ƏHLİ SÜNNƏ VƏl cəmaatin



Yüklə 423,9 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix16.11.2017
ölçüsü423,9 Kb.
#10520
1   ...   8   9   10   11   12   13   14   15   16

 

30 


BEŞİNCİ HİSSƏ 

 

AXİRƏT GÜNÜNƏ İMAN 

 

       Biz, 

       İnsanların  Allahın  hüzurunda  hesaba  çəkilmək  üçün  dirildiləcəkləri, 

ya  nemətlər  yurdu  olan  cənnət,  ya  da  dəhşətli  əzab  yurdu  olan 

cəhənnəmdə qalacaqları, o gündən sonra başqa bir günün olmayacağına və 

Qiyamət günü kimi tanınan Axirət gününə iman edirik. 

 

       Biz, 



       İsrafilin 

əleyhissəlam

 ikinci dəfə sura üfürməsilə Allahın hesaba çəkmək 

üçün  ölüləri  dirildəcəyi,  ölümdən  sonrakı  dirilişə  və  qəbirlərdən 

çıxarılacağımıza iman edirik. Allah 



subhənəhu və təalə

 bu haqda belə buyurur: 



«Sur üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə 

kim  varsa,  hamısı  öləcəkdir.  Sonra  bir  daha  ona  üfürülən  kimi  onlar 

qalxıb baxacaqlar». (Zumər 68)

69

 

 



       İnsanlar  qəbirlərindən  qaldırılacaq;  ayaqyalın,  üzərlərində  heç  bir 

paltar olmadan, anadan gəlmə vəziyyətdə və xitan

70

 olunmamış bir şəkildə 



aləmlərin  Rəbbinin  hüzurunda  hesab  vermək  üçün  duracaqlar.  Allah 

subhənəhu və təalə

  bu  haqda  belə  buyurur:  «(Məxluqatı)  ilk  dəfə  yaratdığımız 



kimi  yenə  əvvəlki  halına  qaytaracağıq.  Biz  vəd  vermişik.  Sözsüz  ki,  Biz 

onu yerinə yetirəcəyik». (Ənbiya 104)

71

 

 

       Biz, 

       Əməl  dəftərlərinin  insanların  sağ  tərəflərindən  və  ya  sol  tərəfin 

arxasından  veriləcəyinə  iman  edirik.  Allah 



subhənəhu  və  təalə

  bu  haqda  belə 

buyurur:  «Kimin  kitabı  sağ  əlinə  veriləcəksə,  o,  yüngül  sorğu–suala 

tutulacaq  və  sevincək  öz  ailəsinə  qayıdacaqdır!  Kimin  kitabı  arxa 

tərəfindən  veriləcəksə,  o  (özünə)  ölüm  diləyəcək  və  alovlu  oda 

atılacaqdır!». (İnşiqaq 7-12)

72

 Başqa bir ayədə isə belə buyurur: «Biz hər 

                                                

69

 Qurani Kərimdə olan dəlillər üçün baxın: Nəml 87; Sünnədə olan dəlillər üçün baxın: Əhməd 2/166; 



Muslim 2940. 

70

 XİTAN - el içində sünnət olunmaq kimi tanınan İslam adətinin şəriətdəki adıdır.  



71

 Sünnədə olan dəlillər üçün baxın: Buxari 3349,4625, 4740, 6524, 6525, 6526, 6527; Muslim 2859, 

2860. 

72

 Qurani  Kərimdə  olan dəlillər üçün  baxın: Həqqa 19-20.  Sünnədə  olan  dəlillər üçün  baxın: Əhməd 



4/414, 6/110; Buxari 103, 4939, 6536, 6537; Muslim 2876; Əbu Davud 4755; Tirmizi 2427; İbn Macə 

4277. 



 

31 


bir  insanın  əməlini  öz  boynundan  asdıq.  Qiyamət  günü  isə  açıq 

vəziyyətdə  qarşısına  qoyulan  kitabı  ona  göstərəcəyik.  Kitabını  oxu!  Bu 

gün sənə özün–özünü hesaba çəkməyin yetər». (İsra 13-14)

73

 

       Biz, 

       Qiyamət günü heç kəsə (zərrə qədər) haqsızlıq edilməyərək əməllərin 

çəkiləcəyi  mizanın/tərəzinin  qoyulacağına  iman  edirik.  Allah 

subhənəhu  və 

təalə

  bu  haqda  belə  buyurur:  «Zərrə  qədər  yaxşılıq  edən  (əvəzini) 



alacaqdır. Zərrə qədər pislik edən də (əvəzini) alacaqdır». (Zəlzələ 7-8). 

Digər  ayələrdə  isə  belə  buyurur:  «(O  gün)  məhz  tərəziləri  ağır  gələnlər 



nicat  tapacaqlar.  Tərəziləri  yüngül  gələnlər  isə  özlərini  ziyana 

uğradanlardır.  (Onlar)  Cəhənnəmdə  əbədi  qalacaqlar.  Od  onların 

üzünü  yandıracaq.  Onlar  orada  qıc  olmuş  vəziyyətdə  qalacaqlar». 

(Muminun  102-104)  «Kim  (Qiyamət  günü)  yaxşılıq  gətirərsə,  ona 

gətirdiyinin  on  qat  əvəzi  verilər.  Kim  pislik  gətirərsə,  ona  ancaq 

gətirdiyinin  misli  qədər  cəza  verilər.  Onlara  haqsızlıq  edilməz».  (Ənam 

160)

74

 

 

       Biz, 



       Peyğəmbərin 

salləllahu aleyhi və alihi və səlləm

  ona  xas  olan  böyük  şəfaətinə 

iman edirik. İnsanlar qiyamət günü dözülməz, böyük bir sıxıntı və kədərlə 

qarşılaşdıqda,  özlərinə  şəfaətçi  olması  üçün  növbə  ilə  Adəmin 



əleyhissəlam

sonra Nuhun 



əleyhissəlam

, sonra İbrahimin 



əleyhissəlam

, sonra İsanın 



əleyhissəlam

sonda  isə  Muhəmmədin 



salləllahu  aleyhi  və  alihi  və  səlləm

  yanına  gəlirlər. 

Peyğəmbər 

salləllahu  aleyhi  və  alihi  və  səlləm

  -  Allahın  izni  ilə  insanlar  arasında 

hökm vermək üçün Allahın hüzurunda onlara şəfaətçi olacaqdır

75



 

       Biz, 

       Peyğəmbərimiz  Muhəmməd 

salləllahu  aleyhi  və  alihi  və  səlləm

  ilə  digər 

peyğəmbərlərin, möminlərin və mələklərin cəhənnəmə girən möminlərə 

Allahın  izni  ilə  -  şəfaət  edib  onları  cəhənnəmdən  çıxaracağına  iman 

edirik.


76

 

 



                                                

73

 Qurani Kərimdə olan dəlillər üçün baxın: Kəhf 49; Təkvir 10. 



74

 Qurani Kərimdə olan dəlillər üçün baxın: Əraf 8-9; Kəhf 105; Ənbiya 47; Qariə 6-9. Sünnədə olan 

dəlillər  üçün  baxın:    Əhməd  2/213,  221,  222;  Buxari  4729;  Muslim  2785;  Tirmizi  2639;  İbn  Macə 

4300. 


75

 Sünnədə olan dəlillər üçün baxın: Əhməd 2/435, 436; 3/116, 244, 247, 248; Buxari 44, 3340, 3361, 

4476, 4712, 6565, 7410, 7440, 7509, 7510, 7516; Muslim 193, 194; Tirmizi 2434; İbn Macə 4312. 

76

 Sünnədə olan dəlillər üçün baxın: Əhməd 3/94, 213; Muslim 183; Əbu Davud 4739;     



Tirmizi 2435. 


Yüklə 423,9 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə