47
Daha sonra Şirvana hərəkət edib Dərbənd keçidindən keçərək Qafqazı keçib Dəşd-i
Qıpçaq torpaqlarına girdilər.
177
Monqolların birinci səfəri Eldənizlər ölkəsinin talan edilməsi ilə nəticələndi.
Monqollar Dəşd-i Qıpçaqda qıpçaq ordularını da məğlub edib İdil çayı üzərindən
Qazaxıstan bozqırlarına doğru hərəkət edib ölkələrinə döndülər. Monqolların
Dəşd-i Qıpçaqda qıpçaqları məğlubiyyəti üzərinə 50 min qıpçaq Dərbənd
üzərindən Arana gəldi. Qıpçaqlar Şirvanda bəzi talanlar törətdikdən sonra Gəncəyə
yaxınlaşdılar. Atabəy Özbəyin Gəncədəki naibi Qaş-Qara ordusuyla onların
qarşısına çıxsa da qıpçaqlar atabəyə itaət edib onun əmrində xidmət etmək
istədiklərini ifadə edincə Gəncə ətrafındakı torpaqlarda yerləşdirildilər. Ancaq
qıpçaqların Gəncə xalqını talan etməsi üzərinə Qaş-Qara onlara hücum edib
darmadağın etdi. Qaçan qıpçaqlar əvvəlcə Şirvana gəldilər. Ancaq burada
şirvanşah qoşunları tərəfindən məğlub edilib çoxu əsir alındı.
178
Monqol hücumundan sonra Təbrizə gələn Özbək dağıdılmış ölkənin bərpası
ilə məşğul olmaqdansa adəti üzrə öz kef məclislərinə davam etməyə başladı. Aran
sərhədlərində isə Gürcüstandakı qıpçaqlar yenidən fəallaşmış, monqolların
getməsindən istifadə edərək h. 622-ci ildə (1225) Azərbaycana bir hücum təşkil
etmişdilər. Ancaq qıpçaqlar çox irəli gedə bilmədilər. Çünki monqolların həmən
arxasından dağılmış Xarəzmşahlar dövlətin hərbi dəstələri peydər pey İraq-i
Əcəmə hərəkət etməyə başladılar.
179
Xarəzmşah Əlaəddin Məhəmmədin fəci şəkildə həyatının sona çatmasından
sonra oğlanları dağılan imperiyanın parçaları üzərində haqq iddia etməyə
başladılar. Bunlardan Qiyasəddin Pir şah İraq-i Əcəmə sahib olmuş, Cəlaləddin
Manqburnu
180
isə Hindistana hərəkət etmişdir. Cəlaləddin Hindistanda bir müddət
qaldıqdan sonra Hindistan ilə Kirman arasında yer alan çölləri "dodaqları bir damla
suya həsrət qalmış şəkildə" keçərək Kirmana, oradan da Farsa yollandı.
181
Cəlaləddindən əvvəl Pir şah İraq-i Əcəm əlinə keçirib Eldənizli mülklərinə hücum
etmişdir. Marağanı əlinə keçirən Pir şaha Atabəy Özbək sülh təklif etmiş və bacısı
Cəlaliyyə Xatunu da ona ərə vermişdir.
182
177
İbn əl-Əsir (əl-Kamil, IX, s. 340) monqolların Dərbənd keçidini necə aşdıqları haqqında maraqlı bir
məlumat verməkdədir. Ona görə, monqollar şirvanşaha elçi göndərib sülh bağlamaq haqqında öz
adamlarını göndərmələrini istədilər. Bunun üzərinə şirvanşah əsil-nəcabət sahibi 10 nəfərdən ibarət öz
elçilik heyətini göndərdi. Monqollar bunlardan birini digərlərinin gözü qabağında işgəncə ilə öldürüb,
qalanlarından Dərbənd keçidinin yolunu göstərmələrini istədilər. Beləcə, monqollar aşılmaz Qafqaz
keçidini keçərək qıpçaq diyarına getdilər.
178
Aşurbəyli S.,
Şirvanşahlar dövləti, Bakı 1997, s. 180-181.
179
Buniyatov,
Qosudarstvo xorezmşaxov, s. 166 vəd.
180
Qaynaqlarda bu hökmdarın adı "Manqburnu", bəzən də "Məngü-Berti" şəklində keçir. Manqburnu
qədim türkcədə "böyük burunlu" deməkdir. Məngü-Bərti isə "əbədi qurd" mənasına gəlir. Bu iki ad
arasında qaynaqlarda yer alan fərqin Cəlaləddinin adının tam oxunmamasından irəli gəlməkdədir.
Ayrıca, "manq" türklərdə boy adı mənasını da verməkdədir.
181
Eyni əsər, s. 167.
182
En-Nasevi, Jizneopisanie, s. 120.
48
Pir şah Eldənizləri öz vassalına çevirdikdən sonra Reyə döndü. Burada Pir
şah ilə onun ordu başçısı Yığan-Toqş
183
arasında mübahisə ortaya çıxdı və Yığan-
Toqş əmrindəki 50 min ordu ilə ondan ayrılaraq Azərbaycana hərəkət etdi.
Azərbaycanı yağmalayan Yığan-Toqş Pir şaha məğlub olunca Arana qaçdı. Qışı
Muğanda keçirən Yığan-Toqş bahar olunca yenidən Azərbaycanda peyda oldu.
Xəlifədən gələn təklif üzərinə Həmədana gələn Yığan-Toqş burada Cəlaləddin
Manqburnu tərəfindən darmadağın edilərək əsir edildi. Bununla da İraq-i Əcəm ilə
Azərbaycanda Cəlaləddinin hakimiyyəti başladı. Cəlaləddin Orta Şərqə gəldiyi
sırada buradakı bütün hakimlərə məktublar yazaraq məqsədinin monqolları
müsəlman ölkələrinə dəvət edən xəlifəni cəzalandırmaq olduğunu, onların
hakimiyyətinə toxunmayacağını bəyan etdi.
184
Ardından xilafətə aid torpaqlara
hücum edən Cəlaləddin burada üst-üstə bir neçə dəfə xilafət ordularını məğlub edib
Bağdadı mühasirə altına alsa da şəhəri ala bilməyincə Marağa xalqından aldığı
məktublar üzərinə Azərbaycana soxuldu. Cumadi-əvvəl 622-ci ildə (11 may - 9
iyun 1225) heç bir müqavimətlə qarşılaşmadan Marağanı alan Cəlaləddin şəhərin
bərpasını əmr etdi. Daha sonra Cəlaləddin Təbrizi mühasirəyə alaraq 17 rəcəb 622-
ci ildə (15 iyul 1225) Eldənizlərin paytaxtını əlinə keçirdi. Atabəy Özbək isə
mühasirədən əvvəl şəhəri tərk edib Gəncəyə qaçdı.
185
Buna rəğmən Xarəzmşah
Cəlaləddin şəhərdə qalan Özbəyin ailəsinə yaxşı davranış göstərdi və atabəyin
arvadı Məlikə Xatunun istəyini yerinə yetirərək onu Xoya göndərdi. Bir neçə həftə
Təbrizdə qalan Cəlaləddin vəziri Şərəf əl-Mülkü buraya öz naibi təyin edərək
Gürcüstana Qıpçaqların üzərinə hərəkət etdi. Bu vaxt Abxaz-Kartli krallığının
hökmdarı IV Georgi Laşa ölmüş, yerinə bacısı Rusudana (1224-1245) keçmişdir.
Cəlaləddin Manqburnu çox az qüvvətlə Araz çayını keçib, 22 ildir qıpçaq
Qoluuzunoğlunun əlində olan Divini aldı. Gerni çayı ətrafındakı Gerni qəsəbəsində
Atabək İvane Qoluuzunoğlunun
186
əmrindəki 70 minlik qıpçaq ordusu ilə
qarşılaşan Cəlaləddin iyul 1225-ci ildə onları məğlub etdi və Axıska əyalətinin
hakimi və qıpçaq ordusunun sağ qanadının komandanı qıpçaq əsilli Şalvanı əsir
aldı. Rəvayətə görə, Cəlaləddinin qıpçaq-gürcü orduları üzərindəki bu qələbəsinə
çox sevinən Atabəy Özbək belə demişdir: "gürcülər üzərinə etdiyi bu qəza, Hz.
Əlinin qəzasına oxşayır və Bədir ilə Xeybər qəzalarını unutdurur".
187
Bu vaxt Gəncədə olan Atabəy Özbək, naibi Cəmaləddin əl-Quminin
sultanın tərəfində keçməsindən qorxub Naxçıvana qaçdı və Əlincə qalasında
183
Qaynaqlarda bu əmirin adı "İğan-Taisi" olaraq keçir (bax. Bünyadov, Azərbaycan Atabəyləri, s. 118).
Doğrusu, "Yığan-Toqş" olması lazımdır.
184
Eyni əsər, s. 119-120.
185
İbn əl-Əsir,
əl-Kamil, IX, s. 258; en-Nasevi,
Jizneopisanie, s. 115 vəd.
186
Qıpçaqlar Gürcüstanda geniş torpaqlar əldə etdikdən sonra öz atabəyliklərini qurmuşdular.
Bunlardan ikisi ortodoks qıpçaq əsilli Çarlı Atabəyliyi (1267-1578), digəri isə Qoluuzunoğulları
Atabəyliyi olmuşdur. Buna görə də bunlar "atabəy" ünvanına sahib idilər. Çünki bu qıpçaq bəyləri
kralların atabəyi hesab edilirdi. Bax. Kırzıoğlu, Kıpçaklar, s. 148-162.
187
Histoire de la Georige, I, s. 490; Kırzıoğlu, Kıpçaklar, s. 145.