ƏKBƏr n. NƏCƏF



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix09.03.2018
ölçüsü0,62 Mb.
#31037
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

33 

 

əhəmiyyət belə verməyincə Sədrəddin öz əsgərlərinə xitabən belə dedi: "O (Atabəy 



Pəhləvan  -  Ə.N.),  Əmirül-Mömünə  biət  etmədikcə,  siz  də  ona  itaət  etmək 

məcburiyyətində deyilsiniz, hətta onu əmirlikdən uzaqlaşdırıb və onunla müharibə 

aparmanız  lazımdır".  Bunun  üzərinə  Atabəy  Cahan  Pəhləvan  xəlifəyə  belə  bir 

məktub göndərdi: "Əgər xəlifə imamdırsa, onun daimi məşğuliyyəti namaz qılmaq, 

saleh  əməl  işləmək  olmalıdır.  Çünki  dinin  əsası  və  işlərin  ən  gözəli  namazdır. 

Onun  bu  sahədə  əldə  etdiyi  üstünlük  xalqın  gözündə  nümunəvi  insan  olmasına 

kifayətdir. Allah qatında həqiqi padşahlıq budur. Xəlifənin dünya padişahının işinə 

qarışmasının  heç  bir  əhəmiyyəti  yoxdur.  Dünya  işlərini  sultana  buraxmaq 

lazımdır".

114


 Atabəy Cahan Pəhləvanın xilafətə münasibəti klassik türk hakimiyyət 

anlayışının  bir  nümunəsidir.  Cahan  Pəhləvanın  sərgilədiyi  bu  davranışı  böyük 

sultan  Toğrul  Bəydən  üzü  bəri  bütün  Səlcuqlu  sultanlarında  görmək 

mümkündür.

115

 

Atabəy  Cahan  Pəhləvan  Anadoluda  cərəyan  edən  məsələlərə  də  yaxından 



müdaxilə etmişdir. Necə ki, Səlcuqlu dünyasının iki böyük hökmdarı mövqeyindən 

çıxış  edən  Cahan  Pəhləvan  ilə  Səlahəddin  Əyyubi  əl-Cəzirə  və  Şərqi  Anadoluda 

nüfuz  mübarizəsi  aparırdılar.  Nurəddin  Mahmudun  məmlüklərindən  hesab  edilən 

Səlahəddin Əyyubi əslən Ani ətrafında yaşayan köçəri türklərdəndir. Qaynaqlarda 

onun üçün "Aninin kürdləri" ifadəsi keçir ki, Cahizdən də bildiyimiz kimi orta əsr 

ərəb mənbələrində "köçəri", "dağlı" mənasındadır.

116 

Hələbdə Zəngi Atabəylərinin 



ən böyük nümayəndəsi Nurəddinin vəfatından sonra Misiri əlinə keçirən Əyyubi öz 

hərbi  gücündə  istifadə  edərək  Zəngilərin  əvvəlcə  Hələb  qolunu  öz  hakimiyyəti 

altına  almış,  daha  sonra  da  Mosul  Zəngilərinə  təsir  etməyə  başlamışdır.  Mosul 

hakimi Zəngilərdən İzzəddin Məsud Səlahəddin Əyyubiyə bir elçi göndərərək sülh 

təklif  etsə  də  Əyyubi  buna  yanaşmadı.

117


  Səlahəddin  Əyyubinin  cavabı  üzərinə 

Mosul  atabəyi  İzzəddin  Cahan  Pəhləvana  baş  vuraraq  özlərinin  İraqın  mətbusu 

olmaları  səbəbilə  qorunmasını  xahiş  etdi.  Bunu  eşidən  Əyyubi  məhərrəm  581-ci 

ildə (aprel 1185) Mosulu mühasirəyə aldı.  Ancaq tam bu vaxt Ərmənşahlardan II 

Sökmənin 9 rəbiül-axır 581-ci ildə (10 iyul 1185) vəfat xəbərini eşidən Səlahəddin 

Əyyubi mühasirəni qaldırıb Axlat istiqamətində hərəkətə keçdi. Əyyubinin gəlişinə 

qədər  Axlatda  Ərmənşahların  başına  keçən  Seyfəddin  Bəyteymur  kömək  üçün 

Pəhləvana  müraciət  etdi.  Həm  Mosul,  həm  də  Axlatdakı  vəziyyəti  hesaba  qatan 

Atabəy  Pəhləvan  təcili  olaraq  Şərqi  Anadolu  istiqamətində  hərəkətə  keçdi. 

                                                           

114

 Ravəndi, Rahat, s. 309. 



115

 Türk hakimiyyət anlayışında hökmdar, yəni türk xaqanı yer üzərində Tanrının kölgəsidir. Xəlifənin 

missiyası onlar üçün şamanizmdəki kamın, yəni kam atanın missiyası kimidir. Buna görə də Səlcuqlu 

sultanları və atabəyləri xəlifələri dini işlərdən məsul ali insan kimi görmüşdülər. 

116

 Cahiz, Menakıb, s. 42; Halaçoğlu Y, "Osmanlı Belgelerine Göre Türk-Etrak Kürd-Ekrad Kelimeleri 



Üzerine Bir Değerlendirme", Belleten, c. LX, Sayı: 227, Ankara 1996, s. 140-143. 

117


 Qaynaqlar buna səbəb olaraq elçi Muhyiddin ibn əş-Şəhrəzurinin qatı mövqeyini göstərirlər. Merçil, 

İldenizliler, s. 92. 

 



34 

 

Səlahəddin Əyyubi ilə Cahan Pəhləvanın qarşılaşması ani bir məsələ ikən atabəyin 



gücünü  hesaba  qatan  Misir  hökmdarı  ordusunu  burada  xərcləyərək  xaçlılar 

qarşısında  zəif  vəziyyətə  düşməmək  üçün  döyüşdən  vaz  keçdi.  Beləcə,  Atabəy 

Pəhləvan ilə Əyyubi arasında şifahi bir müqavilə bağlandı. Buna görə Ərmənşahlar 

öz mövqelərini qorumaqda, Mosuldakı Zəngi hakimiyyəti də davam etməkdəydi.

118

 

Ancaq Səlahəddin Əyyubi daha sonra Mosula hərəkət edib burasını yenidən 



mühasirəyə  saldı.  İzzəddin  Məsud  Atabəy  Pəhləvandan  istədiyi  köməyi  ala 

bilməyincə  Əyyubi  ilə  ağır  şərtlər  altında  bir  müqavilə  bağlamağa  məcbur  qaldı. 

Atabəy Pəhləvanın Zəngilərə kömək edə bilməməsinin səbəbi qarnında şiddətli bir 

ağrının tutması nəticəsində Həmədana aparılmasını əmr etmiş olmasıdır. Atabəy bu 

ağrıdan da öldü. Mənbələr atabəyin zil-hiccə 581-ci ildə (23 fevral - 23 mart 1186) 

vəfat etdiyini xəbər verirlər. 

İbn əl-Əsir, Atabəyi belə  xarakterizə  edir: "O, İraq, Azərbaycan,  Aran, əl-

Cibəl, Rey, İsfahan, Həmədan və digər ölkələrin hakimi idi. O, xoşxasiyyətli insan, 

adil,  müdrik  və  səbirli  hökmdar  idi.  Onun  hakimiyyəti  illərində  ölkələr  əmin-

amanlıq, təbəələri isə rifah şəraitində yaşadılar".

119

 

Atabəy Cahan Pəhləvan təqribən 1136-cı ildə anadan olmuş və 1186-cı ildə 



vəfat etmişdir. Bu hesaba görə, o öldüyündə 50 yaşında idi. Onun bu qədər erkən 

vəfatı sui-qəsd  məsələsini də  ağıllara  gətirməkdədir.  Ancaq bu haqda  məlumatlar 

çarpaşıq olduğundan qəti bir mövqe tutmaq çox çətindir. 

Cahan  Pəhləvanın  taxtına  oturacaq  varisi  çoxdu.  Ravəndiyə  görə,  öz 

uşaqlarına  çox  bağlı  olan  Pəhləvanın  dörd  oğlu  və  o  qədər  də  qızı  var  idi.  Rey 

hakimi  və  Eldəniz  tərəfindən  öldürülən  İnanc  Bəyin  qızı  İnanc  Xatundan 

Pəhləvanın Qütlüq İnanc Mahmud və Əmir Əmiran Ömər adında iki oğlu var idi. 

Küteybə Xatundan Əbu Bəkr, Zahidə Xatundan isə Özbək adında iki oğlu və daha 

sonra  Naxçıvan  hakimi  olacaq  Cəlaliyyə  adında  bir  qızı  vardır.  Əslində  Cahan 

Pəhləvan  öz  övladları  arasında  hakimiyyəti  bölüşdürmüşdür.  Azərbaycan  və 

Aranın iradəsini oğlu Əbu Bəkrə tapşırmış, qardaşı Qızıl Arslanı da onun atabəyi 

təyin  etmişdir.  Rey,  İsfahan  və  İraqın  idarəsi  Qütlüq-İnanc  ilə  Əmir  Əmirana, 

Həmədanı isə Özbəyə vermişdir.

120


 

Ancaq  Cahan  Pəhləvanın  vəsiyyətnaməsində  bəzi  boşluqlar  var  idi. 

Bunlardan birincisi qardaşı və ordu komutanı Qızıl Arslanın haqları unudulmuşdur. 

Əslində  Atabəy  Pəhləvan  qardaşı  Qızıl  Arslanı  Əbu  Bəkrin  "tərbiyəçisi"  elan 

etməklə ona hakimiyyətdə açar rolunu vermişdir. Necə ki, bu açar da hakimiyyətə 

gedən  yolu  açacaqdır.  Türk  hakimiyyət  ənənəsinə  görə  də  Cahan  Pəhləvandan 

boşalan yerə qardaşının keçməsi lazım idi. 

Atabəy  Pələvanın  vəfatından  sonra  İraq  Səlcuqlu  sultanı  III  Toğrul  da 

sərbəst  hərəkət  etməyə  başladı.  Cahan  Pəhləvanın  təsiri  altında  keçirdiyi  onillik 

                                                           

118

 Ravəndi, Rahat, s. 312; Bünyadov, Azərbaycan Atabəyləri, s. 73-74; Merçil, İldenizliler, s. 92. 



119

 İbn əl-Əsir, əl-Kamil, IX, s. 173. 

120

 Bünyadov, Azərbaycan Atabəyləri, s. 76, qeyd 138. 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə