37
Toğrul üzərinə göndərdi. Meydana gələn ramazan 586 tarixli (oktyabr 1190)
döyüşdə III Toğrul ilə İzzəddin Həsən ibn Qıpçağın ordusu darmadağın edildi.
Sultan ilə İzzəddin qaçaraq Kərkük yaxınlığında Qarkın qalasına sığınırlar.
Buradan Bağdad xəlifəsinə məktub yazıb ondan üzr istədi və arxasından da
özü Bağdada getdi. Sultan III Toğrul "bir əlində qılınc, bir əlində kəfən" xəlifənin
hüzuruna çıxmaq üçün gözləməyə başladı. Ancaq xəlifədən istədiyi köməyi ala
bilməyincə buradan Həmədan üzərinə hərəkət etdi. Həmədan yaxınlığında
meydana gələn döyüşdə Fəxrəddin Qütlüq əmrindəki atabəy ordusuna məğlub olub
əsir düşdü və Qızıl Arslanın əmri ilə Naxçıvandakı Qəhrəm qalasında zindana
atıldı.
130
Həmədanda işləri yoluna qoyan və III Toğrulu ortadan qaldıran Qızıl Arslan
buradan Azərbaycan istiqamətində hərəkətə keçərək Gəncə ilə Divin tərəflərində
fəallaşan qıpçaq-gürcü hücumlarının qabağını kəsmək istədi. Bu vaxt qıpçaqlar
Katli, Kahetiya və Abxaziyada bütün hakimiyyəti əllərinə keçirmiş, qıpçaqların
böyük bir hissəsi də xristianlığı qəbul edərək gürcüləşmişdilər. Bütün ordu və hərbi
dairələri öz nəzarətləri altında tutan qıpçaqlar vaxtaşırı Azərbaycan və Şərqi
Anadolu istiqamətində hücumlar edirdilər. Bu vaxt Kartli-Abxaziya taxtına oturan
kraliça Tamaranın qadın olmasından istifadə edən qıpçaqlar saray daxilində
intriqalara qarışaraq çariça ilə əri Georgi Rusanın arasının dəyməsinə səbəb
olmuşdular. Bunun üzərinə Georgi Rus ölkədən qaçaraq "atabəyin yanına gəlir və
Aranda özünə sığınmaq üçün bir yer istəyir". Bunun üzərinə hərəkətə keçən Qızıl
Arslan Gəncəyə gəlir və buradan da Kahetiya ölkəsinə hücum edir. Qızıl Arslan
ölkənin bir hissəsini talan edib çoxlu əsir və qənimətlə Arana qayıdır.
131
Qızıl Arslan Həmədana qayıdarkən həbsdə olan Səlcuqlu taxtının
varislərindən Səncər ibn Süleymanı da özüylə gətirərək İraq taxtına əyləşdirir.
Ancaq Bağdad xəlifəsinin məsləhəti üzərinə Səncəri yenidən həbs etdirib sultanlıq
tacını öz başına qoyur. Beləcə, Eldənizlərin hakimiyyət uğrunda mübarizəsi
Naxçıvan iqtidarlığından Səlcuqlu sultanlıq taxtına qədər bir yol keçərək öz
inkişaflarının zirvəsinə çatır.
132
Atabəy və sultan Qızıl Arslan taxtına mütləq hakim olduqdan sonra ölkədə
dağılan nizam və intizamı bərpa etməyə başlayır. Bu dövrdə siyasi ixtilafların
xaricində Səlcuqlu ölkəsində dini ixtilaflar və təriqətlər də ortaya çıxmışdır.
İsfahanda şafiilər ilə türkmənlər arasında qızğın müharibə gedirdi. İsfahan
şafiilərinin dini lideri Sədrəddin Əbu Bəkr Məhəmməd ibn Əbdüllətif özü
Xocəndli bir türk olmasına rəğmən Eldənizli atabəylərindən narazıydı. Onun bu
narazılığını bildiyinə görə də mərhum atabəy Pəhləvan şeyxi daima öz nəzarətində
130
İbn əl-Əsir,
əl-Kamil, IX, s. 218; Nişaburi,
Selçukname, s. 89; Bundari,
Zubdet, s. 302; Bünyadov,
Azərbaycan Atabəyləri, s. 84-85; Merçil,
İldenizliler, s. 96-da
"Oğuznamə"dəki məlumatı əsas alaraq
sultanın Dizmar qalasına salındığını yazır.
131
Qandzaketsi Kirakos, İstoriya, per. T. İ. Ter-Qriqoryana, Baku 1946, s. 93-94.
132
Nişaburi, Selçukname, s. 89; Ravendi, Rahat, s. 333.
38
tuturdu. Ancaq Pəhləvanın ölümündən sonra İsfahandakı öz şafi tərəfdarlarını
silahlandıran Şeyx Sədrəddin bir gecədə şəhərdəki bütün Qızıl Arslan tərəfdarlarını
qətl etdirdi. O bu hərəkətinə məşhurluq qazandırmaq üçün III Toğrulun tərəfini
tutduğunu deyirdi. İsfahanda qətliam və döyüşlər üç il boyunca səngimədi. Qızıl
Arslan sultanlıq taxtını əlinə keçirdikdən sonra İsfahan hadisələrinə müdaxilə etdi.
Əmirlərindən Qaymaz əl-Atabəki adında bir komandanın başçılığında İsfahana
böyük bir ordu sövq edən Qızıl Arslan şəhərdə öldürülən türkmənlərin intiqamını
çox ağır şəkildə aldı. İbn əl-Əsirin dediyinə görə İsfahanda elə bir qırğın meydana
gəldi ki, şəhərdə şafi tapmaq mümkün olmadı. Ancaq İsfahan hadisələri bir müddət
daha davam etmiş, nəhayət, şafi şeyxi Sədrəddinin tutulub Fəlakəddin Sunqur əl-
Təvil tərəfindən öldürülməsi ilə sakitləşmişdir.
133
Beləcə, deyir Z.Bünyadov, Həmədanda "xəlifə adından "sultan, möminlər
ərinin köməkçisi
(nasir) Müzəffər əd-Dünya vəd-Din" Qızıl Arslanın ünvanına
xütbə oxunur, onun saray darvazasının qarşısında beş dəfə "Zülqərneyn" növbəti
çalınır və o öz adından sikkə kəsdirməyə başlayır".
134
Qızıl Arslan adına kəsilmiş
dinarlar vardır. Bunların üzərində sultan kimi Qızıl Arslanın öz adı, Qurandan bir
ayə və xəlifənin adı qeyd edilmişdir.
135
Bütün bunlara rəğmən Qızıl Arslan əyyaşlığa və kef məclislərinə aludə idi.
O vaxtının çoxunu öz yaxın adamları ilə içki məclislərində və kənizləri ilə
hərəmində keçirirdi. Yenə bu kef məclislərinin birindən sonra öz yatağında sui-
qəsd nəticəsində öldürülmüşdür. Qaynaqlar onun ölüm tarixi olaraq şaban 587-ci
ili (24 avqust - 21 sentyabr 1191) göstərirlər.
136
Ə.Merçil onun haqqında
qaynaqlarda yer alan xasiyyətnaməni belə verir: "Atabəy Qızıl Arslan comərd və
gözəl əxlaq sahibi idi. Ədaləti sevər və üstün tutardı. Günahkarlara belə yaxşı
davranılmasını istəyərdi".
137
Qızıl Arslan təqribən 1138-ci ildə anadan olmuşdur,
öldüyündə 52-53 yaşında idi. Onun naşını Həmədandakı Cahan Pəhləvan
məqbərəsində torpağa tapşırdılar.
Atabəy və sultan Qızıl Arslanın ölümü İraq Səlcuqlu və Azərbaycan
Atabəyləri dövlətlərində ixtişaşların, taxt müharibələrinin başlanğıcı oldu. Bütün
Səlcuqlu coğrafiyasını saran hakimiyyət hərisliyi xəstəliyi otuz il içərisində
133
İbn əl-Əsir,
əl-Kamil, IX, s. 174; İbn əl-Fuvati,
Talhis Mecmaü'l-adab fi Mecmaü'l-elkab, Demeşq
1962-1965, c.IV/1,s. 13.
134
Bünyadov, Azərbaycan Atabəyləri, s. 86.
135
Eyni əsər, s. 86, qeyd 190.
136
Qızıl Arslanın öldürülməsi haqqında üç rəvayət vardır. Birincisi, onun öz mühafizəçiləri tərəfindən
boğulduğudur. Bir başqa rəvayətdə İnanc Xatunun əmri ilə 15 xəncər yarası nəticəsində öldürülmüşdür.
Üçüncü bir rəvayət isə ismaililər tərəfindən öldürüldüyüdür. Buna əsas olaraq da İsfahan imamı
Mütəllibin dar ağacından asılmasından sonra-şafilərin təhrikiylə ismailər tərəfindən törədildiyi
göstərilir. Bax. İbn əl-Əsir, əl-Kamil, IX, s. 218; Bundari, Zubdet, s. 302; İbn Xəldun, əl-İbər, V, s. 180-
181; Nişaburi, Selçukname, s. 89; Sibt ibn Cövzi, Mirat, VIII, s. 406; Ravendi, Rahat, s. 333;
Bünyadov, Azərbaycan Atabəyləri, s. 87; Merçil, İldenizliler, s. 96.
137
Merçil, İldenizliler, s. 96.