ƏHLİ SÜNNƏ VƏl cəmaatin


həm də müsəlmanlara doğru yol göstəricisi və müjdə olsun deyə gerçək



Yüklə 423,9 Kb.
Pdf görüntüsü
səhifə4/16
tarix16.11.2017
ölçüsü423,9 Kb.
#10520
1   2   3   4   5   6   7   8   9   ...   16

 

11 


həm də müsəlmanlara doğru yol göstəricisi və müjdə olsun deyə gerçək 

olaraq nazil etmişdir». (Nəhl 102) «Şübhəsiz ki, bu aləmlərin Rəbbindən 

nazil  edilmişdir.  Onu  sadiq  Ruh  (Cəbrail)  endirdi;  sənin  qəlbinə  ki, 

xəbərdar  edənlərdən  olasan.  (Bu  Quran)  açıq–aydın  ərəb  dilində  (nazil 

edildi)». (Şuəra 192-195).  

 

       Biz, 



       Allahın  zatı  və  sifətləri  ilə  yaratdıqlarından  çox  uca  olub  onların 

üzərində  olduğuna  iman  edirik.  Allah 



subhənəhu  və  təalə

  bu  haqda  belə 

buyurur:  «O,  Ucadır,  Uludur».  (Bəqərə  255).  «O  Öz  qulları  üzərində 



mütləq  hakimiyyət  sahibidir.  O,  Müdrikdir,  (hər  şeydən)  Xəbərdardır». 

(Ənam 18).  

 

       Biz, 

       Allahın,  Özünü  bu  ayələrdə  vəsf  etdiyi  kimi  olduğuna  iman  edirik: 

«Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə 

ucalan Allahdır. İşləri yoluna qoyan Odur». (Yunus 3).  

       Allahın, Ərşə istiva etməsi Onun cəlal  və əzəmətinə layiq, zatına xas 

olaraq Ərşin üzərinə yüksəlməsidir ki, bunun da necəliyini Allahdan başqa 

heç kəs bilməz. 

 

       Biz, 



       Allahın,  Ərşin  üzərində  olmasına,  elmi  ilə  bəndələrinin  yanında 

olduğuna,

13

 onların  vəziyyətlərinin  necə  olduğunu  bildiyinə,  nə 



danışdıqlarını  eşitdiyinə, nə  etdiklərini gördüyünə, işlərini nizamladığına, 

kasıba  ruzi  verdiyinə,  çətin  vəziyyətdə  olanın  ehtiyacını  ödədiyinə, 

istədiyinə  mülk  verdiyinə,  istədiyindən  də  aldığına,  istədiyini  yüksəlt-

diyinə,  istədiyini  də  zəlil  etdiyinə,  hər  bir  xeyirin  Onun  əlində  olduğuna 

və Onun hər şeyə gücü çatdığına iman edirik. Bu vəsflərə sahib olan Allah 

subhənəhu  və  təalə

,  bəndələrinin  üstündə  Ərşinin  üzərinə  istiva  etmiş  olsa  da 

belə,  Onun  elmi  ilə  yaratdıqlarının  yanında,  onlarla  birlikdə  olmasına 

mane  deyildir. «Onun  heç  bir  bənzəri  yoxdur.  O, Eşidəndir,  Görəndir». 



(Şura 11).  

       Cəhmiyyənin  bir  qolu  olan  Hüluliyyə  və  başqalarının;  «Allah,  yer 

üzündə qulları ilə birlikdədir» - dedikləri kimi, Allahın yer üzündə qulları 

ilə  birlikdə  olduğunu  söyləmirik.  Allaha,  Ona  layiq  olmayan  nöqsan 

                                                

13

 Buradaki bərabərlik zatı bərabərlik olmayıb, elmilə Allah təalanın yaratdıqlarının yanında olmasına 



işarədir. 


 

12 


sifətlər aid etdiklərinə görə, bu əqidə daşıyıcısının və belə deyənin ya kafir 

ya da zəlalətdə olduğunu hökm edirik. 

 

       Biz, 



       Peyğəmbərin 

salləllahu  aleyhi  və  alihi  və  səlləm

  Allahdan  xəbər  verərək 

buyurduğu  hər  bir  şeyə  iman  edirik:  «Hər  gecə,  Rəbbimiz  gecənin  son 

üçdə bir hissəsində dünya səmasına enir və belə deyir: «Mənə dua edən 

yoxmu,  duasına  cavab  verim.  Məndən  istəyən  yoxmu,  istədiyini  verim. 

Məndən bağışlanma/məğfirət diləyən yoxmu, onu bağışlayım?!»

14

 

        


       Biz, 

       Allahın, Qiyamət günü bəndələri arasında hökm vermək üçün (Ərəsət 

meydanına)  gələcəyinə

15

 iman  edirik.  Allah 



subhənəhu və təalə

  bu  haqda  belə 

buyurur:  «Xeyr!  Elə  ki  yer  lərzəyə  gəlib  parça–parça  olacaq,  sənin 

Rəbbin  və  səf–səf  (düzülmüş)  mələklər  gələcək  və  o  gün  Cəhənnəm 

gətiriləcək.  O  gün  insan  (günahlarını)  xatırlayacaqdır.  Lakin  (bu) 

xatırlamanın ona nə faydası?». (Fəcr 21-23).  

        


       Biz, 

       Allahın,  Özünü  bu  ayələrdə  vəsf  etdiyi  kimi  olduğuna  iman  edirik: 



«İstədiyini edəndir». (Buruc 16).  

 

       Biz, 



       Allahın, iradəsinin iki növ olduğuna iman edirik. 

       ÜMUMİ  İRADƏ  -  Bir  şeyin  mütləq  olaraq  Allahın  istəyi  ilə  olması 

deməkdir.  Yəni  bunu  Allah  istəyir  və  o  hadisə  də  olur.  Bu  halda  istək 

obyektinin  Allah  üçün  sevimli  olub-olmaması  mühüm  deyildir.  Bu 

Məşiə”  istək  mənasındadır.  Allah 

subhənəhu  və  təalə

  belə  buyurur:  «Əgər 



Allah  istəsəydi,  onlar  bir-biriləri  ilə  vuruşmazdılar.  Lakin  Allah 

istədiyini  edir».  (Bəqərə  253).  «Əgər  Allah  sizi  azdırmaq  istəyirsə,  mən 

sizə  nəsihət  vermək  istəsəm  belə  nəsihətim  sizə  fayda  verməz.  O  sizin 

Rəbbinizdir…». (Hud 34).  

       ŞƏRİ İRADƏ - Bir şeyin  olmasını  Allahın istəməsi deməkdir. Lakin 

bu, o şeyin  mütləq olaraq baş verəcəyi  demək  deyildir. Allahın istədiyi - 

                                                

14

 Buxari 1145, 6321, 7494; Muslim 758; Əbu Davud 1315, 4733; Tirmizi 446, 3498; İbn Macə 1366; 



Darimi 1478, 1479; Əhməd 2/264, 265, 267, 282, 419, 487, 506.  

15

 Allahın  İTYAN/Gəliş  və  MƏCİ/Gəlmək  sifətlərinin  Quranda  dəlilləri  çoxdur:  Bəqərə  210;  Ənam 



158 və s. Sünnədə olan dəlillər üçün baxın: Buxari 7405, 7439; Muslim 183, 2675.  


Yüklə 423,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə