13
Yürək də onlara qoşuldu.
39
Əmir Çavlı əmrindəki ordu ilə Boz Apanın gəlməsini
gözlərkən Həmədan yaxınlarında cümadələvvəl 541-ci ildə (oktyabr-noyabr 1146)
vərəm xəstəliyindən öldü. Azərbaycan və Xalxalı iqta olaraq əlinə keçirən
Fəxrəddin Toğan Yürək, Çavlının ordusuna sahib oldu və Azərbaycan ilə Aranın
hakimiyyətini ələ aldı. Daha sonra Abbas ilə Boz Apanı da özünə tabe edib Sultan
Məsudu öz nəzarəti altında tutdu. Ancaq qıpçaqların hücumunu fürsət bilən Sultan
Məsud və vəziri Xass Bəy, Toğan Yürəkin ordusunun Şamxorda olduğundan
istifadə edib onu aprel 1147-ci ildə Gəncədə öldürdülər. Qısa müddət sonra Rey
hakimi Abbas da ortadan qaldırıldı. Fəxrəddin Toğan Yürəkin ölümü ilə
Azərbaycan hakimiyyəti Xass Bəy Bələncərinin əlinə keçdi.
40
İyul 1147-ci ildə
meydana gələn vuruşmada Boz Apanın da bərtərəf edilməsi ilə Sultan Məsud və
Xass Bəy idarəni öz əllərində cəmləşdirdilər. Ancaq Xass Bəyin sultanı öz nəzarəti
altında tutaraq istədiyi qərarları verməyə başlaması əmirləri narahat etməyə
başladı. 1148-ci ildə İraq Səlcuqlularının bəzi komandanları Aran hakimi Eldəniz,
Əmir Bahaəddin Kövsər, Alp Quş Gün Qur, Hacib Tatar, Vasidin şəhnəsi Tarıntay
əl-Məhəmmədi, Əmir İl-Təgin, Əmir Karqur və öldürülən Toğan Yürəkin oğlu bir
yerə yığışaraq Bağdada doğru yeridilər. 1148-ci ildə Bağdadı ələ keçirib çoxlu
insanı qılıncdan keçirən əmirlər xəlifənin vəziri İbn Hübeyrənin əmrindəki ordular
tərəfindən məğlub edildilər. Uzun müddətdir İraqdakı hadisələri izləyən böyük
sultan Səncər nəhayət, qərb istiqamətində hərəkətə keçdi. Səncərin müdaxiləsi
İraqdakı hadisələri ancaq qısa müddətliyinə dayandırdı.
41
1 Rəcəb 547-ci ildə (2
noyabr 1152) Sultan Məsud Həmədanda vəfat etdi. Qaynaqlara görə, "sultanın
ölümü ilə Səlcuqlu evinin səadəti də öldü".
42
Səncərin istəyi üzərinə vəzifəsindən
kənarlaşdırılan Xass Bəy, Məsudun ölümündən sonra yenidən idarəni öz əlinə aldı.
Əvvəlcə Məlikşahı taxta əyləşdirdi. Ancaq sonra onu taxtından endirib yerinə
Məhəmmədi oturtdu (yanvar 1153). Sultan Məhəmməd taxta oturduqdan üç gün
sonra Xass Bəyi onun yanındakı fitvaçılarıyla birlikdə edam etdirdi. Vəzirin başını
Aran hakimi Atabəy Şəmsəddin Eldəniz ilə Marağa hakimi Nüsrətəddin
Ağsunqura göndərən sultan onlar ilə yaxınlıq təsis etmək niyyətində idi.
43
Lakin
sultanın hərəkətini özləri üçün göz dağı hesab edən əmirlər Sultan Səncərin
vəliəhdi olan, 1153-cü ildə oğuz üsyanından sonra İraqa qaçan Süleymanşahın
tərəfinə keçdilər və Məhəmmədi taxtdan salıb 1156-cı ildə öz namizədlərini taxta
əyləşdirdilər. Ancaq yeni sultan onların ümidlərini boşa çıxartdı. Gününü əsrüklük
(əyyaşlıq) və əyləncə ilə keçirən Süleymanşah dövlət işləriylə də heç
maraqlanmırdı. Qısa müddət sonra əmirlər onu tərk etdilər. Bunu fürsət bilən
39
İbn əl-Əsir, əl-Kamil, IX/10-11; Bundari, Zubdat, s. 199-200; Ravendi, Rahat, s. 224.
40
İbn əl-Əsir, əl-Kamil, IX/15; Bundari, Zubdat, s. 216-217; Ravendi, Rahat, s. 228; Mxitar Qoş, Alban
Salnaməsi, s. 14; Bünyadov,
Azərbaycan Atabəyləri, s. 35.
41
İbn əl-Əsir, əl-Kamil, IX/21-22; Bundari, Zubdat, s.222-225.
42
əl-Makriziden nəql edən Bünyadov, Azərbaycan Atabəyləri, s. 37.
43
Bundari, Zubdat, 229-231.
14
Məhəmməd Həmədanı yenidən ələ keçirdi. Məhəmməd Aran və Azərbaycanın
bütün idarəsini Atabəy Eldənizə vermişdir. Eldəniz 1159-cu ildə Məhəmmədin,
1160-cı ildə Süleymanşahın ortadan qalxması ilə İraq Səlcuqluları taxtını da əlinə
keçirdi.
Azərbaycan və Arandakı Səlcuqlu hakimlərinin Böyük Səlcuqlu və İraq
Səlcuqlu taxtı uğrunda bu qədər aktiv fəaliyyət göstərməsinin əsas səbəbi türklərin
həm siyasi, həm də hərbi cəhətdən bu ölkədəki hakim mövqeyi idi. Bu da Aran və
Azərbaycan hakimlərinə böyük əsgəri dəstək sağlayırdı ki, onlar da əllərinə
keçirdikləri bu güc sayəsində mərkəzi hakimiyyəti əllərinə keçirməyə, bu olmazsa
öz iqtalarını genişləndirməyə çalışırdılar. Ancaq buna tam layiqi ilə müvəffəq olan
Atabəy Eldəniz olmuşdur.
44
Gürcüstanda qıpçaq hakimiyyəti
Türklər tarixdə ehtişamlı dövlətlər quraraq min illər boyunca cahan
hakimiyyətini əllərində tutsalar da başqa dinlərin, mədəniyyətlərin və xalqların
təsir dairəsinə girərək öz kimliklərini itirmiş və içində yer aldıqları din və kultur
sahəsində əriyərək yerliləşmiş və izlərini itirmişdilər. Bu əslində tarixin təbii
proseslərindən biri hesab edilir. Əlimizdəki zəngin tarixi qaynaqlar və materiallar
sayəsində Avropa, Rusiya, Qafqaz, Misir, Hindistan, İran və Çin coğrafiyasında
daha çox dini təsirlər altında əriyərək asimilə məruz qalmış türk xalqlarının,
boylarının və dövlətlərinin geniş bir siyahısını tərtib etmək mümkündür. Bu cür
dini təsirə məruz qalaraq öz kimliklərini itirmiş türklər arasında Ərməniyyə və
Gürcüstan türkləri də yer almaqdadır. Təəssüflər olsun ki, elmi ədəbiyyatda bu
mövzuda olduqca az tədqiqatlar aparılmışdır. Buna görə də mövzumuzla yaxından
əlaqədar olduğu üçün Səlcuqlular dövründə Gürcüstandakı türklərin vəziyyətini az
da olsa işıqlandırmağa çalışacağıq.
Gürcüstan və
Gürcü adı indiki Gürcüstan Respublikasında yaşayan bütün
xalqlara (Kartvel, Kaxet, İmeret, Megrel, Abxet və d.) gürcü olmayanların
verdikləri ümumi addır. "Gurqistan" adı ilk dəfə pəhləvi qaynaqlarında
keçməkdədir. Ərəbcə mənbələrdə isə bu ölkənin adı "Kurzan/Kurcan" və
"Curcan/Gürcan" olaraq göstərilmişdir. Türklər isə
"gürci" və
"gürcü" adını tərcih
etmiş və Avropa literatürünə "Georgia" şəkli ilə türklər vasitəsilə keçmişdir. Bu ad
ilk dəfə Urartu qaynaqlarında indiki Aşağı Çorux ilə Batum-Acar ərazisini ifadə
edən coğrafi bir ad kimi istifadə edilən Kulkha/Kulkxa (Kolx/Gorq) adından nəşət
etmişdir. Daha sonra burada yaşayan xalqlara ümumi mənada "kukar-k-/-qoqarq",
"qorqlar", "quqarlar" deyilmişdir. İndiki gürcülər bu adı özləri üçün "xaricilərin
verdiyi ad" hesab edirdilər. Gürcüstanın mövcud xristian gürcü xalqı müasir
dövrlərə qədər ümumi milli bir ada sahib olmamış, qədim və orta əsrlərdə özləri
44
İbn əl-Əsir, əl-Kamil, IX/72; Bundari, Zubdat, s. 296; Bünyadov, Azərbaycan Atabəyləri, s. 42.