5
F.Sumərə görə, "oğuzların münasibət qurduqları Müsəlman əmirlərə asanlıqla qız
verdiklərini görürük. Bunda bir az da
qalın başlık (başlıq pulu) almaq ənənəsinin
təsiri var idi".
5
Ancaq qısa müddət sonra Vəhsudanla oğuzların ittifaqı dağıldı.
Vəhsudanın onlara qarşı hazırladığı xəyanət planı ortaya çıxınca, oğuzlar
dostluqlarını pozdular və Rəvvadi mülklərini talan etməyə başladılar. Oğuzlar
narazılıqlarını büruzə vermək üçün Marağada bir məscidi də yandırdılar. Bundan
başqa, Həzbaniyye oymağından və xalqından çoxlu insanı qılıncdan keçirdilər. Bu
hadisənin əslində Vəhsudanın istəyi ilə meydana gəldiyi haqqında məlumatlar
vardır. Zira, Vəhsudan ilə Həzbaniyye oymağı başçısı Əbul-Heyca ibn Rəbibüd-
dövlə bir-birlərinə düşmən idilər.
6
Nəticədə Vəhsudanın bundan xoşhal olduğu
inkar edilə bilməz. Ancaq Vəhsudan köhnə düşmənlərini zəiflətdikdən sonra
oğuzların böyük bir siyasi və əsgəri güc kimi ortaya çıxmasından narazıydı. Bu
məqsədlə Əbul-Heyca ilə ittifaq qurdu və oğuzlara qarşı düşmənçiliyini açıq
şəkildə büruzə verdi. Bu vəziyyət qarşısında xeyli güclənən Vəhsudanla müharibə
edə bilməyəcəklərini başa düşən oğuzlar Azərbaycanı tərk edib İraq tərəfinə
getdilər. Ancaq oğuzlar Rəvvadi güclərinin zəifləməsinə səbəb olmuşdular.
Qıpçaq-gürcü qüvvətləri uzun müddətdir mühasirədə tutduqları ərəb əsilli Cəfərilər
sülaləsi mərkəzi Tiflisi ala bilməyib geri çəkildilər.
7
Oğuzların tamamı
Azərbaycanı tərk etməmişdir. Xüsusilə Dananın əmrindəki oğuz birlikləri
Vəhsudanla qurduqları yaxşı münasibətlər sayəsində Urmiyəyə yerləşdilər.
Vəhsudan, Dananın qohumlarından bir qızla evləndi və oğuzları, xüsusilə də bu
ərazilərdəki bəylərin gözünü qorxutmaq üçün Urmiyəyə yerləşdirdi.
8
Bu oğuz-
türkmənlərin Azərbaycanda ilk məskunlaşmasıdır. Beləcə, Azərbaycan yaylaqları
oğuzların axtardıqları bir ölkə idi. Yenə bu səfərlərin Dandanakan müharibəsindən
əvvəl meydana gəldiyi bilinməkdədir. Ehtimal ki, gələn oğuz kütləsi Səlcuklu
bəylərindən müstəqil fəaliyyət göstərirdilər. Urmiyə ətrafına yerləşən oğuz-
türkmənlərin 3000 çadır, yəni 15.000 nəfər olduğu təxmin edilir.
Hicri 430-cu ildə (1037/8) Dananın idarəsində Urmiyədə məskunlaşan
oğuzlar Ərməniyyə ərazisində məskunlaşmış yerli xristian türk əhaliyə hücum
etdilər. Cərəyan edən hadisələrin sonunda Ərməniyyə türkləri talan edilmiş,
oğuzlar əsir və qənimətlərlə geri dönmüşdür. Oğuzların bu zəfərinin arxasından
Urmiyə ətrafında mövcud olan Həzbanilər sülaləsinə qarşı müharibə etdikləri
məlumdur. Xüsusilə Vəhsudanın xahişi ilə bu əraziyə yerləşən Dananın qüvvətləri
Həzbani Əbul-Heyceya gözdağı verirdilər. Oğuzların rahat hərəkəti və istədiklərini
etmələri Əbul-Heycanı çox əsəbiləşdirmişdir. Buna görə, bütün gücünü yığıb
onlarla vuruşmağa başladı. Bunun nəticəsində oğuzlar buradakı Həzbani
5
Eyni yer.
6
İbn əl-Əsir, əl-Kamil, VIII, s. 163.
7
İbn əl- Əsir, əl-Kamil, IX/159; Sumer, Oğuzlar, s. 81; Şərifli, Azərbaycan feodal dövletleri, s. 137.
8
İbn əl-Əsir, əl-Kamil, IX/160.
6
idarəsindəki kəndlərə hücum etdilər. Talan və çoxlu insanın öldürülməsi
Həzbanilərin geri çəkilməsinə səbəb oldu. F.Sumər haqlı olaraq, Vəhsudanın qız
qohumluğu əvəzində başlıq pulu olaraq Urmiyəni Danaya dirlik payı verdiyini
qeyd etməsi bu hadisələrlə əlaqədardır.
9
Dandanakan müharibəsindən əvvəl sayısı çox olmayan oğuz-türkmən
ailələrinin Azərbaycan daxil olmaqla Orta Şərqə ayaq basan və başçılığını Dana,
Göy Daş, Boğa, Qızıl, Mənsur və Anasıoğlunun etdiyi bəylərin məqsədi özlərinə
əlverişli yurdlar tapmaqdır. Dandanakan savaşından sonra Sultan Toğrul Bəy, Göy
Daş, Mənsur, Boğa və Anasıoğlunun fəaliyyətlərini məhdudlaşdırmaq üçün onlara
məktubla müraciət edərək hüzuruna çıxmalarını tələb etmişdir. Bu vaxt Dana,
Vəhsudanla qurduğu qohumluq sayəsində ərazidəki Rəvvadilərin düşmənlərini bir-
bir ortadan qaldırmaqla məşğul idi. Onun bu hərəkəti müəyyən qədər nəzarət
altında olduğundan Sultan Toğrulu çox narahat etmirdi. Toğrulun məktubuna
cavab olaraq "sultanın məqsədinin onları qorxutmaq və cəzalandırmaq olduğunu və
buna görə də hüzura çıxmayacaqlarını" bildirən oğuz bəyləri Cənub-Şərqi Anadolu
tərəflərinə getdilər. Burada əvvəlcə Cəzirə ətrafında hərlənən oğuz bəyləri Mosul
və Diyarbakır hakimlərini ağır məğlubiyyətlərə düçar etdilər.
10
Büveyhi, Ukayl və Diyarbakır hakimləri oğuzların ölkələrinə dağıdıcı
hücumları qarşısında onları Toğrul Bəyə şikayət etdilər. Toğrul Bəy, bu şikayətlərə
ancaq sözdə cavab verdi. Çünki Toğrul Bəy hələlik oğuz bəylərinə öz hökmünü
qəbul etdirəcək gücdə deyildir. Ayrıca Toğrul Bəy Cəzirədəki ərəb sülalələrinin
şikayəti ilə öz boydaşlarını narahat etmək istəmirdi. Toğrul Bəydən istədikləri
cavabı ala bilməyən Mosul hakimləri Ukayıloğullarından Kırvaş, Xillə əmiri
Dübeys ibn Məzyəd əl-Əsədi və Amiddəki (Diyarbakır) ərəb sülalələrindən
Mərvanilərin hökmdarı Nasüd-dövlə Əhməd bölgənin kiçik qəbilə rəislərini
ətrafına yığaraq oğuzlara qarşı ittifaq qurdu. Oğuzlar bu vaxt iki qola ayrılaraq
fəaliyyətlərini davam etdirirdilər. Göy Daş və Mənsur Mosul tərəflərində, Boğa və
Anasıoğlu isə Amid əyalətində yağmalar edirdilər. Ancaq yerli sülalələrin ittifaqını
xəbər alan oğuzlar tez birləşdilər. Ramazan 435-ci ildə (aprel 1044) oğuzlar ilə
müttəfiqlər arasında vuruşma cərəyan etdi. Əvvəlcə savaşı oğuzların qazanacağı
təsəvvürü var idi. Ancaq canlarını dişlərinə tutaraq vuruşan müttəfiqlər bütün
güclərini sərf etdilər. Nəticədə oğuzlar məğlub olub Amidi tərk etdilər. Van Gölü
ətrafında qabaqlarına çıxan Bizans ordusunu məğlub edən oğuzlar valini də əsir
olaraq əllərinə keçirdilər. Daha sonra da Azərbaycana girdilər.
11
Güc və əsgər itirən
oğuz bəyləri Azərbaycanda Toğrul Bəyin hakimiyyətini qəbul etdilər.
12
9
Sumer, Oğuzlar, s. 81.
10
İbn əl-Əsir, əl-Kamil, IX/212; Sumer, Oğuzlar, s. 88-89.
11
İbn əl-Əsir, əl-Kamil, IX/161-163.
12
Sumer, Oğuzlar, s. 89.