haqda belə buyurur: «Küfr  etsəniz,  (bilin ki), Allah  sizə  möhtac  deyildir. 

O,  qullarının  kafirlik  etməsinə  razı  olmaz.  Əgər  şükür  etsəniz,  buna 

görə  sizdən  razı  qalar».  (Zumər  7).  «Lakin  Allah  onların  döyüşə 

getməsini  istəmədi  və  onları  saxladı.  Onlara:  «(Evdə)  oturanlarla 

bərabər, siz də oturun!» - deyildi». (Tövbə 46).  

 

       Biz, 

       Allahın,  iman  gətirib  yaxşı  işlər  görənlərdən  razı  olduğuna  iman 

edirik.  Allah 



subhənəhu  və  təalə

  bu  haqda  belə  buyurur:  «Allah  onlardan 

                                                

16

 Allahın bu sifətlərinin Sünnədə olan dəlilləri: Buxari 3009; Muslim 2405, 2965.  



17

 Allahın RİZA/Razı olmaq sifətinin Sünnədə olan dəlilləri: Muslim 486; 1715.  

18

 Allahın bu sifətinin Sünnədə olan dəlilləri: Buxari 2408; Muslim 12/593, 2684.  




 

14 


razıdır,  onlar  da  Ondan  razıdırlar.  Bu  (nemətlər),  Rəbbindən  qorxan 

kimsələrdən ötrüdür!» (Bəyyinə 8) 

 

       Biz, 



       Allahın,  qəzəbini  haqq  edən  kafirlərə  qəzəbləndiyinə

19

 iman  edirik. 



Allah 

subhənəhu və təalə

  bu  haqda  belə  buyurur:  «(Peyğəmbərə  və  möminlərə 



Allahın  yardım  etməyəcəyini  və  dinini  ucaltmayacağını)  zənn  edənlər, 

Allah  barəsində  pis  bir  zənn  etmişlər.  Onların  bədniyyətliyi  öz 

başlarında çatlasın! Allahın onlara qəzəbi tutmuş və Allah onlara lənət 

etmişdir».  (Fəth  6).  «Lakin  qəlbən  küfrə  razı  olanlara  Allahın  qəzəbi 

tutar və onlar şiddətli bir əzaba düçar olarlar!». (Nəhl 106).  

 

       Biz, 



       Allahın,  Cəlal/əzəmət  və  İkramla  vəsf  edilmiş  üzə  sahib  olduğuna 

iman  edirik.  Allah 



subhənəhu  və  təalə

  bu  haqda  belə  buyurur:  «Ancaq 



Rəbbinin əzəmət və kəramətli Üzü əbədidir». (Rahmən 27).  

 

       Biz, 



       Allahın,  Kərəm/səxavətli  və  Əzəmətli  iki  əli  olduğuna  iman  edirik. 

Allah 


subhənəhu  və  təalə

  bu  haqda  belə  buyurur:  «Əksinə,  Onun  hər  iki  Əli 



açıqdır və O, (Öz lütfündən) istədiyi kimi sərf edir». (Maidə 64). «Onlar 

Allahı  layiqincə  qiymətləndirmədilər.  Halbuki  Qiyamət  günü  yer 

bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. 

O,  pakdır,  müqəddəsdir  və  onların  (Ona)  qoşduqları  şəriklərdən 

ucadır». (Zumər 67).  

 

       Biz, 

       Allahın, iki  (həqiqi)  gözü olduğuna iman  edirik.  Allah 

subhənəhu və təalə

 

bu  haqda  belə  buyurur:  «Gözlərimizin  önündə  və  vəhyimiz  üzrə  gəmini 



düzəlt». (Hud 37). Peyğəmbər 

salləllahu aleyhi və alihi və səlləm

 də bu barədə belə 

buyurur:  «Onun  (Allahın)  hicabı/örtüyü  nurdur.  Əgər  onu  qaldırsaydı, 

üzünün  nuru  gözlərinin  gördüyü  bütün  məxluqatı  yandırardı  (nə  bir 

canlı, nə də gözlə görünən bir şey qalardı)».

20

 

       Əhli  Sünnə  (alimləri),  Allahın  iki  gözü  olduğunda  ittifaq  etmişlər. 



Bunu Peyğəmbərin 

salləllahu aleyhi və alihi və səlləm

 Dəccal haqqındakı hədisi də 

                                                

19

 Allahın ĞADAB/Qəzəb sifətinin Sünnədə olan dəlilləri: Buxari 3197, 3340; Muslim 194, 2751. 



20

 Muslim 179; İbn Macə 195, 196; Əhməd 4/395, 401, 405. 




Yüklə 423,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə