ƏHLİ SÜNNƏ VƏl cəmaatin



Yüklə 423,9 Kb.
Pdf görüntüsü
səhifə14/16
tarix16.11.2017
ölçüsü423,9 Kb.
#10520
1   ...   8   9   10   11   12   13   14   15   16

 

32 


       Biz, 

       Allah təalanın (heç kəsin) şəfaətinə ehtiyac olmadan, lütfü və rəhməti 

ilə iman edənlərdən bir çoxlarını cəhənnəmdən çıxaracağına iman edirik.

77

 



 

       Biz, 

       Qiyamət  günü  Peyğəmbərin 

salləllahu  aleyhi  və  alihi  və  səlləm

  hovuzunun 

olacağına, suyunun süddən ağ, dadının baldan şirin, iyinin miskdən gözəl 

qoxulu,  eni  və  uzunluğunun  (gedilən)  bir  aylıq  yol  qədər  geniş,  ətrafında 

olan qədəhlərin ulduzlar kimi gözəl və çox olacağına, ümmətindən sadəcə 

mömin  olanların  ondan  içəcəyinə  və  bu  sudan  bar  dəfə  içənin  bir  daha 

əbədiyyən susamayacağına iman edirik

 78


 

       Biz, 



       Qiyamət  günü  cəhənnəmin  üzərindən  qoyulacaq  «Sirat»

79

 körpüsünə 



iman edirik. İnsanların onun üzərindən keçməsi əməllərinə görə olacaqdır. 

«Sirat»  üzərindən  keçən  birinci  dəstə  ildırım  kimi,  ikinci  keçən  dəstə 

külək  kimi,  üçüncü  dəstə  quşlar  kimi,  sonrakı  dəstə  isə  adi  addımlarla 

keçəcəkdir. Peyğəmbər 



salləllahu aleyhi və alihi və səlləm

 «Sirat» üzərində duraraq 

belə  yalvaracaq:  «Ya  Rəbb!  Bizi  («Sirat»  körpüsünün  həyəcanından 

qurtarıb,  onun  qorxusundan)  arxayın  et!»  Bəndələrin  keçməsi 

qurtardıqdan  sonra,  ora  sürünərək  başqa  bir  dəstə  gələcək.  «Siratın»  hər 

iki  tərəfində  əmr  ediləni  tutmaq  üçün  asılı  vəziyyətdə  olan  dəmir 

qarmaqlar  vardır.  Qarmaqlardan  qurtulanlar  xilas  olacaq,  tutduqları  isə 

cəhənnəmə atılacaqdır

80



 



       Biz, 

       Qiyamət  gününün  dəhşəti  haqqında Quran və sünnənin xəbər verdiyi 

hər bir şeyə iman  edirik. Allah 

subhənəhu və təalə

, o günün dəhşətində bizlərə 

yardım etsin. (Amin!) 

 

       Biz, 



                                                

77

 Sünnədə olan dəlillər üçün baxın: Buxari 5811, 6542; Muslim 216, 217, 218. 



78

 Qurani  Kərimdə  olan  dəlil  üçün  baxın:  Kəvsər  1.  Sünnədə  olan  dəlillər  üçün  baxın:  Buxari  6579; 

Muslim 247, 2292. 

79

 SİRAT - körpü. 



80

 Qurani Kərimdə olan dəlillər üçün baxın: Məryəm 71-72; Hədid 12-15. Sünnədə olan dəlillər üçün 

baxın: Buxari 806, 6573, 7437, 7439; Muslim 182, 183, 187, 191, 195. 



 

33 


       Peyğəmbərin 

salləllahu  aleyhi  və  alihi  və  səlləm

  Cənnət  əhlinin  cənnətə 

girmələri  üçün  şəfaət  edəcəyinə  və  bu  şəfaətin  yalnız  ona  xas  olduğuna 

iman edirik.

81

 

 



       Biz, 

       Cənnət və cəhənnəmə iman edirik. Cənnət, Allahın müttəqi möminlər 

üçün  hazırladığı  nemətlər yurdudur. Orada heç bir gözün  görmədiyi,  heç 

bir  qulağın  eşitmədiyi  və  heç  kəsin  xəyalına  belə  gətirmədiyi  nemətlər 

vardır.  Allah 

subhənəhu və təalə

  bu  haqda  belə  buyurur:  «Etdikləri  əməllərin 



mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını 

heç kəs bilmir». (Səcdə 17)

82

 

 

       Cəhənnəm,  Allahın  zalım  kafirlər  üçün  hazırladığı  əzab  yurdudur. 



Orada  ağla  gəlməyən  əzab  və  işgəncələr  vardır.  Allah 

subhənəhu  və  təalə

  bu 


haqda belə buyurur: «Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun 

divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal 

kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis 

məskəndir!». (Kəhf 29)

83

 

 

       Cənnət  və  Cəhənnəm  bu  an  mövcuddur  və  əbədiyyən  də  yox 

olmayacaqdır.  Allah 



subhənəhu  və  təalə

  Cənnət  haqqında  belə  buyurur:  «Hər 



kəs  Allaha  iman  gətirib  saleh  əməl  işləsə,  (Allah)  onu  içində  əbədi 

qalacağı  (ağacları)  altından  çaylar  axan  Cənnət  bağlarına  daxil  edər. 

Allah ona gözəl ruzi nəsib etmişdir». (Talaq 11).  

 

       Cəhənnəm  haqqında  isə  belə  buyurur:  «Həqiqətən,  Allah  kafirləri 

lənətləmiş  və  onlar  üçün  (yaxıb–yandıran)  Od  hazırlamışdır.  Onlar 

orada əbədi qalacaq, (özlərinə) nə bir himayəçi, nə də bir yardımçı tapa 

bilməyəcəklər.  Üzləri  odda  o  yan–bu  yana  döndəriləcəyi  gün  onlar 

deyəcəklər:  «Kaş  biz  Allaha  ibadət  edəydik,  Onun  Elçisinə  müti 

olaydıq!». (Əhzab 64-66).  

 

       Biz, 

       Quran  və  Sünnənin  adlarını  və  ya  vəsflərini  bildirərək  cənnətlik 

olduqlarına şahidlik etdiklərinə şahidik. 

                                                

81

 Sünnədə olan dəlillər üçün baxın: Əhməd 2/435, 436; 3/116, 244, 247, 248; Buxari 44, 3340, 3361, 



4476, 4712, 6565, 7410, 7440, 7509, 7510, 7516; Muslim 193, 194; Tirmizi 2434; İbn Macə 4312. 

82

 Sünnədə  olan  dəlillər  üçün  baxın:  Əhməd  2/437;  5/334;  Buxari  4779,  4780,  7498;  Muslim  2824, 



2825; Tirmizi 3292. 

83

 Sünnədə olan dəlillər üçün baxın: Buxari 6561, 6562; Muslim 213. 




Yüklə 423,9 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə