ƏKBƏr n. NƏCƏF



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix09.03.2018
ölçüsü0,62 Mb.
#31037
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

27 

 

Qıpçaq-gürcülərin  arxa-arxaya  Eldəniz  tərəfində  iki  dəfə  məğlubiyyətə 



uğraması  onların  hücumlarını  dayandırmadı.  Hicri  561-ci  ildə  (1166)  böyük  bir 

qıpçaq  ordusu  Azərbaycana  soxuldu.  Onlar  talan  və  yağma  hərəkətlərinə  davam 

edib Gəncəyə qədər gəldilər. Hicri 569-cu ilin ortalarında (yanvar 1174) onlar bir 

kəz daha Azərbaycan və Şərqi Anadoluya hücum etdilər. Qurban bayramı günü (12 

iyul  1174)  atabəy  Naxçıvan  üzərindən  qıpçaqlara  qarşı  hücuma  keçdi.  Ancaq  bu 

ərazidə  çıxan  taun  xəstəliyi  orduya  böyük  ziyan  vurdu.  Buna  görə  atabəy  yürüşü 

yarıda kəsib geri döndü.

89

 



Məhərrəm  571-ci  ildə  (avqust  1175)  Atabəy  Şəmsəddin  Eldəniz  yanında 

Sultan  Arslanşah,  Ərmənşah  və  Diyarbakır  orduları  ilə  abxazlar  üzərinə  bir  kəz 

daha hücum etdi. İbn əl-Kalanisinin verdiyi məlumata görə, Eldənizin ordusu "Lori 

Dimanis ovasına çatdı və burasını yağmalamağa başladı. Daha sonra da Ahalkalaki 

ilə  Trialeti  arasında  yer  alan  Ağşəhərə  girdilər  və  buranı  elə  dağıtdılar  ki,  sanki 

burada  daha  əvvəl  heç  kəs  yaşamamışdır.  Gürcü  hökmdarı  keçilməz  meşələrə 

qaçdı. Eldəniz bir neçə gün burada qaldıqdan sonra Naxçıvana qayıtdı".

90

 



Şəmsəddin  Eldəniz  qısa  vaxtda  Çin  sərhədindən  Aralıq  dənizinə  qədər 

uzanan geniş Səlcuqlu coğrafiyasının ən etibarlı və güclü hökmdarına çevrildi. Bu 

İraq  Səlcuqlularının  öz  tarixlərinin  ən  qüdrətli  dövrünü  yaşamasına  yol  açmışdır. 

Eldənizin güclənməsi ətraf hökmdarların onun hakimiyyətiylə razılaşmağa məcbur 

qalmalarına  səbəb  olmuşdur.  Xarəzmşah  İl-Arslan,  Sultan  Səncərin  ölümündən 

sonra  Xorasanda  ortaya  çıxan  oğuz  bəyliklərini  öz  təsiri  altına  almaq  siyasəti  də 

Eldənizin  müdaxiləsinə  səbəb  olmuşdur.  Bunda  Nişabur  hakimi  və  Səncərin 

əmirlərindən  Müəyyəd  Ay-Abanın  Xarəzmşah  qarşısında  Eldənizdən  kömək 

istəməsinin  təsiri  böyükdür.  Bunun  üzərinə  Eldəniz  öz  ordusuyla  Bistama  qədər 

hərəkət etmiş və bu da Xarəzmşahın Nişaburu tərk etməsiylə nəticələnmişdir.

91

 

Daha  sonra  Reyə hərəkət edən atabəy, bu əyaləti əlinə  keçirib oğlu Cahan 



Pəhləvanın  iqtaları  arasına  qatdı.  Rey  hakimi  İnanc,  atabəyin  izniylə  ortadan 

qaldırıldı.

92

 Bu vaxt İraq Səlcuqlularının vassalı Mosul atabəyi Qütbəddin Məvdud 



öldü (1170). Onun ölümü üzərinə yerinə oğlu Seyfəddin Qazi Mosul taxtına çıxdı. 

Ancaq bir müddətdən bəri Suriyanı idarə edərək xaçlılara qarşı döyüşlərdə böyük 

şöhrət  qazanmış  əmiri  Nurəddin  Mahmud  Mosul  taxtını  əlinə  keçirmək  istəyirdi. 

Eldəniz  bu  məsələyə  qarışmaq  istəmiş  və  Nurəddin  Mahmuda  bir  məktub 

                                                                                                                                      

və gümüş xaçları olan hökmdar sövməəsi; üçüncü yükdə qızıl, gümüş və cavahirat olan çar xəzinəsi var 

idi ki, onların bəzilərinə qiymət vermək mümkün deyildi". Bax. İbn əl-Əzraqdan nəql edən Bünyadov, 

Azərbaycan Atabəyləri, s. 53 

89

 Eyni əsər, s. 57-58. 



90

 İbn əl-Kalanisi, Zeyl, s. 365. 

91

 Bünyadov, Azərbaycan Atabəyləri, s. 60-61. 



92

  Rey  hakimi  İnancın  öldürülməsi  İnancın  vəziri  Sadəddin  Eşəlin  əliylə  gerçəkləşmişdir.  Vəzirin 

əmriylə  üç  qulam  İnancı  öldürmüş,  bunun  müqabilində  Eldəniz  də  vəzirin  oğlu  Pəhləvanın  Reydəki 

işləri  üzrə  müvəkkil  təyin  etmişdir.  Eyni  əsər,  s.  62;  Merçil  E,  İldenizliler  (Azerbaycan  Atabegleri), 

BİT, c. VIII, s. 86. 



28 

 

göndərərək onu uyğun bir dildə hədələmişdir. Nurəddin, Eldənizin bu məktubuna 



çox əsəbiləşmiş və ona eyni dildə cavab vermişdir. Buna rəğmən iki tərəf arasında 

işi müharibəyə qədər götürəcək bir hadisə olmamışdır.

93

 

Eldənizin  müdaxilə  etdiyi  ölkələrdən  biri  də  Kirman  idi.  Kirman  Səlcuqlu 



taxtında  meydana  gələn  hakimiyyət  mübarizəsində  II  Arslanşah  kömək  üçün 

Eldənizə  müraciət  etmiş,  atabəy  də  Əmir  Cəmaləddin  Məhəmməd  ibn  Aqquş 

komandanlığında bir ordunu onun ixtiyarına göndərmişdir. Bunun sayəsində 1172-

ci ildə II Arslanşah Kirman taxtına oturmuşdur. Kirman taxtına çıxan II Arslanşah 

xəzinəni  açıb  burada  nə  varsa  hamısını  Cəmaləddinə  göndərmişdir.  Ancaq 

xəzinədə  yer  alan  şeylər  Eldənizə  layiq  olmadığından  II  Arslanşah  atabəyə  bir 

məktub  göndərib  belə  demişdir:  "Əgər  mən  xəzinədə  cövhər  tapsaydım,  bunları 

sultandan  gizlətməz,  ona  və  Atabəy  Eldənizə  göndərərdim.  Çünki  hər  ikisi  də 

mənim  haqqımda  səhv  etmədilər.  ...  Sultan  və  Atabəy  Eldənizin  yanında  onlara 

üzrxahlığımı  bildirin.  Kirmandan  Həmədana  gələn  Əmir  Cəmaləddin  Atabəy 

Eldəniz  tərəfindən  mərasimlə  qarşılanmış  və  Eldəniz  onu  qucaqlayaraq  belə 

demişdir:  "Allaha  şükürlər  olsun!  Sənin  əlinə  Kirmanın  fəthi,  sahibinə  təslimi  və 

bu surətlə sultanın arzusunu yerinə yetirmək müəssər oldu".

94

 



Atabəy Eldəniz beləcə geniş bir ərazini əlinə keçirmişdir. Onun hakimiyyəti 

zamanında  İraq  Səlcuqluları  ən  geniş  hüdudlara  sahib  olmuşdular.  Eldənizlilərin 

nəzarəti  altında  olan  Aran,  Azərbaycan,  Şərqi  Anadolu,  əl-Cibəl,  İraq-i  Əcəm  və 

İraq-i  Ərəb  xaricində  Kirman  Səlcuqluları,  Fars  Atabəyləri,  Xuzistan,  Mosul 

Atabəyləri,  Kuhistan,  Kumus,  Gilan,  Axlat,  Gürcüstan  və  Şirvan  kimi  böyük 

ölkələr Eldənizin əmir və göstərişləri ilə idarə edilirdi. 

Hicri  571-ci  ilin  rəbiül-əvvəl  ayında  (19  sentyabr  -  18  oktyabr  1175) 

Şəmsəddin  Eldənizin  arvadı  və  Səlcuqlu  tarixinin  ən  məşhur  xatunlarından 

Mömünə  Xatun  vəfat  etdi.  Onu  Naxçıvanda,  məqbərəsi  indiyə  qədər  duran 

Mömünə Xatun türbəsində dəfn etdilər. Bu hadisədən bir neçə ay sonra da Atabəy 

Eldəniz  vəfat  etdi.  Qaynaqlar  onun  vəfatının  571-ci  ilin  rəbiül-sani  ayında  (19 

oktyabr - 16 noyabr 1175) olduğunu qeyd edirlər. Ondan bir neçə ay sonra da İraq 

sultanı Arslanşah ölmüşdür (17 dekabr 1175 - 14 yanvar 1176).

95

 



Atabəy  Eldənizi  qaynaqlar  "müdrük,  adil,  ağıllı,  zəka  sahibi,  atabəy  əl-

əzəm"  olaraq  tanıdırlar.  Doğrudan  da  onun  dövründə  İraq  Səlcuqlu  dövlətində 

davam edən hərc-mərcliyə son qoyulmuş və ölkə uzun bir müddətdən sonra rifaha 

çatmışdır.  O,  Sultan  Arslanşah  üzərində  tam  nəzarət  sahibiydi.  Qaynaqlar  atabəy 

ilə sultan arasındakı münasibətlər haqqında maraqlı faktlar verirlər. Bunlara görə, 

                                                           

93

  Nurəddin  Mahmudun  məktubu  üçün  baxın  İbn  əl-Əsir,  əl-Kamil,  IX,  s.  109-110;  eyni  müəl, 



Atabəylər, s. 153. 

94

 Merçil, İldenizliler, s. 87. 



95

 Nişaburi, Selçuknamə, s. 82; əl-Bundari, Zübdət, s. 301; Ravəndi, Rahat, s. 286; Vardan, İstoriya, s. 

159; Bünyadov, Azərbaycan Atabəyləri, s. 54; Merçil, İldenizliler, s. 87-88. 

 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə