ƏHLİ SÜNNƏ VƏl cəmaatin



Yüklə 423,9 Kb.
Pdf görüntüsü
səhifə15/16
tarix16.11.2017
ölçüsü423,9 Kb.
#10520
1   ...   8   9   10   11   12   13   14   15   16

 

34 


       Peyğəmbər 

salləllahu aleyhi və alihi və səlləm

 bilavasitə özü Əbu Bəkr, Ömər, 

Osman,  Əli  və  bəzi  səhabələrin  -  Allah  onların  hamısından  razı  olsun  - 

Cənnətlik olduqlarına şahidlik etmişdir.

84

 

       Quran  və  Sünnənin,  mömin  və  müttəqi  olaraq  vəsf  etdiyi  hər  kəsin 



cənnətlik olduğuna biz də iman edirik.

85

 



       Həmçinin,  Quran  və  Sünnənin  adlarını  və  vəsflərini  qeyd  edərək 

cəhənnəmlik  olduqlarını  bildirdiyi  kimsələrin  cəhənnəmlik  olduqlarına 

iman edirik. 

       Quran  və  Sünnə,  Əbu  Ləhəb

86

,  Amr  b.  Luhay  əl  -  Xuzai



87

 və  onun 

kimilərinin cəhənnəmlik olduqlarına şahiddir. 

       Quran  və  Sünnə,  kafir  və  ya  böyük  şirk  edən  müşrik  və  münafiq 

olaraq vəsf etdiyi hər kəsin cəhənnəmlik olduqlarına şahiddir.

88

 



 

       Biz, 

       Ölünün  qəbirə  qoyulduqdan  sonra  Rəbbi,  Dini  və  Peyğəmbəri 

haqqında sorğu-sual olunacaq qəbir fitnəsinə iman edirik. Allah 



subhənəhu və 

təalə

 bu haqda belə buyurur: «Allah iman gətirənləri dünya həyatında da, 



axirətdə də möhkəm sözlə sabit saxlayar». (İbrahim 27).  

 

       MÖMİN  -  Rəbbim  Allah,  dinim  İslam,  peyğəmbərim  Muhəmməd 

salləllahu  aleyhi  və  alihi  və  səlləm

  deyə  cavab  verəcəyi  halda,  KAFİR  VƏ 



MÜNAFİQ - bilmirəm, insanların bəzi şeylər söylədiklərini eşitdim, mən 

də elə dedim - deyəcək.

89

 

 



       Biz, 

       Allahın  qəbir  həyatında  möminlər  üçün  hazırladığı  qəbir  nemətlərinə 

iman edirik. Allah 

subhənəhu və təalə

 bu haqda belə buyurur: «O kəslər ki, tər–



təmiz olduqları halda, mələklər onların canını alıb deyirlər: «Sizə salam 

olsun! Əməllərinizə görə Cənnətə girin!». (Nəhl 32)

90

 

 

                                                

84

 Sünnədə  olan dəlillər üçün baxın: Əhməd 1/187, 188, 189; Əbu Davud 4649, 4650; Tirmizi 3748, 



3757;  İbn  Macə  134;  Hakim  3/440,  Alluşun  təhqiqi  ilə  5914;  Şeyx-Albaninin  təhqiqi  ilə:  «Səhihul-

Cəmiis-Sağir» 4010.  

85

 Qurani Kərimdə dəlillər üçün bax: Tövbə 72; Fəth 5; Hicr 45; Duhan 51; Qələm 34. 



86

 Qurani  Kərimdə  olan  dəlillər üçün baxın: Əbu  Ləhəb 3. Sünnədə olan dəlillər üçün  baxın: Buxari 

1394, 4770, 4801, 4971, 4972, 4973; Muslim 208; Tirmizi 3363. 

87

 Sünnədə olan dəlillər üçün baxın: Buxari 3521, 4623; Muslim 2856. 



88

 Qurani Kərimdə olan dəlillər üçün baxın: Bəqərə 24; Nisa 140; Maidə 72; Fəth 6. 

89

 Sünnədə olan dəlillər üçün baxın: Buxari 1338, 1374; Muslim 2870. 



90

 Sünnədə olan dəlillər üçün baxın: Əhməd 4/287, 295, 296; Buxari 1338, 1374; Muslim 2870; Əbu 

Davud 4753. 



 

35 


       Biz, 

       Allahın  qəbir  həyatında  zalım  kafirlər  üçün  hazırladığı  qəbir  əzabına 

iman edirik. Allah 

subhənəhu və təalə

 bu haqda belə buyurur: «Zalımları ölüm 



girdabında olduqda, mələklərin də əllərini uzadıb: «Canlarınızı çıxarın! 

Allaha  qarşı  nahaq  sözlər  söylədiyinizə  və  Onun  ayələrinə  təkəbbür 

göstərdiyinizə  görə  bu  gün  siz  cəzalandırılacaq-sınız!»  -  (dediklərini) 

bircə görəydin». (Ənam 93)

91

 

       Bu  barədə  rəvayət  edilən  hədislər  çoxdur.  Bu  səbəblə  möminin 

üzərinə düşən vəzifə Quran və Sünnənin qeyblə əlaqəli məsələlərdə xəbər 

verdiyi  hər  şeyə  inanması,  bu  məsələləri  dünyada  rast  gəlinən  şeylərlə 

müqayisə  edərək  onlara  etiraz  etməməsi  lazımdır.  Çünki,  axirətlə  əlaqəli 

məsələlər,  hər  ikisi  arasındakı  nəzərə  çarpan  böyük  fərqə  görə  dünyadakı 

şeylərlə müqayisə edilə bilməz. 

                                                

91

 Sünnədə olan dəlillər üçün baxın: Əhməd 4/287, 295, 296; Buxari 1338, 1374; Muslim 2870; Əbu 



Davud 4753. 


 

36 


ALTINCI HİSSƏ 

 

QƏZA VƏ QƏDƏRƏ İMAN 

 

       Biz, 



       Allahın əzəli elmi və uca hikmətinə uyğun olaraq, bütün yaradılanlara 

təqdir etdiyi qədərin həm xeyrinə, həm də şərinə iman edirik. 



QƏDƏRƏ İMANIN DÖRD MƏRTƏBƏSİ VAR: 

Birinci mərtəbə: Elm 

       Biz, 

       Allahın hər şeyi bildiyinə iman edirik.

92

 O, keçmişdə olanla gələcəkdə 



olanı, onun  necə  olacağını, əzəli  və əbədi  elmi  ilə bilir. Onun bir şeydən 

xəbərsiz  olması  və  sonra  bilməsi  və  ya  bildiyi  halda  unutması  mümkün 

deyildir (Çünki O hər şeyi əzəldən bəri bilir. Sonradan öyrənməz, bildiyini 

də əsla unutmaz).  



İKİNCİ MƏRTƏBƏ: KİTABA YAZMASI 

       Biz, 

       Allahın qiyamət  gününə  qədər baş verəcək  hər şeyi «Lövhi-Məhfuz» 

adlı  kitabda  yazdığına  iman  edirik.  Allah 



subhənəhu  və  təalə

  bu  haqda  belə 

buyurur:  «Məgər  bilmirsənmi  ki,  Allah  göydə  və  yerdə  olanları  bilir? 

Həqiqətən,  bu  Yazıda  (Lövhi-Məhfuzda)  mövcuddur.  Şübhəsiz  ki,  bu 

Allah üçün asandır!». (Həcc 70)

93

 

ÜÇÜNCÜ MƏRTƏBƏ: MÜŞİƏ - DİLƏMƏSİ 

       Biz, 

       Allahın  göylərdə  və  yerdə  olan  hər  şeyin  Onun  istəyi  ilə  olduğuna, 

Onun  iradəsi  olmadan  heç  bir  şeyin  olmayacağına,  istədiyinin  olacağına, 

istəmədiyinin də olmayacağına iman edirik.

94

 

DÖRDÜNCÜ MƏRTƏBƏ: YARATMA 



       Biz, 

       Allahın  hər  şeyi  yaratdığına,  göylərin  və  yerin  xəzinələrinin  Onun 

əlində olduğuna iman edirik. Allah 

subhənəhu və təalə

 bu haqda belə buyurur: 

                                                

92

 Qurani-Kərimdə olan dəlillər üçün baxın: Bəqərə 30, 216; Ənam 53, 59, 124; Ənkəbut 10; Səba 3; 



Həşr 22; Talaq 12; Qələm 7.  

93

 Qurani-Kərimdə  olan  dəlillər  üçün  baxın:  Ənam  59;  Yunus  61;  Taha  51,  52;  Fatir  11;  Yasin  12; 



Qəmər 52, 53. Sünnədə olan dəlillər üçün baxın: Əhməd 2/169; Muslim 2653; Tirmizi 2156.  

94

 Qurani-Kərimdə  olan  dəlillər  üçün  baxın:  Ənam  25,  39;  Nəhl  40,  93;  Kəhf  23,  24;  İnsan  30. 



Sünnədə olan dəlillər üçün baxın:  Əhməd 2/168, 173; Muslim 2654. 


Yüklə 423,9 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə