49
gizləndi. Ancaq burada olarkən arvadı Məlikə Xatunun Cəlaləddin ilə evləndiyini
eşidən Özbək bir neçə gün boyunca vaxtını içki içməklə keçirdi və böyük ehtimalla
içki səbəbiylə girdiyi komadan ayılmayıb öldü. Mənbələr onun ölüm tarixini dəqiq
verməsələr də, hər halda bu hadisə 1225-ci ilin ikinci yarısında olmuşdur.
188
Atabəy Özbəyin ölümü, Azərbaycan Atabəyləri Eldənizlilərin hakimiyyətinin
rəsmən sonu demək idi. Ondan sonra Eldənizlilərin taxtına oğlu Xamuş çıxsa da,
onun hakimiyyətinin Naxçıvan xaricinə çıxmadığı məlumdur. Xamuş haqqında çox
az məlumat vardır. Onun 1230-cu ildə ismaililərin yanına getdiyi və Eldənizlər
sülaləsinə son verildiyi xəbər verilir.
189
Eldənizlərin əlindəki bütün torpaqları əlinə keçirən Xarəzmşah Cəlaləddin
Manqburnu fəaliyyətlərini 1231-ci ilə qədər davam etdirmiş, 28 ramazan 627-ci
ildə (10 avqust 1230) meydana gələn Yassı Çəmən döyüşündə Türkiyə Səlcuqluları
və Əyyubilərin birləşmiş orduları tərəfindən məğlub edilərək bütün ordusunu
itirdikdən sonra monqolların ikinci səfəri qarşısında heç bir fəallıq göstərə
bilməyib qaçdığı Anadoluda 1231-ci ilin avqustun ortalarında köçərilərdən biri
tərəfindən öldürülmüşdür.
Eldənizlər dövrünün mədəni həyatı
Eldənizli Atabəylərinin 100 ilə yaxın hakimiyyət dövründə Azərbaycan
siyasi, iqtisadi və mədəni cəhətdən intibah dövrü keçirmişdir. Eldənizlilərin İraq
Səlcuqlu idarəsini də əllərinə keçirməsiylə Böyük Səlcuqlu coğrafiyasının mərkəzi
ölkəsi halına gələn Azərbaycan Yaxın və Orta Şərqin ən pərəstişli ölkəsi hesab
edilirdi. Bu dövrdə Gəncə, Naxçıvan, Beyləqan, Ərdəbil, Təbriz, Marağa yüz
minlərlə əhalisi olan dövrün "metropol" şəhərləri idilər. Bu şəhərlər sadəcə, ticari
cəhətdən deyil, mədəni və memari cəhətdən də diqqət mərkəzində idilər.
Bu dövrü böyük tədqiqatçılarından Z.Bünyadov "Səlcuqlu sultanları, eləcə
də sonralar onları əvəz edən Atabəylər qəbilə quruluşunu mühafizə edən və yazısız
türk dillərində danışan köçərilərin nümayəndələri idilər"
190
şəklindəki ifadəsi doğru
deyildir. Hər şeydən əvvəl Qaşqarlı Mahmudun məşhur əsəri "Divan Lüqət-it-
Türk" adlı əsəri Böyük Səlcuqlular dövründə Bağdadda yazılmışdır. Ayrıca bu
dövrə aid Orta Asiyada Qaraxanlı və Xarəzm türk ləhcələrində xeyli əsər
günümüzə qədər gəlib çatmışdır. Buna görə "Səlcuqlu və Atabəylərin yazısız türk
dilində" danışması haqqındakı görüşlər doğru olmadığı kimi, Səlcuqlu boylarının
iyerarxiyasını "qəbiləçiliklə" ittiham etmək də böyük bir səhvdir. Ayrıca bu dövrdə
188
İbn əl-Əsir, əl-Kamil, IX, s. 360; en-Nasevi, Jizneopisanie, s. 164; Bünyadov, Azərbaycan
Atabəyləri, s. 125.
189
Bünyadov, Azərbaycan Atabəyləri, s. 125-126-da Eldənizlilərin axırıncı nümayəndəsinin Xamuşun
oğlu Nüsrətəddin olduğu qeyd edilir.
190
Eyni əsər, s. 222.
50
farsca yazan şairlərin türk dilində yazmadıqlarını iddia etmək də doğru deyildir.
Nizami Gəncəvinin əsərlərindən "Leyla və Məcnun"da diqqətçəkici bir məlumat
vardır. Orada Nizami əsərlərini türk dilində yazmaq istədiyindən, ancaq Şirvan
sarayının bu dili xor gördüyündən şikayət etməkdədir. Ayrıca Nizaminin türk əsilli
bir şair olduğu da onun öz şeirlərindən məlumdur. Misal üçün, əsərlərinin birində
belə deyir:
Farscası:
Pedər mər pedər məra Tork bud, Dər niru hər yek yeki gorg bud.
Türkcəsi:
Mənim atalarım və babalarım türkdür. Hər biri gücdə sanki bir qurddur.
191
Şirvanşahlar sarayında bu dövrdə şairlər topluluğu meydana gəlmiş və
bunlar özlərinə məxsus bir ekol (məktəb) təşkil etmişdilər. Daha çox qəsidə
janrında yazan bu şairlərin başında Gəncəli Əbül-Üla (öl. 1159) dururdu. Uzun
illər "məlikül-şüara" vəzifəsini icra edən Əbül-Ülanın bir başqa xüsusiyyəti də
ətrafında istedadlı şairləri toplamasıydı. İzzəddin Şirvani, Əfzələddin Xaqani,
Fələki Şirvani, Mücirəddin Beyləqani və d. Bunlar arasında ən məşhuru Əfzələddin
Bədil ibn Əli (1121-1199) idi. O özünə türk hökmdarlarının aldığı "xaqan" (kağan)
ünvanına uyğun "Xaqani" ləqəbini almışdır. Atası Əli xarrat olan Xaqani ana
tərəfdən süryani idi. Xaqanidə görülən xristian təsirləri ona anasının təlqin etdiyi
qeyd edilir.
192
Şəxsiyyət olaraq bir az şöhrətpərəst olan şairin həyatı ziqzaqlı
keçmiş, şirvanşahlarla arası pozulmuş və bunun nəticəsində də bir müddət
həbsxanalarda qalmışdır. Şirvan saray mühitində şairlər arasında da davamlı
rəqabətin olması onların hökmdar qarşısında bir-birlərinə iftira atmasına nədən
olmuş və bu da bəzi şairlərin şah əliylə cəzalandırılmasıyla nəticələnmişdir. Xaqani
də bunun çiləsini çəkənlərdən olmuşdur. Zira özü də bu yola baş vurmuş, ona
müəllimlik edən Əbül-Ülanın şərlənməsində rol oynamışdır. Xaqani dövrünün və
əslində bütün zamanların ən böyük qəsidə şairi olaraq məşhur olmuşdur.
Qəsidələrində şirvanşahlardan II Mənuçöhr və I Axsitan (Aksartan) xaricində İraq
Səlcuqlu sultanları Məsud və III Toğrula, Eldənizli atabəyi Qızıl Arslana və
Xarəzmşahlardan Atsız ilə Təkişə medhiyyələr qoşmuşdur. Məddah-şair
vəzifəsinin icrası yanında Xaqaninin şeirlərində bədii təsvirlərin güclü olması, bəzi
fəlsəfi analizlərə yer verməsi, xüsusilə də məşai fəlsəfəsinin yaxınlığı diqqət çəkir.
Bəzən də ağır və ağdalı bir üslubun işləndiyi Xaqanidə "şikayət-tənqid" növü də
çox gözəl ifadə edilmişdir. Bütün bunlara rəğmən Xaqani daha cox bir "sərlövhə
şairi" kimi yaddaşlarda qalmışdır. Bunu onun təmtəraqlı ifadələri, şəxs (hökmdar)
mərkəzli təsvirçiliyi, bənzətmələrində bol miqdarda görülən tərifbazlığı açıq-aydın
191
Burada keçən "qurd" sözünü sovet ədəbiyyatında "kürt" şəklində oxunmuşdur ki, bu səhvdir.
192
«Həbsdən şikayət və azad olması üçün Rum qeysərindən xahiş" qəsidəsində bunu aydın görürük.
Maraqlı olan, Xaqaninin bu qəsidəsində Hz. İsa haqqındakı təsvirlərinin islam deyil, xristian dininə
uyğun şəkildə verməsidir.
51
ortaya qoymaqdadır. Buna rəğmən, Xaqani, Səlcuqlu şairi Muizzi kimi tam bir
məddah şairi olmamış, realist mövzulara da yer vermişdir.
193
Şirvan sarayının məşhur şairlərindən biri də Fələki Şirvani (1108/10 -
1159/65) olmuşdur. III Mənüçehr dövrünün şairlərindən olan Fələki, Xaqaninin
həmyaşıdı və eyni mühitin söz ustadı hesab edilir. Çox az əsərinin dövrümüzə
qədər gəldiyi bu şairdə də peripatik fəlsəfi ənənənin təsiri özünü büruzə
verməkdədir. Mədhiyyəçi şairlərin başında gələn Fələkidə obrazçılıq, ahəng və
təsvirçilik qabiliyyətinin çox üstün olduğu özünü ortaya qoymaqdadır. Mədhiyyə
və mədhiyyəçilik haqqında Azadə Rüstəmovanın yazdıqları hələ də keçərlidir:
"Mədhiyyə ədəbiyyatının uzun tarixi bir keçmişi vardır. Hələ ərəblərdə "cahiliyyə"
dövründən, İranda Sasanilər zamanından mövcud olmuş bu janrın VII əsrdə Əxtəl,
VIII əsrdə Əbu Təmmam, X əsrdə Mütənəbbi kimi ərəbdilli, XI əsrdə Orta Asiyada
Samanilər və Qəznəvilər sarayında Ünsürü, Əscədi, Əsədi, Fərruxi, Mənuçehri
kimi farsdilli nümayəndələri məşhur idi. Mədhiyyəçilik Yaxın və Orta Şərqdə, o
cümlədən, Azərbaycanda, xüsusən XI-XII əsrlərdə geniş vüsət tapmış, saray
şerinin vacib estetik kateqoriyasına çevrilmişdi. Hökmdarlar, əyalət əmirləri; hətta
bu və ya digər feodal sarayının hakimi sənətdən öz nüfuz dairəsini və şöhrətini
əbədiləşdirmək üçün bir vasitə kimi istifadə etməyə çalışır, saraylarında məddah
şairlər saxlayırdılar"
194
. Buna görə də dövrün saray şairlərinin məddah-şairi olması
təsadüfi deyildir. Fələki də bu xüsusiyyətlərə sahib bir şair olmuşdur.
195
Fələki nücum, riyaziyyat, xəttatlıq və ərəb dilinin gözəl bilicisi idi. O da
Əbül-Üla, Xaqani, Beyləqani kimi şirvanşahların zülmünə uğramış və həyatının
son illərini həbsxanada keçirmişdir. Fələkinin şeirlərinin bir digər əhəmiyyəti tarixi
bir mətin xüsusiyyəti daşımasıdır.
196
Məlik əş-Şüəra Əbül-Məkarim Mücirəddin əl-Beyləqani (öl. 1197/98)
Xaqaninin şagirdlərindən olmuş və istedadlı bir şair idi. Bir müddət şirvanşahlar
sarayında yaşamış, daha sonra Eldənizli atabəylərinə xidmət etmişdir.
Qəsidələrində də atabəyləri və İraq Səlcuqlu sultanlarını mədh etmişdir.
197
Sultan əl-füzəla ləqəbiylə anılan Əsirəddin Əbül-Fəzl Məhəmməd ibn Tahir
əl-Axsikəti (öl. 1184?) əslən Orta Asiyalı bir türk olub Atabəylər sarayında xidmət
etmişdir. Şeirlərində Xaqani təsiri özünü göstərməkdədir.
198
193
Xaqaninin külliyyatı üçün bax. Xaqani, Seçilmiş əsərləri, Tərtib edən: Məmmədağa Sultanov, Bakı
1987; Onunla əlaqədar yazılmış ən yaxşı xarakteristika üçün bax. Bünyadov, Azərbaycan Atabəyləri, s.
222-223.
194
Rüstəmova A., Fələki Şirvani, Bakı 1986, s. 31.
195
Fələki haqqında ən yaxşı tədqiqat üçün bax. Falaki-i Shirwani. Divan, edlited by Hadi Hasan,
London 1929; Hadi Hasan M., Falaki-i Shirwani and his unique diwan in Madras, Islamic Culture,
April/1950.
196
Bünyadov, Azərbaycan Atabəyləri, s. 224.
197
Eyni yer.
198
Xaqani intiqam hissi ilə "poeziya karvanının qarətçisi" adlandırmışdır. Eyni yer.
52
Məlikül-kəlam ünvanı alan Zahirəddin Tahir ibn Məhəmməd əl-Fəryabi
(1160-1202) Orta Asiyanın Faryab şəhərindən olub Azərbaycan Atabəylərindən
Pəhləvanın, Qızıl Arslanın və Əbu Bəkrin xidmətində olmuş və Təbrizdə vəfat
etmişdir. Qəsidə janrında çoxlu şeirlər yazmış, ələlxüsus da Xaqanini təqlid
etmişdir.
199
Azərbaycan Atabəyləri sarayında fəaliyyət göstərən və yazıb-yaradan şairlər
arasında Seyyid Zülfüqar Şirvani, Qivami Mütərrizi, Fərrux Şirvani, Cövhəri,
Yusif Füzuli, Kəmaləddin Naxçıvani, Seyyid İzzəddin əl-Ələvi və d. adlarını
çəkmək mümkündür.
200
Dövrün heç şübhəsiz ən məşhur şairi Nizami təxəllüsü ilə bilinən Gəncəli
Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəki Müəyyəd Nizami (1140/1 - 1209/11)
olmuşdur. Şərq ədəbiyyatında "xəmsə" (beşlik) adıyla məruf ədəbi silsilənin əsasını
qoyan Nizami şirvanşahlar və atabəylər adına əsərlər yazmışdır. Onun bu səpkidə il
əsəri Məxzənül-əsrarı (1178/79) Ərzincan hakimi Fəxrəddin Bəhramşah ibn
Davuda (1162-1225), Xosrov və Şirini (1180/81) III Toğrul, Cahan Pəhləvan və
Qızıl Arslana, Leyla və Məcnunu (1188) Şirvanşah I Aksartana, Yeddi Gözəli
(1197) Marağa hakimi Körpə Arslana, İskəndərnaməni (1196-1200) isə Əhər
hakimi Nüsrətəddin Piştəginə ithaf etmişdir.
201
Z.Bünyadov bu dövrdə fəaliyyət göstərən məşhur alimlərin siyahısını
tutmuşdur. Bunların başında Fəxrəddin Əbülfəzl İsmail ibn əl-Müsənna ət-Təbrizi
(öl. 1185) durmaqdadır. Nizamiyyə mədrəsəsində təhsil alan bu alimin günümüzə
qədər gəlib çatmayan "Tarix-i Azərbaycan" adlı bir əsər yazmışdır. Bu qiymətli
əsərin bizə qədər gəlib çatmaması böyük bir talesizlik hesab edilməlidir.
202
Əbülfəzl Mahmud ibn Əhməd ibn Məhəmməd əl-Ərdəbili (öl. 1228) adlı
məşhur alim Nizamiyyə və Kəmaliyyə mədrəsələrində dərslər vermişdir.
203
Əbdülxalıq ibn Əbülməali ibn Məhəmməd əl-Arrani (öl. 1236) Aran əsilli
bir alim olub, Mosul və Axlatda fiqh sahəsində dərslər vermişdir.
204
Əz-Zəki ibn əl-Hüseyn ibn Ömər əl-Beyləqani (öl. 1277) məşhur fiqh alimi
olmuş, eyni zamanda da ticarətlə həyatını keçindirmişdir. Beyləqanlı alim,
monqolların hücumu üzərinə ölkəsini tərk edərək İraqa, oradan da Ədenə getmiş və
orada vəfat etmişdir.
205
Əminəddin Müzəffər ibn Əbu Məhəmməd ibn İsmail ibn Əli ət-Təbrizi
(1163-1225) adlı Təbrizli alim dövrünün məşhur fiqh bilginlərindən olmuş, əvvəlcə
Nizamiyyə mədrəsəsində, daha sonra isə Qahirənin ən-Nasiriyyə mədrəsəsində
müəllimlik etmişdir. Fiqh sahəsində bəzi ictihadlar edən alimin üç cildlik Saktül-
199
Eyni əsər, s. 224-225.
200
Eyni əsər, s. 225.
201
Eyni əsər, s. 225-226.
202
Eyni əsər, s. 230.
203
Eyni yer.
204
Eyni əsər, s. 230-231.
205
Eyni əsər, s.231.
53
fəvaid və ər-Razinin əl-Vəcizinin xülasəsi olan əl-Müxtəsər əsərləri vardır.
Ömrünün axırlarını Şirazda keçirən alim, burada da Salqurlu Atabəylərinin
hörmətini görmüşdür
206
Tacəddin Əbülfəzail Məhəmməd ibn əl-Hüseyn ibn Abdullah əl-Urməvi (öl.
1225) adlı Urmiyəli alim Fəxrəddin ər-Razinin tələbəsi olmuş və Nizamiyyə
mədrəsəsində müəllimlik etmişdir. Onun əl-Hasil adlı əsərinin əlyazması bu gün
Paris Millət Kitabxanasının Şərq Yazmaları fondunda saxlanılmaqdadır.
207
Umadətəddin Əbu Mənsur Məhəmməd ibn Əsəd ibn Məhəmməd ibn
İmadəddin Əbdülhəmid ibn Məhəmməd ət-Təbrizi (1093-1178) dövrünün məşhur
alimlərindən olub Nizamiyyədə dərslər vermişdir. Bu alim məşhur islam alimi əl-
Qazzalinin də müəllimi olmuşdur.
208
Əbu Hifz Ömər ibn Osman ibn Şüəyb əl-Cənzi (öl. 1160) adıyla tanınan bu
alim ixtisasca ədəbiyyatçı olmuşdur. Nizamiyyə mədrəsəsində və Həmədanda
dərslər vermiş və həyatının son günlərini Mərvdə keçirmişdir.
209
Əbülfəzl İsmail ibn Əli ibn İbrahim əl-Cənzəvi (öl. 1192) Azərbaycanın
Cənzə şəhərindən olan bu fiqh alimi uzun müddət Dəməşq şəhərinin baş qazısı
olmuşdur.
210
Xəttat ibn Asim ibn Bəkran Əbülfəzl ən-Naxçıvani Gəncənin Dar əl-Kütub
(kitabxana) sahibi işləmişdir.
211
Adları keçilən dövrünün bu məşhur alimləri xaricində Şəmsəddin ət-
Təbrizinin (öl. 1247) adı xüsusilə qeyd edilməlidir. Məşhur dərviş və sufi olan bu
alim Şəms Təbrizi adıyla tanınmış və Mövlana Cəlaləddin Ruminin xacəsi
olmuşdur. Rəvayətə görə, Mövlananın oğlu tərəfindən hazırlanan bir sui-qəsdə
qurban getmişdir.
212
Fiqh alimi Şeyx Əbu Hamid əl-Urməvi, məşhur qazı Şəmsəddin əl-Hüviyyi
(öl. 1242), Nizamiyyə mədrəsəsi müəllimi Qivaməddin Əbu Nəsr Yunis ibn
Mənsur ibn İbrahim əş-Şirvani (öl. 1258), əl-Atabəkiyyə mədrəsəsi müdərrisi
Kəmaləddin Əbu Abdullah Əbu Məhəmməd ibn İmadəddin Əbdülhəmid ibn
Məhəmməd Əli ibn Məhəmməd Əbu Musa ət-Təbrizi (öl. 1230/31) və digərləri də
Azərbaycan Atabəyləri Eldənizlər dövrünün tanınmış simaları arasında qeyd
edilirlər.
213
206
Eyni yer.
207
Eyni yer.
208
Eyni yer.
209
Eyni yer.
210
Eyni yer.
211
Eyni yer.
212
Eyni əsər, s. 232.
213
Eyni yer.
54
MÜNDƏRİCAT
Azərbaycan Atabəyləri Eldənizlər ............................................................................ 3
Azərbaycanda Səlcuqlu hakimiyyəti ........................................................................ 4
Gürcüstanda qıpçaq hakimiyyəti ............................................................................ 14
Eldənizlərin ortaya çıxması .................................................................................... 21
Eldənizlərin çiçəklənməsi və inkişafı ..................................................................... 25
Eldənizlərin süqutu ................................................................................................. 39
Eldənizlər dövrünün mədəni həyatı ........................................................................ 49
55
Əkbər N.Nəcəf.
SƏLCUQLU DÖVLƏTLƏRİ VƏ ATABƏYLƏRİ TARİXİ
(Oğuzların ortaya çıxmasından - XIV əsrə qədər).
NAŞİR: ġahbaz XUDUOĞLU
KOMPYUTER TƏRTİBATI: Sahib QƏNĠYEV
KORREKTOR: Ceyran ABBASOVA
Çapa imzalanmışdır: 07.01.2010
Formatı 70x100 1/16. Fiziki ç/v 47,25.
Sifarişli. Tirajı 300.
QANUN NƏŞRİYYATI
Bakı, AZ 1102,
Tbilisi pros., II Alatava 9.
Tel: 431-16-62; 493-84-30;
431-38-18
E-mail: xuduoglu@gmail.com
Web: qanun.az
Dostları ilə paylaş: |