45
yanına göndərərək ona təslim olmağı və Xarəzmşah adına xütbə oxutdurub, sikkə
kəsdirməyi əmr edir. Xarəzmşahın bu təkliflərini qəbul edən Özbək, Aran və
Azərbaycandakı hakimiyyətini qorusa da Əlaəddin Məhəmmədin vassalına
çevrilir.
167
Atabəy Özbək bu tarixlərdə Xaçenə bir səfər təşkil etmiş və buradakı
xristian türk əmirliyini özünə tabe etmişdir. Eyni zamanda sərhədlərdə qıpçaqların
hücumlarının çoxalması səbəbilə Xarəzmşah Əlaəddin Məhəmmədə müraciət edən
Özbəkin şikayətinə müqabil Xarəzmşah Gürcüstana bir elçi göndərmiş və
qıpçaqlar bunun üzərinə hücumlarına son vermişdilər.
168
Atabəy Özbəkin hakimiyyətinin və Eldənizlilərin son dövründə
Monqolların Orta Asiya, Orta Şərq və Qafqaza birinci yürüşü gerçəkləşdi. Cəbə
Noyon və Subeqetey Baqatırın
169
komandanlığı altında monqollar Xorasan və İraq-
i Əcəmin torpaqlarından keçərək h. 617-ci ilin qışında (yanvar 1221) Təbrizə
gəldilər. İbn əl-Əsirin şahidliyinə görə, bu vaxt Təbrizdə iqamət edən Özbək "hər
zaman olduğu kimi gecə gündüz sərxoşluq edirdi".
170
Atabəy Özbək monqollara
elçi göndərib barışıq imzalamağı təklif etdi. Monqollar Təbriz qarnizonlarındakı
xarəzmlilərin onlara təslim edilməsini istədilər. Atabəy Özbək xarəzmlilərin bir
hissəsini özü öldürtdü, qalanını da monqollara göndərdi. Bunun xaricində Özbək
onlara təzminat olaraq pul, paltar və mal-qara da verdi.
171
Monqollar Təbrizdən keçərək Arana buradan da qıpçaqların əlindəki Kartli-
Kaxetya ölkəsinə hərəkət etdilər. Zilqadə 617-ci ildə (1221) 20 minlik monqol
ordusu Tiflis yaxınlığında 10 minlik qıpçaq ordusunu darmadağın etdi.
172
Qıpçaqlarla monqollar Kotman çölündə bir kəz daha qarşı-qarşıya gəldilər. Bu
döyüşdə Arandakı atabəyin naibi Nəsirəddin Ağ-Quşun əmrindəki türkmən və
köçəri türklərdən ibarət ordu da monqolların tərəfinə keçdilər. Qıpçaqlarda,
abxazlardan, mesxetlərdən, oslardan, kartli və kaxetlərdən ibarət 60 min nəfərlik
ordunun başında isə kral IV Georgi Laşa ilə İvane Qoluuzunoğlu dururdu. Ancaq
meydana gələn döyüşdə qıpçaqlar darmadağın edildi.
173
Bu qalibiyyətdən sonra monqollar yenidən Azərbaycan qayıtdılar. Təbrizi
təkrar mühasirəyə aldılar. Ancaq atabəyin Təbriz hakimi Şəmsəddin ət-Tuğrayi
onlara bol miqdarda bəxşiş verərək şəhərdən uzaqlaşdırdı. Bunun üzərinə
monqollar istiqamətlərini Marağaya çevirdilər. Bu vaxt Marağa, Atabəy Özbəyin
oğlu Xamuşun arvadı Sülafə Xatunun iqtası hesab edilirdi. Ancaq Sülafə Xatun
şəhəri müdafiə etməkdənsə, Marağanın alınmaz qalalarından biri hesab edilən və
167
Buniyatov, Qosudarstvo xorezmşaxov, s. 87; eyni müəl, Azərbaycan Atabəyləri, s. 110-111.
168
Bünyadov, Azərbaycan Atabəyləri, s. 111.
169
Bu komandanın adı Sübidey, Subatay, Sabutay Bahadır olaraq da yazılır.
170
İbn əl-Əsir, əl-Kamil, IX, s. 335 vəd.
171
İbn əl-Əsir, əl-Kamil, IX, s. 336; Bünyadov, Azərbaycan Atabəyləri, s. 112.
172
İbn əl-Əsir, əl-Kamil, IX, s. 336.
173
İbn əl-Əsir, əl-Kamil, IX, s. 336; Kirokos Qandjaketsi, İstoriya, s. 137-138; Vardan, İstoriya, s. 174-
175;
Histoire de la Georgie, I, s. 488 vəd; Kırzıoğlu,
Kıpçaqlar, s. 143.
46
bir vaxtlar Ağsunqurluların xəzinəsinin qorunduğu Ruin-Dej qalasında gizlənməyi
tərcih etdi. Belə olan halda monqollar Marağanı mühasirə edib şəhəri ələ keçirdilər
(4 səfər 618/30 mart 1221). Şəhərin haradasa bütün əhalisini qılıncdan keçirən
monqollar, Marağanı tanınmaz hala gətirdilər.
174
Cebe və Subuqatey başçılığında monqollar əl-Cəzirə üzərindən Suriyaya
qədər hərəkət etdilər. Daha sonra Eldənizlərə və İraq Səlcuqlularına uzun müddət
paytaxtlıq edən Həmədana hücum etdilər. Həmədanı əllərinə keçirən monqollar
şəhəri xarabaya çevirdikdən sonra yenidən Azərbaycana girdilər və bu dəfə
Ərdəbili özlərinə hədəf seçdilər. Bu dövrdə Ərdəbil köhnə ehtişamını itirmiş,
xüsusilə də qıpçaq-gürcülərin hücumundan sonra balaca bir şəhər halına gəlmişdir.
Şəhəri dağıdan monqollar
175
yenidən Təbrizə gəldilər. Atabəy Özbək qalası
Naxçıvana qaçdı. Təbriz şəhər hakimi Şəmsəddin ət-Tuğrayi isə monqollara
hədiyyələr verərək şəhəri onların hücumundan qurtardı. Monqollar buradan Səraba
yollandılar, Sərabda da Ərdəbildə etdiklərini təkrarlayan monqollar buradan
Naxçıvana hərəkət etdilər. Naxçıvan kəndlərinin əhalisini öldürməyə başlayınca
Atabəy Özbəyin oğlu Xamuş onların yanına gəlib üzrxahlıq etdi. Monqollar da
onlara toxunulmazlıq əlaməti olaraq üzərində damqa olan ağacdan qayrılmış bayqu
verdilər.
176
Monqollar buradan yenidən Ərdəbilə gəldilər. Buradan da Beyləqana
hücum etdilər. Ramazan 618-ci ildə (19 oktyabr - 17 noyabr 1221) Beyləqanı ələ
keçirən monqollar qışı Muğan ovasında keçirdikdən sonra şimal-qərb istiqamətində
hərəkət edərək Tiflisə gəldilər. Burada Gürcüstanda qıpçaqlara hücum etdilər. Qag
(Göy) ovasında meydana gələn döyüşdə qıpçaqlar 30 min əsgərlərini vuruşma
meydanında ölü olaraq tərk edib qaçdılar. Kral IV Georgi Laşa ilə ordu başçısı
İvane Qoluuzunoğlu canlarını güclə qurtara bildilər. Gürcü qaynaqlarının "Tatar və
Muqal" adı verdiyi monqollar yenidən Kür sahillərinə gəlib Muğanda qışladılar.
174
İbn əl-Əsir, əl-Kamil, IX, s. 337.
175
Monqollar Ərdəbili mühasirə aldıqlarında orta əsrlərin məşhur İslam tarixçisi və coğrafiyaçısı Yaqut
əl-Həməvi şəhəri tərk etmək üzrə idi. Buna görə də Ərdəbil haqqında geniş məlumat vermişdir. Yaqut
Ərdəbilin monqol hücumu sırasında vəziyyətini belə təsvir etmişdir: "Mən şəhəri tərk etdikdən sonra
Tatarlar buraya yaxınlaşıb əhalini qırmağa başladılar. Tatarlarla şəhər xalqı arasında döyüşlər cərəyan
etdi; camaat düşmənə qarşı var gücüylə müqavimət edirdi. Hətta onlar şəhərə girmək istəyən Tatarları
iki dəfə geri qovdular. Ancaq monqollar şəhərə üçüncü dəfə hücum etdilər. Xalqın isə dayanacaq gücü
qalmamışdır. Buna görə Tatarlar güc bəla şəhərə girdilər. Müsəlmanların üzərinə hücum çəkən
monqollar bir nəfəri də sağ buraxmayıb hamını doğradılar. Sadəcə, saxlanaraq gizlənənlər öz həyatlarını
qurtara bildilər. Tatarlar şəhərdə böyük vəhşiliklər törətdilər və sonra da buranı tərk etdilər. Əhalisi
öldürülmüş şəhər viranəyə qalmışdır. Qorxuducu bir mənzərə ortaya çıxmışdır". Yakut əl-Hamavi,
Mucemü'I-Buldan, Kahirə (tarix yox). I, s. 183.
176
Fəzlullah Rəşidəddin bunu "payszu" olaraq yazır ki, bu
"bayqu"nun Çincə oxunuşudur. Z.Bünyadov
da "payszu" şəklində vermişdir. Bax. Raşid ed-Din, Sbornik letopisey, Perevod s persdskiy
O.İ.Smirnovoy, Moskva-Leninqrad 1952, tom I, kniqa 2, s. 228; Bünyadov, Azərbaycan Atabəyləri, s.
114-115.