ƏKBƏr n. NƏCƏF



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix09.03.2018
ölçüsü0,62 Mb.
#31037
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

37 

 

Toğrul  üzərinə  göndərdi.  Meydana  gələn  ramazan  586  tarixli  (oktyabr  1190) 



döyüşdə  III  Toğrul  ilə  İzzəddin  Həsən  ibn  Qıpçağın  ordusu  darmadağın  edildi. 

Sultan ilə İzzəddin qaçaraq Kərkük yaxınlığında Qarkın qalasına sığınırlar. 

Buradan Bağdad xəlifəsinə məktub yazıb ondan üzr istədi və arxasından da 

özü Bağdada getdi. Sultan III Toğrul "bir əlində qılınc, bir əlində kəfən" xəlifənin 

hüzuruna  çıxmaq  üçün  gözləməyə  başladı.  Ancaq  xəlifədən  istədiyi  köməyi  ala 

bilməyincə  buradan  Həmədan  üzərinə  hərəkət  etdi.  Həmədan  yaxınlığında 

meydana gələn döyüşdə Fəxrəddin Qütlüq əmrindəki atabəy ordusuna məğlub olub 

əsir  düşdü  və  Qızıl  Arslanın  əmri  ilə  Naxçıvandakı  Qəhrəm  qalasında  zindana 

atıldı.

130


 

Həmədanda işləri yoluna qoyan və III Toğrulu ortadan qaldıran Qızıl Arslan 

buradan  Azərbaycan  istiqamətində  hərəkətə  keçərək  Gəncə  ilə  Divin  tərəflərində 

fəallaşan  qıpçaq-gürcü  hücumlarının  qabağını  kəsmək  istədi.  Bu  vaxt  qıpçaqlar 

Katli,  Kahetiya  və  Abxaziyada  bütün  hakimiyyəti  əllərinə  keçirmiş,  qıpçaqların 

böyük bir hissəsi də xristianlığı qəbul edərək gürcüləşmişdilər. Bütün ordu və hərbi 

dairələri  öz  nəzarətləri  altında  tutan  qıpçaqlar  vaxtaşırı  Azərbaycan  və  Şərqi 

Anadolu istiqamətində hücumlar edirdilər. Bu vaxt Kartli-Abxaziya taxtına oturan 

kraliça  Tamaranın  qadın  olmasından  istifadə  edən  qıpçaqlar  saray  daxilində 

intriqalara  qarışaraq  çariça  ilə  əri  Georgi  Rusanın  arasının  dəyməsinə  səbəb 

olmuşdular. Bunun üzərinə Georgi Rus ölkədən qaçaraq "atabəyin yanına gəlir və 

Aranda özünə sığınmaq üçün bir yer istəyir". Bunun üzərinə hərəkətə keçən Qızıl 

Arslan  Gəncəyə  gəlir  və  buradan  da  Kahetiya  ölkəsinə  hücum  edir.  Qızıl  Arslan 

ölkənin bir hissəsini talan edib çoxlu əsir və qənimətlə Arana qayıdır.

131

 

Qızıl  Arslan  Həmədana  qayıdarkən  həbsdə  olan  Səlcuqlu  taxtının 



varislərindən  Səncər  ibn  Süleymanı  da  özüylə  gətirərək  İraq  taxtına  əyləşdirir. 

Ancaq Bağdad xəlifəsinin məsləhəti üzərinə Səncəri yenidən həbs etdirib sultanlıq 

tacını  öz  başına  qoyur.  Beləcə,  Eldənizlərin  hakimiyyət  uğrunda  mübarizəsi 

Naxçıvan  iqtidarlığından  Səlcuqlu  sultanlıq  taxtına  qədər  bir  yol  keçərək  öz 

inkişaflarının zirvəsinə çatır.

132


 

Atabəy və sultan Qızıl Arslan taxtına mütləq hakim olduqdan sonra ölkədə 

dağılan  nizam  və  intizamı  bərpa  etməyə  başlayır.  Bu  dövrdə  siyasi  ixtilafların 

xaricində  Səlcuqlu  ölkəsində  dini  ixtilaflar  və  təriqətlər  də  ortaya  çıxmışdır. 

İsfahanda  şafiilər  ilə  türkmənlər  arasında  qızğın  müharibə  gedirdi.  İsfahan 

şafiilərinin  dini  lideri  Sədrəddin  Əbu  Bəkr  Məhəmməd  ibn  Əbdüllətif  özü 

Xocəndli  bir  türk  olmasına  rəğmən  Eldənizli  atabəylərindən  narazıydı.  Onun  bu 

narazılığını bildiyinə görə də mərhum atabəy Pəhləvan şeyxi daima öz nəzarətində 

                                                           

130


  İbn  əl-Əsir,  əl-Kamil,  IX,  s.  218;  Nişaburi,  Selçukname,  s. 89; Bundari, Zubdet,  s. 302;  Bünyadov, 

Azərbaycan  Atabəyləri,  s.  84-85;  Merçil,  İldenizliler,  s.  96-da  "Oğuznamə"dəki  məlumatı  əsas  alaraq 

sultanın Dizmar qalasına salındığını yazır. 

131

 Qandzaketsi Kirakos, İstoriya, per. T. İ. Ter-Qriqoryana, Baku 1946, s. 93-94. 



132

 Nişaburi, Selçukname, s. 89; Ravendi, Rahat, s. 333. 




38 

 

tuturdu.  Ancaq  Pəhləvanın  ölümündən  sonra  İsfahandakı  öz  şafi  tərəfdarlarını 



silahlandıran Şeyx Sədrəddin bir gecədə şəhərdəki bütün Qızıl Arslan tərəfdarlarını 

qətl  etdirdi.  O  bu  hərəkətinə  məşhurluq  qazandırmaq  üçün  III  Toğrulun  tərəfini 

tutduğunu  deyirdi.  İsfahanda  qətliam  və  döyüşlər  üç  il  boyunca  səngimədi.  Qızıl 

Arslan sultanlıq taxtını əlinə keçirdikdən sonra İsfahan hadisələrinə müdaxilə etdi. 

Əmirlərindən  Qaymaz  əl-Atabəki  adında  bir  komandanın  başçılığında  İsfahana 

böyük bir ordu sövq edən Qızıl Arslan şəhərdə öldürülən türkmənlərin intiqamını 

çox ağır şəkildə aldı. İbn əl-Əsirin dediyinə görə İsfahanda elə bir qırğın meydana 

gəldi ki, şəhərdə şafi tapmaq mümkün olmadı. Ancaq İsfahan hadisələri bir müddət 

daha davam etmiş, nəhayət, şafi  şeyxi Sədrəddinin tutulub Fəlakəddin Sunqur əl-

Təvil tərəfindən öldürülməsi ilə sakitləşmişdir.

133

 

Beləcə,  deyir  Z.Bünyadov,  Həmədanda  "xəlifə  adından  "sultan,  möminlər 



ərinin  köməkçisi  (nasir)  Müzəffər  əd-Dünya  vəd-Din"  Qızıl  Arslanın  ünvanına 

xütbə  oxunur,  onun  saray  darvazasının  qarşısında  beş  dəfə  "Zülqərneyn"  növbəti 

çalınır və o öz adından sikkə kəsdirməyə başlayır".

134


 Qızıl  Arslan adına  kəsilmiş 

dinarlar vardır. Bunların üzərində sultan kimi Qızıl Arslanın öz adı, Qurandan bir 

ayə və xəlifənin adı qeyd edilmişdir.

135


 

Bütün bunlara rəğmən Qızıl Arslan əyyaşlığa və kef məclislərinə aludə idi. 

O  vaxtının  çoxunu  öz  yaxın  adamları  ilə  içki  məclislərində  və  kənizləri  ilə 

hərəmində  keçirirdi.  Yenə  bu  kef  məclislərinin  birindən  sonra  öz  yatağında  sui-

qəsd  nəticəsində  öldürülmüşdür.  Qaynaqlar  onun  ölüm  tarixi  olaraq  şaban  587-ci 

ili  (24  avqust  -  21  sentyabr  1191)  göstərirlər.

136

  Ə.Merçil  onun  haqqında 



qaynaqlarda  yer alan xasiyyətnaməni belə  verir: "Atabəy  Qızıl  Arslan comərd və 

gözəl  əxlaq  sahibi  idi.  Ədaləti  sevər  və  üstün  tutardı.  Günahkarlara  belə  yaxşı 

davranılmasını  istəyərdi".

137


  Qızıl  Arslan  təqribən  1138-ci  ildə  anadan  olmuşdur, 

öldüyündə  52-53  yaşında  idi.  Onun  naşını  Həmədandakı  Cahan  Pəhləvan 

məqbərəsində torpağa tapşırdılar. 

Atabəy  və  sultan  Qızıl  Arslanın  ölümü  İraq  Səlcuqlu  və  Azərbaycan 

Atabəyləri  dövlətlərində  ixtişaşların,  taxt  müharibələrinin  başlanğıcı  oldu.  Bütün 

Səlcuqlu  coğrafiyasını  saran  hakimiyyət  hərisliyi  xəstəliyi  otuz  il  içərisində 

                                                           

133


  İbn  əl-Əsir,  əl-Kamil,  IX,  s.  174;  İbn  əl-Fuvati,  Talhis  Mecmaü'l-adab  fi  Mecmaü'l-elkab,  Demeşq 

1962-1965, c.IV/1,s. 13. 

134

 Bünyadov, Azərbaycan Atabəyləri, s. 86. 



135

 Eyni əsər, s. 86, qeyd 190. 

136

 Qızıl  Arslanın öldürülməsi haqqında üç rəvayət vardır. Birincisi, onun öz mühafizəçiləri tərəfindən 



boğulduğudur. Bir başqa rəvayətdə İnanc Xatunun əmri ilə 15 xəncər yarası nəticəsində öldürülmüşdür. 

Üçüncü  bir  rəvayət  isə  ismaililər  tərəfindən  öldürüldüyüdür.  Buna  əsas  olaraq  da  İsfahan  imamı 

Mütəllibin  dar  ağacından  asılmasından  sonra-şafilərin  təhrikiylə  ismailər  tərəfindən  törədildiyi 

göstərilir. Bax. İbn əl-Əsir, əl-Kamil, IX, s. 218; Bundari, Zubdet, s. 302; İbn Xəldun, əl-İbər, V, s. 180-

181;  Nişaburi,  Selçukname,  s.  89;  Sibt  ibn  Cövzi,  Mirat,  VIII,  s.  406;  Ravendi,  Rahat,  s.  333; 

Bünyadov, Azərbaycan Atabəyləri, s. 87; Merçil, İldenizliler, s. 96.  

137

 Merçil, İldenizliler, s. 96. 



 


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə