ƏKBƏr n. NƏCƏF



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix09.03.2018
ölçüsü0,62 Mb.
#31037
1   ...   16   17   18   19   20   21   22   23   24

41 

 

Xəlifə  ən-Nasir,  Özbək  ilə  Gökcə  arasındakı  münasibətləri  düzəldərək 



Xarəzmşahlara  qarşı  vahid  cəbhə  qurmaq  məqsədi  daşıyırdı.  Xəlifə  bu  vaxt 

Bağdada gələn Əyyubilərin məşhur əmiri Əbül-Hayc əs-Sam Tosqun başçılığından 

böyük bir ordu hazırladı. Ancaq bu ittifaq Özbək ilə Əbül-Hayc arasının açılması 

səbəbilə  pozulur  və  xəlifə  ilə  Özbəyin  yaxınlaşmasından  qorxan  Əyyubi 

komandanı  Ərbilə  qaçır.  Bir  müddət  sonra  Özbək  də  Həmədanı  tərk  edərək 

Azərbaycana gəlir. Rəcəb 593-cü ildə (20 may - 18 iyun 1197) qardaşı Atabəy Əbu 

Bəkrdən  aldığı  Bahaəddin  Sumbat,  Şişaq  və  Nəsrəddin  Ağ  Quş  əmrindəki 

ordularla  Həmədana  qayıdan  Özbək  burada  Gökcə  ilə  mübarizəyə  başlayır.  Bu 

vaxt Xarəzmşah Təkiş vəfat edir və taxta oğlu Əlaəddin Məhəmməd (1200-1220) 

keçir.


148

 

Xarəzm  taxtında  meydana  gələn  hökmdar  dəyişikliyindən  istifadə  edən 



Gökcə,  Özbək  və  Əbu  Bəkr  İraq-i  Əcəm  bölgəsindəki  fəallıqlarını  artırırlar. 

Həmədana gələn  Atabəy Əbu Bəkr buranın idarəsini qardaşına verib, İsfahanı öz 

əlinə  alır.  Reyin  idarəsi  isə  Gökcəyə  verilir.  Beləcə,  İraq  Səlcuqlu  torpaqları 

Eldənizlər  ilə  onların  məmlükləri  arasında  bölüşdürülür.

149

  Ancaq  az  sonra 



Eldənizlərlə onların məmlükləri arasındakı ixtilaf yenidən canlandı. Əslində bütün 

günlərini  kef  və  eyş-işrət  məclislərində  keçirən  atabəyin

150

  yerinə  Eldənizlərin 



idarəsi  vəzir  Cəlaləddin  Ay-Abanın  əlində  idi.  Bu  durum  Gökcənin  gücünün 

artmasına  səbəb  oldu.  Eldənizlərin  əmrindəki  bir  çox  ordu  əmiri  də  Gökcənin 

tərəfinə keçmişdir. Gökcə tezliklə Həmədana da sahib oldu. 

Ancaq Gökcənin zalimliyi ona qarşı digər məmlüklər arasında narazılıqların 

ortaya  çıxmasına  səbəb  oldu.  Cahan  Pəhləvanın  bir  başqa  məmlükü  Şəmsəddin 

Aydoğmuş Gökcəni öldürüb onun əlindəki Rey, Həmədan və əl-Cibəl vilayətlərini 

işğal etdi. Aydoğmuş ələ keçirdiyi bu torpaqların "sultanı" olaraq Özbəki hökmdar 

elan  edib,  Aran  və  Azərbaycan  xaric  İraq  Səlcuqlu  torpaqlarının  tamamını  əlinə 

keçirdi. Aydoğmuş özünü sultan Özbəkin atabəyi elan etmişdir.

151


 

Atabəy  Əbu  Bəkrin  idarəsi  altında  olan  Aran  və  Azərbaycanda  da  istiqrar 

pozulmuşdur.  Qıpçaqlar  Aran  torpaqlarında  tüğyan  edirdilər.  Azərbaycanda  isə 

Marağa  hakimi  Körpə  Arslan,  Ərbil  atabəyi  Göy-Börü  ilə  müqavilə  bağlayıb 

                                                           

148


  Buniyatov  Z.M.,  Qosudarstvo  xorezmşaxov-anuşteqinidov  1097-1231  qq.,  İzbrannıe  soçineniya  v 

trex tomax, t. 3, Baku 1999, s. 68; eyni müəl., Azərbaycan Atabəyləri, s. 100. 

149

 Ravendi, Rahat, s. 369; Bünyadov, Azərbaycan Atabəyləri, s. 100. 



150

 Dövrün tarixçiləri də atabəyi bu davranışları ucbatından ağır bir dillə tənqid etmişlərdir. Misal üçün, 

vəkanüvis  Ravəndi  onun  haqqında  belə  deyir:  "Əgər  mən  desəm  ki,  bu  hərəkət  ağıldan,  dərrakədən, 

bilikdən, məhəbbətdən, rəğbətdən, hakimiyyətlikdən və idarəsindəki torpaqları yönətməkdən uzaqdır, o 

zaman mən heç bir şey deməmiş kimiyəm. O, ağzına qədər var-dövlətlə dolu və əmin-amanlığa çatmış 

ölkəni ən alçaq  adamların  ixtiyarına verdi.  ... Bu adamların  caniliyini  necə  təsvir  edə  bilərəm?  Vəzir 

məqamını  əmirlik  vəzifəsini  elə  adamlar  tutmuşlar  ki,  onların  adlarını  çəkmək  belə  eyibdir".  Bax. 

Ravendi, Rahat, 370. 

151

 Ravəndi onu "xeyirxah və adil" bir əmir olaraq adlandırmaqdadır (Rahat, s. 372). İbn əl-Əsirə görə, 



Aydoğmuş "cəsur cani" idi (əl-Kamil, IX, s. 265). 

 



42 

 

Təbrizi  ələ  keçirməyə  hazırlaşırdı.  Körpə  Arslan  ilə  Müzəffərəddin  Göy-Börü 



ittifaqı qarşısında Atabəy Əbu Bəkr ilə Aydoğmuş birlikdə hərəkət edərək onların 

üzərinə hücum etdilər. Bunu eşidən Ərbil atabəyi Göy-Börü təcili Azərbaycanı tərk 

etdi. Aydoğmuş ilə Atabəy Əbu Bəkr bunun üzərinə Marağanı mühasirəyə aldılar. 

Ancaq  Əlaəddin  Körpə  Arslan  sülh  təklif  edincə  mühasirəni  qaldırdılar. 

Müqaviləyə görə Marağa qalalarından biri Əbu Bəkrə, Uşnu ilə Urmiyə də Körpə 

Arslana verildi.

152

 

Bu dövrdə Azərbaycanın şimalında vəziyyət xeyli ağırdı. Qıpçaqlar Kartli-



Kaxetiya  üzərindən  tez-tez  ölkəyə  yağma  məqsədli  hücumlar  təşkil  edirdilər.  Bu 

hücumlardan  ikisi  h.  601-ci  (1204/05)  və  602-ci  (1205/06)  illərdə  meydana 

gəlmişdir.  İlkində  qıpçaqlar  Azərbaycana  soxuldular.  Daha  sonra  buradan 

Ərmənşahların torpaqlarına girib Malazgirdə qədər hərəkət etdilər. İkincisində isə 

qıpçaqlar  Aranın  qərbi  istiqamətində  hərəkət  edib  Axlatın  bir  neçə  vilayətini 

yağmaladılar.  Əvvəlkilərdən  fərqli  olaraq  bu  hücumları  yeni  qıpçaqlar  təşkil 

edirlər. Onlar Şimali Qara dəniz bozqırlarından Gürcüstana yeni gəlmişdir.

153


 

Tam bu sırada  10 min qədər süvari,  ailələri ilə 50 qədər xarəzmli şərqdən 

ölkə  sərhədlərinə  girib  Zəncana  qədər  yeridilər.    Buradan  Aydoğmuşun  ordusu 

tərəfindən  pusquya  salınan  xarəzmlilər  darmadağın  edildilər.

154

  Bundan  sonra 



Aydoğmuş özünü bütün İraq Səlcuqlu torpaqlarının "böyük xaqanı" elan etdi.

155


 

H.  607-ci  ildə  (1210/11)  qıpçaqları  bu  zamana  qədər  Azərbaycana 

düzənlədikləri ən böyük yürüşlərinə çıxdılar. Qıpçaq ordularının komutanı Zaxare 

Qoluuzunoğlu  əvvəlcə  Yuxarı  Murad  boylarını  istila  etdi.  Ancaq  burada 

Əyyubilərdən Məlik Əşrəf Musa (1210-1237) tərəfindən məğlub edilincə qıpçaqlar 

üzlərini  Azərbaycana  çevirdilər.  Qıpçaqlar  Azərbaycanın  mərkəzinə  qədər 

irəliləyib  Mərənd  və  Ərdəbil  kimi  böyük  şəhərləri  zəbt  edib  talan  etdilər. 

Arxasından  Zəncan,  Qəzvin  və  Əhəri  yağmaladılar.  Qıpçaqlar  sadəcə,  Ərdəbildə 

12  min  insanı  öldürdülər.  Böyük  qənimətlər,  əsirlər  və  bəxşişlərlə  geri  dönən 

qıpçaqların  qarşısına  Azərbaycanda  çıxacaq  bir  gücün  olmaması  onların 

talanlarının  daha  da  dağıdıcı  olmasına  səbəb  olmuşdur.  1212-ci  ildə  Gürcüstanda 

qıpçaq  orduları  baş  komandanı  Zaxare  Qoluuzunoğlu  (Mxarqrdzeli)  öldü,  yerinə 

isə  qardaşı  İvane  Qoluuzunoğlu  keçdi.  Ondan  iki  il  sonra  1214-cü  ildə  çariça 

Tamara  vəfat  etmiş,  taxta  isə  18  yaşlı  oğlu  Georgi  Laşa  IV  Georgi  (1214-1222) 

adıyla çıxmışdır. Tamaranın ölümü ilə "Kartli-Kaxetya və Abxaziyanın qızıl əsri" 

                                                           

152

  İbn  əl-Əsirin  (əl-Kamil,  IX,  s.  283)  verdiyi  bu  müqavilə  şərtnaməsi  bizə  bir  az  şübhəli 



görünməkdədir. 

153


 Histoire de la Geoirgie, I, s. 456-463. 

154


 İbn əl-Əsir, əl-Kamil, IX, s. 282; Bünyadov, Azərbaycan Atabəyləri, s. 103; eyni müəl., Qosudarstvo 

xorezmşaxov, s. 84-85. 

155


 Bünyadov, Azərbaycan Atabəyləri, s. 103-104; eyni müəl., Qosudarstvo xorezmşaxov, s. 85. 


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə