ƏHLİ SÜNNƏ VƏl cəmaatin


etdiyini,  sənə  vəhy  etdiyimizi,  İbrahimə,  Musaya  və  İsaya  tövsiyə



Yüklə 423,9 Kb.
Pdf görüntüsü
səhifə11/16
tarix16.11.2017
ölçüsü423,9 Kb.
#10520
1   ...   8   9   10   11   12   13   14   15   16

 

26 


etdiyini,  sənə  vəhy  etdiyimizi,  İbrahimə,  Musaya  və  İsaya  tövsiyə 

etdiyimizi sizin üçün də dində qanun etdi: «Dində doğru–düzgün etiqad 

edin və onda bölünüb firqə–firqə olmayın!». (Şura 13)

61

 

 

       Biz, 

       Peyğəmbərlərin  hamısının  yaradılmış  bəşər  olduğuna  və  onların 

Rübubiyyət/Allaha  aid  olan  xüsusiyyətlərindən  heç  birinə  malik 

olmadıqlarına  iman  edirik.  Allah 

subhənəhu və təalə

  peyğəmbərlərin  ilki  olan 

Nuh 

əleyhissəlam

  haqqında  belə  buyurur:  «Mən  sizə  demirəm  ki,  Allahın 



xəzinələri  mənim  yanımdadır.  Mən  qeybi  də  bilmirəm.  Mən  sizə 

demirəm ki, mən mələyəm». (Hud 31).  

       Allah 

subhənəhu 

və 

təalə

  həmçinin  peyğəmbərlərin  sonuncusu 

Muhəmmədə 

salləllahu aleyhi və alihi və səlləm

 də belə söyləməsini əmr  etmişdir: 



«De: «Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən 

qeybi bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm». (Ənam 50).  

       Yenə  ona  belə  söyləməsini  əmr  etmişdir:  «De:  «Mən  Allahın 

istədiyindən  başqa  özümə  nə  bir  fayda,  nə  də  bir  zərər  yetirməyə  qadir 

deyiləm». (Əraf 188).  

Aşağıdakı  ayələrdə  də  belə  söyləməsini  əmr  etmişdir:  «De:  «Mən  sizə 



nə  ziyan  verməyə,  nə  də  (sizi)  doğru  yola  yönəltməyə  qadirəm!»  De: 

«Həqiqətən, məni Allahdan kimsə xilas edə bilməz və mən Ondan başqa 

bir pənah yeri tapa bilmərəm!». (Cinn 21-22).  

 

       Biz, 



       Peyğəmbərlərin  Allahın  qulları  olduqlarına,  onlara  elçilik  vəzifəsi 

verərək  üstün  etdiyinə,  məqamların  ən  ucası  olan  qulluq  məqamı  ilə 

nemətləndirdiyinə iman edirik. 

       Allah 



subhənəhu və təalə

  birinci  peyğəmbər  olan  Nuh 



əleyhissəlam

  haqqında 

belə buyurur: «(Ey) Nuhla birlikdə (gəmidə) daşıdıqlarımızın nəsli! Nuh 

doğrudan da (Bizə) minnətdar olan bir qul idi». (İsra 3).  

       Sonuncu  peyğəmbər  Muhəmməd 

salləllahu aleyhi və alihi və səlləm

  haqqında 

isə  belə  buyurur:  «Aləmləri  xəbərdar  etməsindən  ötrü  Öz  quluna 

Furqanı (Qranı) nazil edən (Allah) necə də xeyirxahdır!». (Furqan 1).  

       Digər  Peyğəmbələr  haqqında  isə  belə  buyurur:  «Qüdrət  və  bəsirət 



sahibi  olan  qullarımız  İbrahimi,  İshaqı  və  Yəqubu  da  yada  sal!».  (Sad 

45).  «Onarın  dediklərinə  səbir  et  və  qüdrətli  qulumuz  Davudu  yadına 

sal! O, daim (Allaha) üz tutardı». (Sad 17). «Biz Davuda Süleymanı bəxş 

etdik. O, necə də gözəl qul idi! Daima (Allaha) üz tutardı». (Sad 30).  

                                                

61

 Sünnədə olan dəlil üçün baxın: Muslim 153. 




 

27 


       Allah 

subhənəhu  və  təalə

  Məryəm  oğlu  İsa 



əleyhissəlam

  haqqında  belə 

buyurur:  «O  (Məryəm  oğlu  İsa)  ancaq  nemət  (Peyğəmbərlik)  verdiyimiz 

və İsrail oğullarına örnək (ibrət) etdiyimiz bir quldur». (Zuxruf 59).  

 

       Biz, 

       Allahın  peyğəmbərlik  vəzifəsini  Muhəmmədin 

salləllahu  aleyhi  və  alihi  və 

səlləm

  peyğəmbərliyi  ilə  sona  çatdırdığına  və  onu  insanların  hamısına 

peyğəmbər  olaraq  göndərdiyinə  iman  edirik.  Allah 

subhənəhu  və  təalə

  bu 


haqda belə buyurur: «De:  «Ey  insanlar! Şübhəsiz  ki, mən  sizin  hamınız 

üçün Allahın Elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, 

Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. O həm dirildir, həm də 

öldürür.  Elə  isə  Allaha  və  Onun  Elçisinə  –  yazıb–oxumaq  bilməyən, 

həm  də  Allaha  və  Onun  kəlmələrinə  inanan  peyğəmbərə  iman  gətirin. 

Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz». (Əraf 158)

62

 

 

       Biz, 

       Allahın  qulları  üçün  din  olaraq  Muhəmmədin 



salləllahu  aleyhi  və  alihi  və 

səlləm

  şəriəti  olan  İslam  dinini  seçdiyinə  və  İslamdan  başqa  dini  heç  bir 

kəsdən  qəbul  etməyəcəyinə  iman  edirik.  Allah 

subhənəhu  və  təalə

  bu  haqda 

belə buyurur: «Həqiqətən, Allah yanında (qəbul olunan) din, İslamdır!». 

(Ali  İmran  19).  «Bu  gün  dininizi  sizin  üçün  kamil  etdim,  sizə  olan 

nemətimi  tamamladım  və  bir  din  olaraq  sizin  üçün  İslamı  bəyənib 

seçdim».  (Maidə  3).  «İslamdan  başqa  bir  din  axtaran  şəxsdən,  o  (din) 

heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar!». (Ali 

İmran 85).  

 

       Biz, 

       Hal hazırda yəhudilik, xristianlıq və başqa bir din kimi İslam dinindən 

kənar bir dinin Allah qatında məqbul, keçərli olduğunu iddia edənin kafir 

olduğuna  iman  edirik.  Belə  adam  tövbə  etsə  tövbəsi  məqbul  sayılır.  Bu 

fikirlərinə  görə  tövbə  etməzsə  dindən  dönmüş  mürtəd  sayılaraq 

öldürülür.

63

 Çünki o, Quranı inkar etmiş kimidir. 



 

       Biz, 

       Muhəmmədin 

salləllahu  aleyhi  və  alihi  və  səlləm

  insanların  hamısına 

peyğəmbər  olaraq  göndərildiyini  inkar  edənin  -  bütün  peyğəmbərləri, 

hətta  inandığı  və  ona  tabe  olduğunu  iddia  etdiyi  peyğəmbəri  də  inkar 

                                                

62

 Sünnədə olan dəlillər üçün baxın: Buxari 335, 438; Muslim 153, 522. 



63

 Bu və ya başqa hökmlərin icrası şəriət ölkəsi daxilində həyata keçirilir. 




Yüklə 423,9 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə