ƏKBƏr n. NƏCƏF



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix09.03.2018
ölçüsü0,62 Mb.
#31037
1   ...   16   17   18   19   20   21   22   23   24

39 

 

bölgənin  bütün  maddi  və  insan  qaynaqlarını  tükətdi.  Ravəndinin  dediyi  kimi, 



"İraqın bədbəxçiliyinə səbəb olacaq satqınlıq" tüğyan etməyə başladı.

138


 

 

Eldənizlərin süqutu 

 

Atabəy və Sultan Qızıl Arslanın öldürülməsi ilə Azərbaycan Atabəyləri iki 



yerə  parçalandı.  Əslində  İraq  Səlcuqlu  dövləti  ilə  Azərbaycan  Atabəyləri  bir-

birindən  ayrıldılar.  Aran  və  Azərbaycan  ilə  ona  bağlı  əyalətlərin  idarəsi  Atabəy 

Əbu Bəkrin hakimiyyəti altına keçərkən, İraq Səlcuqlu dövlətinin atabəylik taxtını 

Qütlüq İnanc əlinə keçirdi. Təkrara yol verməmək üçün Qütlüq İnancın atabəyliyi 

İraq  Səlcuqluları  bəhsi  içində  keçdiyindən  biz  burada  sadəcə,  Azərbaycan 

Atabəylərinin sonrakı tarixi üzərində duracağıq. 

Qızıl  Arslan  öldüyündə  Cahan  Pəhləvanın  dul  arvadı  Qüteybə  Xatun 

sultanın  barmağındakı  üzüyü  və  eyni  zamanda  möhürü  çıxarıb  oğlu  Əbu  Bəkrə 

verərək  belə  deyir:  "Get  Azərbaycan  və  Aranın  hakimiyyətinə  sahib  ol!"

139


 

Naxçıvana  gələn  Əbu  Bəkr,  ögey  anası  Zahidə  Xatunun  əmrində  olan  Əlincə 

qalanısı alır və buradakı atabəy xəzinəsini əlinə keçirir, daha sonra da Azərbaycan 

və Aranın bütün hakimlərinə öz atabəyliyini qəbul etdirir. 

Ancaq Pəhləvan oğulları arasında hakimiyyət uğrunda şiddətli mübarizələr 

başladı.  Bir  tərəfdə  Əbu  Bəkr  və  Özbək  (Həmədan  hakimi),  digər  tərəfdə  isə 

Qütlüq İnanc və Əmir Əmiran Ömər ikiliyi taxtın tək varisi qalana qədər silahlarını 

yerə qoymadılar. 1192-ci ilin axırlarında Əbu Bəkir ilə Qütlüq və Ömər qardaşları 

üzləşdilər. Təbriz yaxınlığında cərəyan edən döyüşdə müzəffər olan tərəf Əbu Bəkr 

oldu.  Məğlublardan  Qütlüq  İnanc  Semnana,  Əmir  Əmiran  Ömər  isə  Şirvana 

qaçdılar. Buradan da Əmir Əmiran Ömər Gürcüstana qıpçaqların diyarına hərəkət 

etdi. Ələ keçirdiyi böyük qənimətlə Əbu Bəkr Naxçıvana dönərkən, Əmir Əmiran 

Ömər də Kartli-Abxaziya sarayının yolunu tutmuşdur. Baba tərəfdən özü də qıpçaq 

olan Əmir Əmiran Ömər çariça Tamara və qıpçaq komandanları tərəfindən yüksək 

qarşılandı.  Gürcü  səlnaməsinin  dediyi  kimi  "ata-babalarının  ləyaqətinə  uyğun 

şəkildə onunla davrandılar".

140

 

Beləcə,  kraliça  Tamaranın  dəstəyini  alaraq  qıpçaqlardan  ibarət  böyük  bir 



orduyla  Arana  hərəkət  edən  Əmir  Əmiran  Ömər  burada  Əbu  Bəkrdən  narazı 

türkmən əmirlərini də öz tərəfinə çəkdi. Bu vaxt Əbu Bəkr də Naxçıvandan Arana 

gəldi. Müttəfiqlər də (Əmir Əmiran, Şirvanşah və gürcü-qıpçaq birlikləri ilə Gəncə 

və Qarabağ türkmənləri) Kürün sağında yerləşən Zəyəm ətrafına gəldilər. İki ordu 

                                                           

138


 Ravəndi, Rahat, s. 310. 

139


  Ravəndi,  Rahat,  s.  333;  Bundari,  Zubdet,  s.  302;  İbn  İsfəndiyar,  Tarix-i  Təbəristan,  s.  254; 

Bünyadov, Azərbaycan Atabəyləri, s. 87. 

140

  El-Hüseynidən  nəqlən  Bünyadov,  Azərbaycan  Atabəyləri,  s.  95;  Gürcü  səlnaməsi  bu  haqda  belə 



yazır: "Şirvanşah və Əmir Əmiran ilə kral və kraliça, bir-birlərinə hədiyyələr verib bir həftə boyunca ov 

ovladılar, çovqan oynadılar və vaxt keçirdilər". Bax. Histoire de la Georgie, I, s. 435. 




40 

 

Şamxor  yaxınlığında  üz-üzə  gəldilər.  Döyüşü  Əbu  Bəkr  uduzdu  və  Beyləqana 



qaçdı. "Vuruşma ordunun əsas qüvvələri ildə deyil, öncü güclərlə  - onlara Qıpçaq 

dilində  çalk  və  çançak  deyilir  -  oldu".

141

  Döyüşdən  sonra  Əmir  Əmiran  Ömər 



Gəncəyə  hərəkət  etdi  və  gəncəlilərlə  müqavilə  bağlayaraq  şəhəri  təslim  aldı. 

Burada  o  Məhəmməd  Taparın  taxtına  oturdu.  Ancaq  22  gün  sonra  öldü.  Bunu 

eşidən Əbu Bəkr təcili şəhərə gəlib Gəncəni aldı.

142


 

Əmir  Əmiran  Ömərin  ölümünü  və  Əbu  Bəkrin  Gəncəni  aldığını  eşidən 

qıpçaq-gürcü  orduları  başçısı  qıpçaq  əsilli  İvane  Qoluuzunoğlu  (Mharqradzeli)

143


 

Gəncəyə  hücum  etdi.  Şəhəri  25  gün  mühasirə  etdikdən  sonra  ala  bilməyincə 

Naxçıvan istiqamətində hərəkət etdi. H. 599-cu ildə (20 oktyabr 1202 - 9 oktyabr 

1203) qıpçaqlar Divini mühasirəyə aldılar. Divini əllərinə keçirən qıpçaqlar burada 

böyük qətliamlara səbəb oldular.

144


 

Vaxtının çoxunu kef məclislərində keçirən Atabəy Əbu Bəkrin bu olanlara 

reaksiyası İbn əl-Əsirə görə "elə bil bütün bunların onun üçün əhəmiyyəti yoxdur" 

şəklində  idi.

145

  Qıpçaqların  Naxçıvana  hücum  etməsindən  qorxan  atabəy  Təbrizə 



çəkildi.  Burada  Xarəzmşah  Təkişdən  İraq  və  Azərbaycanın  idarəsinin  ona 

verildiyini yazan bir mənşur aldı. Ancaq Xarəzmşahın hüzuruna getməyib qardaşı 

Özbəyi  göndərdi.  Özbək  Həmədanda  Xarəzmşah  tərəfindən  böyük  hörmət  və 

izzətlə  qarşılandı.  Təkiş,  İraq-i  Ərəb,  İraq-i  Əcəmin  idarəsini  Özbəyə  tapşırıb 

məlikül-üməra  Cəmaləddin  Ay-Abanı  onun  vəziri  təyin  etdi.  Görünür,  Təkiş, 

Özbəyin  şəxsində  İraq  Səlcuqluları  torpaqlarını  vahid  bir  idarədə  birləşdirmək 

istəyirdi.

146


 

Xarəzmşah Təkişin Xarəzmə qayıtmasından sonra İraq məmlükləri bir yerə 

yığışaraq  Xarəzmşahlara  qarşı  mübarizəyə  başladılar.  İttifaqın  başında  duran 

Cahan Pəhləvanın məmlükü İzzəddin Əbül-Müzəffər Gökcə ibn Abdullah ət-Türki 

ilə  birlikdə  xəlifə  ən-Nasir  də  Xarəzmlilərə  qarşı  hərəkətə  keçmişdir.  Xarəzmşah 

tərəfindən Özbəyə verilən köhnə İraq Səlcuqlu torpaqları xəlifə ilə Gökcə arasında 

bölüşdürüldü.  Rey,  Savə,  Qum,  Kaşan  Gökcənin,  İsfahan,  Həmədan,  Zəncan  və 

Qəzvin isə xəlifənin əlinə keçdi. Özbək isə Həmədanın idarəsini öz əlinə aldı.

147

 

                                                           



141

 Eyni əsər, s. 444; Bünyadov, Azərbaycan Atabəyləri, s. 96. 

142

 Əmir Əmiran Ömərin ölməsi haqqında fərqli rəvayətlər vardı. Gürcü səlnaməsi zəhərləndiyini, İslam 



qaynaqları  isə  xristianları  müdafiə  edib  müsəlmanlara  pis  davrandığı  üçün  əyanlar  tərəfindən 

öldürüldüyünü yazırlar. Bax. Histoire de la Georigie, I, s. 446; Bünyadov, Azərbaycan Atabəyləri, s. 97. 

143

 Bu komandan qıpçaq olub xristianlığı qəbul etmişdir. Onun əsl adı Qoluuzunoğludur. Buna görə də 



gürcü  qaynaqlarında  onun  adını  gürcücəyə  tərcümə  edib  "Mharqradzeli"  yazılmışdır.  Gürcü  tarixində 

Qoluuzunoğulları  çox  məşhur  bir  ailə  olmuş,  ən  məşhurları  ordu  baş  komandanları  Şalve  və  İvane 

qardaşları ilə Zakarya Qoluzunoğulu olmuşdur. Bax. Kırzıoğlu, Kıpçaklar, s. 139. 

144


 İbn əl-Əsir, əl-Kamil, IX, s. 260; Vardan, İstoriya, s. 169. 

145


 İbn əl-Əsir, əl-Kamil, IX, s. 260. 

146


 Ravəndi, Rahat, s. 357; Bünyadov, Azərbaycan Atabəyləri, s. 99. 

147


 İbn əl-Əsir, əl-Kamil, IX, s. 234; Bünyadov, Azərbaycan Atabəyləri, s. 99. 

 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə