39
bölgənin bütün maddi və insan qaynaqlarını tükətdi. Ravəndinin dediyi kimi,
"İraqın bədbəxçiliyinə səbəb olacaq satqınlıq" tüğyan etməyə başladı.
138
Eldənizlərin süqutu
Atabəy və Sultan Qızıl Arslanın öldürülməsi ilə Azərbaycan Atabəyləri iki
yerə parçalandı. Əslində İraq Səlcuqlu dövləti ilə Azərbaycan Atabəyləri bir-
birindən ayrıldılar. Aran və Azərbaycan ilə ona bağlı əyalətlərin idarəsi Atabəy
Əbu Bəkrin hakimiyyəti altına keçərkən, İraq Səlcuqlu dövlətinin atabəylik taxtını
Qütlüq İnanc əlinə keçirdi. Təkrara yol verməmək üçün Qütlüq İnancın atabəyliyi
İraq Səlcuqluları bəhsi içində keçdiyindən biz burada sadəcə, Azərbaycan
Atabəylərinin sonrakı tarixi üzərində duracağıq.
Qızıl Arslan öldüyündə Cahan Pəhləvanın dul arvadı Qüteybə Xatun
sultanın barmağındakı üzüyü və eyni zamanda möhürü çıxarıb oğlu Əbu Bəkrə
verərək belə deyir: "Get Azərbaycan və Aranın hakimiyyətinə sahib ol!"
139
Naxçıvana gələn Əbu Bəkr, ögey anası Zahidə Xatunun əmrində olan Əlincə
qalanısı alır və buradakı atabəy xəzinəsini əlinə keçirir, daha sonra da Azərbaycan
və Aranın bütün hakimlərinə öz atabəyliyini qəbul etdirir.
Ancaq Pəhləvan oğulları arasında hakimiyyət uğrunda şiddətli mübarizələr
başladı. Bir tərəfdə Əbu Bəkr və Özbək (Həmədan hakimi), digər tərəfdə isə
Qütlüq İnanc və Əmir Əmiran Ömər ikiliyi taxtın tək varisi qalana qədər silahlarını
yerə qoymadılar. 1192-ci ilin axırlarında Əbu Bəkir ilə Qütlüq və Ömər qardaşları
üzləşdilər. Təbriz yaxınlığında cərəyan edən döyüşdə müzəffər olan tərəf Əbu Bəkr
oldu. Məğlublardan Qütlüq İnanc Semnana, Əmir Əmiran Ömər isə Şirvana
qaçdılar. Buradan da Əmir Əmiran Ömər Gürcüstana qıpçaqların diyarına hərəkət
etdi. Ələ keçirdiyi böyük qənimətlə Əbu Bəkr Naxçıvana dönərkən, Əmir Əmiran
Ömər də Kartli-Abxaziya sarayının yolunu tutmuşdur. Baba tərəfdən özü də qıpçaq
olan Əmir Əmiran Ömər çariça Tamara və qıpçaq komandanları tərəfindən yüksək
qarşılandı. Gürcü səlnaməsinin dediyi kimi "ata-babalarının ləyaqətinə uyğun
şəkildə onunla davrandılar".
140
Beləcə, kraliça Tamaranın dəstəyini alaraq qıpçaqlardan ibarət böyük bir
orduyla Arana hərəkət edən Əmir Əmiran Ömər burada Əbu Bəkrdən narazı
türkmən əmirlərini də öz tərəfinə çəkdi. Bu vaxt Əbu Bəkr də Naxçıvandan Arana
gəldi. Müttəfiqlər də (Əmir Əmiran, Şirvanşah və gürcü-qıpçaq birlikləri ilə Gəncə
və Qarabağ türkmənləri) Kürün sağında yerləşən Zəyəm ətrafına gəldilər. İki ordu
138
Ravəndi, Rahat, s. 310.
139
Ravəndi,
Rahat, s. 333; Bundari,
Zubdet, s. 302; İbn İsfəndiyar,
Tarix-i Təbəristan, s. 254;
Bünyadov, Azərbaycan Atabəyləri, s. 87.
140
El-Hüseynidən nəqlən Bünyadov, Azərbaycan Atabəyləri, s. 95; Gürcü səlnaməsi bu haqda belə
yazır: "Şirvanşah və Əmir Əmiran ilə kral və kraliça, bir-birlərinə hədiyyələr verib bir həftə boyunca ov
ovladılar, çovqan oynadılar və vaxt keçirdilər". Bax. Histoire de la Georgie, I, s. 435.
40
Şamxor yaxınlığında üz-üzə gəldilər. Döyüşü Əbu Bəkr uduzdu və Beyləqana
qaçdı. "Vuruşma ordunun əsas qüvvələri ildə deyil, öncü güclərlə - onlara Qıpçaq
dilində çalk və çançak deyilir - oldu".
141
Döyüşdən sonra Əmir Əmiran Ömər
Gəncəyə hərəkət etdi və gəncəlilərlə müqavilə bağlayaraq şəhəri təslim aldı.
Burada o Məhəmməd Taparın taxtına oturdu. Ancaq 22 gün sonra öldü. Bunu
eşidən Əbu Bəkr təcili şəhərə gəlib Gəncəni aldı.
142
Əmir Əmiran Ömərin ölümünü və Əbu Bəkrin Gəncəni aldığını eşidən
qıpçaq-gürcü orduları başçısı qıpçaq əsilli İvane Qoluuzunoğlu (Mharqradzeli)
143
Gəncəyə hücum etdi. Şəhəri 25 gün mühasirə etdikdən sonra ala bilməyincə
Naxçıvan istiqamətində hərəkət etdi. H. 599-cu ildə (20 oktyabr 1202 - 9 oktyabr
1203) qıpçaqlar Divini mühasirəyə aldılar. Divini əllərinə keçirən qıpçaqlar burada
böyük qətliamlara səbəb oldular.
144
Vaxtının çoxunu kef məclislərində keçirən Atabəy Əbu Bəkrin bu olanlara
reaksiyası İbn əl-Əsirə görə "elə bil bütün bunların onun üçün əhəmiyyəti yoxdur"
şəklində idi.
145
Qıpçaqların Naxçıvana hücum etməsindən qorxan atabəy Təbrizə
çəkildi. Burada Xarəzmşah Təkişdən İraq və Azərbaycanın idarəsinin ona
verildiyini yazan bir mənşur aldı. Ancaq Xarəzmşahın hüzuruna getməyib qardaşı
Özbəyi göndərdi. Özbək Həmədanda Xarəzmşah tərəfindən böyük hörmət və
izzətlə qarşılandı. Təkiş, İraq-i Ərəb, İraq-i Əcəmin idarəsini Özbəyə tapşırıb
məlikül-üməra Cəmaləddin Ay-Abanı onun vəziri təyin etdi. Görünür, Təkiş,
Özbəyin şəxsində İraq Səlcuqluları torpaqlarını vahid bir idarədə birləşdirmək
istəyirdi.
146
Xarəzmşah Təkişin Xarəzmə qayıtmasından sonra İraq məmlükləri bir yerə
yığışaraq Xarəzmşahlara qarşı mübarizəyə başladılar. İttifaqın başında duran
Cahan Pəhləvanın məmlükü İzzəddin Əbül-Müzəffər Gökcə ibn Abdullah ət-Türki
ilə birlikdə xəlifə ən-Nasir də Xarəzmlilərə qarşı hərəkətə keçmişdir. Xarəzmşah
tərəfindən Özbəyə verilən köhnə İraq Səlcuqlu torpaqları xəlifə ilə Gökcə arasında
bölüşdürüldü. Rey, Savə, Qum, Kaşan Gökcənin, İsfahan, Həmədan, Zəncan və
Qəzvin isə xəlifənin əlinə keçdi. Özbək isə Həmədanın idarəsini öz əlinə aldı.
147
141
Eyni əsər, s. 444; Bünyadov, Azərbaycan Atabəyləri, s. 96.
142
Əmir Əmiran Ömərin ölməsi haqqında fərqli rəvayətlər vardı. Gürcü səlnaməsi zəhərləndiyini, İslam
qaynaqları isə xristianları müdafiə edib müsəlmanlara pis davrandığı üçün əyanlar tərəfindən
öldürüldüyünü yazırlar. Bax. Histoire de la Georigie, I, s. 446; Bünyadov, Azərbaycan Atabəyləri, s. 97.
143
Bu komandan qıpçaq olub xristianlığı qəbul etmişdir. Onun əsl adı Qoluuzunoğludur. Buna görə də
gürcü qaynaqlarında onun adını gürcücəyə tərcümə edib "Mharqradzeli" yazılmışdır. Gürcü tarixində
Qoluuzunoğulları çox məşhur bir ailə olmuş, ən məşhurları ordu baş komandanları Şalve və İvane
qardaşları ilə Zakarya Qoluzunoğulu olmuşdur. Bax. Kırzıoğlu, Kıpçaklar, s. 139.
144
İbn əl-Əsir,
əl-Kamil, IX, s. 260; Vardan,
İstoriya, s. 169.
145
İbn əl-Əsir,
əl-Kamil, IX, s. 260.
146
Ravəndi,
Rahat, s. 357; Bünyadov,
Azərbaycan Atabəyləri, s. 99.
147
İbn əl-Əsir,
əl-Kamil, IX, s. 234; Bünyadov,
Azərbaycan Atabəyləri, s. 99.