ƏHLİ SÜNNƏ VƏl cəmaatin



Yüklə 423,9 Kb.
Pdf görüntüsü
səhifə10/16
tarix16.11.2017
ölçüsü423,9 Kb.
#10520
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

 

24 


göstərən,  bu  yolun  və  (haqqı  batildən) ayırd  edənin  açıq-aydın  dəlilləri 

olan  Quran  ramazan  ayında  nazil  edilmişdir».  (Bəqərə  185).  Qurani-

Kərim özündən əvvəlki kitabları təsdiq etmək və onlara hakim olması üçün 

göndərilmişdir. «Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları 

mühafizə edən Ktabı haqq olaraq nazil etdik». (Maidə 48).  

       Allah 

subhənəhu  və  təalə

  Qurani  Kərim  ilə  ondan  qabaq  endirilən  bütün 

kitabların hökmünü ləğv etmiş, təhrifçilərin və oyunbazların təcavüzündən 

qorumağı Öz  öhdəsinə  götürmüşdür. Allah 



subhənəhu və təalə

  bu  barədə  belə 

buyurur:  «Şübhəsiz  ki,  Zikri  Biz  nazil  etdik,  əlbəttə,  Biz  də  onu 

qoruyacağıq». (Hicr 9).  

       Çünki  Qurani-Kərim,  (bəhanə  gətirməmələri  üçün)  Qiyamətə  qədər 

bütün cinlərə və insanlara bir hüccət/dəlil olaraq qalacaqdır. 

       Qurani Kərimdən əvvəlki kitabların hamısı müəyyən bir dövr ərzində 

qüvvədə  idi.  Hər  gələn  növbəti  kitab  özündən  əvvəlki  kitabın  hökmünü 

ləğv edir, onda ortaya çıxan təhrif və dəyişikliyi açıqlayırdı. Bu səbəblə də 

Qurani  Kərimdən  əvvəl  göndərilən  kitabların  heç  biri  təhrif  edilməkdən, 

əlavələr  olunmasından  və  ya  əskiltmələrdən  xilas  ola  bilməmişdir.  Allah 



subhənəhu  və  təalə

  bu  barədə  belə  buyurur:  «Yəhudilərin  bir  qismi 



(Tövratdakı)  sözlərin  yerini  dəyişib  təhrif  edir».  (Nisa  46).  «Vay  o 

şəxslərin  halına  ki, öz  əlləri ilə  kitab  yazıb,  sonra  bir  az  pul  almaqdan 

ötrü:  «Bu,  Allah  tərəfindəndir!»  -  deyirlər.  Öz  əlləri  ilə  yazdıqlarına 

görə  vay  onların  halına!  Qazandıqları  şey  üçün  vay  onların  halına!». 

(Bəqərə  79).  «De:  «Musanın  insanlara  bir  nur  və  hidayət  olaraq 

gətirdiyi  kitabı  kim  nazil  etmişdir?  Siz  onu  vərəqlərə  yazıb  göstərir,  bir 

çoxunu  da  gizlədirsiniz».  (Ənam  91).  «Onlardan  (kitab  əhlindən)  bir 

zümrə  vardır  ki,  siz  onların  oxuduqlarını  (Tövratdan)  hesab  edəsiniz 

deyə,  Kitabı  oxuyan  zaman  dillərini  o  tərəf  -  bu  tərəfə  əyirlər.  Halbuki 

onların bu oxuduqları Kitabdan (Tövratdan) deyildir. Söylədikləri Allah 

dərgahından  olmadığı  halda,  «Bu,  Allah  dərgahındandır!»  -  deyirlər. 

Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər. Heç bir kəsə yaraşmaz ki, 

Allah  ona  Kitab,  hikmət  və  peyğəmbərlik  bəxş  etdikdən  sonra  o, 

insanlara: «Allahı buraxıb mənə qul olun!» - desin». (Ali İmran 78-79). 

«Ey  Kitab  əhli!  Artıq  sizə  Kitabdan  gizlətdiyiniz  şeylərin  bir  çoxunu 

bəyan edən və bir çoxunun üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə 

Allahdan bir nur (Muhəmməd) və açıq–aydın bir Kitab gəldi. Allah onun 

rizasını  arayan  şəxləri  (bu  Kitabla)  əmin–amanlıq  yollarına  yönəldir, 

onları  Öz  izni  ilə  zülmətlərdən  nura  çıxarır  və  düz  yola  yönəldir. 

«Şübhəsiz  ki,  Allah  Məryəm  oğlu  Məsihdir!»  -  deyənlər  artıq  kafir 

oldular». (Maidə 15-17).  


 

25 


DÖRDÜNCÜ HİSSƏ 

 

PEYĞƏMBƏRLƏRƏ İMAN 

 

       Biz, 



       İnsanların  Qiyamət  günü  Allaha  qarşı  bir  bəhanələrinin  olmamaları, 

Allahın  verəcəyi  savabı  ilə  müjdələmək  və  daddıracağı  əzabından  da 

çəkindirmək üçün peyğəmbərlər göndərdiyinə iman edirik. Allah 

subhənəhu 

və  təalə

  bu  barədə  belə  buyurur:  «(Biz)  müjdə  verən  və  qorxudan  elçilər 



(göndərdik)  ki,  insanların  elçilərdən  sonra  Allaha  qarşı  bir  bəhanəsi 

olmasın. Allah Qüdrətlidir, Müdrikdir». (Nisa 165).  

 

       Biz, 

       Onların  ilkinin  Nuh 



əleyhissəlam

,  sonuncusunun  da  Muhəmməd 



salləllahu 

aleyhi  və  alihi  və  səlləm

  olduğuna  iman  edirik.  Allah 



subhənəhu  və  təalə

  bu  haqda 

belə buyurur: «Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz 

kimi,  sənə  də  vəhy  etdik».  (Nisa  163)

58

 «Muhəmməd  aranızdakı 

kişilərdən  heç  birinin  atası  deyildir.  Lakin  o,  Allahın  Elçisi  və 

peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir!». (Əhzab 40)

59

 

 

       Biz, 

       Peyğəmbərlərin  ən  fəzilətlisinin  sıra  ilə  Muhəmməd 



salləllahu  aleyhi  və 

alihi  və  səlləm

60

,  sonra  İbrahim 



əleyhissəlam

,  sonra  Musa 



əleyhissəlam

,  sonra  Nuh 



əleyhissəlam

,  sonra  da  Məryəm  oğlu  İsa 



əleyhissəlam

  olduğuna  iman  edirik. 

Allah 

subhənəhu  və  təalə

  bu  haqda  belə  buyurur:  «Bir  zaman  Biz 



peyğəmbərlərdən əhd almışdıq; səndən də, Nuhdan da, İbrahimdən də, 

Musadan  da,  Məryəm  oğlu  İsadan  da!  Biz  onlardan  möhkəm  bir  əhd 

almışdıq!». (Əhzab 7).  

        

       Biz, 

       Allahın  bu  ayədə  xüsusi  olaraq  qeyd  etdiyi  peyğəmbərlərin 

şəriətlərini özündə birləşdirdiyinə görə, Muhəmmədin 

salləllahu aleyhi və alihi və 

səlləm

  şəriətinin,  onların  şəriətlərinin  üstünlüklərinə  sahib  olduğuna  iman 

edirik. Allah 

subhənəhu və təalə

 bu haqda belə buyurur: «(Allah) Nuha tövsiyə 

                                                

58

 Sünnədə olan dəlillər üçün baxın: Əhməd 5/278; Buxari 3340, 4712; Muslim 194. 



59

 Sünnədə  olan  dəlillər  üçün  baxın:  Buxari  3535,  4712;  Muslim  194,  523, 2286,  2889;  Əbu  Davud 

4252. 

60

 Sünnədə  olan  dəlillər  üçün  baxın:  Buxari  3340,  4712;  Muslim  194,  2276,  2278;  Əhməd  4/107; 



Tirmizi 3612.  


Yüklə 423,9 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə