31
hərəkət edib şahzadənin ordusunu darmadağın etdi. Məhəmməd məğlubiyyətdən
sonra Xuzistana Əmiranın yanına qaçdı. Ancaq Xuzistan hakimi Atabəy
Pəhləvanın qorxusundan onu ölkəsindən uzaqlaşdırdı. Bunun üzərinə vasitə gedən
Məhəmməd, burada da qala bilməyincə Fars Atabəyləri Salqurilərdən Zənginin
yanına getdi. Ancaq Pəhləvan ona bir məktub yazaraq şahzadəni təslim etməsini,
yoxsa bunun "onun məhvinə" səbəb olacağını bildirdi. Atabəy Zəngi, Pəhləvanla
üz-üzə gəlməmək üçün Məhəmmədi həbs etdirib atabəyə göndərdi, o da onu
Sərcahan zindanlarına atdırdı.
107
Bu hadisələrdən sonra Atabəy Cahan Pəhləvan dövlətin tək hakiminə
çevrildi. Səlcuqlulara qarşı münasibəti yaxşı olmayan Sibt ibn Cövzi onun
haqqında belə yazır: "Toğrul kiçik idi və dövlət işlərini Pəhləvan ləqəbiylə ad
çıxarmış Məhəmməd ibn Eldəniz Elşah idarə edirdi. O, Həmədanda iqamət edir və
bütün dövləti idarə edirdi".
108
Ravəndi isə onu "İslamın padşahı, böyük hökmdar,
atabəy əl-əzəm, Əcəm xaqanı Şəms əd-Dünya vəd-Din Nüsrət əl-İslam vəl-
Müslimin Əbu Cəfər Məhəmməd Cahan Pəhləvan ibn Eldəniz" olaraq tərif edir.
109
Sibt ibn Cövzinin Cahan Pəhləvanı "elşah" ləqəbi daşıdığını xəbər verməsi
çox maraqlıdır.
110
Bunun bir ləqəb deyil, ölkə hakimini ifadə etmək üçün
ümumiləşmiş bir ifadə olduğu ortaya çıxmaqdadır. "el/il" türklərdə "dövlət"
mənasını ifadə edirdi, burada da "elşah" adı "dövlətin şahı" deməkdir. Bu da,
Cahan Pəhləvanın gücünü və qüdrətini ortaya qoymaqdadır.
Ancaq Cahan Pəhləvan Eldənizli Atabəylərinin ən güclü hakimi olmaqla
birlikdə Eldənizli Atabəylərinin süqutunun da birinci dərəcədən səbəbkarı idi.
Əslində nə Pəhləvan, nə də atası Eldəniz ələ keçirdikləri Səlcuqlu üsul-i idarəsində
heç bir dəyişiklik aparmamışdılar. Sadəcə, zəifləyən mərkəzi idarəni öz
qabiliyyətləri, ciddiyyətləri və şəxsi idarələri ilə gücləndirmiş, nizam və intizamı
bərqərar etmişdilər. Şəxs mərkəzli bu idarə forması sultan və ya atabəy iradəsi
güclü olarkən yaxşı işləməkdə, zəif olarkən də ayrı-ayrı əmirlərin əlində oyuncağa
dönməkdəydi. Pəhləvan öz məmlüklərinə geniş səlahiyyətlər və böyük iqtalar
vermişdir. Bu məmlüklər "əl-Pəhləvani" adını daşıyırdılar. Ancaq onları sadəcə,
adı məmlük olub, həqiqi mənada isə yarımüstəqil hakimlərə çevrilmişdilər. İbn
İsfəndiyar özünün Təbəristan Tarixinin bir yerində Pəhləvanın məmlükləri
haqqında maraqlı bir məlumat verməkdədir. Ona görə, atabəy ölümündən bir qədər
əvvəl Reyə gəlir və sarayın avlusunda öz əyanları ilə söhbət edərkən birdən
çavuşların böyük bir hay-küy qopardığını eşidir. Atabəy bu hay-küyün səbəbini
soruşanda ona Rey əmiri Siracəddin Qaymaz əl-Pəhləvaninin gəldiyi xəbər verilir.
107
Bünyadov, Azərbaycan Atabəyləri, s. 68-69; Merçil, İldenizliler, s. 90-91.
108
Sibn ibn Cövzi, Mir'at, VIII, s. 330.
109
Ravəndi, Rahat, s. 306.
110
İbn Xəlliqanda da Atabəy Pəhləvan üçün "İl-şah" (El-şah) adı keçir. Bax. İbn Khallikan's
Biographical Dictionary, transl from the Arabic by Mc.G. de Slane, vol. I-IV, Beyrut 1842-1943, c. III,
s. 361.
32
Bu hadisə qarşısında təəccübünü inkar etməyən Atabəy Pəhləvan vəzirlərindən
birinə belə deyir: "Mənim qullarım və onlara verdiyim səlahiyyətlər haqqında
fikrin nədir?" Vəzir belə cavab verir: "Qoy atabəy əl-əzəmin həyatı əbədi olsun.
Sən öz qullarını elə yüksək mərtəbələrə qaldırmısan ki, səndən sonra onlar sənin
övladlarının heç birinə itaət etməyəcək və heç biri o birisinə baş əyməyəcəkdir. Bu
qullarının ömrü davam etdiyi müddətcə İraq nə sülh, nə də asayiş görəcəkdir".
Vəzirin sözləri üzərinə atabəyin gözləri yaşarır və belə deyir: "Sən çox haqlısan!
Ancaq nə etmək olar?" Vəzir cavab verdi: "İndi artıq sadəcə və sadəcə, Allahın
iradəsinə ümid bağlamaqdan başqa çarə görünmür".
111
İbn İsfəndiyarın verdiyi bu məlumat, Eldənizlər dövründə Səlcuqlu "qulam
təşkilatının" iflas etdiyini göz qabağına çıxartmaqdadır. Hələ Eldənizlərdən çox-
çox əvvəl ordu komutanlarına verilən iqtalar irsi hakimiyyətə çevrilmişdir. Buna
görə də atabəylər və sultanlar öz mövqelərini qorumaq üçün əmirlərə, məmlüklərə
böyük imtiyazlar vermişdilər. Ancaq onlar dövlətin təməlinə döşənmiş canlı
bombalar kimiydilər. Onların sayəsində 80 illik İraq Səlcuqlu tarixində heç bir
hakimiyyət dəyişikliyi dava-savaşsız keçməmişdir. Digər tərəfdən, Atabəy
Pəhləvan da haqlı idi. Çünki Eldənizlərin özü də bu sistem sayəsində dövlətin ən
üst mərtəbəsinə qədər ucala bilmişdilər. Sadəcə, Pəhləvan öz məmlüklərini
özündən narazı salmamaq üçün onlara tanınan haqq və imtiyazları daha da
genişləndirmişdir. Bu böyük səlahiyyətlər sayəsində hər bir məmlük idarə etdiyi
torpaqların yarımüstəqil hakiminə çevrilmişdir. Atabəy Pəhləvanın vəziyyəti
gücünün və ehtişamının zirvəsində olan, ancaq öz əmirlərinə söz keçirə bilməyən
böyük sultan Səncərin vəziyyətinə oxşayırdı. Buna rəğmən Pəhləvan ölümünə
qədər məmlükləri üzərində öz otoritəsini qoruyub saxlaya bilmişdir.
112
Eldənizli Atabəyləri dövründə xilafət ilə münasibətlər çox zəif olmuşdur.
Atabəy Eldəniz özündən əvvəlki İraq hakimlərindən fərqli olaraq Bağdad və ətraf
ərazilərdə Abbasi xəlifələrinin özərk idarəsinə heç bir zaman müdaxilə etməmiş və
xilafətlər arasındakı münasibətləri İslam dünyasının ən yüksək dini məqamına
hörmət çərçivəsində qurmuşdur. 1180-ci ildə Abbasi xəlifəsi əl-Müstəzi Biəmrillah
vəfat etdi. Onun yerinə oğlu ən-Nasir Lidinillah keçdi. Xilafət dəyişikliyi üzərinə
Bağdadın şeyhuş-şuyuhu (şeyxlər şeyxi)
113
Sədrəddin Atabəy Pəhləvana bir elçi
göndərib yeni xəlifəyə biət edilməsini istədi. Ancaq Pəhləvan onun bu məktubuna
111
İbn İsfəndiyar, Tarix-i Taberistan, s. 151-152.
112
Ravəndi (Rahat, s. 309-310) və Cüzcani (Tabakat-i Nasiri, I, s. 171) Atabəy Cahan Pəhləvanın 70-ə
qədər şəxsi məmlükünün olduğunu qeyd edirlər. Bu məmlüklərin hər birinin öz iqtası və hərbi dəstələri
var idi. İbn əl-Əsir isə Atabəyin 5000-dən çox şəxsi qulamının olduğunu yazır (əl-Kamil, IX, s. 173)
113
Ərəb cəmiyyətində şeyxlərin böyük hüquqları var idi. Şeyx əslində qəbilə rəisi deməkdir. Yəni şeyx
öz qəbiləsinin bütün idari və siyasi işlərindən məsul bir rəis mövqeyində idi. Şeyxlər şeyxi məqamı
bütün ərəb şeyxlərini təmsilən qurulmuş bir idarə idi və xəlifə nəzdində geniş səlahiyyətləri vardı.
Çünki Səlcuqlular qarşısında xilafətin tək əsgəri və siyasi gücü ərəb qəbilələrinə və onların rəsiləri olan
şeyxlərə dayanırdı. Buna görə də şeyxu'ş-şuyuh məqamına hörmət böyük idi.