ƏHLİ SÜNNƏ VƏl cəmaatin



Yüklə 423,9 Kb.
Pdf görüntüsü
səhifə7/16
tarix16.11.2017
ölçüsü423,9 Kb.
#10520
1   2   3   4   5   6   7   8   9   10   ...   16

 

17 


       Allahın, Özü haqqında və ya Elçisi Muhəmmədin 

salləllahu aleyhi və alihi və 

səlləm

 Allahın ad və sifətləri haqqında rədd etdiyi şeyləri biz də rədd edirik. 

Allaha  nisbət  edilənləri  (naqislikləri)  rədd  etmək  onun  ad  və  sifətlərinin 

kamil  olmasını  vacib  edir.  Allah  və  Rəsulunun 



salləllahu aleyhi və alihi və səlləm

 

haqqında bir şey söyləməyib susduğu məsələlərdə biz də susuruq. 



 

       Biz, 

       Bu yolla getməyi, tərk edilməsi əsla  mümkün  olmayan bir fərz/vacib 

hesab edirik. Çünki Allahın Özü haqqında təsdiq və ya inkar etdiyi şeyləri 

bilavasitə  Özü  xəbər  vermişdir.  Ona  görə  də  Allahı  Özündən  daha  yaxşı 

tanıyan,  Ondan  daha  doğru  və  gözəl  söz  danışan  heç  kəs  yoxdur. 

Bəndələri isə Onu haqqı ilə tanıya bilməzlər. 

       Peyğəmbərin 



salləllahu aleyhi və alihi və səlləm

 Allah 


subhənəhu və təalə

 haqqında 

təsdiq  və  ya  inkar  etdiyi  şeylərə  gəlincə,  onlar  da  bilavasitə  Allah  Elçisi 

salləllahu aleyhi və alihi və səlləm

 tərəfindən Rəbbi haqqında bildirdiyi xəbərlərdir. 

Çünki  Peyğəmbər 

salləllahu aleyhi və alihi və səlləm

  insanlar  içərisində  Allahı  ən 

yaxşı tanıyan, bəndələri içərisində ən gözəl öyüd nəsihət verən, ən açıq, ən 

düzgün və ən gözəl tərzdə danışan insan olub. 

       Allah və Rəsulunun 

salləllahu aleyhi və alihi və səlləm

 sözləri elm, düzgünlük 

və bəyan  etmə  yönündən ən  kamil  olandır. O sözləri qəbul  etməyib, rədd 

etmək və ya qəbulunda tərəddüd etmək üzürlü sayıla bilməz. 




 

18 


BİRİNCİ HİSSƏ 

 

ALLAHA İMAN 

 

       Biz, 



       Allahın  sifətləri  haqqında  təfsilatlı  və  geniş,  təsdiq  və  inkar 

cəhətindən 

qeyd 

etdiyimiz 



hər 

şeydə  Rəbbimizin  Kitabı  və 

Peyğəmbərimizin 

salləllahu aleyhi və alihi və səlləm

  Sünnəsinə  etimad  edərək,  bu 

ümmətin  sələfi  və  onlardan  sonra  gələn  hidayət

36

 rəhbəri  olan  imamların 



yolu ilə gedirik. 

 

       Biz, 



       Allahın sifətləri  haqda Quran və Sünnənin bəyan  etdiklərinin,  Allaha 

layiq olan bir şəkildə zahirinə və həqiqi mənasına görə başa düşülməsinin 

mühümlüyünə iman edirik. 

 

       Biz, 



       Allahın sifətlərini təhrif edərək Allah və Rəsulunun 

salləllahu aleyhi və alihi 

və  səlləm

  qəsd  etdikləri  mənalardan  başqa  mənalara  dəyişdirənlərin 

yolundan uzaq dururuq. 

 

       Biz, 



       Allahın sifətlərini, Allah və Rəsulunun 

salləllahu aleyhi və alihi və səlləm

 qəsd 


etdikləri mənalardan uzaqlaşdıranların yolundan uzağıq. 

 

       Biz, 



       Allahın sifətlərinə necəlik və ya keyfiyyət verməklə həddini aşanların 

yolundan uzaq dururuq. 

 

       Biz, 



       Allahın Kitabı ilə Peyğəmbərin 

salləllahu aleyhi və alihi və səlləm

 Sünnəsində 

varid olan məlumatların haqiqət olduğunu, xəbər verilən bu məlumatlarda 

hər hansı bir ziddiyyətin olmadığını yəqin bilirik. Allah 



subhənəhu və təalə

 bu 


haqda  belə  buyurur:  «Məgər  onlar  Quran  barəsində  düşünmürlərmi? 

Əgər  o,  Allahdan  başqası  tərəfindən  olsaydı,  əlbəttə,  onda  çoxlu 

ziddiyyət tapardılar». (Nisa 82).  

                                                

36

 HİDAYƏT - doğru, haqq yol 




 

19 


       Çünki  xəbər  verilən 

məlumatlarda  ziddiyyətin 

olması,  bu 

məlumatların  bir-birini  təkzib  etməsinə  gətirib  çıxarır.  (Yəni  birinin 

doğru,  digərinin  yalan  olması  lazım  gəlir.)  Allah  və  Elçisi  Muhəmmədin 

salləllahu aleyhi və alihi və səlləm

 xəbər verdiyi məlumatlarda belə bir şeyin olması 

mümkün deyildir. 

       Hər kim Allahın Kitabında, Rəsulu Muhəmmədin 



salləllahu aleyhi və alihi və 

səlləm

  Sünnəsində  və  ya  Quran  ilə  Sünnə  arasında  bir  uyğunsuzluğun  və 

ziddiyyətin  olduğunu  iddia  edərsə,  o  şəxs  pis  niyyətli  və  qəlbində  əyrilik 

olan  bir  kimsədir.  Onun  dərhal  Allaha  tövbə  etməsi,  zəlalətdə  olduğu 

vəziyyətdən xilas olması lazımdır. 

       Allahın  Kitabında,  Rəsulunun 



salləllahu  aleyhi  və  alihi  və  səlləm

  Sünnəsində 

və  ya  Quran  ilə  Sünnə  arasında  bir  ziddiyyətin  olduğunu  zənn  edən 

kimsənin  ya  elmi  lazımınca  deyildir,  ya  anlayışı  dardır,  ya  da  yaxşı 

düşünməyib. Buna görə də həmin şəxs haqqın ona aydın olması üçün elm 

öyrənməli,  düşüncəsini  dərinləşdirmək  üçün  çox  çalışmalıdır.  Əgər 

həqiqət  ona  aydın  olmasa  bu  işi  bilənə  həvalə  etməli,  pis  zənlərdən 

uzaqlaşmalı  və  elmdə  qüvvətli  olanlar  kimi  belə  deməlidir:  «Biz  onlara 



iman gətirdik, hamısı bizim Rəbbimizdəndir». (Ali İmran 7).  

       Bilmək lazımdır ki, Quranda, Sünnədə və ya hər ikisi arasında heç bir 

ziddiyyət, uyğunsuzluq və ixtilaf yoxdur. 




Yüklə 423,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə