35
dövr haqqında danışan Ravəndi, III Toğrulun "insanlara həsəd apardığını, gününü
əyləncə və kef məclislərində keçirdiyini, atabəyin isə vuruşmalarda ağır zəhmətlər
çəkdiyini" qeyd edir.
121
Bu onun siyasi cəhətdən çox təcrübəsiz olduğunu ortaya
qoymaqdadır. Cahan Pəhləvanın əmrindəki məmlüklər və əmirlər də taxt
iddiaçıları arasında üçə bölünmüşdülər. Ordunun böyük bir hissəsi Qızıl Arslanın
tərəfində idi. Əmirbar (rəsmi mərasim əmiri) Mahmud Anasıoğlu, Qəzvin əmiri
Nurəddin Qara, Natanz hakimi Nurəddin Qıran Huvan, Rey əmiri Siracəddin
Qaymaz, Qarac valisi Əbu Duləf, Fərrazin hakimi və Atabəy Pəhləvanın məlikül-
ümərası Cəmaləddin Uluq Barbəy Ay-Aba əl-Fərrazin Qızıl Arslanın atabəyliyini
dəstəkləyirdilər. Cəmaləddin Ay-Aba, Seyfəddin Rus və Cəmaləddin Öz-Aba
Qütlüq İnanc ilə Əmir Əmiran Ömərin; İzzəddin Miyak əl-Atabəyi, Qaragöz əl-
Atabəyi, Bəşir və Sevinc Aba sultan III Toğrulun tərəfini tuturdular.
122
Bu əmirlərin özləri arasında da ixtilaflar var idi. Hətta əl-Carbazağani "bu
məlüklər ifritə və ifritə nəslindən idi" deyərək onlar arasında cərəyan edən ədavətin
ölkənin iflasına yol açdığını qeyd etməkdədir.
123
Atabəy Cahan Pəhləvanın ölüm xəbərini bir müddət gizli tutan arvadı İnanc
Xatun əmirlərlə dəfələrcə görüşərək hakimiyyətə oğlanlarının keçməsinə çalışsa da
onun bu cəhdləri səmərə vermədi. Əmirlər atabəy əl-əzəm məqamında Qızıl
Arlsanı görmək istədiklərini dilə gətirdilər. Əmirlərin bu görüşü qarşısında çarəsiz
qalan sultan III Toğrul da Qızıl Arslana bir fərman göndərərək onu atabəy elan
etdi. Həmədana gələn Qızıl Arslan atabəylik taxtına oturdu. Ancaq bir müddət
sonra Qızıl Arslan sultanın əmri ilə məmlüklərdə Qaragöz tərəfindən ona qarşı sui-
qəsd hazırlandığını öyrəndi. Sui-qəsd atabəyin Həmədanda qarşılanma mərasimi
sırasında həyata keçirilməli idi. Ancaq sultanın işarəti ilə plan təxirə salınmışdır.
Bunu öyrənən Qızıl Arslan Qaragözü həbs etdirib gözlərinə mil çəkdirdi. Bu hadisə
atabəy ilə sultan arasında münasibətlərin korlanmasında atılmış ilk addım oldu.
124
Qızıl Arslanın narazı əmirlərə divan tutması güc tərəzisinin sultan və İnanc
Xatun lehinə dəyişməsinə səbəb oldu. Əmirlərdən Cəmaləddin Ay-Aba ilə
Seyfəddin Rus III Toğrulun tərəfinə keçdilər. Əbhər hakimi Bahaəddin əd-Dövlə,
Zəncan hakimi İl-Kifşat və Marağa Atabəyi Körpə Arslan da onların yolunu tutdu.
Bu yeni ittifaqın məqsədi atabəylik taxtına Qütlüq İnancın oturdulması idi. Bunun
üzərinə sultan ilə atabəyin orduları h. 583-cü ildə (1187/88) Həmədan yaxınlığında
toqquşdular. Vuruşmalar iki gün davam etdi. İkinci günün axırında Qızıl Arslan
121
Ravəndi, Rahat, s.310.
122
Bünyadov,
Azərbaycan Atabəyləri, s. 78. Z. Bünyadov
"pəhləviyyə" adıyla Eldənizlər və İraq
Səlcuqlu tarixində məşhur əmirlərin də adlarını vermişdir (eyni əsər, s. 78-79). Bunlar: Nurəddin
Gökçə, Şəmsəddin Aydoğmuş, Adamış (Ödəmiş), Nəsirəddin Mengli, Qay-Aba (Kay-Aba),
Seyfəddin Oğlamış, Bədrəddin Dizmari, Nəsirəddin Ağ-Quş, Seyfəddin Sunqurca, Seyfəddin Bəklik
əs-Sadidi, Buqday, İzzəddin Balban və d.
123
Eyni əsər, s. 79.
124
Ravəndi,
Rahat, s. 313.
36
ordusunu meydandan çəkmək məcburiyyətində qaldı. Bu müvəffəqiyyət sultan
ordusunda rahatlığa yol açdı. Ay-Aba ilə Rus bir-birinə girdilər. Nəticədə Ay-Aba
Rusu öldürmüş, sultan da əmrini yerinə yetirmədiyi üçün Ay-Abanı edam
etdirmişdir.
125
Bu dəfə atabəy tərəfdarlarına divan tutmaq sırası sultanda idi. Bu
qətliamda vəzir İzzəddin, Həmədan rəisi Fəxrəddin, Rey valisi Siracəddin Qaymaz
və Bədrəddin Qaragöz öldürüldülər.
126
Sultanın bu davranışları Qızıl Arslanın daha qəti tədbirlər almasına səbəb
oldu. Eldənizli atabəyi əvvəlcə Bağdad xəlifəsi ən-Nasir Lidinillaha müraciət etdi.
Abbasi xəlifələri isə Səlcuqluların zəif vəziyyətindən istifadə edərək bu türk
dövlətinin ortadan qalxmasını istəyirdilər. Buna görə də Qızıl Arslanın təklifini
məmnuniyyətlə qəbul etdilər. Xəlifə ən-Nasir bir ordu hazırlayaraq Həmədan
istiqamətində yola çıxartdı. Həmədan ətrafındakı Day-Mərgdə meydana gələn
döyüşdə Qızıl Arslanın gəlməsini gözləməyib vuruşmaya girən Cəlaləddin ibn
Yunis başçılığındakı xəlifə qüvvələri III Toğrul tərəfindən darmadağın edildi (6
may 1188). Bu hadisə üzərinə Atabəy Qızıl Arslan Kirmanşah istiqamətində
çəkildi.
127
Məğlubiyyət xəbərini eşidən xəlifə təcili ikinci bir ordu təşkil etdi və başına
da Mücahidəddin Xalis əl-Xassi gətirdi. H. 584-cü ildə (dekabr 1188) xəlifə ilə
sultan arasında ikinci vuruşma meydana gəldi. Bu dəfə III Toğrul Həmədanı tərk
edib İsfahana qaçdı. Abbasi ordusu paytaxtı tutdular, Qızıl Arslan da buraya gəldi.
Həmədanda xəlifənin əmriylə taxta Qızıl Arslan oturduldu və Bağdadda onun
adına "hökmdar və möminlər əmirinin köməkçisi" adıyla xütbə oxuduldu. Bu,
Səlcuqlu tarixində ilk hadisə idi ki, bir atabəy sultanlıq taxtına keçirdi.
128
Bunun üzərinə III Toğrul Azərbaycan soxuldu. Azərbaycanda İzzəddin
Həsən ibn Qıpçaq başçılığında
129
türkmənlərdən ibarət 50 minlik qoşun toplayan
III Toğrul sırasıyla Uşnu, Urmiyə, Xoy və Səlması işğal edərək Həmədana
yaxınlaşmağa başladı. Sultan hətta Qızıl Arslana qarşı Misirdə Əyyubilər
dövlətinin qurucusu Səlahəddin Əyyubidən də kömək istədi. Ancaq Əyyubi
xaçlılarla müharibələri səbəb göstərərək İraq Səlcuqlu taxtında meydana gələn
hadisələrə qarışmaqdan uzaq durdu. Nəticədə sultan ilə atabəy öz niyyətlərini
döyüş meydanında paylaşmağa qərar verirlər. Bu vaxt Reydən qardaşı oğulları
Qütlüq İnanc ilə Əmir Əmiran Ömər Həmədana gəlib əmilərinin xidmətinə girirlər.
Cahan Pəhləvanın dul arvadı İnanc Xatun da Qızıl Arslan ilə evləndi. Beləcə, Qızıl
Arslan İraq Səlcuqlu taxtının mütləq hakimi olur. Arxasından da Əbu Bəkiri
125
Ravəndi,
Rahat, s. 317.
126
Eyni əsər, s. 319.
127
Nişaburi,
Selçukname, s. 87; Ravəndi,
Rahat, s. 319-320; İbn əl-Əsir,
əl-Kamil, IX, s. 197;
Bünyadov, Azərbaycan Atabəyləri, s. 82; Merçil, İldenizliler, s. 95.
128
Bünyadov, Azərbaycan Atabəyləri, s. 83; Merçil, İldenizliler, s. 95.
129
Sultan III Toğrul, İzzəddin Həsən ibn Qıpçağın bacısıyla evlənərək aralarındakı münasibətləri
qohumluqla gücləndirdilər. Bax. Merçil, İldenizler, s. 95.