7
Toğrul Bəyin hakimiyyətini qəbul edən oğuz bəyləri böyük sultan
tərəfindən sevinclə qarşılandı. Toğrulun əmriylə Boğa və Anasıoğlunun
komandasındakı 10.000 nəfərlik ordu Amidə göndərilmiş və burasını iqta olaraq
onlara verilmişdir. Ancaq Amidə gələn kimi ətrafı talan etməyə başlayan Boğa ilə
Anasıoğlu bir gecə sərxoş ikən öz aralarında mübahisə etdilər. Çıxan mübahisədə
bəylər bir-birlərini yaralayıb öldürdülər. Digər iki oğuz bəyi Göy Daş və Mənsurun
Azərbaycandan sonra başlarına nələrin gəldiyi bilinməməkdədir. Beləcə, Arslan
Yabgu tərəfdarları olan və qaynaqlarda İraq türkmənləri olaraq adlandırılan bu
oğuz bəylərinin taleyi belə nöqtələndi.
13
Oğuzların Azərbaycandakı ilk fəthindən Toğrul Bəyin bu ölkəyə gəlməsinə
qədər bölgədə diqqəti çəkən hər hansı bir oğuz fəaliyyəti olmamışdır. İbn əl-Əsir,
Toğrul Bəyin Azərbaycana səfəri ərəfəsində ölkədəki vəziyyəti belə izah edir:
"Hicri 446-cı ildə (1054/55) Toğrul Bəy Azərbaycana hərəkət edərək Təbrizə gəldi.
O vaxt Təbrizin hakimi olan Əmir Əbu Mənsur Vəhsudan ibn Məhəmməd
Rəvvadi, Toğrul Bəyə tabe olduğunu bildirdi, adına xütbə oxutdurdu və sikkələr
üzərində zərb etdirdi və hədiyyələr göndərərək qəlbini ələ aldı və oğlunu girov
olaraq onun yanına göndərdi".
14
Beləcə, Toğrul Bəy, qədim türk yurdu
Azərbaycana sahib oldu və bu ölkə oğuz-türkmənlərin Xorasandan sonra ən böyük
sığınacağı və mərkəzi halına gəldi.
Azərbaycan hakimləri öz hakimiyyətlərini qorumaqla Səlcuqlulara tabe
olmağı qəbul etdilər. Səlcuqluların Azərbaycanda ən yaxın müttəfiqləri Rəvvadilər
idilər. Toğrul Bəylə Təbrizdə görüşündən bir müddət sonra vəfat edən Rəvvadi
Vəhsudanın yerinə Səlcuqlu sultanı onun oğlu Məmlanın keçməsini istəmişdir.
15
İbn əl-Əsirə görə, "Hicri 450-ci ildə (1058/59) Toğrul Bəy, Vəhsudan ibn
Məhəmmədin oğlu Məmlanı atasının ölkəsi Azərbaycana hakim təyin etdi".
16
Ancaq 1060-cı ildə Toğrul Bəy Təbriz şəhərini mühasirəyə almışdır. Bunun səbəbi
dəqiq bilinməsə də hər halda Məmlan Səlcuqlulara itaətsizlik etmişdir.
17
M.Şəriflinin görüşünə görə, Rəvvadi Məmlan Səlcuqluların boyunduruğu altında
yaşamağa yanaşmırdı.
18
Dörd ay davam edən mühasirədən sonra Toğrul Bəy şəhər
hakimləri ilə bir müqavilə bağlayaraq geri çəkilmişdir. Bu müqavilə nəticəsində
Toğrul Bəy Təbriz vergisinin bir miqdarını və Məmlanın oğlunu özü ilə
aparmışdır. Görünün Rəvvadilərin müstəqillik hissləri yenidən ortaya çıxmış və
buna görə də Sultan Alparslan onların şıltaqlıqlarına artıq təhəmmül edə bilməyib
13
İbn əl-Əzraqdan nəql edən Sumer, Oğuzlar, s. 89; Ayrıca, İraq oğuzlarının Anadoludakı fəaliyyətləri
üçün bax. Yınanç M. H,
Türkiye Tarihi, Selçııklular Devri, Anadolu'nun Fethi, İstanbul 1944, s. 39-44.
14
İbn əl-Əsir, əl-Kamil, IX/223.
15
Şərifli, Azərbaycan feodal dövlətləri, s. 247.
16
İbn əl-Əsir, əl-Kamil, IX/224.
17
Cahen C, L'evolution de L'ıqta du IX-e au XIII-e Siecles Annales, 1953, t. VIII, s. I.
18
Şerifli, Azərbaycan feodal dövlətləri, s. 237.
8
1065-ci ildə Təbrizə gələrək Məmlanın hakimiyyətinə son vermiş və bir oğuz
bəyini Azərbaycan hakimi təyin etmişdir.
19
Səlcuqlular Toğrul Bəy dövründə Azərbaycanın tamamına sahib oldular.
Ancaq türkmən-oğuzların Azərbaycanı özləri üçün əsas mərkəz halına gətirmələri
Sultan Alparslan dövründə, xüsusilə də Malazgird müharibəsindən sonra olmuşdur.
Alparslan zamanında Aran və Azərbaycanın türkmən-oğuzlarının yaşadıqları və
toplaşdıqları yer olduğuna qaynaqlar şahidlik etməkdədir.
Azərbaycana ilk yerləşən Səlcuqlu oğuzları Nəvakiyyə adı verilən bir qrup
olmuşdur. Bunların doğru adının yavegiyyə, bir ehtimala görə "qaçaqlar", başqa
bir görüşə görə isə "yıvalar" olduğu dilə gətirilmişdir. Göy Daş, Mənsur və
Dananın əmrindəki oğuz kütləsinin böyük bir hissəsinin bunların təşkil etdiyi
bilinməkdədir. Bunlar daha çox Azərbaycanın qərbi istiqamətində və otlaq
sahələrdə (Qarabağ, Zəngəzur) özlərinə yurdlar qurmuş və Bizans torpaqlarına,
əslində xristianlığı qəbul edib qriqoryan məzhəbli qədim türklərin ölkəsi
Ərməniyyəyə hücumlar etməyə başlamışdılar. Sultan Alparslan dövründə bunların
başında Ər Barsqan (hər halda Qaraxanlı Barsqan boyundan) adlı bir bəy dururdu.
O, Alparslanın kürəkəni idi. Ancaq onun sultanla arası dəyincə Ər Barsqan əvvəl
Bizansa qaçdı, sonra isə Suriya tərəflərinə getdi. Nəvakiyyə oğuzlarının əsas
hissəsi isə Azərbaycanda yerləşərək Səlcuqluların Anadolu fəthində böyük rol
oynadılar.
20
Azərbaycanda yerləşmiş ikinci böyük oğuz qüvvəsi Əbül-Fidanın əsərində
rast gəldiyimiz
Gəncəviyyə türkmənləri olmuşdur.
21
"Gəncəviyyə" adı Aranda və
indiki Ermənistanın şimali-şərqində yaşayan oğuz-türkmənlərin ümumi adı hesab
edilir. Azərbaycan və Arandakı Səlcuqlu əmirliyinin əsas ordusunu bunların təşkil
etdiyi məlumdur. Bizansa və Gürcüstandakı qıpçaqlara qarşı uzun müddət
mübarizə aparan Gəncəviyyə türkmənlərinin Aranda geniş ərazilərə sahib
olduqlarına şübhə yoxdur. Bunların döyüşkən və hərbi cəhətdən bacarıqlı olduğuna
1255-ci ildə Türkiyə Səlcuqlu hakimiyyəti uğrunda mübarizədə İzzəddin
Keykavusun Rüknəddin Qılınc Arslana qarşı təşkil etdiyi ordu dəstələri arasında
"Gəncə türkmənlərinin" yer alması da sübut edir.
22
Gəncəviyyə türkmənlərinin
1258-ci ildə Hüləgü Xanın Azərbaycana gəlməsi üzərinə "arvad və uşaqları ilə
birlikdə" Aranı tərk edərək Anadoluya və buradan da Məmlüklü ölkəsinə (Suriya
və Misirə) köç etdikləri xəbər verilməkdədir.
23
Belə məlum olur ki, Səlcuqlular
dövründə mərkəzi Gəncə olmaqla Aranda yerləşən Gəncəviyyə türkmənlərinin əsas
19
Minorskyə görə, Alparslan 1071-ci ildə Kiçik Asiyada Bizansı məğlub etdikdən sonra Məmlanın
uşaqlarını da həbs etdirmişdir. Bax.
Şeddadiler, s. 160.
20
Sumer, Oğuzlar, s. 114;
21
Ebu'1-Fida, el-Muhtasar fi Ahbari'l-Bəşər, İstanbul 1286, c. IV, s. 84.
22
İbn Bibi, el-Evamirü'l, s. 618.
23
Ebu'1-Fida, IV, s. 84.