41
Xəlifə ən-Nasir, Özbək ilə Gökcə arasındakı münasibətləri düzəldərək
Xarəzmşahlara qarşı vahid cəbhə qurmaq məqsədi daşıyırdı. Xəlifə bu vaxt
Bağdada gələn Əyyubilərin məşhur əmiri Əbül-Hayc əs-Sam Tosqun başçılığından
böyük bir ordu hazırladı. Ancaq bu ittifaq Özbək ilə Əbül-Hayc arasının açılması
səbəbilə pozulur və xəlifə ilə Özbəyin yaxınlaşmasından qorxan Əyyubi
komandanı Ərbilə qaçır. Bir müddət sonra Özbək də Həmədanı tərk edərək
Azərbaycana gəlir. Rəcəb 593-cü ildə (20 may - 18 iyun 1197) qardaşı Atabəy Əbu
Bəkrdən aldığı Bahaəddin Sumbat, Şişaq və Nəsrəddin Ağ Quş əmrindəki
ordularla Həmədana qayıdan Özbək burada Gökcə ilə mübarizəyə başlayır. Bu
vaxt Xarəzmşah Təkiş vəfat edir və taxta oğlu Əlaəddin Məhəmməd (1200-1220)
keçir.
148
Xarəzm taxtında meydana gələn hökmdar dəyişikliyindən istifadə edən
Gökcə, Özbək və Əbu Bəkr İraq-i Əcəm bölgəsindəki fəallıqlarını artırırlar.
Həmədana gələn Atabəy Əbu Bəkr buranın idarəsini qardaşına verib, İsfahanı öz
əlinə alır. Reyin idarəsi isə Gökcəyə verilir. Beləcə, İraq Səlcuqlu torpaqları
Eldənizlər ilə onların məmlükləri arasında bölüşdürülür.
149
Ancaq az sonra
Eldənizlərlə onların məmlükləri arasındakı ixtilaf yenidən canlandı. Əslində bütün
günlərini kef və eyş-işrət məclislərində keçirən atabəyin
150
yerinə Eldənizlərin
idarəsi vəzir Cəlaləddin Ay-Abanın əlində idi. Bu durum Gökcənin gücünün
artmasına səbəb oldu. Eldənizlərin əmrindəki bir çox ordu əmiri də Gökcənin
tərəfinə keçmişdir. Gökcə tezliklə Həmədana da sahib oldu.
Ancaq Gökcənin zalimliyi ona qarşı digər məmlüklər arasında narazılıqların
ortaya çıxmasına səbəb oldu. Cahan Pəhləvanın bir başqa məmlükü Şəmsəddin
Aydoğmuş Gökcəni öldürüb onun əlindəki Rey, Həmədan və əl-Cibəl vilayətlərini
işğal etdi. Aydoğmuş ələ keçirdiyi bu torpaqların "sultanı" olaraq Özbəki hökmdar
elan edib, Aran və Azərbaycan xaric İraq Səlcuqlu torpaqlarının tamamını əlinə
keçirdi. Aydoğmuş özünü sultan Özbəkin atabəyi elan etmişdir.
151
Atabəy Əbu Bəkrin idarəsi altında olan Aran və Azərbaycanda da istiqrar
pozulmuşdur. Qıpçaqlar Aran torpaqlarında tüğyan edirdilər. Azərbaycanda isə
Marağa hakimi Körpə Arslan, Ərbil atabəyi Göy-Börü ilə müqavilə bağlayıb
148
Buniyatov Z.M.,
Qosudarstvo xorezmşaxov-anuşteqinidov 1097-1231 qq., İzbrannıe soçineniya v
trex tomax, t. 3, Baku 1999, s. 68; eyni müəl., Azərbaycan Atabəyləri, s. 100.
149
Ravendi, Rahat, s. 369; Bünyadov, Azərbaycan Atabəyləri, s. 100.
150
Dövrün tarixçiləri də atabəyi bu davranışları ucbatından ağır bir dillə tənqid etmişlərdir. Misal üçün,
vəkanüvis Ravəndi onun haqqında belə deyir: "Əgər mən desəm ki, bu hərəkət ağıldan, dərrakədən,
bilikdən, məhəbbətdən, rəğbətdən, hakimiyyətlikdən və idarəsindəki torpaqları yönətməkdən uzaqdır, o
zaman mən heç bir şey deməmiş kimiyəm. O, ağzına qədər var-dövlətlə dolu və əmin-amanlığa çatmış
ölkəni ən alçaq adamların ixtiyarına verdi. ... Bu adamların caniliyini necə təsvir edə bilərəm? Vəzir
məqamını əmirlik vəzifəsini elə adamlar tutmuşlar ki, onların adlarını çəkmək belə eyibdir". Bax.
Ravendi, Rahat, 370.
151
Ravəndi onu "xeyirxah və adil" bir əmir olaraq adlandırmaqdadır (Rahat, s. 372). İbn əl-Əsirə görə,
Aydoğmuş "cəsur cani" idi
(əl-Kamil, IX, s. 265).
42
Təbrizi ələ keçirməyə hazırlaşırdı. Körpə Arslan ilə Müzəffərəddin Göy-Börü
ittifaqı qarşısında Atabəy Əbu Bəkr ilə Aydoğmuş birlikdə hərəkət edərək onların
üzərinə hücum etdilər. Bunu eşidən Ərbil atabəyi Göy-Börü təcili Azərbaycanı tərk
etdi. Aydoğmuş ilə Atabəy Əbu Bəkr bunun üzərinə Marağanı mühasirəyə aldılar.
Ancaq Əlaəddin Körpə Arslan sülh təklif edincə mühasirəni qaldırdılar.
Müqaviləyə görə Marağa qalalarından biri Əbu Bəkrə, Uşnu ilə Urmiyə də Körpə
Arslana verildi.
152
Bu dövrdə Azərbaycanın şimalında vəziyyət xeyli ağırdı. Qıpçaqlar Kartli-
Kaxetiya üzərindən tez-tez ölkəyə yağma məqsədli hücumlar təşkil edirdilər. Bu
hücumlardan ikisi h. 601-ci (1204/05) və 602-ci (1205/06) illərdə meydana
gəlmişdir. İlkində qıpçaqlar Azərbaycana soxuldular. Daha sonra buradan
Ərmənşahların torpaqlarına girib Malazgirdə qədər hərəkət etdilər. İkincisində isə
qıpçaqlar Aranın qərbi istiqamətində hərəkət edib Axlatın bir neçə vilayətini
yağmaladılar. Əvvəlkilərdən fərqli olaraq bu hücumları yeni qıpçaqlar təşkil
edirlər. Onlar Şimali Qara dəniz bozqırlarından Gürcüstana yeni gəlmişdir.
153
Tam bu sırada 10 min qədər süvari, ailələri ilə 50 qədər xarəzmli şərqdən
ölkə sərhədlərinə girib Zəncana qədər yeridilər. Buradan Aydoğmuşun ordusu
tərəfindən pusquya salınan xarəzmlilər darmadağın edildilər.
154
Bundan sonra
Aydoğmuş özünü bütün İraq Səlcuqlu torpaqlarının "böyük xaqanı" elan etdi.
155
H. 607-ci ildə (1210/11) qıpçaqları bu zamana qədər Azərbaycana
düzənlədikləri ən böyük yürüşlərinə çıxdılar. Qıpçaq ordularının komutanı Zaxare
Qoluuzunoğlu əvvəlcə Yuxarı Murad boylarını istila etdi. Ancaq burada
Əyyubilərdən Məlik Əşrəf Musa (1210-1237) tərəfindən məğlub edilincə qıpçaqlar
üzlərini Azərbaycana çevirdilər. Qıpçaqlar Azərbaycanın mərkəzinə qədər
irəliləyib Mərənd və Ərdəbil kimi böyük şəhərləri zəbt edib talan etdilər.
Arxasından Zəncan, Qəzvin və Əhəri yağmaladılar. Qıpçaqlar sadəcə, Ərdəbildə
12 min insanı öldürdülər. Böyük qənimətlər, əsirlər və bəxşişlərlə geri dönən
qıpçaqların qarşısına Azərbaycanda çıxacaq bir gücün olmaması onların
talanlarının daha da dağıdıcı olmasına səbəb olmuşdur. 1212-ci ildə Gürcüstanda
qıpçaq orduları baş komandanı Zaxare Qoluuzunoğlu (Mxarqrdzeli) öldü, yerinə
isə qardaşı İvane Qoluuzunoğlu keçdi. Ondan iki il sonra 1214-cü ildə çariça
Tamara vəfat etmiş, taxta isə 18 yaşlı oğlu Georgi Laşa IV Georgi (1214-1222)
adıyla çıxmışdır. Tamaranın ölümü ilə "Kartli-Kaxetya və Abxaziyanın qızıl əsri"
152
İbn əl-Əsirin (əl-Kamil, IX, s. 283) verdiyi bu müqavilə şərtnaməsi bizə bir az şübhəli
görünməkdədir.
153
Histoire de la Geoirgie, I, s. 456-463.
154
İbn əl-Əsir,
əl-Kamil, IX, s. 282; Bünyadov,
Azərbaycan Atabəyləri, s. 103; eyni müəl.,
Qosudarstvo
xorezmşaxov, s. 84-85.
155
Bünyadov,
Azərbaycan Atabəyləri, s. 103-104; eyni müəl.,
Qosudarstvo xorezmşaxov, s. 85.