11
qiyamlar qaldırmış, ancaq heç bir nəticə ala bilməmişdir.
33
Yenə də Sultan
Mahmud qardaşını incitməmiş Azərbaycan, Mosul və əl-Cəzirənin idarəsini ona
vermişdir.
34
Yəni Böyük Səlcuqlu dövləti Məhəmməd Tapardan sonra iki yerə
bölünməklə qalmamış, bölünmüş ərazinin daxilində də parçalanmalar başlamışdır.
Sultan Məhəmmədə qədər Böyük Səlcuqlu sultanlarına tabe olduqlarını inkar
etməyən Anadolu, Suriya, Fələstindəki türk hakimləri, əmirləri, dövlətləri və
bəylikləri də oğlu Sultan Mahmud dövründə müstəqil siyasət yeritməyə başlamış,
oxutduqları xütbələrdə və zərb etdikləri sikkələrdə çox vaxt Səncərin və
Mahmudun adını çəkməyə belə ehtiyac hiss etməmişdilər.
Böyük Səlcuqlu mərkəzi hakimiyyətinin zəifləməsi vassal dövlətlərin də
itaət altından çıxmasına səbəb olmuşdur. Şərqi Anadolu və Qafqazdakı Səlcuqlu
hakimiyyəti üçün bu böyük bir fəlakətə səbəb olmuşdur. Çünki Kuban əyalətini
əllərinə keçirən qıpçaqlar indiki Gürcüstan, Artvin, Çorux torpaqlarına sahib olub
Baqratunilər sülaləsi ilə qohumluq əlaqələri təsis edərək bu coğrafiyanın hərbi və
siyasi idarəsini əllərinə keçirib müsəlman torpaqlarına hücumlara başlamışdılar.
Bunun nəticəsində qıpçaqlar 1118-ci ildən monqolların gəlib Azərbaycanda
yerləşməsi tarixi olan 1230-cu ilə qədər davamlı olaraq müsəlman türklərin
ölkələrinə hücumlar təşkil etmişdilər. Qıpçaqlar bu dövrdə müsəlmanlığı qəbul
etməmiş şaman inanclarına sahib olduqlarında Səlcuqlular onlara "kafir" gözü ilə
baxırdılar. Onların əcdadları çox qədim dövrlərdən gəlib indiki Gürcüstan
ərazisində yerləşmiş və ortodoks xristian məzhəbini qəbul etmişdi. Bunların təsiri
ilə Gürcüstana gələn yeni qıpçaqlar da xristianlaşdılar və gürcüləşdilər. Qıpçaqlar
ilə oğuzlar arasındakı düşmənlik isə hələ Orta Asiyada, xüsusilə də Aral və
Manqışlaq çevrəsinə sahib olmaq uğrunda başlamış və bu düşmənlik qıpçaqların
Qafqaza köçü ilə yeni bir mərhələyə qədəm qoymuşdur. Ancaq müsəlmanlığı
qəbul edib Səlcuqlu ərazilərində yaşayan qıpçaqlar da var idi.
Təəssüflər olsun ki, nə Azərbaycan, nə də Sovet tarixçiliyində XII əsr gürcü
krallığının çiçəklənməsi dövründə qıpçaqların oynadıqları böyük rol üzərində
durulmamışdır. Bu mövzu olduqca əhəmiyyətli olduğu üçün bunu aşağıda xüsusi
bir başlıq altında tədqiq etməyə ehtiyac hiss edirik.
Məsudun Azərbaycan məlikliyi dövründə əvvəlcə qardaşı Mahmud, sonra
isə II Toğrul ilə mübarizə aparmaq məcburiyyətində qaldı. 1135-ci ildə isə nəhayət,
İraq Səlcuqlu taxtına oturdu. Sultan Məsud, hakimiyyətə gəldikdən və xəlifə ilə
yaşadığı sürüşmədən sonra vəzir Kəmaləddin Məhəmməd əl-Xazininin məsləhəti
ilə əmir və atabəylərin səlahiyyətlərini əllərindən almaq üçün hərəkətə keçdi. Bu
qərara ilk müxalifət Azərbaycan hakimi Atabəy Qara Sunqurdan gəldi. Qara
Sunqurun İraq Səlcuqlu əmirləri arasında böyük ehtiramı var idi. O, aralarında
33
Bünyadov, Azərbaycan Atabəylər, s. 19.
34
İbn əl-Əsir, əl-Kamil, VIII/291-293; Bundari, Zubdat, s. 133-34; Bünyadov, Azərbaycan Atabəyləri, s.
19.
12
Sultan Məsud da daxil olmaqla bir çox Səlcuqlu şəhzadəsinə atabəylik etmişdir.
Atabəyin şöhrətini yaxşı bildiyi üçün vəzir əl-Xazini, Sultan Məsuda belə
demişdir: "Qara Sunqurun mövcudiyyəti sultana öz iqtidarından və iradəsindən
yararlanmağa imkan verməyəcəkdir".
35
Həqiqətən də böyük bir nüfuza sahib olan
Atabəy Qara Sunqur yanına Səlcuqşah və Davudu da alaraq gücünə güc qatmışdır.
1139-cu ilin ilk aylarında 20 minlik orduyla Həmədana doğru irəliləyən Qara
Sunqur iyun ayında şəhər divarlarına yaxınlaşdı. O, sultana bir elçi göndərib vəzir
əl-Xazininin başını tələb etdi. Qara Sunqura rədd cavabı verəcək nə gücü, nə də
cəsarəti olan sultan elçinin tələbini qəbul etdi və atabəyin vəziri İzz əl-mülk Tahiri
özünə vəzir təyin etdi. Bunun üzərinə Qara Sunqur sultan əleyhdarı bütün əmirləri
Azərbaycana yığıb müstəqil qərarlar almağa başladı. Hətta Atabəy Qara Sunqurun
tələbi ilə Məsud, Davudu özünə xələf təyin etdi.
36
Ancaq bir müddətdir ismaililərlə
gizli əlaqədə olan Sultan Məsud bir yolunu tapıb onların əliylə Davudu öldürtdü.
Xəbərin ortaya çıxması üzərinə 1139-cu ilin sonlarında Qara Sunqur Fars
istiqamətində hərəkətə keçdi. O, buranın idarəsini Səlcuqşaha verdi. Ancaq geri
döndükdən sonra Boz Apa onu məğlub edib Səlcuqşahı İsfiddəç qalasına həbs etdi.
Qara Sunqur həbsə atılan şahzadənin köməyinə gedərkən Gəncədə böyük bir
zəlzələ meydana gəldi. Zəlzələ nəticəsində şəhərin yarısı yerlə bir oldu və çoxlu
insan həyatını itirdi. Ölənlər arasında atabəyin öz ailəsi də var idi. Gəncəyə dönən
Atabəy Qara Sunqur şəhəri yenidən bərpa etmək üçün tədbirlərə başladı. Ancaq
zəlzələ sonrası ortaya çıxan yoluxucu xəstəliyə tutulan Atabəy Qara Sunqur hicri
535-ci ildə (1140/41) həyatını nöqtələdi. Ölümündən bir neçə gün əvvəl Sultan II
Toğrulun məmlüklərindən Çavlı ət-Toğrulu öz yerinə Aran və Azərbaycanın
hakimi təyin etmişdir.
37
Qara Sunqurun ölümünü xəbər alan Məsud, əmir Çavlıya fəxri libaslar və
ünvanlar göndərərək onunla münasibətini yaxşılaşdırmaq istədi. Sultan, Çavlını
Azərbaycan və Aranın hakimi təyin etdi. Çavlı, sultanın təklifini qəbul edib,
Gəncədə qiyam qaldırmış Qutluqu ortadan qaldırıb bu ölkədəki üsyançı qüvvələri
darmadağın etdi. O, Tovuz ətrafında üsyançıların ordusunu məğlub etdi. Çavlı
1146-cı ilə qədər Aran və Azərbaycanın Səlcuqlu əmiri olaraq mövqeyini qorudu.
38
Bu vaxt Sultan Məsud əleyhində Rey hakimi Abbas ilə Fars və Xuzistan hakimi
Boz Apa başçılığında yeni bir qiyam ortaya çıxdı. Onlar Çavlıya bir məktub yazıb
onunla dostluq qurmaq istədilər, ancaq Çavlı sultanın tərəfində yer aldı. Sultan
Məsud ilə vəziri Xass Bəy ibn Bələncərinin ona qarşı sui-qəsd planı ortaya çıxınca
Çavlı da qiyam edən əmirlərin tərəfinə keçdi. Sultanın hacibi Fəxrəddin Toğan
35
İbn əl-Əsir, əl-Kamil, VIII/361-362; İbn əl-Cövzi, Mir'atü'z-zeman, X/72.
36
İbn əl-Əsir, əl-Kamil, VIII/363.
37
İbn əl-Əsir, əl-Kamil, VIII/369; Bundari, Zubdat, s. 190; Ravendi, Rahat, s. 223; Qara Sunqur
haqqında geniş məlumat üçün bax. Bünyadov,
Azərbaycan Atabəyləri, s. 32-33.
38
Bünyadov, Azərbaycan Atabəyləri, s. 34.