19
qurudurlar; atları, qoyunları, qatırları və dəvələrinin sayı-hesabı yoxdur. Burada
çox rahat şəkildə yaşayırlar; ovlanır, dincəlir, oynayır (mərasimlər keçirir), heç bir
şeyin məhrumiyyətini çəkmirdilər. Şəhərlərdə alış-veriş edir və bizim ölkəmizə də
(Kartliyə) girərək çoxlu əsir alır və talan edirdilər. Bahar gələndə Somxet, Ararat
57
və Aboç
58
dağlarına çıxırdılar (yaylaq). Yayda onlar yaşıllıq yerlərdə, böyük
ovalarda, bol miqdarda bulaq və çay sularının olduğu torpaqlarda qalırdılar. Elə bil
ki onlar sayıları çox obalarına "dünyanın hər yerindən bu ölkəyə gəlin deyə söz
kəsmiş və burası Türkelidir" demişdilər. (Səlcuqlu) Sultanı belə onları buradan
çıxara bilməz və heç kəs onlara zərər verə bilməzdi".
59
Gürcü qaynağının da şahidliyinə görə türklər Gürcüstan ərazisində özlərinə
geniş yaylaq və qışlaq torpaqları əldə etmişdilər. Ayrıca, gürcü xronik müəllifləri,
onların sahib olduqları bu coğrafiyanı özləri üçün "Türkeli" olaraq qəbul etdiklərini
xəbər verməkdədir. Gürcüstanda türklərin böyük bir kütlə təşkil etdikləri
bilinməkdədir. Necə ki, Abxaz-Kartli kralı David özünün 40 min nəfərlik ordusunu
türklərdən (qıpçaqlardan) təşkil etmişdir.
60
Anonim bir müəllifə görə: "O il, bütün
türklərdən mütəşəkkil 200.000 nəfərlik Sultan ordusu (Səlcuqlular) məharətli bir
hücumla birdən ortaya çıxdılar. Kral (IV David) sözünü eşidənlərlə
Naçarmagevdə
61
ikən onların Tiryaletə çatdıqlarını öyrəndi və 1.500 nəfərlik
ordusu ilə Maslataya gəldi". Müəllif bu müharibədə Davidin Səlcuqları məğlub
57
Ararat: Kars ilə İrəvan arasındakı ərazi.
58
Aboç: Arpaçayın və ya Qanqarın (Kəngər) zirvə hissəsi.
59
Histoire de la Georgie, I, s. 358.
60
Gürcü qaynaqları bu barədə belə deyirlər: "Kral David, Tanrının gözlənilmədən verdiyi bu lütflər
qarşısında aciz qaldı (Səlcuqlular arasında ortaya çıxan ara müharibələr qəsd edilməkdədir). O, bu
şəhərləri və qalaları daima əlində saxlamaq və (yeni torpaqlar) işğal etməsi üçün böyük bir ordusunun
olmadığını gördü. Qış və yay olduğuna baxmayaraq başladığı səfərlərdə əsgərinin çatmadığını, ortaya
çıxan böyük arzularının həyata keçirilməsi üçün xalqının həddindən az olduğunu başa düşdü. Bunun
üzərinə ürəyində bir "ah" çəkdi. David başa düşdü ki, başqa heç bir gücü yoxdur. Ancaq qıpçaq
millətinin çox qələbəlik əhalisi, müharibələrdəki cəsarəti, hücumlardakı çevikliyi, basqınlarda
insafsızlıqları, istədikləri torpağı asan ələ keçirmək qabiliyyətləri (ona) arzularını həyata keçirə bilmək
imkanı verəcəyini özü də yaxşı bilirdi". Bunun üzərinə kral, öz qayınatası Atraqdan kömək istədi.
Qıpçaqlar "oslar (alanlar) ölkəsindən rahat keçmələri şərtini gətirdilər. Kral vəziri Georgini oslara
göndərdi. Oslar ilə qıpçaqlar kral Davidə girovlar verdilər, bu iki millətə yaxınlaşmaq və aralarında sülh
təsisi ilə dostluq ittifaqı qurmaları asanlaşdı. Davir, Daryela (Daryal keçidi) qapılarını, bütün oset və
Qafqaz qapılarını aldıqdan sonra qıpçaqlara qorxudan uzaq bir yol hazırladı və qayınatası və qayınları
ilə birlikdə böyük bir ordu gətirdi.
Kralın, onları yanına gətirməklə çəkdiyi əməklər hədər getmədi; çünki qıpçaqların köməyi ilə İran
(Səlcuqlu) gücünə böyük zərbələr vurdu və bütün ölkələrin hökmdarları üzərində qorxu və titrəmə
yaratdı. ... Qıpçaqlar qadınları ilə birlikdə bəyəndikləri torpaqlara yerləşdilər və onlarla birlikdə seçmə
40.000 döyüşçü bu səfərlə gətirilmişdir. Onlara atlar, silahlar tədarük edildi. Ayrıca döyüşdən sonra
dincəlmələrinə (kömək etmələri üçün) 5.000 kölə verildi". Histoire de la Georgie, I, s. 362-363.
61
Qorinin şimalındakı kral iqamətgahı.
20
etdiyini desə də, əslində zəfəri Səlcuqluların qazandığı müəllifin sözlərindən də
ortaya çıxmaqdadır.
62
Abxaz-Kartli krallığının Səlcuqlulara olan bağlılığı Sultan Məhəmməd
Taparın ölümünə qədər davam etdi. 1118-ci ildə rus knyazlıqları qarşısında arxa-
arxaya məğlubiyyətə uğrayan kuman-qıpçaqların başçısı Atraq/Otrok 300.000-lik
bir kütlə ilə Kuban-Tərək arasına gəldi və kürəkəni IV Davidin ölkəsinə getdi. Bu
rəqəmin doğru olduğunu, 1125-ci ildə qıpçaqlara hücum etmək məqsədi ilə Aşağı
Don tərəflərinə qədər gələn Pereyaslav knyazının kumanları buralarda tapa
bilməməsi də isbat etməkdədir. Ayrıca, kral Davidin gələn qıpçaqlardan 40.000-lik
bir ordu təşkil etməsi Gürcüstana gələn türklərin ən azı 200.000 olduqlarını
göstərməkdədir. Ancaq rus knyazı Vladimir Monamax öldükdən sonra Atraq bəzi
birlikləri ilə təzədən şimala getmişsə də, qıpçaqların böyük bir hissəsi Gürcüstanda
qalmış, xüsusilə də Ani ilə Ərzurum arasındakı Kürün yuxarı axarı və Çorux
sahəsini, Rustav və Somxeti tərəflərini əllərinə keçirərək yerləşdikləri məlumdur.
Bunlar daha sonra ortodoks xristianlığı qəbul edib Gürcüstanda 1578-ci ilə qədər
(Osmanlı fəthinə qədər) öz yerli idarələrini (atabəyliklərini) qurmuşdular.
Qıpçaqların Gürcüstana gəlib yerləşdikləri, Abxaz-Kartli krallığının əsgəri
sistemini əllərinə keçirdikləri, gürcü krallığında "atabəylik sistemi" təsis edərək
qıpçaq bəylərinin gürcü kral və kraliçalarının "hərbi nazirləri" olduqları və
Səlcuqlu ölkələrinə qarşı hərbi səfər və yürüşlər təşkil etdikləri 1096-1230-cu illər
arasındakı 235 illik dövr Gürcüstan tarixinin ən parlaq dövrünü təşkil etməkdədir.
Köçəri həyat tərzi sürdüklərinə görə qıpçaqlar üçün Səlcuqluların əlindəki
müsəlman ölkələri böyük qənimət mənasına gəlirdi. Ayrıca bu iki türk boyu
arasında dini düşmənçiliyin izləri də möhkəm idi.
Abxaz-Kartli krallığının 40 min qıpçaq döyüşçüsünü öz sarayında
yerləşdirdiyi, 500 qıpçaq uşağını da sarayda tərbiyə etdiyi və onlara xristianlığı
qəbul etdirdiyi qaynaqlarda qeyd edilməkdədir. Əsgərlər arasında başlayan
xristianlaşma daha sonra qıpçaqlar arasında da yayıldı və beləcə, Gürcüstanda
yerləşən 200 minlik qıpçaq-türk ailəsi ortodoks xristianlığını qəbul edib, müəyyən
bir vaxtdan sonra "gürcüləşdilər".
63
1096-1120-ci illər arasında qıpçaqların bir tərəfdən ordunu əlinə keçirməsi,
digər tərəfdən sarayda tərbiyə alan qıpçaqların xristianlaşaraq dövlətin idari
mexanizmasında xidmətə başlamasından sonra müasir tarixçilərin "gürcü krallığı"
adı verdikləri dövlətin çiçəklənmə dövrü başladı. 1120-ci ildə artıq Abxaz-Kartli
krallığı Səlcuqluların vassallığından çıxıb 1230-cu ilə qədər davam edəcək
62
Histoire de la Georgie, I, s. 359-360.
63
Anonim müəllifə görə, "Qıpçaqlar özləri də fərdi olaraq yavaş-yavaş xristian dinini qəbul etməyə
başladılar; buna görə hər gün çoxlu (öz dinindən) üz döndərənlər və möminləşənlər olurdu. Kral, onlara
generallar və başçılar təyin edib bir yerə yığdıqdan və oymaqlarına görə intizama soxduqdan sonra öz
şəxsi ordusunu tənzim etməyə başladı". Histoire de la Georgie, I, s. 360.