25
Atabəy Eldənizi Həmədana dəvət edib Arslanşahı taxta oturtmasını istədilər.
Eldəniz Həmədana gəldi. Oğulluğu Arslanşah ibn II Toğrulu sultanlıq taxtına
əyləşdirdi. Özü isə atabəy əl-əzəm (böyük atabəy) adıyla onun yanında oturdu.
Beləcə, Eldənizlilər İraq Səlcuqlu dövlətinin idarəsini əllərinə keçirdilər.
81
Eldənizlərin çiçəklənməsi və inkişafı
Zilqadə 555-ci ildə Şəmsəddin Eldəniz 20 minlik orduyla Arslanşahla
birlikdə Həmədana gəldi. Rey hakimi İnancdan başqa (belə ki o, Süleyman şahın
hakimiyyətliyini dəstəkləyirdi) bütün dövlət ricalı paytaxtda toplanmışdır. Eldəniz
oğulluğu Arslanşahı taxta oturtdu. Özünü isə onun atabəyi elan etdi. Böyük oğlu
Cahan Pəhləvan sultanın əmir-i hacibi (baş hacib), ikinci oğlu Qızıl Arslanı isə
əmir sipehsalar əl-kəbir (sultan ordularının baş komandanı) təyin etdi. İraq
Səlcuqlularının idarəsi Eldəniz ailəsinə mənsub insanların əlinə keçərkən, Eldəniz
öz yaxın dostlarına da yüksək vəzifələr verdi.
82
Atabəy Eldənizin İraq Səlcuqlu taxtını ələ keçirməsi asan olmadı.
Arslanşaha qarşı taxtın iki iddiaçısı daha ortaya çıxdı: Marağa atabəyi nəzarəti
altında olan Mahmud şah Məhəmməd və Fars hakiminin nəzarəti altındakı
Mahmud şah Məlikşah. Bu iki iddiaçı xəlifənin təkidilə Eldənizə qarşı hərəkətə
keçdilər. Ancaq Eldəniz tez tərpənib onların birləşməsinə imkan vermədi. 9 şaban
556-cı ildə (2 avqust 1161) Rey ətrafında Mahmud şah ibn Məhəmmədin ordusunu
darmadağın etdi. Reyi ələ keçirib orasını Cahan Pəhləvanın iqtası elan etdi. Rey
hakimi Əmir İnanc da Arslanşahın vassalına çevrildi.
83
Eldəniz Reydən Qəzvinə hərəkət etdi. Qəzvində üsyan etmiş Alp Arqun
məğlub edildi və burası atabəy mülkləri arasına qatıldı. Eldəniz buradan
Nüsrətəddinə məktub göndərib tabe olmasını əmr etdi. Ancaq Marağa hakimi
atabəyin bu təklifinə rədd cavabı verdi. Marağa hakimi Ərmənşahlardan Seyfəddin
Bəy Teymur ibn II Sökmənin yardımı sayəsində Qızılözən çayı kənarında Cahan
Pəhləvanı məğlub etdi. Ancaq Nüsrətəddinin bu zəfəri arxasından Marağanın
idarəsi ilə kifayətləndi. Atabəy Eldəniz də onunla məsələni çox ciddi qəbul
etməyib Fars Atabəyləri Salqurlular üzərinə yeridi. Bu sırada Salqurlu atabəyi
Sunqur vəfat etmiş, yerinə Zəngi keçmişdir. Zəngi Eldənizə qarşı çıxmamış və
Arslanşahın hakimiyyətini qəbul etmək məcburiyyətində qalmışdır.
84
Şərafəddinin Süleyman şahın öldürmə qərarını təkbaşına alması bir az şübhəlidir. Ancaq qaynaqlar bu
barədə heç bir söz demirlər. Bünyadov, Azərbaycan Atabəyləri, s. 44 qeyd 7, 45.
81
Bünyadov, Azərbaycan Atabəyləri, s. 42; Meriç, İldenizliler, s, 82-83.
82
Nişaburi, Səlçuknamə, s. 74; Ravendi, Rahat, s. 269, 272, 273, 278; Bundari, Zubdat, s. 297; İbn əl-
Əsir, əl-Kamil, IX, s. 72-73; Həmdullah Qəzvini, Tarix-i Qozidə, s. 470-473; Merçil, İldenizliler, s. 82-
83; Bünyadov, Azərbaycan Atabəyləri, s. 45-46.
83
Bundari, Zubdat, s. 300.
84
Bu mövzuda geniş məlumat üçün bax. Merçil, İldenizliler, s. 83-85; Bünyadov, Azərbaycan
Atabəyləri, s. 48-49.
26
Bir müddət sonra Marağa atabəyi Nüsrətəddin də vəfat etdi. Eldəniz onun
mülklərində çoxuna əl qoydu və Ağsunqurluları təsiri altına saldı. 1167-ci ildə
Mosul Atabəyləri Zəngilər də Arslanşahın hakimiyyətini qəbul etdi. Atabəy
Eldəniz Kirman və Xuzistan hakimlərini də itaəti altına aldı. Beləcə, Atabəy
Eldəniz dövründə Azərbaycan Atabəyləri İraq Səlcuqlularının bütün torpaqlarını
əllərinə keçirdilər. Atabəyə itaət edən əyalətlər arasında Aran, Azərbaycan, Şirvan,
Cibəl, Həmədan, Gilan, Mazandaran, İsfahan, Rey, Mosul, Kirman, Fars, Xuzistan,
Axlat, Ərzurum və Marağa yer alırdı. Səlcuqlu müvərrixi əl-Hüseyni belə deyir:
"Əsl hökmdar Atabəy Eldənizin özü idi. Əmrləri o verirdi, iqta torpaqlarını o
paylayırdı, dövlət xəzinəsinə nəzarəti də o edirdi. Sultan Arslanşah ibn Toğrulun
ancaq adı var idi".
85
Atabəy Eldənizi, Qərbi Səlcuqlu dünyasında etibarlı və nüfuzlu hakim
səviyyəsinə çatdıran şey onun qıpçaq-gürcü krallığına qarşı apardığı
müvəffəqiyyətli müharibələr və "İslam dünyasının müdafiəçisi" olmasıydı.
Şəmsəddin Eldəniz, İraq Səlcuqlu taxtını ələ keçirməsinin birinci ilində şaban 556
tarixində (avqust 1161) qıpçaq-gürcü birləşmiş orduları III Georgi dövründə (1156-
1184) Ani şəhərinə hücum etdilər. Mühasirəyə alınan şəhərə kömək etmək istəyən
Ərmənşah Seyfəddin Bəy Temür özü də qıpçaqlar tərəfindən ağır bir məğlubiyyətə
uğradıldı və əsir düşməkdən güclə yaxasını qurtardı. Qıpçaqlar Anidə böyük bir
qətliam törətdilər. Sadəcə, əsir aldıqları insanların sayısı 41 min idi.
86
Eyni
tarixlərdə 30 minlik bir qıpçaq-gürcü ordusu Divinə hücum etdi. Onlar 10 min
insanı öldürdülər, bir o qədər qadın və qızı da çılpaq edib əsir olaraq öz ölkələrinə
apardılar.
87
Qıpçaqlar Gəncədə də eyni hərəkətlərini təkrar edincə, Atabəy Eldəniz
başçılığında Ağsunqurlulardan Nüsrətəddin, Ərmənşahlardan Seyfəddin Bəy
Temür və d. əmirlərdən ibarət bir ordu iyul 1163-cü ildə gürcüləri məğlub etdi.
88
Hicri 559-cu ildə (1164) Abxazlar Anidən qovuldular.
85
Əl-Hüseynidən nəql edən Bünyadov, Azərbaycan Atabəyləri, s. 50-51.
86
İbn əl-Əsir, əl-Kamil, IX, s. 77; Vardan, Vseobşaya istoriya, s. 155.
87
Vardanın şahidliyinə görə, bu davranışları gürcü qadınlarının ağır etirazına səbəb olmuşdur.
Vseobşaya istoriya, s. 155; İbn əl-Əsir,
əl-Kamil, IX, s. 79-80; Bünyadov,
Azərbaycan Atabəyləri, s. 52;
Merçil, İldenizliler, 85.
88
Bu müharibənin şahidi olan İbn əl-Əzraq belə yazır: "Gürcülər ən həqarətli məğlubiyyətə uğradılar.
Onların varidatından o qədər çox qənimət götürülmüşdür ki, onu təsvir etmək və ya saymaq mümkün
deyildir. Hökmdarın axuru gümüşdən qayrılmış ilxı tövləsi ələ keçirilmişdi. Hökmdarın anbarı və onda
nə varsa, böyük gümüş çəlləklər də daxil olmaqla, hamısı zəbt edilmişdi. Bu gümüş çəlləklərdən biri
sultana göndərildi. Onu və o cür başqa birisini daşımaq üçün bütöv bir araba lazım idi. Sultan onu və o
dövrdə dövriyyədə olan dinar hesabı ilə iki min dinarlıq qəniməti öz sarayına göndərdi. O, qızıl və
gümüş su qablarını göndərdi, adamların su içməsi üçün onlar Həmədan cümə məscidinə verildi. İkinci
çəlləyi türkmənlər götürdü və onu tikə-tikə doğradılar. Müsəlmanlar çox böyük sayda qənimət əldə
etdilər və çoxlu adam qırdılar. Abxaziya hökmdarı qaçmağa üz qoydu və qalın meşədə gizləndi.
Ərmənşah üç tay yük ələ keçirdi: birində qızıl və gümüş qablar var idi; ikincisində tayı-bərabəri
tapılmayan müxtəlif qiymətli daş-qaşla örtülmüş ölçülməz dəyərdə qızıl və cavahiratla bəzədilmiş qızıl