43
sona çatdı. Gürcüstanda qıpçaq əmirləri arasında hakimiyyət uğrunda mübarizə
qızışdı.
156
Qıpçaqların hücumunun qarşısını almaqda çətinlik çəkən Eldənizli atabəyi
Əbu Bəkr çarəni çariça Tamara ilə qohumluq əlaqələri qurmaqda gördü. İbn əl-
Əsirin məlumatına görə, Atabəy Əbu Bəkr gürcü prenseslərindən biriylə evləndi.
Atabəyin çarəsizliyinə də diqqət çəkən İbn əl-Əsir böyük tarix əsərində bəlkə də
heç bir hökmdar üçün sərf etmədiyi ən ağır sözləri Əbu Bəkr haqqında yazmışdır.
Müəllif belə deyir: "kişiliyi və iradəsi çatmırdı ki, bu alçaq işlərdən əlini çəksin. O,
gürcü çarının qızına elçi göndərdi və onunla evləndi. Ancaq bundan sonra
xristianlar ölkəni qarət etməkdən, səfərlərdən və talanlardan əl çəkdilər".
157
Zilqadə 604-cü ildə (18 may - 16 iyun 1208) Marağa Atabəyləri
Ağsunqurluların son atabəyi Əlaəddin Körpə Arslan vəfat etdi. Marağadan
meydana gələn hadisələrdən istifadə edən Əbu Bəkr Ruin-Dej qalası xaric
Ağsunqurluların bütün torpaqlarına və mülklərinə əl qoydu.
158
Eldənizli atabəyi Nüsrətəddin Əbu Bəkr h. 607-ci ildə (1210/11) vəfat etdi.
O, iyirmi il boyunca Aran və Azərbaycanı idarə etmişdir. İçkiyə aludə olması,
vaxtını kef məclislərində keçirməsi ölkəsinin zəifləməsində əsas amil olsa da Əbu
Bəkr adil bir hökmdar idi. O, atabəy ünvanı xaricində "sultan" adını da daşıyırdı.
1211-ci ildə əmisi Qızıl Arslana aid dinarların yenidən zərb edilməsinə qərar
verməsi onun ölüm tarixinin 1211-ci ilin əvvəlləri olduğunu ortaya qoymaqdadır.
Atabəy Əbu Bəkrin ən böyük qüsuru öz iradəsinə sahib çıxa bilməməsi və
əyləncəli həyata düşkün olmasıydı. Oysa, ətrafındakı əmir və məmlüklərin bir çoxu
ona qarşı yaxşı münasibət bəsləyirdilər. Məmlük Aydoğmuş belə onun
hakimiyyətinə qarşı çıxmamış və Eldəniz ailəsinə hörmətlə yanaşmışdır. Ancaq
Əbu Bəkr ona bağlanan ümidləri doğrultmamışdır.
159
Qardaşının vəfatından sonra Eldənizli Atabəyləri taxtına Özbək (1211-
1225) keçdi. Onun taxta çıxdığı vaxt İraq-i Əcəmdə vəziyyət ağır idi. Bu vaxt bir
müddətdir İraq-i Əcəmi tək başına idarə edən Aydoğmuşa qarşı Cahan Pəhləvanın
bir başqa məmlükü Nəsrəddin Məngli çıxış edərək onu məğlub etdi və İraq-i
Əcəm torpaqlarını əlinə keçirərək Rey, İsfahan, Həmədan və d. əyalətlərdə öz
adına xütbələr oxudub, "sultan" adıyla sikkələr zərb etdirdi.
160
İbn əl-Əsirə görə,
156
Geniş məlumat üçün bax. Histoire de la Georgie, I, s. 468-473, 481; İbn əl-Əsir, əl-Kamil, IX, s. 280
vəd; Ebu'l-Farac,
Ebu'l-Farac Tarihi, II, s. 490-491; Vardan,
İstoriya, s. 171; Kirakos Qandjaketsi,
İstoriya, s. 96; Bünyadov,
Azərbaycan Atabəyləri, s. 104-106; Kırzıoğlu,
Kıpçaklar, s. 143.
157
İbn əl-Əsir,
əl-Kamil, IX, s. 284.
158
Bünyadov,
Azərbaycan Atabəyləri, s. 107.
159
Eyni əsər, s. 107-108.
160
Z.Bünyadov
(Qosudarstvo xorezmşaxov, s. 85; Azərbaycan Atabəyləri, s. 108), Aydoğmuşun
əvvəlcə Bağdada qaçdığını daha sonra "İva'i (İvait) türkmənlərinin" yanına getdiyini və burada
Mənglinin öz adamları tərəfindən öldürüldüyünü yazır. Burada adları "İva'i" şəklində yazılan
türkmənlərin Yıva boyu idi. Yıvalar oğuz boylarından biri olub, bu dövrdə Şimali İraq sahəsində
yaşayırdılar.
44
Mənglidən Atabəy Özbək də qorxurdu. Məngli, Bağdad xəlifələri üçün də böyük
təhlükə olduğundan xəlifə ən-Nasir ona qarşı din düşmənləri ismaililərlə müqavilə
bağlamaqdan belə çəkinməmişdir. Xəlifə ən-Nasir, Azərbaycan atabəyi
Müzəffərəddin Özbək və ismaili hökmdarı Cəlaləddin Həsən (1210-1221) öz
aralarında Menglinin əlindəki İraq-i Əcəm torpaqlarını da bölüşdürdülər. Ərbil
atabəyi Müzəffərəddin Göy-Börü də onlara qoşuldu. Müttəfiqlərin birləşmiş
orduları Həmədana hərəkət etdilər. Cumadiəvvəl 612-ci ildə (28 avqust-27
sentyabr 1215) meydana gələn döyüşdə Məngli məğlub oldu və qaçdığı Savə
şəhnəsi tərəfindən öldürüldü. Başı isə Atabəy Özbəyə göndərildi.
161
Mənglinin
əlindən aldığı torpaqlar üzərinə Cahan Pəhləvanın məmlüklərindən Seyfəddin
Oğlamışı canişin təyin edən Atabəy Özbək özü Təbrizə qayıtdı. Ancaq daha əvvəl
Xarəzmşahların xidmətində olan Oğlamış naib təyin edildikdən sonra İraqda
xütbəni Xarəzmşah Əlaəddin Məhəmmədin adına oxutdurmağa başlayır.
162
Ancaq
xəlifə ən-Nasir ismaililərlə əlaqə qurub Oğlamışın ortadan qaldırılmasını istəyir.
Nəticədə Oğlamış İsmaili fədaisi tərəfindən 614-cü ilin əvvəllərində (yaz 1217) bir
sui-qəsdlə öldürülür.
163
Bu hadisələrdən sonra Atabəy Özbək ilə ismaili hakimi Cəlaləddin Həsən
arasında münasibətlər yaxşılaşmış, hətta Beyləqana gələn ismaili hökmdarı bir
müddət burada istirahət etmişdir. Cüveyniyə görə, atabəy Beyləqanda olarkən
Cəlaləddin Həsənin günlük xərclikləri üçün 1000 dinar və ülufə göndərirdi.
164
Oğlamışın ortadan qaldırılmasından sonra Azərbaycan atabəyi Özbək ilə
Fars Atabəyləri Salqurilərdən Səd ibn Zəngi öz aralarında ittifaq quraraq İraq-i
Əcəm torpaqlarını bölüşdürməyə başladılar. Bu münasibətlə Atabəy Özbək İraq
torpaqlarına girərək İsfahanı əlinə keçirərkən, Səd ibn Zəngidən Rey, Qəzvin,
Xuvar ilə Semnanı əlinə keçirir.
165
Bu vaxt qələbəlik bir ordu ilə Xarəzmşah
Əlaəddin Məhəmməd İraq üzərinə hərəkət etdi. O, Səd ibn Zəngini məğlub edib
Reyə soxuldu. Bunu eşidən Özbək, Əhər hakimi Piştəginlərdən Nurəddin
Məhəmmədi (1210-1230) Təbrizə göndərib özü də dağlarda yerləşən qalalardan
birinə qaçdı. Ancaq Nurəddin Məhəmməd Miyanəc yaxınlarında Xarəzmşahlara
məğlub oldu və özüylə birlikdə vəzir Rəbibəddin Dəndan da əsir düşdülər.
166
Xarəzmşah Əlaəddin Məhəmməd vəziri Nəsirəddin Dövlətyarı Atabəy Özbəkin
161
İbn əl-Əsir,
əl-Kamil, IX, s. 309; Ebu'l-Farac,
Ebu'l-Farac Tarihi, II, s. 494; İbn İsfəndiyar,
Tarix-i
Təbəristan, II, s. 175; Stroeva L.V.,
Qosudarstvo ismailitov v İrane v XI-XIII vv., Moskva 1978, s. 205;
Bünyadov, Azərbaycan Atabəyləri, s. 109; eyni müəl., Qosudarstvo xorezmşaxov, s. 85-86.
162
Nesəvi onu "Xarəzmşahın İraq naibi" adlandırmışdır. Bax. en-Nasavi, Jizneopisanie sultana Djalal
ad-Dina Mankburnı, Per. Z.M.Buniyatov, Baku 1973, s. 57; Stroeva,
Qosudarstvo ismailitov, s. 206.
163
Stroeva,
Qosudarstvo ismailitov, s. 206; Bünyadov,
Azərbaycan Atabəyləri, s. 109; eyni müəl.,
Qosudarstvo xorezmşaxov, s. 86.
164
Bünyadov,
Azərbaycan Atabəyləri, s. 109.
165
Buniyatov,
Qosudarstvo xorezmşaxov, s. 87.
166
İbn əl-Əsir,
əl-Kamil, IX, s. 313; en-Nesavi,
Jizneopisanie, s. 58 vəd; Buniyato,
Qosudarstvo
xorezmşaxov, s. 87.