29
"bir gecə Sultan Arslanşah çox içmiş və sərxoş olmuşdur. Bunun üzərinə
xəzinəsindəki hər şeyi yanındakılara paylamışdır. Bunu eşidən Eldəniz onun
payladıqlarının hamısını geri almış və sultana belə demişdir: pulu ehtiyacın olan
şeylər xaricində sərf edərsən, eyni şəkildə lazımsız yerə pul yığmaq
məcburiyyətində qalarsan. Beləcə, xalqına zülm etmiş olarsan".
96
Eldənizin ədalətini gürcü və qrabarca yazılmış əsərlər də təsdiq etməkdədir.
Misal üçün, Vardan, atabəy haqqında "xristianları sevir və ölkəsinin rifahı üçün
qayğı göstərirdi" deyir.
97
Ümumiyyətlə, qaynaqlarda Eldənizlər dövründə xristian
təbaya qarşı böyük hörmət və ehtiram göstərildiyi haqqında məlumatlar
verilməkdədir.
98
Hətta Eldəniz atabəylərindən Əbu Bəkrin xristianlara mehribanlığı
o qədər böyük olmuşdur ki, bu, xalqda onun "islam dinini tərk etdiyi" şəklində söz-
söhbətə səbəb olmuşdur. Z. Bünyadov bunu, Eldənizin "gürcü və digər qonşu
xristian ölkələri öz tərəfinə çəkmək politikası" olduğunu qeyd edir.
99
Ancaq bu
görüşlə razılaşmaq o vaxt mümkün olardı ki, ümumiyyətlə Səlcuqlular tarixində
Eldənizin bu siyasəti yeganə hadisə olaydı. Ancaq bu belə deyildir, Səlcuqlular hər
zaman, hətta xaçlılar qatı din düşmənliyi siyasəti yeritdiklərində belə öz
hakimiyyətləri altındakı müsəlman olmayan xalqlara zərər verməmişdilər.
100
Atabəy Şəmsəddin Eldəniz öz hakimiyyətinin zirvəsində həyatdan
köçmüşdür. Yerinə böyük oğlu Cahan Pəhləvanı vəliəhd təyin etmiş, digər oğlu
Qızıl Arslana da onun xidmətində durmağı əmr etmişdir. Eldənizin vəfat xəbərini
Həmədanda eşidən oğlu Pəhləvan surətlə Naxçıvana hərəkət etdi. Burada dövlət
xəzinəsini və atabəylik taxtını əlinə keçirən Pəhləvan, sultan Arslanşahın
izləyəcəyi siyasəti təqib etməyə başladı. Ancaq Eldənizdən narazı bəzi əmirlər
sultanı
101
Cahan Pəhləvana qarşı təhrik etdilər.
102
Bunun üzərinə Arslanşah böyük
96
Merçil, İldenizliler, s. 88.
97
Vardan, İstoriya, s. 151-152.
98
Histoire de la Siounie par St. Orbelian, trad. par M.Brosset, SPb. 1864, s. 195 vəd.
99
Bünyadov, Azərbaycan Atabəyləri, s. 59.
100
Bu kitabda bununla əlaqədar çoxlu hadisəyə yer verilmişdir.
101
Arslanşah daha Eldəniz dövründə Azərbaycan atabəylərinin nəzarəti altında olmaqdan narazı idi.
Ancaq onun bu narazılıqlarını anası Mömünə xatun bərtərəf etməkdəydi. Eldənizin dövlətin bütün
idarəsini əlinə keçirməsindən narazı olan Arslanşahı anası belə yatışdırırdı: "Bu adama bir söz demə, o
sənin üçün özünü təhlükəyə atır və müharibələr aparır; sənin üçün varını-yoxunu sərf edərək, kölələrini
və adamlarını tələf edir. Nəhayət, səni o sultan elan etdi. Səlcuqlu sultanlarından neçələri var ki, yaş
olaraq səndən böyük olduqları halda həbsxanalarda çürüməkdədir. Sən səltənət taxtında olduğu üçün
hərəkət edə bilmirlər. Halbuki Atabəy Eldəniz və iki oğlu sənə xidmət edirlər, sənin düşmənlərin ilə
çarpışırlar. Sən isə onların sayəsində asudə vaxt keçirirsən. Onun işlərinə qarışma, ondan bir zərər
gəlməsindən qorxma; o sənin məmlükündür". Bax. Merçil, İldenizliler, s. 89.
102
Əl-Hüseyni Eldənizdən narazı əmirlərin sultana belə dediyini qeyd edir: "Əgər sən Azərbaycanı azad
etsən, oraya etibarlı adamlarından birini hakim təyin edib Həmədana qayıdar, Bağdada gedib onu
tutarsan. Çünki sənin məmlükün Mosul hakimi Qütbəddin Məvdud ibn Zəngi sənə tabedir və sənə
qulluq etməyə gəlir. Sonra əgər sən Bağdadı tutarsansa və xilafətin minbərlərindən sənin adınla xütbə
oxunarsa, ölkənin səması sənin üçün hər hansı rəqib və düşməndən təmizlənmiş olar". Bax. Bünyadov,
Azərbaycan Atabəyləri, s. 66.
30
bir orduyla Azərbaycana hərəkət etdi. Ancaq İraq Səlcuqlu sultanı Zəncana
gələndə birdən xəstələndi və təcili Həmədana qayıtdı. Böyük təlaş ilə Cahan
Pəhləvanı Həmədana çağıran sultan atasının bütün səlahiyyətlərini ona verdi və bu
hadisədən qısa müddət sonra da öldü.
103
Atabəy əl-əzəm məqamını əlinə keçirən Cahan Pəhləvan narazı əmirləri
ortadan qaldırıb, üsyan bayrağını qaldıran əmirləri yola gətirməyə başladı. İlk iş
olaraq Xuzistan və Əhvaz hakimi əfşarlardan Ay-Doğdu Şumla ilə üz-üzə gəldi.
Daha Eldəniz dövründə əfşarlı Şumla atabəydən Nəhavənd əyalətini istəmiş, ancaq
rədd cavabı almışdır. Eldənizin ölümündən sonra ortaya çıxan vəziyyətdən istifadə
edən Şumla bacısı oğlu idarəsində bir qüvvəti Nihavəndən göndərib buranı hiylə
ilə əlinə keçirmiş və tar-mar etmişdir.
104
Arxasından da Şumla türkmənlərə qarşı
hücumlara başladı. Bunun üzərinə türkmənlər Cahan Pəhləvandan kömək istədilər.
Böyük bir orduyla Şumla üzərinə hərəkət edən Atabəy Pəhləvan meydana gələn
Karmasin yaxınlığındakı döyüşdə qalib gəldi. Şumla döyüş sırasında vurulan oxla
yaralandı, oğlu və bacısı oğluyla birlikdə əsir düşdü. Döyüşdən bir neçə gün sonra
Şumla aldığı ox yarası nəticəsində öldü. Onun yerinə Xuzistan hakimiyyətinə oğlu
Şərafəddin Əmiran çıxdı.
105
Atabəy Pəhləvan Marağa atabəyi Arslan-Aba ibn Ağsunqurun vəfatından
istifadə edib onun torpaqlarını əlinə keçirmək istədi. Bu səbəblə Marağanı
mühasirəyə aldı. Eyni zamanda Aran və Azərbaycan hakimi qardaşı Qızıl Arslan
da Təbrizə hücum etdi. Bu vaxt Ftabəyin ordusundan bir qrup Marağaya girsə də
şəhər xalqı tərəfindən tərk-silah edilib əsir alındılar. Ancaq Marağa şəhərinin
qaziül-qüzatı (baş qazısı) Sədrəddin əsirlərə xələt geydirib sərbəst buraxdırdı.
Qazının bu hərəkətindən çox məmnun olan Pəhləvan onunla sülhə razı oldu.
Bağlanan sülh müqaviləsinə görə Marağa, Ruin-dej qalası Ağsunqurlulara
verilmək şərti ilə Marağa Atabəylərinin digər torpaqları Eldənizlilərin əlinə keçdi.
Aran və Azərbaycan hakimi Qızıl Arslan bunun üzərinə öz iqamətgahını
Naxçıvandan Təbrizə köçürdü.
106
Atabəy Pəhləvanın bütün İraq Səlcuqlu hakimiyyəti əlinə keçirməsindən
sonra sultan Arslanşah öldü. Onun vəfatından sonra Pəhləvan oğlu III Toğrul şah
ibn Arslan şahı İraq taxtına oturtdu. Arslan şahın vəfatını eşidən taxtın digər varisi
və ölən hökmdarın qardaşı şahzadə Məhəmməd Xuzistan hakimi Şərafəddin
Əmirana məktub yazıb İsfahan üzərinə hərəkət etməsini istədi. Ancaq Əmirandan
xeyir cavabı alınca özü İsfahana gəldi və burada 1000 süvari ona qoşuldu.
Məhəmmədin üsyan xəbərini eşidən Cahan Pəhləvan Həmədandan İsfahana
103
İsfahani və ondan da nəqlən Bundari, sultanın Pəhlivan tərəfindən zəhərləndiyini qeyd edirlər ki, bu
məlumat doğrudur. Bax. əl-Bundari, Zübdət, s. 301; Sümer F., Pehləvan, İA, IX, s. 545-598; Bünyadov,
Azərbaycan Atabəyləri, s. 66.
104
İbn
əl-Əsir,əl-Kamil, IX, s. 120.
105
İbn əl-Əsir,
əl-Kamil, IX, s. 134; İbn əl-Cövzi,
Muntazam, X, s. 255; Merçil,
İldenizliler, s. 89-90.
106
Merçil,
İldenizliler, s. 90.