33
əhəmiyyət belə verməyincə Sədrəddin öz əsgərlərinə xitabən belə dedi: "O (Atabəy
Pəhləvan - Ə.N.), Əmirül-Mömünə biət etmədikcə, siz də ona itaət etmək
məcburiyyətində deyilsiniz, hətta onu əmirlikdən uzaqlaşdırıb və onunla müharibə
aparmanız lazımdır". Bunun üzərinə Atabəy Cahan Pəhləvan xəlifəyə belə bir
məktub göndərdi: "Əgər xəlifə imamdırsa, onun daimi məşğuliyyəti namaz qılmaq,
saleh əməl işləmək olmalıdır. Çünki dinin əsası və işlərin ən gözəli namazdır.
Onun bu sahədə əldə etdiyi üstünlük xalqın gözündə nümunəvi insan olmasına
kifayətdir. Allah qatında həqiqi padşahlıq budur. Xəlifənin dünya padişahının işinə
qarışmasının heç bir əhəmiyyəti yoxdur. Dünya işlərini sultana buraxmaq
lazımdır".
114
Atabəy Cahan Pəhləvanın xilafətə münasibəti klassik türk hakimiyyət
anlayışının bir nümunəsidir. Cahan Pəhləvanın sərgilədiyi bu davranışı böyük
sultan Toğrul Bəydən üzü bəri bütün Səlcuqlu sultanlarında görmək
mümkündür.
115
Atabəy Cahan Pəhləvan Anadoluda cərəyan edən məsələlərə də yaxından
müdaxilə etmişdir. Necə ki, Səlcuqlu dünyasının iki böyük hökmdarı mövqeyindən
çıxış edən Cahan Pəhləvan ilə Səlahəddin Əyyubi əl-Cəzirə və Şərqi Anadoluda
nüfuz mübarizəsi aparırdılar. Nurəddin Mahmudun məmlüklərindən hesab edilən
Səlahəddin Əyyubi əslən Ani ətrafında yaşayan köçəri türklərdəndir. Qaynaqlarda
onun üçün "Aninin kürdləri" ifadəsi keçir ki, Cahizdən də bildiyimiz kimi orta əsr
ərəb mənbələrində "köçəri", "dağlı" mənasındadır.
116
Hələbdə Zəngi Atabəylərinin
ən böyük nümayəndəsi Nurəddinin vəfatından sonra Misiri əlinə keçirən Əyyubi öz
hərbi gücündə istifadə edərək Zəngilərin əvvəlcə Hələb qolunu öz hakimiyyəti
altına almış, daha sonra da Mosul Zəngilərinə təsir etməyə başlamışdır. Mosul
hakimi Zəngilərdən İzzəddin Məsud Səlahəddin Əyyubiyə bir elçi göndərərək sülh
təklif etsə də Əyyubi buna yanaşmadı.
117
Səlahəddin Əyyubinin cavabı üzərinə
Mosul atabəyi İzzəddin Cahan Pəhləvana baş vuraraq özlərinin İraqın mətbusu
olmaları səbəbilə qorunmasını xahiş etdi. Bunu eşidən Əyyubi məhərrəm 581-ci
ildə (aprel 1185) Mosulu mühasirəyə aldı. Ancaq tam bu vaxt Ərmənşahlardan II
Sökmənin 9 rəbiül-axır 581-ci ildə (10 iyul 1185) vəfat xəbərini eşidən Səlahəddin
Əyyubi mühasirəni qaldırıb Axlat istiqamətində hərəkətə keçdi. Əyyubinin gəlişinə
qədər Axlatda Ərmənşahların başına keçən Seyfəddin Bəyteymur kömək üçün
Pəhləvana müraciət etdi. Həm Mosul, həm də Axlatdakı vəziyyəti hesaba qatan
Atabəy Pəhləvan təcili olaraq Şərqi Anadolu istiqamətində hərəkətə keçdi.
114
Ravəndi, Rahat, s. 309.
115
Türk hakimiyyət anlayışında hökmdar, yəni türk xaqanı yer üzərində Tanrının kölgəsidir. Xəlifənin
missiyası onlar üçün şamanizmdəki kamın, yəni kam atanın missiyası kimidir. Buna görə də Səlcuqlu
sultanları və atabəyləri xəlifələri dini işlərdən məsul ali insan kimi görmüşdülər.
116
Cahiz, Menakıb, s. 42; Halaçoğlu Y, "Osmanlı Belgelerine Göre Türk-Etrak Kürd-Ekrad Kelimeleri
Üzerine Bir Değerlendirme", Belleten, c. LX, Sayı: 227, Ankara 1996, s. 140-143.
117
Qaynaqlar buna səbəb olaraq elçi Muhyiddin ibn əş-Şəhrəzurinin qatı mövqeyini göstərirlər. Merçil,
İldenizliler, s. 92.
34
Səlahəddin Əyyubi ilə Cahan Pəhləvanın qarşılaşması ani bir məsələ ikən atabəyin
gücünü hesaba qatan Misir hökmdarı ordusunu burada xərcləyərək xaçlılar
qarşısında zəif vəziyyətə düşməmək üçün döyüşdən vaz keçdi. Beləcə, Atabəy
Pəhləvan ilə Əyyubi arasında şifahi bir müqavilə bağlandı. Buna görə Ərmənşahlar
öz mövqelərini qorumaqda, Mosuldakı Zəngi hakimiyyəti də davam etməkdəydi.
118
Ancaq Səlahəddin Əyyubi daha sonra Mosula hərəkət edib burasını yenidən
mühasirəyə saldı. İzzəddin Məsud Atabəy Pəhləvandan istədiyi köməyi ala
bilməyincə Əyyubi ilə ağır şərtlər altında bir müqavilə bağlamağa məcbur qaldı.
Atabəy Pəhləvanın Zəngilərə kömək edə bilməməsinin səbəbi qarnında şiddətli bir
ağrının tutması nəticəsində Həmədana aparılmasını əmr etmiş olmasıdır. Atabəy bu
ağrıdan da öldü. Mənbələr atabəyin zil-hiccə 581-ci ildə (23 fevral - 23 mart 1186)
vəfat etdiyini xəbər verirlər.
İbn əl-Əsir, Atabəyi belə xarakterizə edir: "O, İraq, Azərbaycan, Aran, əl-
Cibəl, Rey, İsfahan, Həmədan və digər ölkələrin hakimi idi. O, xoşxasiyyətli insan,
adil, müdrik və səbirli hökmdar idi. Onun hakimiyyəti illərində ölkələr əmin-
amanlıq, təbəələri isə rifah şəraitində yaşadılar".
119
Atabəy Cahan Pəhləvan təqribən 1136-cı ildə anadan olmuş və 1186-cı ildə
vəfat etmişdir. Bu hesaba görə, o öldüyündə 50 yaşında idi. Onun bu qədər erkən
vəfatı sui-qəsd məsələsini də ağıllara gətirməkdədir. Ancaq bu haqda məlumatlar
çarpaşıq olduğundan qəti bir mövqe tutmaq çox çətindir.
Cahan Pəhləvanın taxtına oturacaq varisi çoxdu. Ravəndiyə görə, öz
uşaqlarına çox bağlı olan Pəhləvanın dörd oğlu və o qədər də qızı var idi. Rey
hakimi və Eldəniz tərəfindən öldürülən İnanc Bəyin qızı İnanc Xatundan
Pəhləvanın Qütlüq İnanc Mahmud və Əmir Əmiran Ömər adında iki oğlu var idi.
Küteybə Xatundan Əbu Bəkr, Zahidə Xatundan isə Özbək adında iki oğlu və daha
sonra Naxçıvan hakimi olacaq Cəlaliyyə adında bir qızı vardır. Əslində Cahan
Pəhləvan öz övladları arasında hakimiyyəti bölüşdürmüşdür. Azərbaycan və
Aranın iradəsini oğlu Əbu Bəkrə tapşırmış, qardaşı Qızıl Arslanı da onun atabəyi
təyin etmişdir. Rey, İsfahan və İraqın idarəsi Qütlüq-İnanc ilə Əmir Əmirana,
Həmədanı isə Özbəyə vermişdir.
120
Ancaq Cahan Pəhləvanın vəsiyyətnaməsində bəzi boşluqlar var idi.
Bunlardan birincisi qardaşı və ordu komutanı Qızıl Arslanın haqları unudulmuşdur.
Əslində Atabəy Pəhləvan qardaşı Qızıl Arslanı Əbu Bəkrin "tərbiyəçisi" elan
etməklə ona hakimiyyətdə açar rolunu vermişdir. Necə ki, bu açar da hakimiyyətə
gedən yolu açacaqdır. Türk hakimiyyət ənənəsinə görə də Cahan Pəhləvandan
boşalan yerə qardaşının keçməsi lazım idi.
Atabəy Pələvanın vəfatından sonra İraq Səlcuqlu sultanı III Toğrul da
sərbəst hərəkət etməyə başladı. Cahan Pəhləvanın təsiri altında keçirdiyi onillik
118
Ravəndi, Rahat, s. 312; Bünyadov, Azərbaycan Atabəyləri, s. 73-74; Merçil, İldenizliler, s. 92.
119
İbn əl-Əsir, əl-Kamil, IX, s. 173.
120
Bünyadov, Azərbaycan Atabəyləri, s. 76, qeyd 138.